DEPUTATDAN CƏRİMƏLƏRLƏ BAĞLI İLGİNC MÖVQE
Tarix: 11-03-2013, 12:20 | Çap et
"PUL YOXDURSA, CƏRİMƏ KƏSİLƏ BİLMƏZ"“Qanunsuz aksiyalara görə, məhkəmənin qarşısına çıxan hər kəsi cərimələməyə haqqı yoxdur. Maddi imkanı olmayan insanların birbaşa cərimələnməsi yolverilməzdir”. Bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti komitəsinin üzvü, Sərbəst toplaşmaq haqqında qalmaqallı qanun layihəsinin müəllifi Rafael Cəbrayılov bildirib. Rusiyadan icazəsiz aksiyalara görə cərimələrin azaldılması məsələsinin gündəmə gəlməsindən söz açan deputat Azərbaycanda bunun mümkün olmadığını bildirib.
Hazırladığı qanun layihəsinin ancaq cərimələrdən ibarət olmadığını deyən R.Cəbrayılov məhkəmələri düzgün qərar çıxarmağa çağırıb.
"Məhkəmənin hamını cərimələməyə haqqı yoxdur"
“Ümumiyyətlə, bu məsələ hazırda gündəmdə deyil. Bu dəyişikliklərdə üç tənbeh hüququ var. Bu təkcə cərimədən ibarət deyil. Burada 160 saatdan 200 saata qədər ictimai iş və eləcə də 15 sutkaya qədər inzibati həbs nəzərdə tutulub. Bunlardan məhkəmə birini seçir. Cinayət Məcəlləsinin 44.2-ci maddəsində qeyd olunur ki, məhkəmə cəza tətbiq edərkən şəxsin əmlak vəziyyətini nəzərə alır. Bununda hüquqi mənası ondan ibarətdir ki, əgər o şəxsin cəriməni ödəməyə maddi imkanı yoxdursa, məhkəmə cərimə cəzasını tətbiq edə bilməz. Təsəvvür edin ki, il ərzində hər hansı hakim yüz nəfərin cərimələnməsi haqqında hökm çıxarır. Bu hökmlərin də 5 faizi icra olunur. Həmin hakimdən Ədliyyə Nazirliyi və müvafiq qurumlar soruşacalar ki, bu insanın cəriməni ödəməyə maddi imkanı yoxdursa bunu niyə tətbiq eləmisən? Bu baxımdan məhkəmənin hamını cərimələməyə haqqı yoxdur. Məhkəmə digər tənbeh növündən birini seçməlidir”-deyə deputat vurğulayıb.
Cərimələrin azaldılmasının indiki durumda real olmadığını deyən millət vəkili hazırladığ qanun layihəsinin ədalətli olduğunu dilə gətirib.
“Gələcəkdə də cərimələrin azaldılmasına ehtiyac yoxdur”
“Mən o layihəni verənə qədər orada iki tənbeh növü vardı. Mən düşündüm ki, həbslə cərimənin alternativ olması düzgün deyil. Təsəvvür edin, azadlıqdan məhrum etmə ilə pulun üz-üzə qalması çox primitiv dilemmadır. Bu baxımdan biz bir tənbeh növü kimi ictimai işi qanunverciliyə də saldıq. Bu baxımdan bu qanun layihəsi yalnız pul cəriməsindən ibarət deyil. Hesab edirəm ki, gələcəkdə də cərimələrin azaldılmasına ehtiyyac yoxdur.
Mən ABŞ səfirliyinin əməkdaşları ilə də görüşəndə, ATƏT rəsmiləri ilə də söhbətdə bildirmişəm ki, qanunsuz toplantıya görə, 7 manat cəriməsi olan bir ölkə göstərin mənə. Hansı ölkədə 7 manat cərimə var?”-deyə deputat sual edib.
“Gülməli də olsa sizə bir nümunə deyim. Bizdə İnzibati Xətalar Məcəlləsində 126-cı maddədə it və pişik saxlama qaydalarının pozulmasına görə, 20 manata qədər cərimədir. Doğurdanmı qanunsuz toplantının keçirilməski ictimai təhlükəsizlik baxımından bundan daha az təhlükəlidir. Yenə də deyirəm ki, qanunsuz aksiyalara görə cərimələrin azaldılması mümkün deyil. Cərimələri ödəyə bilmirsən ictimai işlə tənbeh olunmalısan. Burada çətin heç nə yoxdur. Cəriməni ödəmək istəmirsən digərlərini seç”.
Qeyd edək ki, bir müddət əvvəl icazəsiz aksiyalara, mitinqlərə görə sensassion cərimələrlə bağlı qanunun qəbul olunduğu qonşu Rusiyada cərimələrin azaldılması yenidən gündəmə gəlib. Azərbaycanda da millət vəkili Rafael Cəbrayılovun hazırladığı “Sərbəst toplaşmaq haqqında” qanun layihəsi ötən ilin noyabr ayında Milli Məclisdə qəbul edilib. Bununla da Azərbaycanda İcazəsiz aksiyalara görə cərimə 30 dəfəyədək artırılıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yerli maliyyə idarələri ləğv edildi - Yeni qurum yaradıldı
Bu gün, 20:06 |
|
|
|
| • DOST Agentliyində yeni təyinatlar - İki nəfərə vəzifə verildi
Bu gün, 18:37 |
|
|
|
| • İrana qarşı yeni plan: - “Müasir müharibələrdə qələbənin təmin edilməsi...”
Bu gün, 18:29 |
|
|
|
| • Xalq artistindən həmkarlarına: - “Özünü aparmağı da bacarmalısan”
Bu gün, 18:19 |
|
|
|
| • Sürücü onu binaya buraxmayan mühafizəçini döydü – MƏHKƏMƏ
Bu gün, 18:06 |
|
|
|
| • Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub
Bu gün, 18:04 |
|
|
|
| • Rubio köməkçisini Azərbaycana niyə göndərib? - AKTUAL
Bu gün, 17:49 |
|
|
|
| • Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb
Bu gün, 17:45 |
|
|
|
| • Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır - TASS
Bu gün, 17:29 |
|
|
|
| • Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Bu gün, 17:28 |
|
|
|
| • Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Bu gün, 17:26 |
|
|
|
| • Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Bu gün, 17:23 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Bu gün, 17:20 |
|
|
|
| • Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Bu gün, 17:16 |
|
|
|
| • "Azəristiliktəchizat" auditor seçib
Bu gün, 17:12 |
|
|
|
| • "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Bu gün, 17:11 |
|
|
|
| • "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Bu gün, 17:07 |
|
|
|
| • Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Bu gün, 17:04 |
|
|
|
| • Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Bu gün, 17:01 |
|
|
|
| • ATB digər bankdakı iştirak payını dayandırıb
Bu gün, 16:59 |
|
|
|
| • Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Bu gün, 16:55 |
|
|
|
| • Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Bu gün, 16:52 |
|
|
|
| • Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Bu gün, 16:45 |
|
|
|
| • Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Bu gün, 16:42 |
|
|
|
| • Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Bu gün, 16:40 |
|
|
|
| • “Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Bu gün, 16:37 |
|
|
|
| • İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59 |
|
|
|
| • Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58 |
|
|
|
| • Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06 |
|
|
|
| • Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04 |
|
|
|
| • Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59 |
|
|
|
| • MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52 |
|
|
|
| • Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45 |
|
|
|
| • "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42 |
|
|
|
| • İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20 |
|
|
|
| • Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19 |
|
|
|
| • Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14 |
|
|
|
| • Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13 |
|
|
|
| • “Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08 |
|
|
|
| • Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06 |
|
|
|
| • Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04 |
|
|
|
| • Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
| • Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57 |
|
|
|
| • Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55 |
|
|
|
| • Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47 |
|
|
|
| • Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
| • Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38 |
|
|
|
| • "Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36 |
|
|
|
|