Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? .....                     Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? .....                     Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub .....                     “Prime Cotton” mühüm təyinat olub .....                     Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir .....                     Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                 

Valideyn məsuliyyətsizliyinin qurbanı olan uşaqlar - HARA GEDİRİK?
Tarix: 7-12-2017, 11:32 | Çap et
Valideyn məsuliyyətsizliyinin qurbanı olan uşaqlar
Son 3 il ərzində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn məsuliyyətə cəlb edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev Trend-ə bildirib ki, 2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə 220 nəfər valideyn barəsində protokol tətib olunub və məsuliyyətə cəlb edilib.

Onun sözlərinə görə, uşaqların baxımsız qoyulmasına, onların tərbiyə və təlimi vəzifələrinin valideynlər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə az hallarda valideyn hüququ məhdudlaşdırılır. Belə hallara görə valideynlər daha çox cərimələnirlər. P.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə 100 manatadək məbləğdə cərimə edilirlər. Azərbaycanda uşaqların baxımsızlığı ilə bağlı Dövlət Komitəsinin bir necə dövlət orqanı ilə əlaqəli şəkildə işlədiyini deyən P.Əliyev qeyd edib ki, 2016-cı ildə avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq polis orqanları tərəfindən aşkarlanıb: "Bu məsələ ilə bağlı statistikaya baxsaq, görərik ki, ötən illərlə müqayisədə vəziyyət dəyişməyib. Göstəricilər 500 civarında olan rəqəmlərdir. Əgər uşaq valideyn məsuliyyətsizliyi nəticəsində avaraçılıq və dilənçiliyə sövq olunursa, onda həmin uşaqların valideynləri də məsuliyyətə cəlb olunurlar. Bu uşaqların böyük əsksəriyyəti sonradan təhsilə cəlb edilib".

P.Əliyev əlavə edib ki, dilənçiliklə məşğul olan uşaqların çoxu 14-15 yaşlılar olur: "16-18 yaşlı uşaqlar dilənçilikdən daha çox küçədə hansısa əməyə cəlb olunurlar".
P.Əliyev onu da deyib ki, uşaq küçə həyatı keçirib, təhsildən yayındıqdan sonra hər hansı tədbirlərin görülməsi o qədər də effektiv deyil.

Psixoloq Elnur Rüstəmov deyir ki, valideyn məsuliyyətsizliyi bir çox hallarda uşaqlarda müxtəlif psixoloji narahatçılığa yol açır: "Belə hallarla çox rastlaşırıq. Biz hər zaman qeyd edirik ki, uşağın problemi ailənin problemidir. Bəzən valideynlər öz uşaqlarını psixoloqa gətirdiyi zaman məlum olur ki, problem uşaqdan çox valideynin özündədir. Bəzi valideynlərin özləri aqressiv, əsəbi olurlar. Ona görə də bu məsələlərdə çox diqqətli olmaq lazımdır. Düzdür, valideynin özünün də müxtəlif qayğıları var. Amma bu, uşağa münasibətdə özünü göstərməməlidir. Bu gün kifayət qədər problemli ailələr var ki, ailədaxili konfliktlər orada böyüyən uşaqların psixologiyasına mənfi təsir göstərir. Ailədaxili konflikt, boşanmalar bir çox hallarda uşaqlarda zamanla davranış problemləri yarada bilir. Belə uşaqlar məktəbdən, dərslərindən uzaqlaşır, evdən pul oğurlayır, yaxud evdən qaçırlar. Bu uşaqların cəmiyyətə yenidən inteqrasiyası üçün ilk növbədə psixoloji yardım göstərilməlidir. Çünki onun cəmiyyətə adaptasiya olunması çox vacibdir. Bəzən isə təkcə uşağa yox, ümumilikdə ailəyə psixoloq dəstəyi lazım olur. Çünki bu gün həll olunmayan problem sabah daha ciddi bir problemə yol aça bilər”.

Sosioloq Lalə Mehralı bildirir ki, uşağı dünyaya gətirmək asandı, onu təhlükəsiz şəraitdə böyütmək isə çox çətindir: "Valideyn bəzən bilməyərəkdən də uşağına zərər verə bilir, kobud desək, uşağını işə satır. İş, karyera üçün analar övladını ikinci plana ata bilir, daha çox pul qazanmaq üçün atalar uşağı ilə daha az vaxt keçirir. Bunu çox vaxt maddi baxımdan azad olmamaqla əlaqələndirirlər, uşaqların ehtiyacını ödəmək üçün işləməyə, pul qazanmağa məcbur olduqlarını deyirlər. Amma uşağın pul, yemək və geyimdən əvvəl ata-ana sevgisinə, diqqətinə ehtiyacı var. Orqanizmin yeməyə ehtiyacı olduğu kimi, məhəbbətə, diqqətə də ehtiyacı var. Mənim fikirmcə, təkcə cərimə yolu ilə bu iş həll edilməz. Başına bədbəxt hadisə gələn uşaqlar, uşaqları gözləyən təhlükələr barədə sosial çarxlar hazırlamaq da kömək edə bilər. Yaxud digər sosial layihələrlə məsələyə diqqət çəkmək lazımdır. Amma hər şeydən əvvəl gərək valideyndə məsuliyyət və maksimum diqqət olsun”.

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri, Milli QHT Forumunun Gender Mərkəzinin rəhbəri Tünzalə Cavadova qeyd etdi ki, bu gün müşahidə olunan bir sıra köklü problemlər - uşaqların təhsildən yayınması, erkən nikahlar, məişət zorakılığı və s. valideyn məsuliyyətsizliyindən irəli gəlir. Bəzi ölkələrdə valideyn övladına qarşı məsuliyyətsizlik etdiyi zaman müxtəlif formada cəzalandırılır. Uşaq nəzarətsiz qaldığı zaman valideyndən alınaraq sosial xidmət müəssisəsinə təhvil verilir. Həmin müəssisə uşağın tərbiyəsi üçün nümayəndə təyin edir. Eyni zamanda, öz məsuliyyətini dərk etməsi üçün uşağın valideyni ilə də psixoloq və digər mütəxəssislər iş aparır. Vəziyyət müsbətə doğru dəyişərsə, uşaq yenidən valideyninə qaytarılır. Azərbaycanda da nəzarətsiz qalan uşaqların valideynlərinin qanunla məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Hətta Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında yeni qanun layihəsi hazırlayıb. Həmin layihədə uşağın sağlamlığı və təhlükəsizliyi də nəzərə alınıb. Valideyn təkcə uşağın tərbiyəsi ilə məşğul olmalı deyil, həm də onun təhlükəsizliyinə ümumi nəzarəti gücləndirməlidir. Bu gün Azərbaycanda valideyn məsuliyyətsizliyi ucbatından həyatını itirən uşaqların əksəriyyəti 1-3 yaş aralığındadır. Bu haqda özümüz də tez-tez eşidirik və mətbuatdan oxuyuruq. Təəssüflər olsun ki, çox vaxt hadisə baş verəndən sonra belə məsələlərə diqqət artır. Bu il dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-a kimi В«Diqqət, uşaqlar!В» adlı təhlükəsizlik ayı keçirildi. Bəzən valideynin nəzarətsizliyi ucbatından uşaqlar yol hərəkəti hadisələrinin qurbanı olur. Bu layihənin keçirilməsində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində təhlükəsizlik profilaktik tədbirlərinin görülməsi idi. Qeyd edim ki, cari ilin ilk 7 ayı ərzində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 26 azyaşlı uşaq həlak olub, 122 uşaq isə xəsarət alıb. Düzdür, bütün bunların hamısını valideyn nəzarətsizliyi və məsuliyyətsizliyinin üzərinə ata bilmərik. Burada sürücülərin də günahı var. Amma bütün hallarda hər bir valideyn öz uşağı ilə bağlı məsuliyyətli olmalıdır”.
\\kaspi.az\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE
Bu gün, 10:46
Xəzər çəkilir... Kür quruyur..: NƏ OLACAQ? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:41
Azərbaycanda fəaliyyətdə olan Britaniya şirkətinin rəhbərliyinə təyinat olub - DOSYE
Bu gün, 10:32
“Prime Cotton” mühüm təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:31
Mkrtçyan haqqında saxta şikayətlər: İrəvanın ikili standartları ifşa edilir - AKTUAL
Bu gün, 10:21
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru