Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                 

Bu uşaq gözəllik salonunda müştəriləri aldadırlar - ARAŞDIRMA
Tarix: 19-09-2016, 08:32 | Çap et
Bu uşaq gözəllik salonunda müştəriləri aldadırlar
Son vaxtlar internetdə, televiziya kanallarında, radioda uşaqlar üçün gözəllik salonlarının reklamlarına tez-tez rast gəlirik

Bu salonlarda 16 yaşınadək uşaqlar üçün saç düzümü, saçların boyadılması, dırnaqların manikürü, hətta kimyəvi qaynaq xidmətləri təklif edirlər. Bu profilli fəaliyyət üzrə ixtisaslaşan məkanlardan biri də – Neftçilər prospekti, 145-də yerləşən "Barbarisso” uşaq gözəllik salonudur.
"Barbarisso”ya müraciət edərək orada nəzakətsiz davranışla rastlaşan xanım müştərilərdən biri Azinforum.az İnformasiya Portalına müraciət edib. Hələlik adının açıqlanmasını istəməyən xanım bildirdi ki, sözügedən salon reklam vasitəsilə müştəriləri aldadır:

"Mən bunu söz yığını olaraq demirəm. Konkret rastlaşdığım situasiyanı əsas götürərək danışıram. Mənim kimdənsə çəkinəcəyim də yoxdur. Əgər salon mənim dediklərimi təkzib edərsə, onlarla məsələni istənilən instansiyada aydınlaşdırmağa hazıram. Sadəcə, mənim istəyim budur ki, insanlar maariflənsin və gələcəkdə aldanaraq, onların toruna düşməsinlər. Sizə uşağımın oradakı xidmətdən istifadə etdiyini sübut edən fotoları da təqdim edirəm. Qızım 2 yaş 6 aylıqdır. Doğulandan saçını kəsdirməmişdik. Qərara gəldik ki, saçını təmiz qırxdıraq. Bunun üçün də, gigiyenik cəhətdən təmiz olan bir yer axtarışına çıxdım. İnternetdə apardığım axtarış zamanı "Barbarisso” marağımı cəlb etdi. Zəng vurdum, telefonda çox mehriban danışdılar. Qiymətin 20 manat olduğunu dedilər. Baxmayaraq ki, saç kəsimi ilə keçəl olunmağa heç bir fərq qoyulmur. Razılaşdım, uşağı da götürüb həmin ünvana yollandıq. Bizi heç kim qarşılamadı. Ancaq telefonda bizə deyilmişdi ki, təmtəraqlı qarşılanma, valideyn üçün çay və ya kofe, uşağı adaptasiya etmək üçün, əyləncə təqdim ediləcək. Heç biri olmadı. Məni dərhal kassaya yönəltdilər və 20 manatın tez ödənilməsini istədilər. Ödənişdən sonra mənə heç bir çek təqdim olunmadı. Yalnız deyildi ki, bir neçə dəfə onların xidmətlərindən istifadə edərəmsə, güzəşt oluna bilər. Pulu ödəyən kimi uşağı işində naşı olduğu təsirini bağışlayan bir bərbər əlimdən alıb kresloda əyləşdirdi və başladı sterlizə olunmayan bir maşınla onun saçını qırxmağa. Mən alətlərin niyə sterilizə olunmadığını soruşdum. Kobud şəkildə cavab verdi ki, olunub. Ancaq görmüşük ki, belə alətlər müştərinin gözü qarşısında sterlizə edən aparatdan çıxarılmalıdır. Hər halda, belə olanda müştərinin təmizliklə bağlı şübhəsi də olmur. Artıq uşağın saçının yarısını qırxmışdı. Etiraz etdiyimi görəndə saxladı və dedi ki, özünüz bilin, uşağınızı apara bilərsiniz. Rəhbərliyi tələb edəndə, məni kassaya yönəltdilər. Orada oturan hündürboy qız mənə dedi ki, seçim sizindi, ya uşağı yarımçıq aparın, ya da qoyun bərbər işini tamamlasın. Mənim uşağıma göstərilən qulluq cəmi 2 dəqiqə çəkdi. Bərbər işini qurtarandan sonra, uşağın başına "prisipkadan” başqa nəsə vurmadı. Sonuncu etirazıma isə kassada oturan xanımın reaksiyası belə oldu : "Get, hara istəyirsən şikayət et”.

Şikayətçinin dediklərinə münasibət öyrənmək üçün "Barbarisso” ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, onlarda 20 manatdan aşağı saç kəsilmir və bütün alətləri sterlizə edilir.

Azinforum.az olaraq qeyd etmək istəyirik ki, azyaşlıların səhhətinə, psixoloji durumuna zərər vuran belə salonların fəaliyyətinə publik şəkildə etiraz edənlər də az olmayıb. Azərbaycan Uşaqlar Birliyindən rəhbəri Kəmalə Ağazadə açıqlamasında valideynlərə müraciət edərək uşaqlar üçün təhlükə mənbəyinə çevrilən gözəllik salonlarına getməməyi tövsiyə edib.

Hüquq müdafiəçisinin fikrincə, pul qazanmaq üçün müxtəlif vasitələrdən istifadə edən iş adamlarının uşaqlar üçün belə salonlar açmasını haradasa anlamaq olar:
"Onlar ağına-bozuna baxmadan yalnız pul qazanmaq istəyir. Bəs valideynlər öz övladlarının sağlamlığını, psixoloji durumunu niyə nəzərə almırlar? Uşağın da manikür-pedikürə ehtiyacı olar? Nə olub, dabanları çatlayıb, dəriləri qırışıb, yoxsa əlləri, dırnaqları qabarlaşıb?”
K.Ağazadə bildirir ki, artıq belə salonlarda gün keçirən valideynlərin sayı artır:

"İş adamları pul qazanmaq üçün istənilən qərarı qəbul etməyə hazırdır. Onlar atdıqları addımın sonunu yox, insanların tələbatını və zövqlərini əsas götürür. Təəssüf ki, valideynlər isə öz övladına oyuncaq kimi baxırlar. Yüzlərlə üzdəniraq valideyn həmin reklama aldanır, hətta "uşağı "Barbarisso”da bəzəndirdim” deyə öyünənlər də var.

Reklamlara aldananlardan soruşmaq istəyirəm: bu salonların yoluxucu xəstəlik yaymadığını necə əmin olublar? Axı salonlardakı nə yüksək xidmət haqqı, nə də otaqların bəzək-düzəkli olması bu obyektlərdə xəstəliklərin yayılma ehtimalını azaltmır. Bilmirsiniz ki, uşağınız o salonda daha nələrlə qarşılaşacaq. Boyalı uşaqlarının dünyagörüşü də başqa olacaq. Körpələrin təkcə saçlarını deyil, gələcəyə baxışlarını da boyayırsınız”.

Təşkilat rəhbərinin sözlərinə görə, dünyanın əksər ölkəsində uşaqlara xidmət göstərən salonlar var:

"Mən xarici ölkələrdəki salonların xidmətləri ilə tanış olmuşam. Həmin salonlarda saç kəsimi və ya saç düzümü ilə yanaşı uşaqlar üçün əyləncəli oyunlar da təşkil edilir. Masalar uşaqların yaş qrupu üzrə quraşdırılıb, saç ustaları uşaqlarla məntiqi oyunlar oynayırlar. Bəzi gözəllik salonları uşaqların intellektual dünyagörüşünün formalaşmasına xidmət edəcək oyunlarla məşhurlaşıb. Amma Bakıdakı salonlarda dırnaq, saç boyanması xidmətləri göstərilir, ağlayan uşaqlara dırnaq boyası, pomadalar verilir ki, sakitləşsin”.

Azinforum.az saytı məsələnin aktuallığını nəzərə alaraq Neftçilər prospekti, 145-də yerləşən "Barbarisso” tərəfindən təqdim edilən xidmətlərlə maraqlanıb. Sözügedən uşaq gözəllik salonunda uşaqlar üçün saç kəsilməsi və düzümləri, saç yığımı, uşaq manikürü və pedikürü, hətta tatu xidməti göstərilir.
Bu salonda uşaqlar üçün dodaq boyaları, tuş, dırnaq boyası, ənlik və digər kosmetik vasitələr satılır.

Salonun adını söyləmək istəməyən əməkdaşı bizi inandırmaq istəyir ki, onlar ABŞ-ın məşhur firmaları tərəfindən istehsal edilən kosmetik vasitələrdən istifadə edirlər və bu da guya tam təhlükəsizdir. Saç boyasının tərkibində guya hətta kimyəvi vasitələr də yoxdur. Dodaq boyasının qablaşdırılması üzərində göstərilən onlarla kimyəvi maddələr də uşaqlar üçün təhlükəsiz imiş. Amma şirkətin rəsmi səhifəsində uşaqlar üçün istehsal etdiyi boyaların tərkibində yüz faiz təbii vasitələrdən istifadə edildiyinə dair heç bir məlumat yoxdur.

"Barbarisso”nun rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkədə valideynlərə uşaqların körpə ikən gözəl görünməyə alışdırılması tövsiyə edilir: "Biz uşaqlara öz xarici görünüşlərinə qulluq etməyi və özlərini sevməyi, dəbli, hətta bəzəkli və təmtəraqlı görünməyi öyrədirik”.

Uşaqlara göstərilən xidmətlərin qiymətinə gəldikdə isə saç kəsimi 20 manata, saç düzümləri 15-35, saç boyadılması 15-50 manata başa gəlir.

Mövzuya qayıdacayıq…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru