AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nın Balaəlisi dövlətin malını DƏDƏ MALI BİLİR... .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                 

DƏHŞƏT: ZABİT ANASININ BAŞINA GƏLƏN ŞOK OLAYLAR
Tarix: 10-12-2012, 09:21 | Çap et
DƏHŞƏT: ZABİT ANASININ BAŞINA GƏLƏN ŞOK OLAYLAR
ŞOK TƏKLİFƏ ETİRAZ: “MƏN ƏXLAQSIZLIQ YUVASI İŞLƏDƏ BİLMƏRƏM”

DİA.AZ: - Zümrüd adlı bir xanımın zəngi məni çox təəccübləndirdi. Telefonda ağlayaraq məndən kömək istəyən xanım təcili mənimlə görüşmək istədiyini bildirdi. Mən tərəddüd etmədən vaxt təyin etdim. Zümrüd xanım (red: soyadının yazılmasını istəmədi) həyəcanla, bir növ qorxu içərisində başına gələnləri danışmağa başladı və bizdən, bizim vasitəmizlə hüquq mühafizə orqanlarından kömək istədi. Onun dediklərini olduğu kimi sizlərə çatdırıram:

“2007-ci ildən Bakı şəhəri, Süleyman Tağızadə 88 ünvanında yerləşən “Centlimen” sağlamlıq mərkəzində fəaliyyət göstərirəm. Heç bir qanun pozuntusuna yol vermədən təmiz adımla işləmişəm. Hal-hazırda iki övlad anasıyam. Övladlarımdan biri Müdafiə Nazirliyinin N saylı hərbi hissədə zabit işləyir.

Mən işlədiyim obyektin sahibi ilə qarşılıqlı razılaşmaya əsasən, gəlirin iki yerə bölünməsində şifahi razılıq əldə etdik. Oranın təmirinə xərclənən vəsait obyektin gəlirindən ödəniləcəkdi. Sonralar obyektin sahibi ilə Turan Bank arasında yaranmış mübahisə məhkəmə prosesinin predmeti oldu. Hal-hazırda bank obyektin sahibinə hər ay ödəniş etdirə-etdirə, onun heç bir məlumatı olmadan obyekti öz mülkiyyətinə çevirmiş və məhkəmə qərarı olmadan satmışdır.

Daha dəqiq desək, məhkəmə prosesi davam edərkən qeyri-qanuni olaraq, adıçəkilən obyekti Fuad adlı bir şəxsə satmışdır.

Fuad mənim işlədiyim “Centlimen” sağlamlıq mərkəzinə gəldi və dedi ki, bu obyekti mən almışam, əlimdə də “kupçam” var, ya çıxmalısınız, ya da mən istədiyim kimi işlətməlisiniz. Mən dedim ki, axı bu obyekt məhkəmədədir, get məhkəmənin qərarını gətir, orda yazılsın ki, Zümrüd, çıx bayıra, mən də çıxacağam, qanunla qanunluq etməyəcəyəm ki. Fuad mənə belə cavab verdi: “Məhkəməylə siz özünüz bilərsiniz, bank bilər, mənim əlimdə sənədim var, özüm bilərəm neyləyirəm. Belə də görürəm ki, yazıq adamsan, sənə yazığım gəlir, eşitdiyimə görə, iki uşağa baxırsan, gəl buranı sənə 5000 manata icarəyə verim, amma mən deyən kimi işlədəcəksən”. Onun şərti ilə maraqlandım. Mənə dedi ki, sənə 10 nəfər qız verəcəyəm, o qızlar özlərinə yaxşı müştəri yığıb, buranı işə salacaqlar, sən də beş mini asanlıqla verəcəksən. Mən 7 ildə belə işlə məşğul olmamışam, ola da bilmərəm. Mənim balalarım var, oğlum vətəninə xidmət edir, mən adımı ləkələyə bilmərəm. Mən əxlaqsızlıq yuvası işlədə bilmərəm. “İşlədə bilmirsənsə, çıx obyektdən” dedi. Cavab verdim ki, mən bankdan külli miqdarda pul götürüb buranın təmirinə vermişəm, ancaq uşaqlarımın çörək pulunu qazanıram. Əsəbiləşərək məni şantaj eləməyə başladı. “Mənim dalımda duran iş adamları var, onların əli ilə səni pis günə qoyaram, insan alveri ilə, “Qoraddel”lə əlaqəm, jurnalist dostlarım var, sənin obyektini mən vurdurum, sən də bax”, - deyə mənə hədə-qorxu gəldi. Dedim, mənim obyektimi necə vurdura bilərsən axı, işləyən iki qızdır, heç biri də əxlaqsız deyil? O, yüksək vəzifələrdə işləyən məmurların adını çəkməsə də, məni yiyəsiz adlandırıb, onlarla hədələdi və getdi.

İki gündən sonra yenə gəldi ki, niyə çıxmırsınız, nə “remont” edirsiniz? Sonra qızların və inzibatçının üstünə qışqıraraq, onlara hədə-qorxu gəldi. Qızlar qorxudan işdən çıxmaq istədilər.

Səhəri gün sahə müvəkkili gəldi ki, Fuad səndən şikayət edir, bəs onu vurmusan, gözünü cızmısan. Dedim, axı mən heç yerimdən durmadım, onu necə vura bilərəm, gedin verin ekspertizaya, lazımdırsa əl izlərimi də verərəm.

O gündən sonra Fuad başladı mənimlə ədavət eləməyə, məndən qəzetlərdə məqalələr yazdırdı. Guya mən əxlaqsız yuva işlədirəm, çıxardırlar çıxmıram, deyirəm ki, məni çıxartsanız, özümə benzin töküb yandıracağam. Bir sözlə, məni şərləməyə başladı. Ta bu günə qədər mənə gün verib, işıq vermir. Məni şərləyir, guya mən ona demişəm ki, mənim arxamda daxili işlər orqanları durur. Mənim dalımda nəyə görə daxili işlər orqanlar durmalıdır ki, mən sadə bir sağlamlıq mərkəzi işlədirəm? Sən Fuadın obyektində 80 nəfərəcən qız var. “Gala” deyilən obyektdə masaj adı ilə əxlaqsızlıq yuvası açmısan. Onun obyekti “20 yanvar” tərəfdə yerləşir.

Tərbiyəsiz yerdir, kim istəsə, gedib görə bilər necə yerdir. Orda açıq-aydın əxlaqsızlıq yuvası var. Özü belə obyekt işlədə-işlədə məni də elə işləməyə məcbur edir. Mənim arxam-dayağım yoxdur, xəstə adamam, hər dəfə mənə hədə-qorxu gəlir, gecə bilmir, gündüz bilmir, bütün günü

obyektin ətrafında fır-fır fırlanır. Mənə deyir, çıx obyektdən, mən buranı əxlaqsız yuva kimi işlədəcəyəm. Mən də çox əziyyət çəkmişəm, qoyduğum pullarımı heç götürə bilməmişəm. Şəkər xəstəsiyəm, bronxitim var, üstəlik də Fuadın əlindən mikro-infarkt keçirmişəm. Sizdən xahiş edirəm mənə köməklik edəsiniz, mən qorxa-qorxa yaşayıram. Mənə deyir ki, sənin oğlunun hərbi hissəsinə xəbər göndərəcəyəm ki, anan əxlaqsız yuva işlədir. Fuad reket jurnalist dostlarının əli ilə, pul gücünə məni qohumlarımın yanında biabır etməklə yanaşı, qohumlarımın da işlərinə burnunu soxur. Mən ondan qorxuram, mənə çox hədə-qorxu gəlir, mən öz yerimdə rahat yaşaya bilmirəm. Buna bir əncam çəkməyinizi xahiş edirəm”.

Müəllifdən: Obyektivlik naminə qarşı tərəflərin də fikrini öyrənməyə hazırıq.

Mehriban Bəylərqızı








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Bu gün, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Bu gün, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Bu gün, 12:49
“Neft Daşları”nın Balaəlisi dövlətin malını DƏDƏ MALI BİLİR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru