"ONLAR MÜXALİFƏT ADINDAN DANIŞIB"...
Tarix: 5-03-2013, 12:32 | Çap et
..."HAKİMİYYƏTƏ YARINIRLAR"Modern.az saytının budəfəki müsahibi Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyubdur. Bir müddət Türkiyədə işləyən V.Əyyub sonradan Azərbaycana qayıdaraq Xəzər Universitetində fəaliyyət göstərməyə başlayıb.
- Vurğun bəy, artıq bir neçə aydır ki, Türkiyədən qayıtmısınız. Amm aktiv siyasi fəaliyyətiniz bir o qədər də hiss olunmur. Bu nə ilə bağlıdır?
- Hazırda Müsavat Partiyasının Divan üzvü olaraq qalıram. Amma indi universitetdə çalışdığım üçün işlərim bir az çoxdur. Bu baxımdan deyə bilmərəm siyasi fəallığım hansı səviyyədə olacaq. Siyasi fəallığım partiyanın proqram və fəaliyyəti çərçivəsindədir. Bu istiqamətdə mən də gücüm çatan qədər, vaxtım imkan verdiyi qədər siyasi partiyama və onun siyasi fəaliyyətinə dəstək verəcəm.
- Prezident seçkiləri yaxınlaşır. Seçkiöncəsi ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Sizcə, seçkilər Azərbaycana nə vəd edir?
- Azərbaycanda vəziyyət xeyli dərəcədə gərgindir. İnsanların narazılıqları ən yüksək səviyyəyə çatıb. Narazı insanları qanunsuz həbslərlə qorxutmağa çalışırlar. Bildiyimiz kimi, hazırki durumda diqqət çəkən məqam qarşıdan gələn prezident seçkiləridir. Görünür müəyyən dairələr bu seçkiləri əvvəlkilər kimi keçirmək istəyirlər. Ümumilikdə ictimai-siyasi vəziyyət ürəkaçan deyil.
- Müxalifət düşərgəsində seçkilərlə bağlı müəyyən hazırlıqlara start verilib. Müsavat başqanı İsa Qəmbər başda olmaqla bir sıra liderlər namizəd olacaqlarını elan ediblər. Müxalifətin seçkilərdə qalib gəlmək şansımnı necə qiymətləndirirsiniz?
- Məsələ burasındadır ki, namizəd irəli sürülmədən qüvvələri hərəkətə gətirmək mümkün deyil. Əgər biz seçkilərin xalqın arzuladığı kimi keçirilməsini istəyiriksə, o zaman müxalifət qüvvələri tərəfindən də ciddi işlər görülməlidir. Bu fəaliyyətin uğurlu davam etdirilməsi üçün əlbəttə ki, namizədlik olmalıdır. Bildiyimiz kimi, bu istiqamətdə ilk addımı Müsavat Partiyası atdı. Hesab edirəm ki, qalib gəlmək üçün görüləcək müəyyən işlər var.
- Qeyd etdiyiniz kimi, bu istiqamətdə Müsavat Partiyası ilk addımı ataraq İsa Qəmbərin namizədliyini irəli sürdü. Sizcə, İsa bəyin qalib gəlmək şansı realdırmı?
- Mən bu suala belə bir misalla cavab vermək istərdim ki, ümidsiz olan şeytandır. Hər bir siyasətçi gələcəyinə ümidlə baxmalıdır. Amma ümidlə baxmaq o demək deyil sən əl-qolunu yanına salıb oturmalısan, seçki özlüyündə keçəcək. Buna görə sistemli və ardıcıl şəkildə işləmək tələb olunur. Müsavat Partiyası da seçkiyə yönəlik fəaliyyətini davam etdirir. Seçkiyə start verilmədiyindən bir sıra məsələlər var ki, onları indi həyata keçirmək mümkün deyil. Bu qanunla da mümkün deyil. Amma partiyanın öz strukturlarını yenidən gözdən keçirmək, demokratik mühitin yaxşılaşdırılması, müxtəlif siyasi qüvvələr arasında əməkdaşlığın qurulması istiqamətində görülən işlər və s. qarşıda duran əsas prioritetlərdir.
- Vurğun bəy, uzun sürən söz-söhbətlərə baxmayaraq müxalifət düşərgəsi ənənəvi olaraq ümumi mövqedən çıxış edə bilmir. Yəni vahid namizəd məsələsi fiaskoya uğradı. Müxalifətin seçkilərdə pərakəndə şəkildə təmsil olunması haqda nə deyə bilərsiniz?
- Bu haqda 10 ildən artıqdır danışırıq, sualları cavablandırırıq. Təbii ki, tutduqları mövqeyi üst-üstə düşən qüvvələrin seçkilərdə bir namizədlə iştirak etməsi arzuolunandır. Siyasət gerçəkləri nəzərə almaq sənətidir. Hesab edirəm ki, müxalifətin vahid namizədindən danışmaq indiki məqamda zərərli və sağlam müxalifət qüvvələrini fəaliyyətdən saxlamaq məqsədi güdür. Müxalifətdə də müxtəlif qüvvələr var. Müxalifət adından danışıb, əslində hakimiyyətə yarınan qüvvələr var. Bunlarla birlikdə vahid namizədin olması qeyri-mümkündür.
- Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycada dövlət çevirilişinin hazırlandığı barədə bəyanatı geniş rezonans doğurdu. Müsavat Partiyasını bu istiqamətdə sərgilədiyi mövqeyinə görə, sərt tənqid edənlər də oldu.
- Bu barədə ortada konkret faktlar ifadə olunub. Bu narahatçılığın nə dərəcədə əsaslı olub-olmadığı barədə mənim məlumatım yoxdur. Amma təbii ki, Azərbaycanda hansısa xarici qüvvənin ölkənin müstəqilliyinə, suverenliyinə təhlükə törədə biləcək addımları olacaqsa, biz bir müxalifət partiyası kimi bu təhlükənin qarşısında olacağıq.
- Vurğun bəy, sonda zaman-zaman hakimiyyətin hədəfinə çevrilən Ziyalılar Forumu və eləcə də təşkilatın fəaliyyəti ilə də bağlı fikirlərinizi bilmək istərdik.
- Bu barədə mənfi fikirləri səsləndirən insanlar bir dənə fakt ortaya qoysunlar. Bu sadəcə Ziyalılar Forumunu gözdən salmaq üçün söylənilən iddialardır. Mən bunu ciddi qəbul eləmirəm.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yerli maliyyə idarələri ləğv edildi - Yeni qurum yaradıldı
Bu gün, 20:06 |
|
|
|
| • DOST Agentliyində yeni təyinatlar - İki nəfərə vəzifə verildi
Bu gün, 18:37 |
|
|
|
| • İrana qarşı yeni plan: - “Müasir müharibələrdə qələbənin təmin edilməsi...”
Bu gün, 18:29 |
|
|
|
| • Xalq artistindən həmkarlarına: - “Özünü aparmağı da bacarmalısan”
Bu gün, 18:19 |
|
|
|
| • Sürücü onu binaya buraxmayan mühafizəçini döydü – MƏHKƏMƏ
Bu gün, 18:06 |
|
|
|
| • Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub
Bu gün, 18:04 |
|
|
|
| • Rubio köməkçisini Azərbaycana niyə göndərib? - AKTUAL
Bu gün, 17:49 |
|
|
|
| • Antikorrupsiya Komitəsi Ermənistanda seçkiqabağı rüşvət işi üzrə daha 8 nəfəri saxlayıb
Bu gün, 17:45 |
|
|
|
| • Rusiyanın Ermənistandakı səfiri ilə məsləhətləşmələr aparılır - TASS
Bu gün, 17:29 |
|
|
|
| • Paşinyan Putinin qarşısından geri çəkildi - Müvəqqəti plan
Bu gün, 17:28 |
|
|
|
| • Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər? - İNCƏLƏMƏ
Bu gün, 17:26 |
|
|
|
| • Paşinyan axırda Avropaya qaçacaq - Medvedev
Bu gün, 17:23 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Dövlət tapşırığı”... - Dövlət tədbiri adı ilə saxtakarlıq?!
Bu gün, 17:20 |
|
|
|
| • Rusiya müharibəni dayandırmaq istəyir, Putin əmr verdi - “Reuters”
Bu gün, 17:16 |
|
|
|
| • "Azəristiliktəchizat" auditor seçib
Bu gün, 17:12 |
|
|
|
| • "Hüquq-mühafizə orqanlarına məlumat versinlər" - Bu tip təkliflər olarsa...
Bu gün, 17:11 |
|
|
|
| • "Biz ABŞ və ya başqa ölkələrlə bənzər saziş imzalamamışıq" - ŞƏRH
Bu gün, 17:07 |
|
|
|
| • Ermənistana dəstəyi davam etdirəcəyik - AB
Bu gün, 17:04 |
|
|
|
| • Orta məktəblərdə dərs deyən 30 min müəllimin ali təhsili yoxdur - DETALLAR
Bu gün, 17:01 |
|
|
|
| • ATB digər bankdakı iştirak payını dayandırıb
Bu gün, 16:59 |
|
|
|
| • Səsləndirdiyi fikirlərə görə linç edilən Bəkirqızı DANIŞDI - Uşaqpulu istəyən kişilər...
Bu gün, 16:55 |
|
|
|
| • Paşinyan nə qədər səs toplayacaq? - Azərbaycanlı politoloqların PROQNOZLARI
Bu gün, 16:52 |
|
|
|
| • Neftin qiyməti yenidən yüksəldi - TƏFƏRRÜAT
Bu gün, 16:47 |
|
|
|
| • Ağsunun Bico kəndi boşalır: - Sakinlər şəhərlərə köçür
Bu gün, 16:45 |
|
|
|
| • Sabah BTQ dəmir yolu modernləşdirilmədən sonra istifadəyə veriləcək - FOTO
Bu gün, 16:42 |
|
|
|
| • Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
Bu gün, 16:40 |
|
|
|
| • “Batka” ən qorxunc ssenarini anons etdi: Ermənistan Qafqazı da dərin hərbi xaosa çəkir - Görünəni odur ki...
Bu gün, 16:37 |
|
|
|
| • İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59 |
|
|
|
| • Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58 |
|
|
|
| • Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
| • Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06 |
|
|
|
| • Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04 |
|
|
|
| • Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59 |
|
|
|
| • MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52 |
|
|
|
| • Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45 |
|
|
|
| • "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42 |
|
|
|
| • İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20 |
|
|
|
| • Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19 |
|
|
|
| • Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14 |
|
|
|
| • Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13 |
|
|
|
| • “Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08 |
|
|
|
| • Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06 |
|
|
|
| • Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04 |
|
|
|
| • Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
| • Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57 |
|
|
|
| • Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55 |
|
|
|
| • Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47 |
|
|
|
| • Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
| • Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38 |
|
|
|
| • "Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36 |
|
|
|
|