SEÇKİLƏRƏ 6 AY QALIB, AMMA...
Tarix: 4-04-2013, 12:11 | Çap et
MÜXALİFƏTİN SÖZÜ DÜZ GƏLMİRAzərbaycanda prezident seçkilərinin keçirilməsinə 6 ay vaxt qalır. Hələ də müxalifət düşərgəsinin daxilində vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı fikir ayrılıqları var. Vahid namizədin müəyyənləşməsi məsələsində müxalifət daxilində ilkin seçkilərin keçirilməsi mühüm rol oynaya bilər. Bu təcrübədən bir çox xarici ölkələrdə də istifadə edilib. Azərbaycanda belə bir təcrübənin həyata keçməsi mümkün ola bilərmi? Müxalifət partiyaları bu haqda nə düşünür kimi suallara cavab tapmaq üçün “Qafqazinfo” ölkədə fəaliyyət göstərən bır sıra aparıcı partiyalarının nümayəndələrindən münasibət öyrənib.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, müxalifət daxilində ilkin seçkilərin keçirilməsi çətin məsələdir: ”Bu məsələnin həm texniki, həm də siyasi tərəfləri var. Əgər belə seçki keçirələrsə, istənilən halda iştirak etməyə hazırıq. Müxalifətin birliyi məsələsinə öz töhfəmizi verə bilərik”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, demokratik prosesdə nə qədər müxtəlif formalar olsa bir o qədər yaxşı olar: “Nəzəri cəhətdən nələrin ortaya çıxması isə başqa məsələdir. Məsələn, mən Bolqarıstanda ilkin seçkilərdə müşahidəçi qismində iştirak etmişdim. Bu ilkin prosesdə də seçkilər saxtalaşdırılıdı. Yəni insanlar saxtakardırsa, onsuz da seçkiləri saxtalaşdıracaqlar. Bunun üçün ilk növbədə şərait yaradılmalıdır. Açıq məntəqələr olmalıdır. İnsanların inandığı seçki komissiyaları olmalıdır. Bu ideya kimi yaxşıdır. Amma hökumət bunun keçirilməsinə imkan verməyəcək. Qeyri leqal formada demokratik seçkini keçirmək mümkün olmayacaq. Bunu ciddi bir prosedur kimi qəbul etmirəm. Amma ümumiyyətlə ilkin seçki vahid namizədin müəyyənləşdirilməsində effektiv amil ola bilər”.
AXCP sədrinin müavini Razi Nurullayev isə məsələyə politoloq kimi münasibət bildirib. Sədr müavini bunun mümkün olduğunu qeyd edir: “Mənə belə gəlir ki, müxalifət arasında müəyyən məsələlərdə səmimi münasibət yaranarsa, bunun keçirilməsinə ehtiyac qalmaz. Yox, əgər bu mühit yaranmayacaqsa, o zaman ilkin seçkilərin keçirilməsinə ehtiyac var. Bu proses vahid namizədin müəyyənləşməsində rol oynaya bilər. Rusiyada bu təcrübə var. Öyrənib Azərbaycanda da tətbiq etmək olar”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, Azərbaycanda bunun həyata keçirilməsi üçün normal şərait yoxdur: “Azərbaycanda siyasi partiyaların qurultaylarını keçirməyə və ya rayon nümayəndəlikləri ilə görüşməyə belə icazə vermirlər. Belə bir şəraitdə ilkin seçkinin keçirilməsi müşkül məsələdir. Ancaq məsələ ilkin seçkinin öz qarşısına qoyduğu məqsədlərdən asılı olaraq reallaşa bilər. Daha dar çərçivədə bunu həyata keçirmək mümkün ola bilər. Amma mən düşünürəm ki, indi əsas məsələ vahid namizədin müəyyənləşməsi problemi üzərində qurulmamalıdır. Bu seçicilərin öz istəyindən asılıdır. Seçki kampaniyası yaxınlaşdıqca seçicilər öz namizədlərini müəyyənləşdirəcəklər. 2003, 2005-ci il seçkiləri də bunu sübut edib. Azərbaycan seçicisi bir siyasi qüvvəyə, namizədə səs verib”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yerli maliyyə idarələri ləğv edildi - Yeni qurum yaradıldı
Bu gün, 20:06 |
|
|
|
| • DOST Agentliyində yeni təyinatlar - İki nəfərə vəzifə verildi
Bu gün, 18:37 |
|
|
|
| • İrana qarşı yeni plan: - “Müasir müharibələrdə qələbənin təmin edilməsi...”
Bu gün, 18:29 |
|
|
|
| • Xalq artistindən həmkarlarına: - “Özünü aparmağı da bacarmalısan”
Bu gün, 18:19 |
|
|
|
| • Sürücü onu binaya buraxmayan mühafizəçini döydü – MƏHKƏMƏ
Bu gün, 18:06 |
|
|
|
| • Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub
Bu gün, 18:04 |
|
|
|
| • Rubio köməkçisini Azərbaycana niyə göndərib? - AKTUAL
Bu gün, 17:49 |
|
|
|
| • Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb
Bu gün, 17:45 |
|
|
|
| • Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır - TASS
Bu gün, 17:29 |
|
|
|
| • Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Bu gün, 17:28 |
|
|
|
| • Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Bu gün, 17:26 |
|
|
|
| • Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Bu gün, 17:23 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Bu gün, 17:20 |
|
|
|
| • Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Bu gün, 17:16 |
|
|
|
| • "Azəristiliktəchizat" auditor seçib
Bu gün, 17:12 |
|
|
|
| • "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Bu gün, 17:11 |
|
|
|
| • "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Bu gün, 17:07 |
|
|
|
| • Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Bu gün, 17:04 |
|
|
|
| • Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Bu gün, 17:01 |
|
|
|
| • ATB digər bankdakı iştirak payını dayandırıb
Bu gün, 16:59 |
|
|
|
| • Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Bu gün, 16:55 |
|
|
|
| • Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Bu gün, 16:52 |
|
|
|
| • Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Bu gün, 16:45 |
|
|
|
| • Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Bu gün, 16:42 |
|
|
|
| • Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Bu gün, 16:40 |
|
|
|
| • “Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Bu gün, 16:37 |
|
|
|
| • İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59 |
|
|
|
| • Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58 |
|
|
|
| • Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06 |
|
|
|
| • Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04 |
|
|
|
| • Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59 |
|
|
|
| • MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52 |
|
|
|
| • Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45 |
|
|
|
| • "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42 |
|
|
|
| • İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20 |
|
|
|
| • Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19 |
|
|
|
| • Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14 |
|
|
|
| • Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13 |
|
|
|
| • “Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08 |
|
|
|
| • Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06 |
|
|
|
| • Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04 |
|
|
|
| • Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
| • Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57 |
|
|
|
| • Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55 |
|
|
|
| • Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47 |
|
|
|
| • Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
| • Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38 |
|
|
|
| • "Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36 |
|
|
|
|