AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... .....                     730 gün “Veysəloğlu”da... .....                     Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... .....                     Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR .....                     “Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...” .....                     “Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən .....                     “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” .....                     UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi .....                     Uşağı döyən psixoloq haqlı çıxa bilər .....                     Azərbaycanın lombard şirkəti “BQ” ASC .....                     “Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır .....                     Rektor yeni şöbə müdiri təyin etdi .....                     KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı .....                     "Niyə mən borclanmalıyam?" .....                     "Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin" .....                     Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi .....                     Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ .....                     Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: .....                     Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... .....                     Rus ekspertdən sensasiyalı proqnoz: .....                     Eyni Bişkek, fərqli Azərbaycan: .....                     Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır .....                     Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır .....                     İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış .....                     Paşinyan tələsməlidir... .....                     Putin Qırğızıstanda Cinpinlə görüşüb .....                     “GoldenPay”ə yeni rəhbər təyin edildi .....                     Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi .....                     Əliyevlə Paşinyan Bişkekdəki görüşdə .....                     Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb .....                     Azərbaycana qarşı “üçlü hücum”: .....                     Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır .....                     "Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb .....                     "Özümü 50 yaşında kişi kimi hiss edirəm" .....                     “Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır .....                     Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü .....                     “Atam məzar daşlarına şeir yazırdı, .....                     BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi .....                     Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü .....                 

Tərs Yer kəndi elə adı kimi “tərs” yerə düşüb... - GİLEY
Tarix: 7-05-2022, 10:34 | Çap et
Tərs Yer kəndi elə adı kimi “tərs” yerə düşüb...
Gədəbəy rayonunun Tərs Yer kəndi elə adı kimi “tərs” yerə düşüb. Belə ki, sözügedən rayonun Moruxlu inzibati ərazi dairəsinə aid olan kənd həmin dairənin mərkəzindən 80 km uzaqda - Tovuz rayonunun mərkəzinə yaxın bir ərazidə yerləşir. Bu səbəbdən kəndin bütün kommunal infrastrukturu Tovuz rayonuna aid təşkilatlar tərəfindən idarə və təmin olunur. Lakin kənd sakinləri onlara qarşı ögey münasibətdən şikayətçidirlər.
Belə ki, yüzədək evdən ibarət olan Tərs Yerin böyük hissəsində elektrik dirəkləri olsa da, onların üzərində naqillər yoxdur. Kənd sakinləri elektrik xətlərini özlərinin kustar üsulla basdırdıqları, o qədər də yüksək olmayan taxta dirəklər üzərindən aparırlar. Sakinlər bildirirlər ki, yetərli yüksəklikdə olmayan elektrik naqilləri həm sakinlərin həyatı üçün təhlükə yaradır, həm də yüngül küləkdən bir-birinə toxunur, nəticədə qısaqapanma baş verir və kənd işıqsız qalır.

Kənd sakini Gülnaz Nəbiyeva bildirir ki, külək olanda evdən həyətə belə çıxmağa qorxur:
“Bizim problemimiz işıqdır. Yüngül külək olan kimi xətlər hamısı bir-birinə dəydiyindən işqlar sönür. Evimizdə nə televizor qalıb, nə də soyuducu. Alırıq, gətiririk 2-3 ay işləməmiş sıradan çıxırlar. Bir az bərk külək olanda çölə çıxa bilmirik ki, bu saat naqillər qırılıb üstümüzə düşəcək. Neçə dəfə olub ki, qırılıb darvazanın, mal damının üstünə düşüb. Allah saxlayıb ki, indiyə kimi insan tələfatı olmayıb”, - deyə sakin bildirib.
Tərs Yer sakinləri hər küləkdən sonra günlərlə elektriklərin yolunu gözlədiklərini deyirlər. Onların sözlərinə görə, bəzən bu gözləntilər həftələrlə uzanır. Bu səbəbdən sakinlər artıq bir sıra yüngül elektrik işlərini özləri görməyə çalışırlar. Nəticədə heç bir standarta uyğun olmayan, taxta dirəklərə bağlanmış naqillər əl dəyə biləcək qədər yerə yaxın olur, yaxud həyətyanı sahələrdəki tövlələrin və digər tikililərin üzərindən keçir.

Kənd sakini Əyyub Qasımov elektrik enerjisi haqqı vaxtında ödənilməyəndə elektrik verilişinin dayandırıldığından, nasazlıqların isə illərdir aradan qaldırılmadığından gileylənib:
“Xəttlərin hamısını əlimizlə çəkmişik. Naqilləri dartıb möhkəm bağlamağa payaların gücü çatmır, hamısı calaq naqillərdir, alçaqdan gedir deyə az qalır əl dəysin. Məftillərinə kimi özümüz almışıq”.
Qəribədir ki, kəndin bir çox küçəsində beton işıq dirəkləri basdırılsa da, onların üzərində heç bir iş görülməyib. Kənd sakini Cavad Verdiyev bunun səbəbini belə izah edib:

“Beş-altı il əvvəl davamlı olaraq şikayət etdik. Gətirib hərənin evinin üstünə bir beton dirək basdırdılar. Amma üzərinə elektrik naqilləri çəkmədilər. Heç dibinə sement də verilmədi. İndi onların özü əyilib evlərə, damlara təhlükə yaradır. Transformatorumuz da pis gündədir. Nə ayırıcısı, nə bir avtomatı var ki, naqil qırılanda oradan elektrik verilişini dayandırıb naqilləri rahat calaya bilək. Kəndin bütün soyuducuları, nasosları sıradan çıxandan sonra pul yığıb “rubilnik” almışıq. İndi bir elektrik tapa bilmirik ki, onu yerinə bağlayaq”.
Sakinlər məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini bildiriblər. Zirəddin Nəbiyev iki rayonun arasında qaldıqlarını deyib.
“Tovuza şikayət edəndə deyirlər öz rayonunuza şikayət edin, onlar bizə müraciət etsinlər. Biz işıq pulunu Gədəbəyə vermirik ki, ora müraciət edək. Pulunu Tovuza ödəyirik, ona görə də bura deyirik. “Kənd soveti”nə şikayət edirik. Deyir hər yerə bildirmişəm, qaynar xəttə kimi çıxmışam, siyahıya salınıb, göndərəcəklər düzəltməyə. Amma nə gələn olur, nə gedən. Qalmışıq gözləyə-gözləyə,” - deyə sakin bildirib.
Məsələ ilə bağlı Moruxlu kənd inzibati ərazi dairəsinin nümayəndəsi Asim Mustafayev illərdir bu problemin davam etdiyini və əsaslı həllini tapmadığını bildirib:
“Tərs Yer kəndi Gədəbəy ərazisi olsa da, yaxınlığına görə işığını, qazını, suyunu Tovuz rayonu təmin edir. Orada bir problem işıqdadır. Beş-altı ildir gətirib dirəkləri basdırıblar. Amma bu illər ərzində ora xətt çəkdirə bilməmişik. Hər dəfə deyəndə cavab verirlər ki, növbəli şəkildə kabelləşmə gedəcək, onda çəkiləcək, hələ Tovuzun ərazisində işləyirik, qurtaranda Gədəbəy ərazisini təmin edəcəyik. Kiçik problemlərə gəldikdə isə, mənə müraciət edəndə mən öz icra hakimiyyətimizə bildirirəm. Oradan Tovuzun İcra Hakimiyyətinə deyilir. Oradan da Tovuzun işıq idarəsinə tapşırırlar. Məsələ də elə olur həllini tapır, elə olur tapmır. Məcbur olanda "Azərişıq"ın qaynar xətinə zəng edib deyirik. Onda da bir gün keçir, gəlib müvəqqəti calıyırlar,” - deyə İcra Hakimiyyətinin nümayəndəsi açıqlama verib.

Tovuz Elektrik Şəbəkəsinin rəisi İlqar Hüseynov Tovuz rayon Elektrik Şəbəkəsinə yeni təyin olunduğunu, sözügedən problemin yerində araşdırılacağını bildirib. Əsaslı yenidənqurmaya gəlincə isə, bunun mərhələli şəkildə baş verəcəyini deyib:
“Hazırda Tovuzun 6 kəndində əsaslı yenidənqurma işləri davam edir. Elektrik infrastrukturu tam yenilənir. Mərhələli şəkildə Tərs Yer kəndinin də elektrik sistemi tam yeniləcək”.
Görünən odur ki, Tərs Yer sakinləri hələ bir müddət də gözləməli olacaqlar. O günü görmək üçün isə külək əsəndə əl-ayaqlarına dolaşan elektrik naqillərindən canlarını qorumalıdırlar.
//sputnik.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzəriQaz-da işçilərə YOL İŞGƏNCƏSİ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
730 gün “Veysəloğlu”da... - Məhəmmədəli Qəribli hesabat verdi
Bu gün, 06:21
Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
Bu gün, 06:17
Cavid Qurbanovun adamları kəlbəcərli şairi HƏDƏLƏYİR - "Səni dəlixanaya qoyduracağıq..."
Bu gün, 06:11
“Sən demə, Türkiyədə müalicə aldığına da həsəd aparan var...”
Dünən, 17:27
“Lənkəranski” barədə xoşagəlməz ifadələr işlədəni oğurlayan şəxs yenidən MƏHKƏMƏ QARŞISINDA
Dünən, 17:23
“Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
Dünən, 17:19
UEFA-da AFFA-nın əməkdaşına vəzifə verildi
Dünən, 17:14
Uşağı döyən psixoloq haqlı çıxa bilər – Şok AÇIQLAMA
Dünən, 17:12
Azərbaycanın lombard şirkəti “BQ” ASC ₼1.4 milyon mənfəət əldə edib
Dünən, 17:06
“Aqrarkredit”in balansındakı əmlaklar hərraca çıxarılır - QİYMƏTLƏR
Dünən, 17:05
Rektor yeni şöbə müdiri təyin etdi - ƏMR
Dünən, 17:00
KTM-in mətbuat katibi vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 16:54
"Niyə mən borclanmalıyam?" - GİLEY
Dünən, 16:43
"Etiraf et ki, anana vaxtında sevgini tam göstərə bilmədin"
Dünən, 16:39
Nazir 7 ay əvvəl direktor təyin etmişdi, öz ərizəsi ilə işdən getdi - Yeni təyinat
Dünən, 16:33
Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Dünən, 16:28
Yaponiyaya qarşı təhdidlər sadə bir həqiqəti nümayiş etdirir: - ultimatum siyasəti öz effektivliyini tükəndirib
Dünən, 16:25
Rövşən Nəcəfdən yeni təyinat: BU DƏFƏ... - Tamara Makinskaya...
Dünən, 16:19
Rus ekspertdən sensasiyalı proqnoz: - “Qafqazda da Nepal faciəsi yaşana bilər”
Dünən, 16:14
Eyni Bişkek, fərqli Azərbaycan: - 32 il əvvəl Bişkekdə Ermənistan nə istəyirdi?
Dünən, 16:12
Şəkidə yaşanan qorxulu olay: əhali narahatdır – Proses başlaya bilər
Dünən, 16:08
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır - KİV
Dünən, 16:06
İki məşhurun davası Faiq Ağayevin toyunda başlayıbmış – Nazpəri ilk dəfə AÇIQLADI
Dünən, 15:56
Paşinyan tələsməlidir... - AKTUAL
Dünən, 15:53
Putin Qırğızıstanda Cinpinlə görüşüb
Dünən, 15:49
“GoldenPay”ə yeni rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:45
Hibrid avtomobillər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 15:43
Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi - HƏBSİNİ İSTƏYİR...
Dünən, 15:39
Əliyevlə Paşinyan Bişkekdəki görüşdə - Nələri müzakirə etdi?
Dünən, 15:36
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb
Dünən, 15:33
Azərbaycana qarşı “üçlü hücum”: - Əli Kərimli, Qarabağ və “siyasi məhbus” gündəliyinin arxasında nə dayanır?
Dünən, 14:35
Dövlət Agentliyi "Aztelekom"la bağlı araşdırma və təhlillər aparır - RƏSMİ
Dünən, 14:31
"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi yaradılıb
Dünən, 14:29
"Özümü 50 yaşında kişi kimi hiss edirəm" - Xalq artisti
Dünən, 13:17
“Cəlilabad Şərab-2” ASC-nin dövlətə olan 1 milyona çatır
Dünən, 13:15
Ermənistan müdafiə naziri Hindistan marşalı ilə görüşdü
Dünən, 13:11
“Atam məzar daşlarına şeir yazırdı, deyirdi ki, mən öləndən sonra da siz çörək tapacaqsız, amma..”
Dünən, 12:59
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
Dünən, 12:54
Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Dünən, 12:50
Hindistan Özbəkistan üzərindən Mərkəzi Asiyada möhkəmlənmək istəyir... - İNCƏLƏMƏ
Dünən, 12:42
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:34
Bəzi yerlərdə arabir yağış yağacağ gözlənilir - belə deyirlər...
Dünən, 12:26
Pezeşkianın müavini: - İranın vəziyyəti yaxşı deyil
Dünən, 12:24
“Azərşəkər”in kapitalına 5.6 milyon manat əlavə edildi
Dünən, 12:22
Aktrisaya HAQSIZLIQ: - “Niyə qəpik-quruşa çəkilməliyəm axı?”
Dünən, 12:13
“AccessBank”da şirkət əmanətləri kəskin AZALIB
Dünən, 12:11
"Qarabağ" Dani Boltla yolları ayırıb
Dünən, 12:08
Kremldə böyük təşviş: - Putin 400 minlik yeni səfərbərliyə hazırlaşır
Dünən, 12:02
“Qanunsuzdursa, niyə sənədsiz evlərə kommunal xidmət göstərib pulunu almısınız?!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru