AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                 

ELXAN USUBOV ŞƏKİNİ NECƏ ÇÖKDÜRƏ BİLDİ?
Tarix: 26-04-2013, 09:28 | Çap et
ELXAN USUBOV ŞƏKİNİ NECƏ ÇÖKDÜRƏ BİLDİ?
ŞƏKİNİN TARİXİ GÖRKƏMİNİ MƏHV EDƏN İCRA BAŞÇISI İLA BAĞLI FAKTLAR

DİA.AZ: - Bir müddət əvvəl Ağstafa rayonunda daşı-daş üstə qoymayan Elxan Usubov özbaşınalıqları indi də Şəkidə davam etdirir. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" xəbər yayıb. Portala daxil olan məlumatlarda bildirilir ki, Elxan Usubov rayona büdcədən ayrılan pulları Bakıda ev almağa, rayonun səfalı yerlərində özünə villa tikməyə, yeni-yeni obyektlərin əldə edilməsinə sərf edir. İcra başçısının “zəngin təcrübəsi” nəticəsində Azərbaycanın ən səfalı və qədim şəhərlərindən olan Şəkini cəmi bir il ərzində tamamilə tanınmaz bir hala gətirib. Məlumatlara görə, Şəki şəhərinə iki istiqamətdə girişi olduğu halda Elxan Usubovun göstərişi bu qapılar qapadılıb.

Redaksiyamıza rayon sakinlərinin bidridiyinə görə, icra başçısının göstərişi ilə müasir dizaynda yeni qala qapıları hazırlanıb. Karvansara istiqamətindən Xan Sarayına tərəf gedən yolun solunda və sağındakı bütün tarixi abidələr, qədim tikililər də demək olar ki, darmadağın olunub. Yerli ictimaiyyət həm də rayonun turizm potensialından lazıminca istifadə edilməməsindən şikayətlənir: “Şəkinin böyük turizm potensialı var və təbiətin bu rayona verdiyi imkanlardan yararlanaraq orada turizm obyektləri açmaqla çoxlu pul qazanmaq mümkündür. Amma hələki bundan lazımınca istifadə olunmur. Daha doğrusu pullar qazanılır, amma bu pullar rayonun təbii sərvətlərini-meşələri, dağları, bulaqları qeyri-qanuni özlləşdirən işbazların və bütün bu özbaşnalıqlara rəvac verən Elxan Usubovun cibinə axır. Rayonun inkişafına, sakinlərin sosial-məişət problemlərinin həllinə isə bu vəsaitlərdən bir qəpik belə xərclənmir.”

Bundan əlavə məlumatlarda bildirilir ki, rayonda hələ də işsizlik kimi ciddi problem qalmaqdadır. İnsanlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Vaxtilə böyük işçi kütləsinin çalışdığı Şəki İpək Kombinatı indi tam gücü ilə işləmir. Şəkidə bir çox şirə zavodları bağlanıb. Ümumiyyətlə vaxtilə fəaliyyət göstərən fabrik və zavodlar hazırda çalışmır. Bu da şəkililərin işsizlik probleminin həll olunmasını hələ də ləngidir. Şəkində problemlər bununla tükənmir. Bu gün Şəkinin yolları barədə də ürəkaçan sözlər demək olmur. Şəki şəhərini ətraf kəndlərlə bağlayan yollar bərbad vəziyyətdədir. İnsanlar bu yollardan istifadə edə bilmirlər. Hətta o kəndlərə avtobuslar da işləmir. İyirmi-otuz il bundan əvvəlçəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür. Şəkinin məişət problemləri barədə isə yerli sakinlər belə deyirlər: “Şəkinin yalnız mərkəzi hissəsinə qaz nisbətən yaxşı verilir, amma rayonun hələ də qazlaşdırılmamış kəndləri çoxdur. Üstəlik Şəkidə elektrik enerjisinin verilməsində problemlər mövcuddur. Elektrik xətlərində açılmalar tez-tez baş verir. Bunun səbəbi ətraf kəndlərin qazlaşdırılmaması ilə bağlıdır. Elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində xətlərə güc düşür. Buna görə də rayonu işıqla təmin edən şəbəkə ziyana çox düşməsin, transformatorlar yanmasın deyə işığı fasilələrlə verirlər. Şəkinin su problemi hələ də hələ də həllini tapmayıb. Rayona bulanıq, demək olar ki, palçıqlı su gəlir. Amma Şəkinin elə kəndləri var ki, onlar ümumiyyətlə su üzünə həsrətdir. Məsələn, Daşbulaq kəndində ciddi su problemi yaşanır. O kəndə yalnız bir xətdən su gəlir. Buna görə onlar həmin boruya qıfıl vurublar və hər evə insanlar suyu bidonlarla daşıyırlar. İllərdir bu problem hələ də həll edilməmiş qalır”.

Rayonun təhsil sisteminin vəziyyəti də bərbad haldadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rayon üzrə ali məktəblərə qəbul göstəricisinə görə statistik məlumatlarla tanış olsaq görərik ki, Şəkinin bəzi kəndlərindən ali məkəblərə sənəd verənlərin bir nəfəri belə uğur qazanmayıb. Həmin kəndlərin əksəriyyətində məktəblər qəzalı vəziyyətdədir və heç biri təmir olunmayıb. Rayonda uşaq bağçalarının çatışmazlığı ilə də bağlı problemlər mövcuddur. Şəkidə uşaqların əksəriyyəti məktəbəqədər təhsildən məhrum qalırlar. Yerli sakinlər xüsusilə belə bir bir məqamı da vurğulayırlar ki, dövlət başçısının təhsil və səhiyyə işçilərinin əmək haqlarının artırılması barədə məlum sərəncamından dərhal sonra rayonda süni qiymət artımının müşahidə olunmağa başlandı: “Müəllimlərin, həkimlərin maaaşı artan kimi Şəkidə yağın, çayın, unun qiyməti qaldırılır. Süni qiymət artımın qarşısı alınmır. Səbəbini də soruşanda deyirlər ki, rəhbərlik belə tələb edir”. Rəhbərlik isə əlbəttə ki, yenə də Elxan Usubovun korrupsiyaya uğramış aparatıdır. Amma bütün bu problemlər icra başçısını qətiyyən narahat etmir. Əslində Ağstafada törətdiyi bütün qanunsuzluqlara, hətta “Akkord” kimi tikinti nəhənginə vurduğu yüz minlərlə maddi ziyana görə heç bir cəzaya məruz qalmamış məmurdan indi Şəkinin problemlərinə fərqli münasibət gözləmək də olmaz.

Daxil olan məlumatlarda Şəki rayon icra başçısının qonşu Gürcüstan məmurları ilə kifayət qədər müəmmalı əlaqələrinin olduğu da bildirilir. Belə ki, Elxan Usubovun gürcü həmkarları ilə mütəmadi olaraq görüşdüyü və bu görüşlər zamanı müzakirə olunan mövzuların son dərəcə məxfi saxlandığı həmin məlumatlarda xüsusilə qeyd olunur.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
29-08-2026, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
29-08-2026, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
29-08-2026, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
29-08-2026, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
29-08-2026, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
29-08-2026, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
29-08-2026, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
29-08-2026, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
29-08-2026, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
29-08-2026, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
29-08-2026, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
29-08-2026, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
29-08-2026, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru