Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş .....                     “Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: .....                     Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... .....                     Təhsilin fəlsəfəsi dəyişməlidir .....                     Rusiyaya güzəşt etməyəcəyik .....                     PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... .....                     50 milyon dollarlıq çevriliş planı .....                     Axmaqlar İranla razılaşmaya mane olurlar .....                     "Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb .....                     DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib .....                     ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir .....                     Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?.. .....                     Gömrük bəyannaməsi edənlərin nəzərinə: .....                     Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR... .....                     YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT... .....                     Bu dəfə qalib o oldu... .....                     ABŞ İranın PUA idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb .....                     Rusiya ordusu "miokard infarktı" vəziyyətindədir .....                     Zelenskinin İrəvan çağırışı: İrəvan bəs nə edir... .....                     "Tezliklə bu addımlar atılmalıdır..." .....                     AzəriQaz-da işçilər KÖLƏ KİMİ işlədilir .....                     Ağlını itirmiş Putinin SƏRSƏM GEDİŞLƏRİ.. .....                     Xərçəng müalicəsində ciddi irəliləyiş .....                     Bu DƏHŞƏTİN də memarları bizik... .....                     Plansız qurulan ailələr... .....                     DOĞUB-TÖRƏMƏSƏK... bu yaxşıdırmı? .....                     Kişilər usağına pul istəmir... UŞAQ PULU İSTƏYİR... .....                     Müştərilər üçün rəsmən TƏLƏ QURUBLAR... .....                     Bu qaniçən faizlərlə məqsədiniz NƏDİR? .....                     SOCAR-da peşəkarlara qarşı NÖVBƏTİ ZƏRBƏ... .....                     Ermənilərin səngər yoldaşı... .....                     Köhnə Yuqoslaviyada yeni BARIŞ MODELİ .....                     Küveytdəki raket hücumunda ABŞ hərbçiləri xəsarət alıb .....                     Putinin gizli ailəsi ilə bağlı qəribə iddia yayıldı .....                     Azərbaycan UEFA reytinqində Ermənistanı və Gürcüstanı geridə qoydu .....                     Oskanyandan illər sonra gələn Qarabağ ETİRAFI .....                     Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq .....                     Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi... .....                     İran ilə ABŞ arasında sülh prosesinə nüvə ölkələri nəzarət edə bilər .....                     AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib .....                 

FAZİL MUSTAFA PARLAMENTİ “AZADLIQ” QƏZETİNƏ BƏNZƏTDİ?
Tarix: 11-10-2012, 12:36 | Çap et
FAZİL MUSTAFA PARLAMENTİ “AZADLIQ” QƏZETİNƏ BƏNZƏTDİ?
“MƏGƏR ONLAR DAYANDIMI?”

Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafanın APA-ya müsahibəsi

- Fazil bəy, bu günlərdə AŞPA-nın tədbirində iştirak etmisiniz. Bu sessiyada müzakirə olunan məsələlər barədə nələri deyə bilərsiniz?

- Sessiyada çox gərgin müzakirələr oldu. Əsasən iki məsələ üzərində daha çox müzakirələr aparıldı. Bunlardan birincisi siyasi məhbus meyarlarının müəyyən olunması, ikincisi isə Ramil Səfərovla bağlı məsələ idi. Hər iki məsələdə hiss olunan bu idi ki, Avropanın qurumları, ayrı-ayrı şəxsləri Azərbaycana qarşı çox sərt və müəyyən dərəcədə təzyiq formasında münasibətlərini çözmək üçün bu mövzulardan istifadə olundu. Hətta başqa ölkələrin deputatları da söylədilər ki, siyasi məhbuslarla bağlı problem bütün ölkələrdə - Rusiyada, Ermənistanda və s. ölkələrdə var. Burada isə yalnız Azərbaycanın adı çəkilirdi. Bəlli idi ki, hazırlıqlı kampaniya aparılır. Təbii ki, demokratiya nöqteyi-nəzərindən başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən çatışmazlıqlar, problemlər var. Hamıya eyni standartlar olmadığına görə hiss olunur ki, qəbul edilən qərarlar gələcəkdə Azərbaycan üçün müəyyən narahatlıq yaratmaq məqsədi güdür. Siyasi məhbuslar məsələsində Azərbaycan nümayəndə heyətinin təklifi o idi ki, bu məsələlər Avropa İnsan Haqları Məhkəməsində konkret insan haqları predmeti kimi ələ alınsın, konkret müddətlər qısaldılsın. Amma bundan imtina edildi. Qəbul edilən sənəd ciddi problem yaradacaq. Biri var məhkəmənin qərarı hamı üçün məcburidir, onu həyata keçirməyə bütün ölkələr borcludurlar. Biri də var ki, AŞ-ın hansısa şəxsi siyasi məhbus elan etməsi komitədə müzakirəyə çıxarılır. Səs çoxluğu qazanmadısa, onun siyasi məhbus adı alması məsələsi xeyli ləngiyir.

Ramil Səfərov məsələsində ermənilər çox sərt mövqe nümayiş etdirdilər. Hətta siyasi məhbus məsələsində erməni deputat Rustamyan açıq şəkildə bildirdi ki, biz bu qərarı ona görə dəstəkləyəcəyik ki, bundan sonra Azərbaycana ciddi təzyiqlər başlayacaq. Maraqlısı odur ki, siyasi məhbus kateqoriyasına ən çox daxil olan insanlar Ermənistandadır. Hətta onların müxalifət nümayəndəsi də bildirdi ki, Ermənistanda Levon Ter-Petrosyanın tərəfdarlarının müəyyən bir hissəsi həbsdə yatır. Onlar siyasi baxışlarına görə həbsdədir. Biz Ramil Səfərovla bağlı məsələdə Ermənistana qarşı əks arqumentlər qoyduq. Ermənistanın AŞ üzvü olandan sonra Parisdə aeroportu partlatmış terrorçunu necə Milli Qəhrəman elan etməsi və s. arqumentləri dilə gətirdik. Bu məsələdə qərar qəbul edilmədi. Düşünürəm ki, bu, ermənilərin könlünü almaq üçün AŞ-da açılan müzakirə idi. Məncə, artıq bu məsələ öləziməyə başladı. Ramil Səfərov məsələsi Avropa məkanında siyasi sui-istifadə olma predmeti olmaqdan çıxır.

- Sizin məlum video qalmaqalı ilə bağlı məsələyə münasibətinizi bilmək istərdik. Sizcə, bu, parlamentin imicinə nə dərəcədə ziyandır?

- Bu məsələ mürəkkəb formada həllini tapmadı. Gülər Əhmədovanın özünün ərizə yazması problemin asan yolla həllinə imkan verdi. Təbii ki, istintaq gedir və istintaqda müəyyən addımlar atılmalıdır. Çünki kimliyindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir. Araşdırılmadan, istintaq başa çatmadan hansısa şəxsləri konkret adla tanıtmaq doğru deyil. İstər müxalifət, istər iqtidar olsun. Görüntülərin saxta olmadığı da bəlli oldu. Elşad Abdullayev bildirdi ki, o videoları beynəlxalq ekspertizaya göndəriləndən, rəyi alandan sonra təqdim edib. Belə olan halda dələduzluq iddiası ilə müəyyən məsələlərin başa çatdırılması zəruri olacaq. Bunun parlamentin imicinə təsiri, parlamentin buraxılması ilə bağlı müəyyən fikirlər səslənir. Məgər В«AzadlıqВ» qəzetinin direktorunun nalayiq hərəkətinə görə В«AzadlıqВ» qəzeti dayandımı? Yaxud onlarla belə hadisə olur. Məsuliyyət fərdidir. Milli Məclis süddən çıxmış ağ qaşıq deyil ki... Əgər partiya bunu müdafiə edirsə, israrla gizlədirsə, prokurorluq orqanları yayındırıcı addım atırsa, onda bu məsələnin üzərinə getmək olar. Əgər konkret addımlar atılırsa, onda niyə şübhələnməliyik? Cinayət işinin prezidentin də nəzarəti altında olduğunu nəzərə alsaq, deyə bilərik ki, hakimiyyət özü məsələyə reaksiya verib. Prezident Administrasiyasının rəhbəri də açıq şəkildə fikrini bildirib və deyib ki, dələduz kimliyindən asılı olmayaraq cəzalandırılmalıdır.

- Bir hüquqşünas kimi nə deyə bilərsiniz - cinayət işi doğru maddə ilə açılıb?

- Məncə, doğrudur. Əgər Elşad Abdullayev deputat seçilsəydi, bu, rüşvət alma sayılırdı. Amma alınan vəsait müqabilində deputat seçilməsi mümkün olmayıbsa, artıq bu, dələduzluq, etibardan sui-istifadə etmədir.

- Bir qrup dindarın Təhsil Nazirliyi qarşısında hicabla bağlı keçirdiyi aksiyaya münasibətinizi bilmək istərdik...

- Mən orta məktəblərdə, xüsusilə də Bakıxanov qəsəbəsində hicab məsələsi ilə bağlı məktəb direktorları ilə söhbət etmişəm. Heç bir problem yoxdur. Baxmayaraq ki, əvvəllər hicablı azyaşlı uşaqların sinfə buraxılmasında müəyyən problemlər olurdu. Problem olmadığı halda birdən-birə belə bir aksiyanın keçirilməsi ilə bağlı iki variant ola bilər. Birincisi odur ki insanlar kəskin addım ataraq hicabın bir qərarla tanınmasına çalışırlar. Bu inandırıcı deyil. Səmimi dindarlar bu cür səbirsiz və zorakı üsullardan heç vaxt istifadə etmirlər. İkincisi isə hansısa xarici qüvvələrin birbaşa tapşırığının olmasıdır. Aksiya “bu ölkədə bizim gücümüzü nümayiş etdirin, əlinizə dəyənək götürüb savaşın” təlimatını xatırlatdı. Açıq-aşkar aqressiv çıxış idi. Bu onu göstərir ki, dindarlarla bağlı məsələ deyil. Xüsusi hazırlanmış və məqsədyönlü aksiya idi. Amma bu aksiya başqa bir problemi, xüsusilə dini qurumlarla bağlı fəaliyyət göstərən qurumların yetərsiz fəaliyyətini də üzə çıxardı. Bu yetərsiz fəaliyyət nədir? Elə sahələr var ki, cəmiyyətlə bu formada təmasda olmaya bilərlər. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aktivlik nümayiş etdirməli, dindarların içində olmalı, onlarla diskussiyalar keçirməli, müzakirələr aparmalıdır. Bu boşluq bir daha göründü və polislə dindarı birbaşa üz-üzə qoyan vəziyyətə gətirib çıxardı. Bundan qaçmaq lazımdır. Onlarla kim bir diskussiya apardı? Bəhanələri kəsmək üçün mütərəqqi düşünən dindarları kim topladı? Hakimiyyətə kim hansı sənədi təqdim elədi? Tək küçədəki insanları qınamaqla iş bitmir.

- Siz Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunu zaminə götürmək üçün prokurorluğa müraciət etmisiniz. Müraciətinizə hər hansı bir reaksiya varmı? Maraqlıdır ki, 2010-cu ildə onun atası Tofiq Yaqublu ilə eyni dairədə alternativ idiniz...

- Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Hələ ki, bir cavab verilməyib. Bilirsiniz, kiməsə bir elementar insanlıq yardımı göstərirsənsə və ya buna cəhd edirsənsə, onun reklamına doğru baxmıram. Bu məsələdə humanistlik göstərmək lazımdır. O ailə eyni zamanda mənim seçki dairəmdə olan insanlardır. Dairəmdə olan insanların hüquqlarını qorumaq borcumuzdur. Burada qadın məsələsi var. Qadının ehtiyatsızlıq üzündən törədilmiş cinayətlərə görə həbsdə olması yaxşı tendensiya deyil. Cinayət işinin açılması, istintaqın getməsi prosessual qaydalara uyğundur. Qəsdən törədilmiş cinayət olsa, buna müdaxilə etməzdim. Amma ehtiyatsızlıqdan törədilmiş cinayət olduqda, burada öz mövqeyimizi bildirməliyik. Hesab edirəm ki, yaxın günlərdə bu məsələ çözülə bilər. Bu məsələnin daha da dərinləşməsi ölkəmiz üçün beynəlxalq miqyasda problemə çevrilə bilər. Bunun yanında onlarla suallar olacaq.

- Oktyabrın 13-nə planlaşdırılan müxalifətin yürüş-mitinqinə baxışınızı bilmək istərdik.

- Yürüş və ya mitinq keçirmək konstitusion hüquqdur. Amma burada motiv fürsəti motivdir. Müxalifət əslinə bu formada addımlara çox da meyl göstərməməlidir. Havadan bir fürsət düşüb. Bayaq dedim, məsuliyyət fərdidir və onu hamıya aid eləmək olmaz. Belə olan təqdirdə hakimiyyət də dönüb ayrı-ayrı fərdi insidentləri müxalifətin özünə qaytaracaq. Qarşıdan prezident seçkiləri gəlir. Hakimiyyətlə müxalifət arasında dialoq mühitini yaratmağa səy göstərmək lazımdır. Burada “oyundan küsəcəm, meydana çıxmayacam” fikri yetərli deyil. Meydana çıxmayacaq, 2013-cü ildə müxalifətə yeni texniki məğlubiyyət veriləcək.

- Meydançaya çıxsalar, nə olacaq?

- Meydançaya çıxsalar, ən azı hakimiyyətdən bir-iki nəfərin ayağını zədələyə bilərlər. Qələbə ehtimalı mövcud şərtlərdə çox çətindir. Ola bilsin, bu seçkidə qalib gəlməyəsən, amma toplanıb 2015-ci ilin parlament seçkilərində nəyəsə nail olmaq olar. Hesab edirəm ki, bu seçkilərdə müxalifətin dialoq mühitini yaratmağa səy göstərməsi vacibdir. Ramil Səfərov məsələsi bunu göstərdi. Düşünürəm ki, daha ağlabatan mövzularda müzakirələrin təşkili və hakimiyyətin bura cəlb olunması lazımdır. Biz müxalifətlə münasibətlərə yenidən baxılmasının tərəfdarıyıq. 2013-cü ilə qədərki dövr doğru dəyərləndirilməsə, mitinqlərin də bir əhəmiyyəti olmayacaq. Çünki Azərbaycan əhalisi ideoloji cinahlara meyl etməkdən uzaqlaşıb. Nəbzi doğru tutmaq lazımdır.

- Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyi sizcə Azərbaycana hansı təsiri göstərəcək?

- Məncə Gürcüstandakı hadisələrin Azərbaycana ciddi təsiri yoxdur. Azərbaycanda baş verən hadisələrin Gürcüstana böyük təsiri var. Çünki Azərbaycanda pul, Gürcüstanda mədə var. Bu mədə də nə iləsə dolmalıdır. Gürcüstanda müəyyən layihələrin maliyyələşməsi ölkənin sosial vəziyyətini yaxşılaşdırılır. Azərbaycan Gürcüstan bazarından çəkilsə Saakaşvilinin vəziyyəti daha pis olardı. Gürcüstanda bir hadisə baş verdi ki Rusiyanın təsiri bu ölkədə güclənməyə başlayacaq. Bu da əslində Azərbaycanın xeyrinədir. Çünki Gürcüstan bəhanəsi ilə Rusiya həm də Qafqaz üzərində ciddi təsir imkanı əldə edib. Bu fürsəti Rusiyanın əlindən almaq lazımdır. Gürcüstanla münasibətlər düzələndə Rusiyanın bölgədə aqressiv siyasət izləməsinə ehtiyac qalmır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş - KİV
Bu gün, 10:27
“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: - “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik”
Bu gün, 10:25
Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... - TƏFƏRRÜAT
Bu gün, 10:14
Təhsilin fəlsəfəsi dəyişməlidir - ÇAĞIRIŞ...
Bu gün, 10:10
Rusiyaya güzəşt etməyəcəyik - Gevorq Papoyan belə deyir...
Bu gün, 10:02
PARLAMENT NÖVBƏDƏNKƏNAR SESSİYA ÇAĞIRIR: 42 deputat imza atdı... - NƏ BAŞ VERİR?
Bu gün, 09:56
50 milyon dollarlıq çevriliş planı - Putindən Paşinyana AÇIQ MÜHARİBƏ
Bu gün, 09:52
Axmaqlar İranla razılaşmaya mane olurlar - ABŞ Prezidenti
Bu gün, 09:48
"Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 2 dəfədən çox artıb
Bu gün, 09:44
DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib - DİQQƏT!
Bu gün, 09:43
ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir
Bu gün, 09:38
Əgər bu tikinti qanunidirsə, məlumat lövhəsi HANI?.. - DAHA BİR ÖZBAŞINALIQ!
Bu gün, 09:32
Gömrük bəyannaməsi edənlərin nəzərinə: - Bu gündən yeni qayda qüvvəyə mindi
Bu gün, 09:24
Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR... - "2 kiloluq 3 paket gətirirdim, ikisini əlimdən aldılar..."
Bu gün, 09:22
YENƏ TOPAZ, YENƏ ŞİKAYƏT... - Bir ildir “Araşdırma gedir” adıyla uduş verilmir!
Bu gün, 08:18
Bu dəfə qalib o oldu... - FOTO
Bu gün, 08:02
ABŞ İranın PUA idarəetmə məntəqələrinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 08:00
Rusiya ordusu "miokard infarktı" vəziyyətindədir - ŞƏRH
Bu gün, 07:57
Zelenskinin İrəvan çağırışı: İrəvan bəs nə edir... - GƏLİŞMƏ
Bu gün, 07:53
"Tezliklə bu addımlar atılmalıdır..." - ÇAĞIRIŞ
Bu gün, 07:49
AzəriQaz-da işçilər KÖLƏ KİMİ işlədilir - BU DA FAKT...
Bu gün, 07:44
Ağlını itirmiş Putinin SƏRSƏM GEDİŞLƏRİ.. - Bu da sizin üçün SSRİ...
Bu gün, 07:30
Xərçəng müalicəsində ciddi irəliləyiş - "The Guardian"
Bu gün, 07:25
Bu DƏHŞƏTİN də memarları bizik... - MALƏSƏF...
Bu gün, 07:20
Plansız qurulan ailələr... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:15
DOĞUB-TÖRƏMƏSƏK... bu yaxşıdırmı? - REAKSİYA
Bu gün, 07:09
Kişilər usağına pul istəmir... UŞAQ PULU İSTƏYİR... - kiminsə dədəsindən yox, öz dövlətindən...
Bu gün, 07:04
Müştərilər üçün rəsmən TƏLƏ QURUBLAR... - AXI NİYƏ?..
Bu gün, 06:59
Bu qaniçən faizlərlə məqsədiniz NƏDİR? - ETİRAZ
Bu gün, 06:54
SOCAR-da peşəkarlara qarşı NÖVBƏTİ ZƏRBƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 06:39
Ermənilərin səngər yoldaşı... - və yaxud qanımıza susamış şərəfsizlər...
Bu gün, 06:31
Köhnə Yuqoslaviyada yeni BARIŞ MODELİ - AKTUAL
Bu gün, 06:20
Küveytdəki raket hücumunda ABŞ hərbçiləri xəsarət alıb - CBS
Dünən, 22:38
Putinin gizli ailəsi ilə bağlı qəribə iddia yayıldı
Dünən, 22:35
Azərbaycan UEFA reytinqində Ermənistanı və Gürcüstanı geridə qoydu - DETALLAR
Dünən, 22:32
Oskanyandan illər sonra gələn Qarabağ ETİRAFI - "Tam məsuliyyətimlə deyə bilərəm ki..."
Dünən, 16:53
Ermənistanda Rusiya qazından başqa heç bir qaz olmayacaq - Overçuk
Dünən, 16:50
Paşinyan qələbəyə inamla irəliləyir: Bakı ilə sülh sazişi... - GƏLİŞMƏ
Dünən, 16:49
İran ilə ABŞ arasında sülh prosesinə nüvə ölkələri nəzarət edə bilər - İSNA
Dünən, 16:46
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTOLENT
Dünən, 16:44
Xameneinin dəfn mərasiminə hazırlıq başladı - KİV
Dünən, 12:34
Putin ölümsüzlüyün sirrini tapdı? – 26 milyard dollarlıq gizli proqram
Dünən, 12:29
Erməni müğənni Paşinyana qarşı çıxdı - "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
Dünən, 11:32
Tramp Omanı hədələyib, yeni bəyanat ölkələr arasında diplomatik gərginliyə səbəb olub - TƏFƏRRÜAT
Dünən, 11:19
9 min manat maaş deputatları qane edirmi? - "Xoşbəxt o insandır ki..."
Dünən, 11:12
"Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır" - AÇIQLAMA
Dünən, 10:55
Ermənistanda seçkilər ikinci tura qala bilər - ÇÜNKİ...
Dünən, 10:52
"Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..." - Paşinyan belə deyir...
Dünən, 10:51
Əhaliyə bəd xəbər: Bu məhsullar BAHALAŞACAQ - NƏ BAŞ VERİR?
Dünən, 10:48
Paşinyan iki stulda oturmaq siyasətinin qurbanına çevrilir - İNCƏLƏMƏ
Dünən, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru