ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                 

“ADY” QSC- -də milyonluq maliyyə maxinasiyasının nəticələri - "Bermud Üçbucağı"nın mühasibləri iş başındadır
Tarix: 25-05-2016, 08:41 | Çap et
“ADY” QSC- -də milyonluq maliyyə maxinasiyasının nəticələri
Bir müddət bundan əvvəl “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, 2015-ci ilin ilk altı ayının yoxlamaları zamanı "ADY"QSC-nin Gəncə istiqamətində, uzun illərdən bəri davam edən maliyyə maxinasiyalarının nəhayət üstü açılıb. Biz bununla bağlı əvvəllər də, müəyyən açıqlamalarla çıxışlar etmişdir. Yəni, bu ilin fevral ayında "ADY"QSC-nə yeni sədr təyin olunan Cavid Qurbanovun göstərişi ilə, aparılan yoxlamalar zamanı o da məlum olmuşdur ki, tək Gəncədə deyil, bir neçə dəmir yolu idarələrində ciddi maliyə maxinasiyaları aşkara çıxarılıb. Sən demə uzun illər imiş ki, Gəncədən Qərb istiqamətinə yük daşıyan Yükdaşıma Departamentinin (sabiq rəis Füzuli Kərimov, nəqliyyat naziri Ziya Məmmədovun qohumu, eyni zamanda nazirin qardaşı Nəriman Məmmədovun yaxını və onun bölgədəki informatoru) lokomotiv deposunda (sabiq rəisi Fəxrəddin Rzayev) və infrastruktur departamentinin 5 saylı müəssisəsində müdhiş maliyə maxinasiyaları davamlı şəkildə həyata keçirilirmiş. Maliyyə maxinasiyalarının aparıldığı idarə və müəssisələrdə, büdcə vəsaitinin çatışmazlığı ilə bağlı ixtisarlaşma aparıldığı bir zamanda, büdcənin bir neçə şəxs tərəfindən görünməmiş şəkildə talanmasından ola bilməz ki, yuxarı instansiyaların xəbəri olmasın. Aparılan "maliyyə əməliyyat"larının davamlı şəkildə olmasının maraqlı məqamı isə ondan ibarətdir ki, "ADY" QSC-nə Cavid Qurbanovun sədr təyin olunmasına qədər, maliyyə sektoruna nazir Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu olan Elşən Məmmədovun adı, illərdən bəri davam edən müdhiş maxinasiyalarda hallanmasa da, Gəncə Dəmir Yolu İdarələrində baş vermiş maliyyə maxinasıyalarını kimlərin , hansı zamanlarda həyata keçirməsi artıq məlumdur. Cavid Qurbanovun təyinatından sonra aparılan yoxlamaların nəticəsi olaraq, 2015-ci ilin ilk altı ayı ərzində yükdaşıma, infrastruktur departamentlərində və o cümlədən, Gəncə Lokomotiv Deposunda bir milyon manata yaxın vəsaitin kimlər tərəfindən mənimsənilməsi aşkar olunub. Mənimsənilən vəsaitlər tam olmasa da, həmin məbləğin müəyyən hissəsinin "ADY"QSC-nin büdcəsinə qaytarılması baş tutub.
İşin maraqlı tərəfi ondadır ki, adı gedən müdhiş maliyyə maxinasiyanın təşkilatçıları, hələ də iş başındadırlar. Bunlar kimlərdirlər və dəmiryolu idarələrində kimlərin himayədarlığı ilə bu gün hansı vəzifəni daşımaqdadırlar? Məlumat üçün onu bildirək ki, 1998-ci ildən 2015-ci il uyul ayına qədər Gəncədə dəmir yolu yalnız bir rəhbər şəxsin, Qərb istiqamətinə yük daşıyan Yükdaşıma Departamentinin rəsmisi Füzuli Kərimovun “fitfası ilə çalışıb” desək, yəqin ki, yanılmarıq. Nəqliyyat naziri Ziya Məmmədovun qohumu, onun qardaşı Nəriman Məmmədovun isə yaxın dostu olan Füzuli Kərimov, bütün zamanlarda nəinki Gəncəni, eləcə də ona yaxın olan rayonları da uzun müddət "əlində saxlamağı” bacarsa da, artıq o, daşıdığı vəzifəsindən azad olunub. Ona qol qoyulan maxinasiyalarda birbaşa yardımçı olan baş mühasib Həsən Mehdiyev isə, hələ də iş başındadır. Bütün bunlardan başqa, maxinasiya əməliyyatında iştirak edən daha bir üzvü, dediyinə görə 2011-ci ildən Ziya Məmmədovun təşəbbüsü ilə Ucardan Böyükkəsiyə qədər 1000 nəfərlik lokomotiv deposunun sabiq rəisi Faxrəddin Rzayevin zamanından da, əvvəl lokomotiv deposunun illərdən bəri işinin sənətkarı olan baş mühasibi Güləsər Yaib qızı Əliyeva (ləqəbi Sveta) adı gedən maxinasiyada iştirakçı olsa da, hələ ki, iş başındadır. Hal-hazırda isə, Gəncə Lokomotiv Deposunda böhran dövrünə təsadüf edən böyük bir narahatlığa səbəb olan fəhlələrin ixtisar aparılması da, Faxrəddin Rzayevin əməllərinin nəticəsidir. Belə ki, Faxrəddin Rzayev 2010-cu ildə Ziya Məmmədovun mediaya dəmir yolunda aparılacaq ixtisarlaşma ilə bağlı açıqlama verdikdən dərhal az sonra , yəni 2011-ci ildən başlayaraq lazım olmadığı halda, minimal olaraq 300 nəfər işçi qəbul etmişdi . İşçilərin hər birinin işə qəbulunu 3-5 min manat arası "tərləmə"sini nəzərə alsaq da, almasaq da hal-hazırda məhz lokomotiv deposunda elə o sayda, daha doğrusu 150 nəfər işçinin işsiz qalmasından əlavə, daha 180 nəfərin ixtisara salınması da gözlənilir. Maraqlı məqam odur ki, ixtisarlaşma son işə qəbul olunanlar arasında deyil, illər öncə işləyən fəhlələr arasında aparılır. Bu isə sonuncu qəbul olunanların “toxunulmaz”lığının, nədən və necə qaynaqlandığı anlamına aydınlıq gətirir. Hal-hazırda "ADY"-da deyil, "dağılmış dəmir yollar”ın infrastruktur departamentinin Qərb istiqamətində də, "köhnə hamam, köhnə tas" ənənəsi bu gün də davam etməkdədir. "ADY"QSC-nin infrastruktur departamentində maliyə hesabatını, Gəncədəki elektrik təchizatı sahəsinin "mexanik"i verir. "ADY" QSC-nin infrastruktur departamentinin Gəncədəki 5 saylı müəssisəsinin sabiq baş mühasibi Nurlana Hüseynova ilə qol qoyduğu maliyyə maxinasiyalarına rəğmən, görünür onun profesionallığı nəzərə alınıb və belə bir səbəb üzündən də onu nəinki cinayət məsuliyyətinə cəlb etdirməyib, işdən belə azad etmədilər. Əksinə hal-hazırda infrastruktur departamentinin rəhbərliyi Nurlana Hüseynovanın "işgüzar" lığını nəzərə alaraq, onu işdə saxlamaq xatirinə fənd işlədib onu departament daxilində başqa bir vəzifəyə “sürüşdürdü”. Hal-hazırda müdhiş maliyyə maxinasiyasının əsas hərəkətverici mexanizminin beyni sayılan Nurlana Hüseynova, infrastruktur departamentinin Gəncədəki 4 saylı elektrik sahəsində mexanik vəzifəsinə keçirilib. İnfrastruktur departamentinə son üç ayın hesabatını Gəncədən Bakıya, yenə də formal olaraq yeni təyin olunan baş mühasib deyil, elektrik təchizatı idarəsində adı mexanik gedən Nurlana Hüseynova getmişdi. Məhz, bu o Nurlana Hüseynovadır ki, onun adı nəinki dəmir yolunda bundan öncə də işlədiyi daş-çınqıl zavodunda böyük qalmaqallarda hallanıb. Bütün hallarda deyəsən ona təqaüdə çıxan polis qardaşı yardımçı olmuşdu. Onu da qeyd edək ki, hal-hazırda Nurlana Hüseynova "ADY" QSC-də apardığı maxinasiyaların hesabına, yaxın qohumlarının adına çoxlu sayda obyektlərə də sahibidir. (Bu haqda növbəti sayımızda)
Nurlana Hüseynovanın uzun illərdir ki, infrastruktur departamentində söz sahibi olması onun bütün ailə üzvlərini, yəni bacıları Xankişiyeva Ceyran Sultan qızını, onun həyat yoldaşı Xankişiyev Fərhadı, bacısı Hüseynova Şirin Sultan qızını, qardaşı Hüseynov Natiq Sultan oğlunu, 2006-cı ildə "ADY" QSC-nin Gəncədəki yol istismarı idarəsinin rəisi Müzəffər Həsəncanovun köməkliyi ilə, əvvəl onların adlarını maaş cədvəlinə yazdıraraq işə qəbul etdirmiş, daha sonra yəni 2013-cü ildə oradan təqaüdə çıxartdırmışdı. Müzəffər Həsəncanovun Nurlana Hüseynova ilə işbirliyi, qarşılıqlı anlaşması maliyə maxinasiyası zamanıda özünü biruzə vermişdi. Belə ki, adı gedən maxinasiyada M.Həsəncanovun da adı keçir. Dəmir yolunun Gəncə iştiqamətində aparılan maliyə maxinasiyalarının Cavid Qurbanovun təyinatından sonra, təkcə altı ayın nəticəsi 420 000 manatının infrastuktur departamentinin payına deyil, məhz sabiq baş mühasib, hal-hazırda 4 saylı elektrik təchizatı sahəsində adı mexanik, özü yenə də baş mühasib olan Nurlana Hüsüynovanın payına düşməsi, onun Gəncədəki Poct qəsəbəsindəki şəxsi evindən, həmin evin həyətindəki şəxsi arteziandan da məlumdur. Elə ona görə də, sonuncu üç ayın hesabatını infrastruktur departamenin baş mühasibinə, idarədə adı mexanik gedən Nurlana Hüseynova verib. Görünür onun "işgüzarlığı adı gedən departament rəhbərliyinin işinə yamanca yarayır. Onu da qeyd etmək yerinə düşər ki, üç aylıq hesabatı mexanikdən qəbul edən departamentin baş mühasibi Əsgərov Rövşən isə, dəmir yolunun sabiq sədri, halhazırda nəqliyyat naziri Ziya Məmmədovun müavini Arif Əsgərovun əmisi oğludur. İnfrastruktur departamentinin Gəncədə yerləşən 4 saylı elektrik təchizatı idarəsində yenidən maxanisiyalara şərait yaradan rəis isə, bütün zamanlarda sudan quru çıxmağı bacaran Etibar Quliyevdir. "Dağılmış dəmir yollar”ın infrastruktur departamentinin Qərb istiqamətində "köhnə hamam, köhnə tas" ənənəsi təkcə 4 saylı yol idarəsində deyil, eyni zamnda 6 saylı idarəsində də davam etməkdədir. Belə ki, bu gün rəis olan Dilbazi Musayev, təkcə ölkədə deyil, bütün dünyada gedən social-iqtisadi böhrana güclə tab gətirən fəhlələri "sokraşeniya" xofuna tutdurub. Əldə olunan məlumatda deyilir ki, idarə rəisi dəmir yolunun bütün idarələrində olan mövcud ixtisar problemini hər fəhlədən cox deyil, 500 manat müqabilində aradan qaldıracağına söz verib. Bir neçə il öncə dəmir yolunun Şəki istiqamətindən Gəncəyə dəyişirilən Dilbazi Musayev, tez bir zamanda ötür-ötür ilə əvvəl 5 saylı müəssisəyə müavin, daha sonra Füzuli Kərimovun rekomendasiyası ilə dəmir yolunun YAP sədrliyinə təyin olundu. Cavid Qurbanovun gəlişindən sonra, infrastruktur departamentinin 6 saylı yol sahəsinə rəis təyin olunan Dilbazi Musayev, eyni zamanda platformaların düz kənarına "yolka ağacı” əkməklə yaddaqalan Gəncə lokomotiv deposunun sabiq rəisi Faxrəddin Məmmədovun xalası oğludur. O, həm də "Füzuli Kərimov məktəbi"nın məzunu kimi də tanınır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru