SAXTA ŞAHİDDƏN UCARDAKI MAFİYANI İFŞA EDƏN ETİRAF
Tarix: 21-01-2013, 08:53 | Çap et
 “BUNU FUAD HÜSEYNOVUN ETMƏSİ HAQDA YALANDAN ŞİKAYƏT VERMİŞİK”
DİA.AZ: - Neçə müddətdir ki, Ucar rayonunda peyda olan bir şəbəkə günahsız insanları şərləyərək, onları həbsə atdırır, neçəsinin də haqını tapdayır ki, bu məsələyə dövlətin müvafiq qurumları yalnız seyrçi qalmaqla kifayətlənirlər. Artıq tam olaraq sübuta yetirilib ki, bu gün “Kurtlar Vadisi” adlanan mafiya həbsə atdırdıqlrını məhz şərləyib və onlara qarşı yalançı şahid ifadələrindən istifadə edib. Elə DİA.AZ-a müraciət edən Ucar rayonu M. Ə. Rəsulzadə küçəsi ev 26 ünvanında yaşayan Cəfərov Akif Cəmşid oğlu da yalançı şahidlərdən biri olduğunu rəsmən etiraf edir.
Adı çəkilən şəxsin DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Mən, Ucar rayonunda hüquq mühafizə orqanlarının “Kurtlar vadisi” adlı yaratdıqlarrı mafioz, cinayətkar dəstənin qondarma ittihamla şərləyərək həbs etdikləri müstəqil jurnalist və hüquq müdafiəçisi Fuad Hüseynovun cinayət işi üzrə yalançı zərərçəkmiş şəxsəm. Dəfələrlə mətbuatda çıxış edib göstərmişəm ki, Azad Hüseynov və mən sifarişlə özümüzə Ucar rayonun Gəraybəyli kənd qəbiristanlığında bıçaqla xəsarət yetirib, bunu Fuad Hüseynovun etməsi barədə yalandan şikayət vermişik. Ucar rayon və Şirvan Apellyasiya məhkəməsində də bu barədə etiraf ifadəsi vermişəm, həmçinin audio yazılar, video çəkilişlər olan disklər təqdim etmişəm. Bu faktları təsdiq edən şahidlər də dindirilib, bütün sübutlarımızın mötəbərliyi təsdiq olunub. Beləliklə ittihamın qondarma olması, Fuad Hüseynovun təqsirsiz olması və şərlənərək girov götürülməsi təsdiq olunub. Şirvan Apellyasiya Məhkəməsi bu halları araşdırıb həqiqəti tamlıqla üzə çıxarsa da, sonunda Ucar rayon məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmün qüvvədə saxlamaqla ədalətsiz olaraq sifarişlə iş gördüyünü ortaya qoydu. Korrupsiya-rüşvət yuvası olan formal işlər aparan Şirvan Apellyasiya Məhkəməsi mafioz dəstələrin sifarişini qanundan üstün tutmuş oldu. Çünki bunlar hamısı cinayətlə məşğul olan vəzifəli şəxslərdir ki, hər gün qanunları tapdamaqla məşğuldurlar. Şirvan Apellyasiya Məhkəməsi 12. dekabr 2012-ci il tarixində Ucar rayon məhkəməsinin saxta hökmünü qüvvədə saxlamaqla yanaşı mənim barəmdə AR Cinayət Məcəlləsinin 296 və 297-ci maddələri ilə cinayət işinin başlanmasına dair xüsusi qərar da çıxarmışdır. Guya mən Fuad Hüseynovun bizə bıçaqla vuraraq xəsarət yetirməməsini və özümüz-özümüzə xəsarət yetirməyimizi yalan demişəm, ittiham da qondarma deyil. Bu da “ədalət mühakiməsi”. Mən yalan heç nə demirəm, əgər deyirəmsə Allah mənim bəlamı versin, yoxsa bu qondarma ittihamı sifariş edənlərin və müdafiə edən məhkəmələrin bəlasını versin... Fuad Hüseynovun təqsiri yoxdur o,vətəndaşların hüquqlaını müdafiə etdiyi üçün “Kurtlar vadisi” adlı cinayətkar dəstənin qanunsuz əməllərini mətbuatda ictimailləşdirib ifşa etdiyi üçün onu bizim əlimizlə şərləyib həbs ediblər.Əgər Fuadın barəsində olan qondarma cinayət işi üzrə qondarma ittihamı təsdiq edən mötəbər sübut varsa buyursunlar ortaya qoysunlar. Əgər sübutları yoxdursa, belə girov saxlamanın cavabını kim verməlidir? Dəhşətlisi isə odur ki, Ucar rayon məhkəməsinin hakimi İsgəndərov Çingiz Əmir oğlunun mənə zəng edərək Fuadın əleyhinə yalan ifadə verməyə məcbur etməsini təsdiq edən audio səs yazısı var. Bu biabırçılıqdır, onlar öz eyiblərinə kor olmaq əvəzinə, həyasızlıq edərək pis əməllərindən çəkinmirlər. Şirvan apellyasiya məhkəməsinin barəmdə çıxardığı qərardan kassasiya şikayəti verəcəyəm. Çünki mənə başlanmış cinayət işi ilə mafozların əlinə ciddi fürsət keçib ki, mənə işgəncələr verərək Fuadın qondarma ittihamına qarşı getməkdən çəkindirsinlər, həm də həbsə atmaqla digər cinayətlərini ört-basdır etmiş olsunlar.
Mən yalançı zərərçəkmiş Cəfərov Akif Cəmşid oğlu ölkə prezidenti cənab İlham Əliyevdən cinayətkar dəstənin cəzalanmasını və şərlənərək həbs edilmiş Hüseynov Fuad Oktay oğlunun tezliklə azad olunmasını xahiş edirəm.
Qeyd edək ki, həmin cinayətkar dəstənin qurbanlarından biri də keçmiş vicdan məhbusu Taleh Xasməmmədov olmuşdur ki, o prezidentin 26 dekabr 2012-ci il tarixli əfv sərəncamı ilə azadlığa buraxılıb. Fuad Hüseynov isə 14 sentyabr 2010-cu il tarixdən qanunsuz həbsə alınıb. Ucar rayon məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04 |
|
|
|
| • Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02 |
|
|
|
| • İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01 |
|
|
|
| • İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57 |
|
|
|
| • "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51 |
|
|
|
| • Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49 |
|
|
|
| • Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
| • Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42 |
|
|
|
| • Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38 |
|
|
|
| • Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
| • İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23 |
|
|
|
| • “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20 |
|
|
|
| • Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12 |
|
|
|
| • “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55 |
|
|
|
| • “Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53 |
|
|
|
| • Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47 |
|
|
|
| • Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45 |
|
|
|
| • Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38 |
|
|
|
| • Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36 |
|
|
|
| • Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33 |
|
|
|
| • Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32 |
|
|
|
| • Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
| • Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29 |
|
|
|
| • “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27 |
|
|
|
| • Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15 |
|
|
|
| • “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10 |
|
|
|
| • Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08 |
|
|
|
| • Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58 |
|
|
|
| • Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54 |
|
|
|
| • Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52 |
|
|
|
| • “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49 |
|
|
|
| • "Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48 |
|
|
|
| • "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44 |
|
|
|
| • Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40 |
|
|
|
| • Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24 |
|
|
|
| • Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20 |
|
|
|
| • “Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
| • Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10 |
|
|
|
| • Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57 |
|
|
|
| • Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54 |
|
|
|
| • Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50 |
|
|
|
| • Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39 |
|
|
|
| • 5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
| • Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
| • Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31 |
|
|
|
| • Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28 |
|
|
|
| • Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25 |
|
|
|
| • Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14 |
|
|
|
| • "Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06 |
|
|
|
|