Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                 

UKRAYNA QULAM ƏKBƏROVLA BAĞLI SORĞU GÖNDƏRDİ
Tarix: 2-05-2013, 12:30 | Çap et
UKRAYNA QULAM ƏKBƏROVLA BAĞLI SORĞU GÖNDƏRDİ
MAFİOZ KİMİ TANINMIŞ İŞ ADAMI HƏBS OLUNA BİLƏR

DİA.AZ-a Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin xaç atası Qulam Əkbərodla bağlı DİA.AZ-a ilginc faktlar daxil olub. Bu barədə əldə etdiyimiz məlumatlara keçməzdən öncə bəzi xatırlatmalara keçək.

Qeyd edək ki, Nizaməddin Quliyevin adı buna qədər əgər rəhbəri olduğu rayondakı özbaşınalıqlarla, oğlu Ramal Quliyevin Mingəçevirdə 500 min manatı xırıd etməsilə, borclu olduğu sahibkarlardan birini şərləyərək tutdurması ilə və müxtəlif ittihamlarla diqqətə gəlirdisə, bir neçə gün əvvəl Goranboyun icra başçısının yeni kimliyi də məlum oldu. Söhbət bu adamın adının bəlli bir kriminal şəbəkə ilə qoşa çəkilməsindən və hətta Nizaməddin Quliyevin həmin şəbəkənin himayəsi altında olmasından gedir.

Nizaməddin Quliyevin bir neçə gün əvvəl Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Donetsk vilayət şöbəsinin sədri, tanınmış iş adamı İqbal Mahmudovun qətlində adı keçən şəxslərlə hansı əlaqələrinin olması yönündə apardığımız araşdırma zamanı ortaya ilginc faktlar çıxmışdı.

Xatırladaq ki, burada söhbət İqbal Mahmudovun 3 milyon dollarlıq borca görə qətlinə sifariş verən Qulam Ələkbərovdan gedir. Qeyd edək ki, bir zamanlar Goranboyda mərhum prezident Heydər Əliyevə qarşı təşkil olunan qiyamda iştirakçı olan Qulam Ələkbərov eyni zamanda Nizaməddin Quliyevin В«xaç atasıВ» sayılır və onu bütün qara işlərdən məhz bu adam hifz etməkdədir.

Qulam Ələkbərovun özünə gəlincə isə onun kimliyi ilə bağlı ilginc faktlar mövcuddur. Nəqliyyat Nazirliyinin elan etdiyi tenderlərdə ənənəvi qaliblərindən olan “Sanur Holding”in sahiblərindən biri də Qulam Ələkbərov adlı şəxsdir. Bu şəxs həm də bir mənzili bir neçə nəfərə satmaqla vətəndaşları aldadan “AQ Inşaatçı Servis” MMC-nin sahibidir. Tikinti şirkətinin adındakı “Q” hərfi də onun adını simvolizə edir.

“AQ Inşaatçı Servis”in vətəndaşları aldatması üzə çıxanda yerli mətbuat Ziya Məmmədova çox yaxın olan bu şəxs barədə ilginc faktlar dərc etmişdi. Xatırladaq ki, Qulam Ələkbərov vaxtilə Dövlət Gömrük Komitəsinin Gəncə şöbəsində rəis müavini vəzifəsində çalışıb. Işdən çıxarıldıqdan sonra paytaxtın “Gənclik” metrostansiyasının yaxınlığında “Milyonerlər məhəlləsi” deyilən ərazidə ev tikintisi ilə məşğul olub. Onun Ziya Məmmədovla tanışlığı da buradan başlayıb. Qulam Ələkbərov nazirin Teymur Əliyev küçəsindəki villasının inşasını həyata keçirib. Daha sonra Ziya Məmmədov tikinti biznesinin idarəçiliyini Qulam Ələkbərova verib.

Qulam Ələkbərov barəsində ilginc faktlardan biri də onun vaxtilə dövlət çevrilişinə görə istintaqa cəlb olunmasıdır. Goranboy rayonundan olan Qulam Ələkbərovun keçmiş briqada komandiri Rasim Əkbərovla isti münasibətləri olub. Briqada komandiri Heydər Əliyevə qarşı çıxandan sonra həbs olunarkən Qulam Ələkbərov da bu iş üzrə istintaqa cəlb olunub. Lakin o, məsuliyyətə cəlb edilməyib.

Goranboyun hazırkı icra başçısı Nizaməddin Quliyevin bu vəzifəyə gətirilməsində, həmçinin keçmiş deputat Gültəkin Hacıbəylinin 2010-cu ilin parlament seçkilərindən sonra mandatsız qalmasında Qulam Ələkbərovun böyük rolu olduğu bildirilir.

İndi isə Ukraynada qətlə yetirilən İqbal Mahmudovun qatillərinə qarşı 11 aprel tarixində keçirilən məhkəmə istintaqı ilə bağlı Ukrayna Azərbaycanlıları Konqresinin yaydığı məlumatdan bir hissəni diqqətinizə təqdim edirik: “Şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işini qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. İqbalın sürücü isə istintaqa verdiyi ifadədə isə bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada keçirilən Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəbi ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqresin üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”.

Bir sözlə, Qulam Ələkbərov konkret olaraq bir mafiya babası qiyafəsilə bu gün Azərbaycanın təkcə iqtisadi yox, həm də siyasi çevrəsinə nüfuz etməkdədir. Onun siyasətdəki şah əsərinin isə Nizaməddin Quliyev olduğu bir faktdır. Və hətta bu yaxınlıq səbəbindən Nizaməddin Quliyev Qulam Əkbərovun həbsdə olmuş kriminal aləmdə yaxşı tanınan qardaşına rayonda vəzifə də verib.

DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, artıq bütün bu faktlar dövlətin müvafiq qurumları tərəfindən ciddiyə alınıb. Mənbə iddia edir ki, Qulam Əkbərovun həbsinə də hazırlıq gedir: “Artıq Ukraynanın hüquq-mühafizə orqanları Azərbaycan tərəfinə Qulam Əkbərovun həbsini tələb edən sorğu da göndəriblər”.

Məlumatlara görə, istintaq işinin zərurəti olaraq atılan bu addıma rəsmi Bakının olumlu cavab verməsi gözlənilir: “Hətta Ziya Məmmədov da Qulam Əkbərovun arxasından çəkildiyindən onun yaxın günlərdə həbs olunacağı ehtimalları artıb”.

Məsələ ilə bağlı bütün tərəfləri dinləməyə hazırıq....








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Bu gün, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Bu gün, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Bu gün, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Bu gün, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Bu gün, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Bu gün, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Bu gün, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Bu gün, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Bu gün, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Bu gün, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Bu gün, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Bu gün, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Bu gün, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Bu gün, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Bu gün, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Bu gün, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Bu gün, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru