Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     "Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR .....                     Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... .....                     Məqsədləri müştəri məmnuniyyəti deyil ki... .....                     Bakıda piyadalar kütləvi şəkildə cərimələnə bilər... .....                     Bakıda evi başına uçurulan vətəndaşın səhhəti pisləşdi .....                     ABŞ-ın İrana hücumları davam edir... .....                     Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır... .....                     Ruslardan özlərinə layiq yarışma... .....                     "Dondurmanı istənilən iş adamı ölkəyə gətirə bilir, ya yox?!" .....                     Qadınlar kimə gözəl görünmək istəyir? .....                     "Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin..." .....                     Naxçıvanda yaşıllığa DÜŞMƏN MÜNASİBƏTİ .....                     "Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir" .....                     Zülfəli İsmayılov özünə QƏZZA YARADIB .....                     Tanınmış teleaparıcı kitab nəşr etdirdi .....                     "Ukrayna Krımı Rusiyadan "təcrid edir" .....                     Zəngəzur dəhlizinin rəhbəri .....                     Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər .....                     DSX-nin hərbçisi vəfat edib .....                     "Ağlaşma verilişlər reytinq verirdi" .....                     Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq .....                     Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü .....                     Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə .....                     “Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... .....                     Ehtiyat hissələri heç zavodunda tapılmayan .....                     115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! .....                     "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" .....                     Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı .....                     Ermənistanda tufanqabağı sakitlik .....                     İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi .....                     Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib .....                     "Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" .....                     Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? .....                     II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                 

В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR - GİLEY
Tarix: 16-03-2021, 09:23 | Çap et
В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
Ətraf mühit və onun mühafizə olunması, eyni zamanda bu sahədə əmələ gələn problemlərin həlli, zaman-zaman hər kəsin diqqətini cəlb edib. Belə bir səbəblər üzündəndir ki, son illər bu sahəyə daha çox diqqət və qayğı göstərilir, problemlərin həlli yöndə aidiyyəti dövlət qurumları tərəfindən, yerlərdə vəzifə sahibi olan şəxslərə lazımi tapşırıqlar verilir. Əvvəla onu qeyd edək ki, ekologiya sahəsi canlı və cansız təbiətin qarşılıqlı münasibətini tədqiq edən bir elmdir və bu sahə canlı və cansız Рѕrqanizmlərin bir-biri ilə, həmçinin С…arici mühitlə qarşılıqlı əlaqələrini tənzimləyir, Рѕnların yaşayış tərzində, inkişafında, çРѕС…almasında belə bir amillərin rРѕlu olduqca böyük olur. O da hər kəsə bəllidir ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət, bu gün də öz əhəmiyyətli rolunu qoruyub saxlamaqdadır. Belə ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ətraf mühitin mühafizə olunması, mütərəqqi texnologiyaya əsaslanan yeni müəssisələrin inşa olunması, yaşıllıqların və parkların salınması və s. məqsədilə atılan addımlar, məhz ölkəmizin ekologiya sahəsinin inkişafında mühüm rol oynadı. Bu yöndə atılan addımların nəticəsidir ki, indiyə kimi ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub.



İnsanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin varlığı zəruridir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin “Əhalinin Sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri, məhz ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin olunmasıdır. Qanunun belə bir tələblərinin varlığına baxmayaraq, 28 dekabr 2020-ci il tarixdə В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları olmazın hoqqalara qol qoyub, bənzəri olmayan qanunsuzluğa imza atırlar. Yəni, adı çəkilən qurumun əməkdaşları 2-ci mədən sahəsində, 41 saylı neft quyusunun həndəvərində yaşayan Cəlilabad rayon sakini Kərimov Ramil Ağakərim oğlunun, təqribən 15-16 il ərzində ərsəyə gətirdiyi yaşıllıqları elə bir formada məhv edirlər ki, ümumi mənzərəni görən hər kəsin sanki görən gözlərindən “qan axır”.



Onu da qeyd etmək yerinə düşər ki, həmin ərazilər В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsinin balansında olsa da, indiyə kimi həmin ərazilərdə çoxsaylı yaşayış evləri inşa olunub, bu gün də inşa olunmaqdadır. Qaldı ki, Ramil Kərimov adlı şəxsin ərsəyə gətirdiyi yaşıllıqların məhv edilməsinə, bu başqa bir söhbətin mövzusudur. Yəni, dolaşan söz söhbətlərə görə təqribən 15-16 il ərzində ərsəyə gətirilmiş yaşıllıqların məhv edilməsində, В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsində vəzifə sahibi olan bəzi şəxslərin xüsusi marağı olur. Ona görə də həmin şəxslər bu yöndə addımlarını atmazdan öncə, həm Balaxanı bələdiyyəsi sədrinin imkanlarından, həm də qeyd olunan ərazidə yaşayan bəzi sakinlərin rolundan məharətlə istifadə etməyi bacarırlar. Bunun üçün onlar ilk əvvəl qonşular adından ərizə yazırlar və həmin ərizədə qeyd olunur ki, “BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsinin 2-ci mədən sahəsində, 41 saylı neft quyusunun həndəvərində yaşayan, həmçinin Sabunçu rayonunda qeydiyyatda olan Ramil Kərimov adlı şəxs ərazidəki ağacları kəsib doğramış və həmin yerdə qanunsuz tikinti işləri aparmaq qərarına gəlmişdir. Ona görə də, bu şəxsin qanunsuz əməllərinin qarşısının alınması, ərazidə əmələ gələn törtöküntülərin aradan qaldırılması, eyni zamanda ərazidə abadlıq və yaşıllaşdırma işlərinin aparılmasını xahiş edirik”. Onu da bildirək ki, yazılmış ərizə haqda bəzi qonşuların xəbəri olmur, bəzi qonşuları isə müxtəlif adlar altında aldadılır və belə bir yolla da həmin ərizəyə imza çəkdirirlər. Ərizəyə imza atan şəxslər A.Əhmədova, P.Qasimov, A.Səlimov, S.Hacıyeva, Nəsibə Əliyeva, M.Kamranova, Ruslan Eyyubov və Rəhilə Bəhrəmova olurlar.



Bundan əlavə yazılmış ərizənin hüquqi əsaslandırılması üçün, 03 fevral 2021-ci il tarixdə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları, qeyd olunan məsələ ilə bağlı bir akt da tərtib edirlər. Tərtib olunmuş aktda yazılır: “Balaxanı Neft-Qaz Çıxarma idarəsinin 2-ci mədən sahəsində, 41 saylı neft quyusundan təqribən 50 metr aralı məsafədə, yəni həmin quyunun təhlükəsizlik zolağında Cəlilabad rayonunda qeydiyyatda olan Ramil Kərimov adlı şəxs ərazidəki ağacları kəsib doğramış və həmin ərazidə qanunsuz tikinti işləri aparmağa qərarlıdır. Kəsilmiş ağacların foto-şəkilləri çəkilmiş və bunlar tərtib olunmuş akta əlavə olunmuş, həmçinin qeydiyyatı da aparılmışdır” deyə qeyd olunur. 3 fevral 2021-ci il tarixdə tərtib olunmuş aktı 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Aybəniz Əkbər qızı Əhmədova, 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1979-cu il təvəllüdlü Vüqar Mirbala oğlu Qasımov, Balaxanı Neft-Qaz Çıxarma idarəsinin hüquqşünası Rəşad Rəfayıl oğlu Çovdarov və Balaxanı Neft-Qaz Çıxarma idarəsinin Təsərrüfat xidmətinin rəhbəri Əbdülhəsənov Vahid Ələkbər oğlu imzalayırlar.

Elə ki, baş verən olaylarla bağlı həyata keçirilmiş video-görüntülərə diqqət yetirirsən, o halda bəlli olur ki, 2-ci mədən sahəsinin 41 saylı neft quyusundan təqribən 50 metr aralı məsafədə salınmış yaşıl ağacları, ağır texnikadan istifadə etməklə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları kökündən çıxarmışlar. Yəni, həmin yaşıl ağacların kökündən çıxarılması, az sonra elektrik mişarları ilə doğranıb ərazidən daşınması və s. kimi işləri bu qurumun əməkdaşları həyata keçirmişlər. Bu da onu söyləməyə tam şəkildə əsas verir ki, həm yazılmış ərizə, həm də tərtib olunmuş akt saxtadır.



Digər tərəfdən, bu yöndə atılan addımlarla bağlı həyata keçirilmiş video-çəkilişlərə diqqət yetirib realllığı gördükdən, həmçinin əməkdaşımızın əldə etdiyi məlumatlara istinad etdikdən sonra, mövcud problemin araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məktub ünvanladıq. Ünvanladığımız məktuba verilmiş cavabda qeyd olunub: “Bu məsələ ilə əlaqədar məktuba Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində baxılmış, həmçinin bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən araşdırmalar aparılarkən bəlli olur ki, vətəndaş Kərimov Ramil Ağakərim oğlu tərəfindən sözügedən ərazidə yerləşən torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması məqsədilə ağacları kəsildiyi müəyyən edilmişdir. Balaxanı bələdiyyəsinin və Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən qanunsuz tikintinin qarşısı alınaraq yaşıllıq zolağı bərpa edilmiş və ərazi əvvəlki vəziyyətinə qaytarılmışdır”. Qeyd edək ki, ünvanladığımız məktuba 01 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayevin imzası ilə təsdiq olunmuş в„– 210820200294 saylı məktubla cavab verilib.



Elə ki, 28 dekabr 2020-ci il tarixdə Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları, Kərimov Ramil Ağakərim oğlunun təqribən 15-16 il ərzində ərsəyə gətirdiyi yaşıllıqları məhv edirlər, o halda o, bu yöndə atılmış addımdan gec xəbər tutur və ləngimədən qeyd olunan əraziyə gəlir. Hətta o, ərsəyə gətirdiyi yaşıl ağacların ağır texnikanın vasitəsilə kökündən çıxarılması ilə bağlı video-çəkiliş də həyata keçirir. Az sonra o, mövcud problemlə bağlı yazmış olduğu ərizəsini, həmçinin həyata keçirdiyi video-çəkilişi diskə köçürüb Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinə ünvanlayır. Bu şəxsin göndərdiyi şikayət ərizəsinə, 04 fevral 2021-ci il tarixdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis vəzifəsini müvəqqəti icra edən Rəvan Tağıyevin imzası ilə təsdiq olunmuş в„– 26/kol-072 saylı məktubla cavab verilir. Cavab məktubunda qeyd olunur: “Məsələ ilə əlaqədar Balaxanı Neft-Qaz Çıxarma idarəsinin Təsərrüfat xidmətinin rəhbəri Əbdülhəsənov Vahid Ələkbər oğlu yazdığı izahatında bildirir ki, “Abadlıq işləri aparmaq məqsədilə əraziyə gəldikdə gördük ki, bir neçə ağac kök hissəsindən çıxarılmış, bəzi çıxarılmış ağaclarla əraziyə hasarlar çəkilmiş, həmin hasarlar sökülmüş və kökündən çıxarılmış ağaclar elektrik ağackəsən mişarı ilə kəsilmiş və maşınlara yığılaraq ərazidən daşınmışdır”. Elə ki, tərəfimizdən araşdırmalar aparılarkən ərazinin əvvəlki görünüşü ilə sonrakı görünüşünü müqayisə etdik, o halda bəlli oldu ki, ağaclar kök hissəsindən çıxarılaraq məhv olunmuşdur. Təqdim olunan video-görüntülərdən də bəlli olur ki, Balaxanı əməliyyat şirkətinin əməkdaşları ETSN-nin rəyi olmadan və nəzərə almadan, həmin ağacları texnika vasitəsilə kökündən çıxarıb məhv etmişlər. Faktla bağlı Balaxanı əməliyyat şirkəti barəsində protokol tərtib edilərək hüquqi şəxs qismində qərar çıxarılması üçün, toplanmış materiallar aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir”.

Bütün bunlar onu göstərir ki, Balaxanı Neft-Qaz Çıxarma idarəsində bəzi vəzifə sahibləri hansısa maraqlarını güdürlər ki, bu cür oyun qaydalarına imza atmağı özlərinə rəva bilirlər. Bugünlərdə isə sakinlər arasında belə bir məlumat dolaşır ki, Ramil Kərimovla ixtilafda olan və pərdəarxası Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları ilə “sıcaq münasibət” qurmağı bacaran, həmçinin yazılmış saxta ərizəyə, tərtib olunmuş saxta akta hər dəfə birinci şəxs olaraq imza atan və 2-ci mədən ərazisində ev-38 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Aybəniz Əkbər qızı Əhmədovanın dayısı Nazim adlı şəxs, məhz bu gün də “makler”lik fəaliyyəti ilə məşğul olur. Belə bir səbəbdən də, hər iki şəxs Balaxanı Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları ilə aralarında olan “isti münasibət”lərdən istifadə edib, qeyd olunan ərazini ələ keçirmək niyyətindədirlər.

P.S. Əldə etdiyimiz müəyyən məlumata görə, bu gün səhər saatlarında Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin Təsərrüfat xidmətinin rəhbəri Vahid Əbdülhəsənov, təsadüfən qeyd olunan ərazidə Ramil Kərimovun anası Xatirə xanım Kərimova ilə rastlaşır. Həmin an o, Xatirə xanıma “Oğlun özünü çox “cırıb-dağıdır”, elə etməsin ki, məhv edilmiş ağacları onun boynuna qoyduraq və özünü də “KPZ”-yə saldıraq” deməkdən də ehtiyat etmir.

Mövzu diqqətimizdədir.
//deryaz.az//

В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR
В«BalaxanıneftВ» Neft-Qaz Çıxarma idarəsi NARAZILIQ YARADIR








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. - "Hakimiyyət dəyişən kimi..."
Bu gün, 08:50
"Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." - MÜRACİƏT
Bu gün, 08:41
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR - BU DA FAKT...
Bu gün, 08:27
Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:19
Məqsədləri müştəri məmnuniyyəti deyil ki... - GİLEY
Bu gün, 07:54
Bakıda piyadalar kütləvi şəkildə cərimələnə bilər... - "Bunu etmək belə çətindir?"
Bu gün, 07:41
Bakıda evi başına uçurulan vətəndaşın səhhəti pisləşdi - FOTO
Bu gün, 07:37
ABŞ-ın İrana hücumları davam edir... - TƏFƏRRÜAT
Bu gün, 07:27
Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır... - REPLİKA
Bu gün, 07:24
Ruslardan özlərinə layiq yarışma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
"Dondurmanı istənilən iş adamı ölkəyə gətirə bilir, ya yox?!" - Natiq Cəfərli
Bu gün, 07:14
Qadınlar kimə gözəl görünmək istəyir? - AKTUAL
Bu gün, 07:11
"Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:05
Naxçıvanda yaşıllığa DÜŞMƏN MÜNASİBƏTİ - AXI NİYƏ?..
Bu gün, 07:01
"Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir" - Çinarə Abbasova
Bu gün, 06:48
Zülfəli İsmayılov özünə QƏZZA YARADIB - həm də şəhərin mərkəzində...
Bu gün, 06:38
Tanınmış teleaparıcı kitab nəşr etdirdi - FOTO
Bu gün, 06:24
"Ukrayna Krımı Rusiyadan "təcrid edir" - yarımadada enerji və yanacaq böhranı dərinləşir"
Dünən, 13:42
Zəngəzur dəhlizinin rəhbəri Ermənistanda Moskvanı sıxışdırır
Dünən, 13:38
Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər - "Armat Media"
Dünən, 13:35
DSX-nin hərbçisi vəfat edib - Foto
Dünən, 13:20
"Ağlaşma verilişlər reytinq verirdi"
Dünən, 13:15
Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq - TASS
Dünən, 13:13
Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü - Görünəni odur ki...
Dünən, 12:52
Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR VERİLİB
Dünən, 12:47
“Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... - VİDEO
Dünən, 12:44
Ehtiyat hissələri heç zavodunda tapılmayan ÇİN MAŞINLARI...
Dünən, 12:31
115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! -TƏFSİLAT
Dünən, 12:29
"Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" - Vüqar Oruc
Dünən, 12:25
Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 12:20
Ermənistanda tufanqabağı sakitlik - İNCƏLƏMƏ
Dünən, 12:18
İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi - Bakıdan əks ÇAĞIRIŞ
Dünən, 12:14
Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib – Xanbulan su anbarı üçün də təhlükə yaranıb
Dünən, 12:11
"Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" - Ayaz Salayev
Dünən, 11:12
Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? - ARAŞDIRMA
Dünən, 11:06
II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Dünən, 11:00
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Dünən, 10:53
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Dünən, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Dünən, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Dünən, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Dünən, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Dünən, 10:13
Bütün arxivləri açacağıq
Dünən, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Dünən, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Dünən, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Dünən, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Dünən, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Dünən, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Dünən, 08:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru