Yerli maliyyə idarələri ləğv edildi .....                     DOST Agentliyində yeni təyinatlar .....                     İrana qarşı yeni plan: .....                     Xalq artistindən həmkarlarına: .....                     Sürücü onu binaya buraxmayan mühafizəçini döydü .....                     Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub .....                     Rubio köməkçisini Azərbaycana niyə göndərib? .....                     Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə .....                     Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır .....                     Paşinyan Putinin qarşısından geri çəkildi .....                     Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? .....                     Paşinyan axırda Avropaya qaçacaq .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... .....                     Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi .....                     "Azəristiliktəchizat" auditor seçib .....                     "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" .....                     "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" .....                     Ermənistana dəstəyi davam etdirəcəyik .....                     Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur .....                     ATB digər bankdakı iştirak payını dayandırıb .....                     Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI .....                     Paşinyan nə qədər səs toplayacaq? .....                     Neftin qiyməti yenidən yüksəldi .....                     Ağsunun Bico kəndi boşalır: .....                     Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək .....                     Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? .....                     “Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir .....                     İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti .....                     Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib .....                     Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib .....                     Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb .....                     Qubanın üç kəndinin adı dəyişdirilib .....                     Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb .....                     MTN generalı vəfat etdi .....                     Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi .....                     "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." .....                     İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib .....                     Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                 

"DÖVLƏT BİR MİTİNQLƏ DAĞILSA, O DÖVLƏT OLMAZDI"
Tarix: 18-04-2013, 11:52 | Çap et
"DÖVLƏT BİR MİTİNQLƏ DAĞILSA, O DÖVLƏT OLMAZDI"
"BURADA MDİ-YƏ BASQIDAN SÖHBƏT GEDƏ BİLMƏZ"

“Prezident ili olduğu üçün təbii ki, Azərbaycan cəmiyyətində seçkilərə hazırlıqla əlaqədar müxtəlif siyasi partiyaların, müxtəlif qurumların fəallığı açıq şəkildə özünü göstərməkdədir. Amma bütövlükdə sosial-siyasi baxımdan vəziyyət normaldır”, - iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı “Amerikanın səsi”nə müsahibəsində bildirib. Onun sözlərinə görə, seçkilərin azad, ədalətli, demokratik keçirilməsi mühiti var.

M.Qurbanlı prezident İlham Əliyevin seçkilərdə qalib gələcəyinə əmindir. “Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyamızın sədri, prezidentimiz İlham Əliyev olacaq. Bu barədə ikili düşüncə və başqa fikir bütövlükdə yox dərəcəsindədir. Biz hesab edirik ki, Azərbaycan seçicisi indi davam edən bu yola, ulu öndər Heydər Əliyevdən başlanan böyük siyasətə yenə səs verəcək. Prezident İlham Əliyevin 2003-cü ildən bu yana həyata keçirdiyi siyasətə dəstək olacaq. Biz namizədimizin qələbə çalacağına əminik”, - o qeyd edib.

İcra katibinin müavini son həbslərə də münasibətini bildirib. “Azərbaycanda siyasi partiyaların radikal qanadının tərəfdarları bir neçə dəfə şəhərin mərkəzində, məsələn Fəvvarələr Meydanında qanunsuz aksiyalar keçirməyə cəhd edib. Halbuki, Fəvvarələr Meydanı aksiyalar üçün deyil. Qanun pozuntusu baş verən ölkədə bunun qarşısını alınmadıqda zəncirvari reaksiya baş verə bilər. O ki qaldı NİDA-çıların məsələsinə, onlar da həmin hadisələr zamanı və ya qanun pozuntuları ilə əlaqədar həbs olunublar. İlqar Məmmədov və Tofiq Yaqublu məsələsi isə İsmayıllıda baş verən hadisələr zamanı onların bölgəyə getməsi və həmin bölgədə qızışdırıcı fəaliyyət göstərməsi ilə əlaqədardır. Bununla bağlı hüquq- mühafizə orqanlarında məlumat olduğuna araşdırılır”.

M.Qurbanlı ordudakı ölümlərə qarşıdır, amma bunun etiraz aksiyaları vasitəsilı ictimai diqqətə çatdırılmasını düzgün saymır. “Azərbaycan ordusu 20 ildir səngərdədir. Səngərdə olan ordu ilə qışlaqda (kazarma) olan ordunun psixoloji durumu eyni deyil. Azərbaycan ordusu regionun ən güclü ordusudur. İstər təchizat baxımından, istər nizam-intizam baxımından, istərsə də nizamnaməyə əməl edilməsi baxımından xeyli irəliyə gedib. O ki qaldı əsgər ölümü ilə bağlı keçirilən kütləvi aksiyalara, əsgər ölümünə kim “hə” deyə bilər, hamımız “yox” deyirik. Amma bunu cəmiyyətə çatdırmaq üçün qanunu pozmağa ehtiyac varmı?”, - o sual edib.

M.Qurbanlı Azərbaycanda sosial şəbəkələrdə müzakirələrin daha da genişləndirlməsinin tərəfdarıdır. “Azərbaycanda Facebook-dan heç kim çəkinmir, xüsusilə hakimiyyət bundan çəkinmir və çəkinməyə də ehtiyac duymur. Azərbaycanda İnternet tam azaddır. Mən Yeni Azərbaycan Partiyasının rəsmi mövqeyini bir daha vurğulayıram: biz Facebook-da tam sərbəstliyə tərəfdarıq”.

O ki qaldı “Facebook inqilabı” məsələsinə, icra katibinin müavini vildirib ki, Facebook vasitəsilə heç kim inqilab edə bilməz: “İnqilabın olması, hakimiyyət əleyhinə iğtişaşlar, çıxışlar üçün ölkədə mütləq səbəblər olmalıdır. O səbəblər olmadıqca hansısa ölkədə inqilabı və ya hərəkatı Facebook vasitəsilə etmək mümkün deyil. Məgər Qahirədə Təhrir Meydanında toplaşanlar Facebook vasitəsi ilə toplaşmışdı? Onların mütləq əksəriyyətinin nə Facebook-dan xəbəri var idi, nə də sosial şəbəkələrə girişi var idi”.

M.Qurbanlı hesab edir ki, Azərbaycan ATƏT-in üzvü olandan sonra böyük yol keçib, demokratikləşib, müasirləşib. “ATƏT-in 20 ildir Azərbaycanda müşahidə missiyası var. Biz sadəcə təkliflərlə çıxış edirik ki, Azərbaycanın indiki situasiyasını, inkişafını nəzərə alaraq həmin müşahidə missiyasının statusuna yenidən baxılsın. Bu gün Azərbaycan Şərqi Avropanın demokratiya yolu ilə inkişaf edən ölkələrindən heç də geri qalmır. Şərqi Avropa da totalitarizmdən demokratiyaya keçib , biz də totalitarizmdən demokratiya yoluna keçmişik və bu yolla davam edirik. Demokratiya sahəsində ciddi uğurlarımız var”, - o bildirib.

M.Qurbanlı Amerika Milli Demokratiya İnstitutunun Azərbaycanda fəaliyyətini davam etdirdiyini deyib: “Milli Demokratiya İnstitutu Azərbaycanda çoxdandır fəaliyyət göstərir və bu gün də fəaliyyətini davam etdirir. Bizim üçün hansısa təhlükə mənbəyi deyil. Sadəcə, Milli Demokratiya İnstitutunun məmurunun bank hesabından nağd pul çıxarması və sərf etməsi ilə bağlı jurnalist araşdırması dərc olunub. Respublika Prokurorluğu da haqlı olaraq Amerika səfirliyinə müraciət edərək bunun araşdırılmasını istəyib. Prokurorluq qanunu qoruyan bir qurumdur və onun belə müraciətlə çıxış etməsi tamamilə məntiqlidir. Amerika tərəfinin cavablarını oxudum. Hesab edirəm ki, yetərli deyil. Jurnalist araşdırmasında ortaya çıxan dəlillərə cavab verilməlidir. Burada Milli Demokratiya İnstitutuna hər hansı basqıdan söhbət gedə bilməz”.

Onun fuikrincə, Azərbaycan cəmiyyətində insanların narazı hissəsi var, amma narazı hissə böhran həddi səviyyəsində deyil. “O narazı hissənin heç də hamısı prezidentdən, onun siyasətindən narazı deyil. Ola bilər ki, kimsə məmurdan narazıdır, öz işlədiyi yerdə kimdənsə narazıdır, əmək haqqının azlığından narazıdır. Amma bütövlükdə bu böhran vəziyyətində deyil. O həddə deyil ki, Azərbaycan cəmiyyətində hansısa bir partlayışa gətirib çıxarsın”, - M.Qurbanlı vurğulayıb.

İcra katibinin müavini iqtidarın sıradan çıxarılacağı ilə bağlı fikirlərə rişxəndlə yanaşır: “Dövlət bir mitinqlə, bir nümayişlə dağılsa o, dövlət olmazdı. İqtidarlar bir hadisə ilə, bir iğtişaşla, bu və ya baş vermiş digər hadisə ilə hakimiyyətdən getmir. Hakimiyyət çökdü, bacarmadı kimi tezislər ortaya qoymaq, həmin tezisləri söyləyənlərin politoloji elmdən və bütövlükdə dövlət idarəçiliyindən xəbəri olmaması, bu və ya digər məsələləri ya tam bilməməsi, ya da qəsdən belə göstərməsidir. Bu cür hadisələr dövlətin, hakimiyyətin çökməsi demək deyil. Hakimiyyət hakimiyyətdir. İqtidarın da vəzifəsi odur ki, hakimiyyətini qanun çərçivəsində qorusun. Özünü qorumağa qadir olmayan hakimiyyət dövləti və vətəni qoruya bilməz”, o qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yerli maliyyə idarələri ləğv edildi - Yeni qurum yaradıldı
Dünən, 20:06
DOST Agentliyində yeni təyinatlar - İki nəfərə vəzifə verildi
Dünən, 18:37
İrana qarşı yeni plan: - “Müasir müharibələrdə qələbənin təmin edilməsi...”
Dünən, 18:29
Xalq artistindən həmkarlarına: - “Özünü aparmağı da bacarmalısan”
Dünən, 18:19
Sürücü onu binaya buraxmayan mühafizəçini döydü – MƏHKƏMƏ
Dünən, 18:06
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub
Dünən, 18:04
Rubio köməkçisini Azərbaycana niyə göndərib? - AKTUAL
Dünən, 17:49
Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb
Dünən, 17:45
Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır - TASS
Dünən, 17:29
Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Dünən, 17:28
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Dünən, 17:26
Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Dünən, 17:23
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Dünən, 17:20
Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Dünən, 17:16
"Azəristiliktəchizat" auditor seçib
Dünən, 17:12
"Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Dünən, 17:11
"Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Dünən, 17:07
Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Dünən, 17:04
Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Dünən, 17:01
ATB digər bankdakı iştirak payını dayandırıb
Dünən, 16:59
Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Dünən, 16:55
Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Dünən, 16:52
Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Dünən, 16:47
Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Dünən, 16:45
Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Dünən, 16:42
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Dünən, 16:40
“Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Dünən, 16:37
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Dünən, 15:59
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Dünən, 15:58
Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Dünən, 15:56
Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Dünən, 15:06
Qubanın üç kəndinin adı dəyişdirilib
Dünən, 15:04
Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Dünən, 14:59
MTN generalı vəfat etdi - 71 yaşında...
Dünən, 14:52
Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Dünən, 14:45
"Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Dünən, 14:42
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Dünən, 14:20
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Dünən, 13:19
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Dünən, 13:14
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Dünən, 13:13
“Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:08
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Dünən, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Dünən, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Dünən, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Dünən, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Dünən, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Dünən, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru