ALLAHŞÜKÜR PAŞAZADƏ ƏRƏB ŞEYXİ İLƏ TOQQUŞDU
Tarix: 15-02-2013, 13:53 | Çap et
 XIRDALANDAKI SEMENT ZAVODU İLƏ BAĞLI MÜƏMMALAR: NARAZILIQ VAR
DİA.AZ: - Xırdalanda yerləşən və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadəyə məxsus olduğu iddia edilən sement zavodu ilə bağlı ölkə rəhbərliyinə şikayət var. Məlumata görə, bu zavodla bağlı həm xaricdən Azərbaycana məktub göndərilib, həm də ölkə daxilindən şikayət edilib. Söhbət ondan gedir ki, həmin zavod Xırdalanda Qafqaz Universitetinin və Ceyranbatan su anbarının yaxınlığında yerləşir. Ölkə rəhbərliyinə ünvanlanan şikayətdə dünyanın heç bir yerində bir təhsil müəsissəsinə bu qədər yaxın yerdə sement zavodunun fəaliyyət göstərmədiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, bu zavodun fəaliyyəti Qafqaz Universitetində təhsil alan 5 min nəfərdən çox tələbənin həyatına ciddi təhlükə törədir. Sözügedən sement zavodunun həm də Ceyranbatan su anbarının yaxınlığında yerləşməsi isə ekoloji fəlakət kimi qiymətləndirilir. O zaman bu zavodun tikintisinə göz yuman Ekologiya və Təbii Sərvətlər Nazirliyi cidid şəkildə qınanır. Ceyranbatan su anbarı Bakının böyük bir hissəsini su ilə təmin edir. Bu anbarın yaxınlığında isə sement zavodunun yerləşdiyini nəzərə alsaq, şikayət müəlliflərinin həyacan təbilini başa düşmək olar. Hər halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vaxtilə bu zavodun sözügedən ərazidə tikilməsinə göz yumması da, maraqlı məsələdi və yəqin ki, nazirlik bu məsələyə aydınlıq gətirəcək. Bəs bu zavod niyə həmin ərazidə tikilib və onunla bağlı xaricdən, konkret olaraq Küveytdən gələn narazılıq nə ilə bağlıdı? Elə məsələnin ən maraqlı tərəfi də budu. DİA.AZ-ın gunxeber.com-a istinadən yaydığı məlumata görə, illər əvvəl ərəb şeyxi, Əbd əl-Əziz Səud əl-Babteyn adlı Küveytli iş adamı Azərbaycanla sıx əlaqələr qurub və burada bir sıra layihələr həyata keçirib. Bu şəxs dəfələrlə Azərbaycana səfər edib, hələ mərhum prezident Hydər Əliyevin dönəmində bir neçə dəfə onunla görüşüb. Əbd əl-Əziz Səud əl-Babteyn Azərbaycanda böyük bir İslam Universiteti açmaq istəyib və bunun razılığını alıb. Universitet üçün yer də seçilib. Küveyitli şeyx bunun üçün indi haqqında danışdığımız sement zavodunun yerləşdiyi ərazini alıb. Bundan sonra Beynəlxalq İslam Xeyriyyə Cəmiyyətinin xətti ilə QMİ-nin hesabına tikintinin başlanması üçün ilkin olaraq 3 milyon dollar keçirib. Razılaşmaya əsasən qalan xərclər tikinti başlanandan sonra ödənilməliymiş. Ancaq üstündən xeyli vaxt keçməsinə baxmayaraq, həmin ərazidə universitet binası üçün heç bir tikinti aparılmayıb. Bu zaman ərəb şeyxi A.Paşazadəyə belə bir mesaj göndərib: “İslam Universiteti tikmədin, heç olmasa, rus məktəbi tik, yenə nəsə bir iş görmüş olarsan”. Bundan bir müddət sonra isə sözügedən ərazidə qəbir daşları hazırlayan sex və sement zavodu tikilib. Əbd əl-Əziz Səud əl-Babteyn isə bundan sonra Azərbaycandan küsüb və öz layihələrini Orta Asiyada həyata keçirib. Məlumata görə, Küveyitli iş adamı islam dünyasında 2-3 məşhur zəngindən biridi və hər il Bakıda elmi müsabiqələr təşkil edirmiş. Sonuncu dəfə isə həmin müsabiqədə mərhum akademik Ziya Bünyadovun əsərləri qalib gəlibmiş və mükafat olaraq onun ailəsinə 15000 min dollar ödənilməliymiş. Ancaq ərəb şeyxi burdakı işlərini yarımçıq qoyub getdiyindən həmin məbləğdə ödənilməyib. Həmin müsabiqələr indi hər il Orta Asiyada təşkil olunur, amma Azərbaycan alimləri orada iştirak edə bilmir. Üstündən xeyli keçəndən sonra sement zavodundan şikayətlə bərabər Küveyitli iş adamının burda üzləşdiyi problemlərin yenidən gündəmə gəlməsi isə o zaman sözügedən ərazinin həmin şəxsə məxsus olduğunu bilən və zavodun onun razılığı ilə tikildiyini düşünən dairələrin şikayətlərini həm də Əbd əl-Əziz Səud əl-Babteynin yaxınlarına da göndərməsidi. Bundan sonra Küveyt tərəfindən İslam Universiteti üçün alınan ərazinin taleyi və QMİ-yə köçürülən 3 milyon dolların taleyi barədə məsələ qaldırılıb, izahat istənilib. Mövzu ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağımızı vurğulamaqla yanaşı, qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
| • Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Bu gün, 12:55 |
|
|
|
| • Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Bu gün, 12:49 |
|
|
|
| • “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Bu gün, 12:48 |
|
|
|
| • Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26 |
|
|
|
| • "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24 |
|
|
|
| • “Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21 |
|
|
|
| • FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19 |
|
|
|
| • Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41 |
|
|
|
| • Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37 |
|
|
|
| • Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49 |
|
|
|
| • Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47 |
|
|
|
| • Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45 |
|
|
|
| • “Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18 |
|
|
|
| • “İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11 |
|
|
|
| • ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56 |
|
|
|
| • Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47 |
|
|
|
| • Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
| • "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41 |
|
|
|
| • Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
| • "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24 |
|
|
|
| • Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03 |
|
|
|
| • Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46 |
|
|
|
| • Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43 |
|
|
|
| • Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40 |
|
|
|
| • Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34 |
|
|
|
| • Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29 |
|
|
|
| • Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51 |
|
|
|
| • İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32 |
|
|
|
| • İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27 |
|
|
|
| • “Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24 |
|
|
|
| • "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16 |
|
|
|
| • Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05 |
|
|
|
| • Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02 |
|
|
|
| • II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01 |
|
|
|
| • Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56 |
|
|
|
| • Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39 |
|
|
|
| • "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27 |
|
|
|
| • “Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24 |
|
|
|
| • Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03 |
|
|
|
| • Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02 |
|
|
|
| • "Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09 |
|
|
|
| • Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53 |
|
|
|
| • Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44 |
|
|
|
| • Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40 |
|
|
|
| • Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37 |
|
|
|
| • Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29 |
|
|
|
| • Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26 |
|
|
|
| • Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21 |
|
|
|
|