RƏSUL QULİYEVİN SİFARİŞLİ QƏHRƏMANLIĞI
Tarix: 8-12-2011, 11:46 | Çap et
EKS-SPİKER HAKİMİYYƏTDAXİLİ RAZBORKALARDA İSTİFADƏ OLUNUR
DİA.AZ: - Ötən ilin əvvəlindən ərəb ölkələrində vüsət almış inqilab ab-havasının Azərbaycanın sərhədlərinə yaxınlaşması hakimiyyət nümayəndələrinin yuxusunu qaçırdığı kimi, bəzi uğursuz siyasətçiləri də rahatsız etməkdədir. Əslində, bu da təbiidir və yaranmış siyasi fürsətdən hər kəs dividentlər götürmək və itmiş nüfuzunu bərpa etməklə mümkün dəyişikliklərdən pay qoparmaq istəyir. Eks-spiker, ADP-nin keçmiş sədri, bir zamanların populyar siyasətçisi olan Rəsul Quliyev kimi...
Rəsul Quliyev taleyin ona bəxş etdiyi və bu zalım dünyada hər kəsə yalnız bir dəfə verilən tarixi şansı lazımınca dəyərləndirə bilmədiyindən 2005-ci ilin mənhus 17 oktyabr rüsvayçılığından keçən 6 ildə siyasi qürubunun ən acınacaqlı epizodlarını yaşamağa məhkum oldu. Bəli, o gələ və gəlişiylə Azərbaycanı bu zalım idarəçiliyin qanlı-neftli caynağından xilas edə, həyata keçirməyə çalışdığı siyasi iddialarının olimpinə qovuşa bilərdi. Həmin tarixi şəraitin bəlli şərtlərini də hamımız birlikdə yaşamış və dəyərləndirmişik. Əgər o, canını dişinə tutaraq Bakıdan onu В«gəlsən səni öldürəcəklərВ» təhdidlərinə əhəmiyyət verməsəydi və məhz həmin gün Azərbaycana gəlsəydi, ən azından bu gün həbsdə və ya azadlıqda olmasından asılı olmayaraq ölkənin bir nömrəli müxalifət lideri və dünyaca məhşur bir siyasətçi idi. Əcəba, Rəsul Quliyev bunu istəmirdimi, yoxsa hazırca kökə sevdasındaydı?
Bu gün Rəsul Quliyev bəlli səbəblərdən yenidən fəallaşıb və vaxtilə bircə yanlış addımla itirdiyi siyasi imicini yenidən körükləmək üçün hərəkətə keçib. Onun bu günlərdə xeyli fəallaşması və yaratdığı, yaxud onun üçün yaradılan bloqunda hakimiyyətlə ultimatum dilində danışmasının ardından Müqavimət Hərəkatı yaratdığını bəyan edərək, yenidən aktiv siyasətə baş vurması xeyli düşündürücüdür. Əsas hədəfinin 2013-cü ildə indiki hakimiyyətin bir daha iqtidarda qalmasını əngəlləmək olduğunu söyləyən keçmiş spiker növbəti prezident seçkilərində saxtakarlığa yol verilməməsi üçün В«sizinlə bu işi bir yerdə görməyə hazıramВ» mesajıyla əslində prezidentlik iddiasından hələ də əl çəkmək fikrində olmadığını ortaya qoyub.
Əlbəttə, hər bir Azərbaycan vətəndaşı kimi onun buna konstitusion haqqı çatır və Rəsul Quliyevin 15 illik mühacir həyatı, ölkədən məcburən kənarda yaşaması prezidentlik uğrunda yarışa qatılmasına maneə törədə bilməz. Ancaq yuxarıda da qeyd olunduğu kimi, əlahəzrət fakt ortada və hələ uzun illər bu uğursuzluq bir kal armud kimi eks-spikerin siyasi iddialarının qarşısında sipər olacaq. O, bu gün Müqavimət Hərəkatı yaratdığını bəyan edir və cəmiyyəti müqavimətə kökləyəcəyi vədini verir. Maraqlı sual yaranır, vaxtilə cəmiyyətin güclü müqaviməti olduğu halda niyə üzərinə düşəni etmədin və bu müqaviməti bərpaolunmayacaq qədər sarsıtdın? Kim zəmaənət verə bilər ki, 2005-ci ildəki siyasi situasiya yaranacağı təqdirdə Rəsul Quliyev cənabları ikinci dəfə ona inananları yarı yolda, yəni В«açıqlaya bilməyəcəyi min səbəbВ»lə üz-üzə qoyaraq siyasi səhnədən geri çəkilməyəcək? Axı hamı bilir ki, cəsarət və qəhrəmanlıq qazanılmır, anadangəlmə olur və ya heç yerli-dibli olmur. Rəsul Quliyevinsə bu sarıdan korluq və kasadlıq çəkdiyi artıq təkzibedilməz faktlarla təsdiqini tapıb.
Yeri gəlmişkən, hətta Müqavimət Hərəkatı yaratdığıyla bağlı sonuncu bəyanatından xeyli əvvəl redaksiyamıza belə bir məlumat daxil olmuşdu ki, eks-spikerin yenidən fəallaşması təsadüf deyil və irəlidə onun daha da aktivləşəcəyini gözləmək lazımdır. Bizə məlumatı ötürən mənbə iddia edirdi ki, Rəsul Quliyevin fəallaşması heç də bütövlükdə onun siyasi iradəsindən asılı deyil və hakimiyyətdaxili savaşın tərkib hissəsi olaraq ortaya atılıb. Belə ki, hakimiyyətdəki islahata meylli qanadın üfüqdə görünən hakimiyyətdaxili təmizləmə əməliyyatına müqavimət göstərmək üçün В«köhnə qvardiyaВ» məhz Rəsul Quliyev kartından istifadə etmək qərarına gəlib və birincilərin Ayaz Mütəllibovla bağlı gedişinə qarşılıq vermək üçün onun ikinci zühuruna xeyir-dua verilib.
Hər halda hansı ehtimalların həqiqətə daha yaxın olduğunu öyrənmək üçün çox gözləməyə ehtiyac yoxdur. Onsuz da Azərbaycan da inqilabi dəyişikliklərə hamilədir və ən qısa zamanda bütün kartların ortada oynanılacağının şahidi olacağıq. O zaman kimin kim olduğu və hansı havaya oynadığı daha aydın şəkildə üzə çıxacaq...
Amma bu arada eks-spikerin Müqavimət Hərəkatı yaratdığı haqda xəbərə müxalif liderlərdən birinin münasibəti xüsusilə maraqlı oldu: В« Rəsul Quliyev öncə liderlik etdiyi partiyaya sədr tapsın, 3-5 nəfəri orada cəmləşdirsin, sonra Müqavimət Hərakatı yaradar...В»
DİA.AZ – Ekspert Qrupu

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
| • Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55 |
|
|
|
| • Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49 |
|
|
|
| • “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48 |
|
|
|
| • Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26 |
|
|
|
| • "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24 |
|
|
|
| • “Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21 |
|
|
|
| • FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19 |
|
|
|
| • Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41 |
|
|
|
| • Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39 |
|
|
|
| • Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37 |
|
|
|
| • Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49 |
|
|
|
| • Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47 |
|
|
|
| • Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45 |
|
|
|
| • “Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18 |
|
|
|
| • “İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
| • ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56 |
|
|
|
| • Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47 |
|
|
|
| • Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44 |
|
|
|
| • "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41 |
|
|
|
| • Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35 |
|
|
|
| • "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24 |
|
|
|
| • Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03 |
|
|
|
| • Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46 |
|
|
|
| • Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43 |
|
|
|
| • Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40 |
|
|
|
| • Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34 |
|
|
|
| • Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29 |
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
29-08-2026, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
29-08-2026, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
29-08-2026, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
29-08-2026, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
29-08-2026, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
29-08-2026, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
29-08-2026, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
29-08-2026, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
29-08-2026, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
29-08-2026, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
29-08-2026, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
29-08-2026, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
29-08-2026, 12:21 |
|
|
|
|