Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı .....                     Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? .....                     “Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək” .....                     Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, .....                     Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb .....                     Məktəbdə “zona” qanunları .....                     “Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib .....                     Rusiyaya dron hücumu: .....                     Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR .....                     Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı .....                     Şuşada 14 yeni yaşayış binası ucaldılacaq .....                     Xameneiyə görə QİSAS əməliyyatı .....                     Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb .....                     Əməkdar artist açıq ürək əməliyyatı olundu: .....                     Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib .....                     “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” .....                     “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək .....                     Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? .....                     "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" .....                     Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                 

ELŞAD ABDULLAYEV BARƏDƏ DAHA BİR ŞOK FAKT
Tarix: 8-11-2012, 11:19 | Çap et
ELŞAD ABDULLAYEV BARƏDƏ DAHA BİR ŞOK FAKT
ABU-NUN KEÇMİŞ REKTORUNUN MÜBHƏM DANIŞIQLARI

Fransada siyasi sığınacaq alan MTN-nin xüsusi mühüm işlər üzrə keçmiş müstəntiqi Ramin Nağıyev fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı Avrasiya.net-ə (23-24.10.2012) verdiyi eksklüziv müsahibədə onun siyasi sığınacaq almaq üçün Fransa hökumətini aldatdığını və saxta sənədlər vasitəsilə bu istəyinə çatdığını bildirmişdi. Bunlarla bağlı R.Nağıyev redaksiyaya bir neçə sənəd də göndərib. Dünən həmin sənədləri bir daha göz gəzdirdik.
İki sənəd daha çox diqqətimizi çəkdi – biri E.Abdullayevin dindirilmə protokolu, digəri isə sabiq rektorun DIN-in 7-ci şöbəsinin əməkdaşı Rövşən Abbasquliyev adlı şəxslə videosöhbətin mətn yazısı oldu. Düzdür, həmin videoda Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı olaydan söhbət gedir. Amma videodakı söhbət heç də E.Abdullayevin ictimaiyyətə qardaşı Mahir Abdullayevin oğurlanması xəbərini məhz adıçəkilən şöbənin rəisi Vaqif Şəfiyevin tapşırığı ilə R.Abbasquliyev tərəfindən ona çatdırılmasından getmir. Burada videosöhbətlə “Azadlıq” qəzetində (23.10.2012) dərc olunan mətn və E.Abdullayevin R.Nağıyevə, onun isə bizə göndərdiyi mətn arasında böyük fərqin olduğunu üzə çıxırdıq.
Birincisi, videosöhbətin sonunda R.Abbasquliyev E.Abdullayevin sonuncu sualına cavab olaraq deyir: “Mənə nə demişən mən də cavablandırmışam. İşə götürəndə sənin xeyrin vardı, adam götürürdün, dedin öyrən, mən də öyrənmişəm. Kimdən soruşub öyrənmisən, sən nə demisən mən də onu demişəm”. Yəni burada söhbət Abbasquliyevin rəisinə cavabından gedir. Təxminən bu cümlələr “Azadlıq”dakı mətnin son cümləsi ilə eynilik təşkil edir. Amma E.Abdullayevin R.Nağıyevə göndərdiyi mətndə isə sonluq belədir: “Bilirsiz rəislə işçi arasında mən hər şeyi dərinə gedə bilmərəm. Sonra siz nazirin qəbulunda olandan sonra gəldi Vaqif müəllim mənə ağzından çıxanı dedi. Dedim Vaqif müəllim, siz mənə necə dediniz, elə də etdim. Dediniz ki, maraqlan, mən də maraqlandım. Soruşdular haradan bilirsən? Dedim siz demisiniz, mən də bilirəm. Vaqif müəllim məni çağırıb yığdılar məni boğaza. Mən də dedim ki, mənə nə demisiz cavab onu vermişəm. Sən nə demisən mən də onu demişəm. Dedin get Elşad müəllimə de ki, Mahiri “banditizm” aparıb, mən də vəzifəmi icra etmişəm. Mənə dedin, mən də dedim yiyəsinə, mənim nə günahım var!!! Mən vəzifəmi icra etmişəm. Mahiri “banditizm” idarəsi oğurlayıb…”
E.Abdullayevin “Azadlıq” qəzetinə göndərdiyi növbəti sensasion materialların birində bu məsələ ilə bağlı deyir: “Ən önəmli fakt budur ki, Mahir oktyabrın 13-də oğurlandıqdan sonra, ayın 15-də saat 14.00 radələrində Daxili Işlər Nazirliyinin 7-ci idarəsinin rəisi, polkovnik Vaqif Şərifov bu idarənin əməkdaşı Rövşən Abbasquliyevi yanıma göndərdi. O, mənə bunları dedi: ”Rəisim Vaqif Şərifov mənə tapşırıq verib dedi ki, “Elşad müəllimə çatdır, qardaşı Mahiri gedib Hilal Əsədovun idarəsindən alsın”. Mən bu danışıqları gizli kamera ilə qeydə aldım”.
Əslində videoda R.Abbasquliyev E.Abdullayevin bacısı oğlu Azadın onun əməkdaşı olduğu şöbəyə işinin düzəlməsindən danışıb və Mahirin “bandotdel”ə aparılması xəbərinin rəisindən eşitdiyini və Azaddan bunu soruşduğunu söyləyib. E.Abdullayev isə bu videonu ictimaiyyət, Fransa hökumətinə və hüquq-mühafizə orqanlarına elə çatdırıb ki, guya qardaşının oğurlanmasını, hətta onun hara aparıldığını 7-ci şöbənin rəisi də bilirmiş. Halbu ki, həmin şöbənin rəisi sadəcə belə bir xəbərin eşitdiyini və həbs olunanın işə düzəltmək istədiyi adamın qohumu olub-olmadığını işçisi R.Abbasquliyevdən soruşub. O, isə bunu Azaddan öyrənmək istədikdə çox güman ki, Azad bunu E.Abdullayevə çatdırıb. E.Abdullayev isə R.Abbasquliyevi yanına çağırtdırıb onunla söhbətini lentə aldırıb. Nəticədə isə mətnin sonunda onun cavabını başqa formada verib. Guya 7-ci şöbənin rəisi işçisini onun yanına göndərib ki, ona xəbər versin ki, bəs Mahiri “bandotdel” oğurlayıb. Amma halbuki şöbənin keçmiş işçisi videoda bu sözləri işlətməyib. Videokadrda R.Abbasquliyev deyib: “Rəis mənə zəng edib dedi ki, işə düzəltmək istədiyin adamın dayısını aparıblar, nə məsələdir..”. Göründüyü kimi burada R.Abbasquliyev deməyib ki, V.Şərifov ona bu xəbəri E.Abdullayevə çatdırmasının tapşırıb.
Daha sonra E.Abdullayev “Azadlıq”a göndərdiyi açıqlamada deyir: “Bundan sonra Abbasquliyev həyəcanlı halda yanıma gələrək məndən köməklik istəyib bunları dedi: “Siz bu məlumatları verəndən sonra məni Ramil Usubov, Zahid Dünyamalıyev və Vaqif Şərifovun iştirakı ilə nazirin iş otağında dindirib sıxışdırdılar. Söydülər ki, nə üçün bu məsələni gedib Elşad müəllimə demisən? Mən də cavab verdim ki, axı burada mənim nə günahım var? Rəisim Vaqif Şərifov mənə tapşırıq verib ki, get, Elşad müəllimə de, mən də gedib demişəm, daha mənlik nə var?”
Amma videolentdə Abbasquliyev nazirin otağına çağrılmadığını, V.Şərifov tərəfindən onun otağında danlanıldığını söyləyib.
Bütün bunlar onu deməyə əsas verir ki, E.Abdullayev videokadrdakı danışığı işinə yarayan formaya salıb.
Yəni bir növ korrektə edib, söhbətdə deyilməyən sözlər mətnə əlavə edilib və bizim hüquq-mühafizə orqanlarına, eyni zamanda fransız dilinə tərcümə edilərək Fransa hökumətinə göndərilib. Həmin videokadrı mətnlə tutuşdurduqda fərqi görmək mümkündür.
E.Abdullayevin dindirilmə protokoluna gəlincə isə 17 səhifədən ibarət olan bu sənəddə (15.05.2009)(N105157) onun Baş Prokurorluq Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Vüqar Nəsibov tərəfindən dindirildiyi göstərilib. Sənədin birinci səhifədə zərəçəkimiş qismində E.Abdullayevin bir imzası, ikinci səhifəsində üç , üçüncüsündə isə bir imzası var. Bir də o, imzanı 17-ci səhifədə atıb. Halbuki dindirilmə protokolunda müstəntiqin imzası da olmalıdır. Çox güman ki, E.Abdullayev bu sənədi də saxta düzəldib fransız dilinə tərcümə etdirib. Fransızlar isə bu incəlikləri nəzərə almayıblar. Bu sənəddə o, iddia edir ki, 2003-cü il oktyabrın 17-də universitetin həyətində Rövşanə adlı bir qadın ona yaxınlaşaraq Mahir Abdullayevin harada saxlanıldığını deyib. E.Abdullayev iddia edir ki, Rövşanə ilə bütün söhbətlərini videoya köçürüb. Maraqlıdır bəs niyə həmin videokadr ictimaiyyətə təqdim olunmur?
Dünən E.Abdullayev olayı ilə bağlı Nazirlər Kabinetinin sabiq əməkdaşı, baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovun (O, ABU-ya lisenziya almaqda köməklik göstərəcəyini vəd edərək E. Abdullayevdən 1 milyon manat almaqda şübhəli bilinir) və iş adamı Arzu Kazımovskinin (Bu şəxs isə E. Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevin tapılmasında köməklik etmək məqsədi ilə sabiq rektordan 3 milyon pul almaqda şübhəli bilinir) həbs xəbəri yayıldı. Maraqlıdır, qardaşının azad olunması və deputat seçilməsi üçün bütövlükdə ayrı-ayrı fərdlərə təxminən 10 milyon manat rüşvət verdiyini açıqlayan Elşad Abdullayev Azərbaycan reallığında bu qədər sərvətə necə sahibləndiyini demir?
Onu da qeyd edək ki, dəfələrlə E.Abdullayevə bu məsələlərə aydınlıq gətirmək üçün müraciətlərimiz cavabsız qalıb. Onun da mövqeyini dərc etməyə hazırıq.
ELŞAD ABDULLAYEV BARƏDƏ DAHA BİR ŞOK FAKT

(Bu E.Abdullayevin R.Nağıyevə, onun isə bizə göndərdiyi videokadrdakı söhbətin 5 səhifəlik materialın sonuncu səhifəsidir. Hansı ki, sonda E.Abdullayev R.Abbasquliyevin son cümlələrinə əlavələr edib. Edilən əlavələr işarələnib)

ELŞAD ABDULLAYEV BARƏDƏ DAHA BİR ŞOK FAKT
ELŞAD ABDULLAYEV BARƏDƏ DAHA BİR ŞOK FAKT
ELŞAD ABDULLAYEV BARƏDƏ DAHA BİR ŞOK FAKT

(Bu isə E.Abdullayevin dindirmə protokolundan bir neçə səhifədir ki, bu səhifələrdə nə onun, nə də onu dindirən müstəntiqin imzası var. Yalniz sonuncu səhifədə imzası var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan bu ölkədən "Premium" benzin almağa başladı
Bu gün, 14:51
Bu il xam nefti hansı ölkələrə və neçəyə satmışıq? - SİYAHI
Bu gün, 14:43
“Qurultay keçirilsə, Şəfiqə Məmmədova AKİ-yə sədr seçilməyəcək”
Bu gün, 14:39
Əli avtomatlı maskalı şəxslər Paşinyanı ölümlə hədələyib, cinayət işi açılıb
Bu gün, 14:29
Sahib İbrahimovla Nazim Bəydəmirli həbsdə dalaşdı: İkisi də “kars”a salınıb - TƏFƏRRÜAT
Bu gün, 14:20
Məktəbdə “zona” qanunları – şagird “samosud”a niyə əl atıb?
Bu gün, 14:17
“Araz” supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTO
Bu gün, 14:11
Rusiyaya dron hücumu: - azərbaycanlı qız həlak oldu
Bu gün, 12:54
Yasamal sakinləri Elşad Həsənovdan NARAZIDIR - FOTO
Bu gün, 12:43
Azərbaycana Ermənistandan gətirilən qızılgülün qiyməti açıqlandı
Bu gün, 12:41
Şuşada 14 yeni yaşayış binası ucaldılacaq — Qiyməti 37 milyon manat
Bu gün, 12:33
Xameneiyə görə QİSAS əməliyyatı – Trampın başına 50 milyon?
Bu gün, 12:23
Azərbaycanın lizinq şirkəti maliyyə vəziyyətini açıqlayıb
Bu gün, 12:21
Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16
Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09
“Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06
“Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03
Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01
"Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru