"Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." .....                     Buranın adından da DƏLƏDUZLUQ fışqırır .....                     Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir .....                     SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR .....                     9-cu aydır ki, maaşlarını ala bilmirlər... .....                     İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... .....                     Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... .....                     Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... .....                     Ermənilərin 2 sentyabr .....                     Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur .....                     Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? .....                     Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb .....                     İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI .....                     “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı .....                     Yevlaxda 657 minlik tender ləğv edilib .....                     “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır .....                     Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi .....                     Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı .....                     SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb .....                     Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər .....                     Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi .....                     "Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                     Qarşıdurmadan dialoqa: .....                     “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb .....                     İRİA-nın şöbə müdiri işdən çıxdı .....                     Bu qurumda yeni təyinatlar oldu .....                     "Məni ad gününə, toylarınıza da çağırmayın" .....                     İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                 

"Hamı deyir qıjısan, kəntoşsan, eybi yox, əcəb edirəm, balalarıma çörək qazanıram"
Tarix: 4-02-2015, 09:08 | Çap et
"Hamı deyir qıjısan, kəntoşsan, eybi yox, əcəb edirəm, balalarıma çörək qazanıram"
Kulis.az “Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğlundan müsahibə götürüb.

diaaz.space həmin müsahibəni təqdim edir:

- Siz Mədəniyyət və İncəsənət Universitetini bitirmisiz. Öz istəyinizlə qəbul olunmuşduz, yoxsa, təsadüfən belə alındı?

- İstəyimlə qəbul olmuşdum. Birinci jurnalistikanı yazmışdım. İkinci ədəbi yaradıcılıq və ekran dramaturgiyası idi. İxtisasım da odur. Rafiq Həşimovun vurğunu idim. 11-ci sinifdə oxuyanda onu məhəlləmizdə gördüm, dükanda. Mənə qəribə gəlirdi onu görmək. Yaxınlaşıb dedim ki, məndən jurnalist olar? Başımı sığallayıb dedi ki, niyə olmur ki. Tale elə gətirdi ki, İncəsənət Universitetində oxuyanda bizi Az.TV-yə praktikaya apardılar. Kart verdilər ki, bir ay müddətində gələ bilərsiniz. Uşaqlardan kimsə ora getmədi. Həvəsləri olmadı. Getdim, rejissor Nazim Abbası tapdım. Dedim ki, mənə kömək edin, aparıcıların yanına gedim. Diktorluq sənətinin incəliklərini öyrədən Sabir Axundov rəhmətlik dedi ki, səni kim göndərib? Onda da tapşırıqla idi. Mənim kimsəm yox idi. Atam tramvay sürücüsü olub. Dəstəyim olmayıb. Sağ olsun, Sabir müəllim kömək elədi. Üç ay praktikaya getdim. Amma nəticəsi olmadı. Çünki bilirdim ki, kimsə tapşırmalıdır. Sonra sınaq oldu. Sabir müəllim dedi ki, sən girmə ora. Dedim, niyə? Dedi ki, kiminsə əli ilə getməlisən. Bir adam var, adını çəkməyəcəyəm. İndiyə kimi içimdə ona nifrət hissi var, bilmirəm, bəlkə də dünyasını dəyişib. İndi də yadıma düşəndə pis oluram. İkinci kursda oxuyanda yenə getdim dövlət televiziyasına. Dedim, radiodan başlayım. Həmin adam radioda işləyirdi, kobud şəkildə mənə dedi ki, əəə, qapını çöldən bağla. Pərt oldum. İçəridə qızlar da vardı. Niyə mənimlə elə danışmalıydı ki...

- Deyəsən Aydın Dadaşovun tələbəsi olmusuz.

- Aydın Dadaşov çox ünsiyyətcil adamdır və sözü birbaşa deyəndir. Əslində mənə əvvəl elə gəldi ki, Aydın müəllim hamını pərt eləməyə çalışır. Sonra gördüm ki, yox, həqiqəti deyir. İncəsənət Universitetinə təzə daxil olmuşdum, ilk dərs günüdür, bizdə Fərahim adlı oğlan vardı, indi Şəkidə mədəniyyət şöbəsinin müdiridir. Nəsə ondan xoşum gəlmirdi, heç nə eləmirdi, sadəcə, xoşum gəlmirdi, onu döydüm. Aydın müəllim məni tənbeh elədi, amma sonra onunla möhkəm dostluq elədik. Hətta bir dəfə ona dərdimi dedim ki, atam qəzaya uğrayıb. O da tutdu qolumdan məni auditoriyaya gətirdi, dedi ki, bu, yazıqdır, yazıq adamdır, atası da “avariya” edib, pulları da yoxdu. Mən də məəttəl qaldım ki, o niyə belə edir. Çox qəribə, bənzərsiz adamdır. Yazılarını oxuyuram. Yazıları da bənzərsizdir. Ümumiyyətlə, İncəsənət Universiteti qısa zaman kəsiyində məni çox dəyişdi.

- Nə mənada dəyişdi?

- Sakit adam deyildim, şuluq idim, kimisə döyməliydim. İncəsənət Universiteti məni rəndələdi. Qısa müddətdə dünya ədəbiyyatı ilə tanış oldum, Bunindən tutmuş Markesə kimi.

- Kulis.az-da aparıcıların hansı kitabları oxuması ilə bağlı sorğu olmuşdu. Maraqlı əsərlərin adını çəkmişdiniz. Belə anladım ki, vaxtaşırı mütaliə edirsiz. Kütləvi şounun aparıcısı və ciddi ədəbi nümunələr. Sizcə, buna təəccüblənməliyik?

- Bəli. Bilirsiz, mən televiziya qayda-qanunlarını çox gözəl bilirəm. Qulu Məhərrəmlinin, Aydın Dadaşovun bütün kitablarını oxumuşam. Amma bu kitablarda oxuduğumu praktikaya tətbiq eləmək uşaqlarım üçün çörək pulu qazandırmaz. Mən bu dəqiqə şou aparıram, yaxşı edirəm, toya gedirəm, yaxşı edirəm, uşaqlarımı dolandırıram, əcəb edirəm. Çünki mənim publikama dünya ədəbiyyatı lazım deyil. Mən verilişdə Markesdən danışsam reytinqim bir olar. Amma orda Telli ilə qol-boyun oynasam reytinq olacaq on.

- Amma oxuyursuz axı...

- Nə olsun. Özümü sakitləşdirirəm. Mən Zəlimxan Yaqubdan başqa oğul istərəm ki, mənimlə üzbəüz dayanıb 24 saat şeir desin. Ramiz Rövşəndən, İlham Qəhrəmandan, Salam Sarvandan, Nizamidən şeir deyərəm. Nə olsun, məgər bununla bağlı qarın doyacaq? Hamı deyir qıjısan, kəntoşsan, eybi yox. Əcəb edirəm. Balalarıma çörək qazanıram. Zamanın tələbidir. Maarifləndirici veriliş açsam, o mənə çörək gətirməz. Mümkünsüzdür. Hamı yalandan pafosla danışa bilər. Amma mən zamanın nəbzini tutub gedirəm. Mənim oxuduqlarım məndən başqa kiməsə lazım deyil.

- Amma qazandığınız pulla qızlarınıza yaxşı təhsil verə bilərsiniz ki, məsələn, “Sevimli şou”nun publikasına oxşamasın. Yoxsa, istərdizmi qızlarınız o publika kimi olsun?

- Yox, əlbəttə, istəmərəm. Amma reallıq var da. Toylara gedirəm. Bu biznesdə üç ildir ki, varam. Özüm də istəmədən.

Məni indiyə kimi toyda oynayan görməyiblər. Qonaq çağırıldığım toylarda oynamıram. Çünki içimdən gəlmir. Amma verilişdə oynayıram, publikaya hesablanmış şeydir. Oynayıram, deyirlər ki, toylarda gör, nətəhər oynayır da. Əslində heç nə yoxdur ey, ay bədbəxt. Sadəcə oynayıram.

- Yəni bir növ rol kimi yanaşrısız?

- Eynən.

- Ekrandakı rolunuz bitdi və kadr arxasındakı gerçək Mikayıl necədir?

- Bir dəfə verilişimə gəlin, görün. Verilişə Bahar Lətifqızını, Mətanət Əsədovanı dəvət eləmişdim. Reklam fasiləsi olanda ciddiləşdim. Bunlar da reklamda gülürlər. Deyirəm, nəyə gülürsüz? Deyirlər, sən nə qəribə adamsan. O ekranda gördüyünüz Mikayıl əslində ciddi Mikayıldır. Mənim dostluq etdiyim adamlar da tamamilə fərqli adamlardır.

- Müğənnilərlə dostluq eləmirsiz yəni.

- Müğənnidən adama dost olar? Ciddi deyirəm. Bir şeyi də deyim. “Kanal D”-də “Beyaz Şou”ya baxırdım. Birdən ağlıma gəldi ki, nə var, bu adamı tapmağa. Uçaram beşinci gün İstanbula. Gedərəm “Kanal D” yə. Elə də elədim. “Olduğu kimi” verilişində onunla müsahibəm oldu. Operator Pərvizə zəng elədim. “Kanal D” nin qabağında 8 saat gözlədim. Bəyaz gəldi, maşından düşdü, dedim ki, yetim oğlanam, heç kəsim yoxdu, sizdən müsahibə almasam, məni işdən qovacaqlar. Acun, Bəyaz kimi aparıcı olmağa nə var. İyirmi prodüseri var. Hazır materialla çıxırlar efirə. Yoxsa mən son tamaşaçını da otuzudurub verilişə qan-tər başlayıram.

- Hansı verilişləri izləyirsiz?

- Marağımda olan əyləncəli verilişlərə baxıram ki, rəqiblərim kimlərdir. Necə aparırlar. Sırf işə görə baxıram.

- İstərdizmi televiziyaların mövcud konsepsiyası dəyişilsin?

- Büsbütün. Amma elə dəyişilsin ki, dolana da bilək.

- Söhbət yaxşı şərtlərdə işləməkdən gedir. Dəyişilsəydi, necə bir veriliş aparmaq istərdiz?

- Xəbərləri. Əgər əqidəlisənsə, kişiliyin varsa, minsifətlilik yoxdursa, dünyanın ən çətin şeyi müğənnilərlə işləməkdir. Çünki müğənnilər burda bir söz, orda başqa söz deyirlər. Mən o qədər müğənniləri döyməyə getmək istəmişəm. Dostum, gitarist Nofəl məni saxlayıb. Yarı yoldan qaytarıb.

- Ümumiyyətlə, kitabı niyə oxuyursuz? Buna katarsis kimi baxırsız, yoxsa?

- Əsasən də toylardan sonra oxuyuram. Buna mənəvi xilas kimi baxıram. Çünki toylarda elə danışırlar ki... Amma sən balalarına görə dözməlisən. Əgər toya gedirsənsə, bu sənət lotuluğu sevmir. Lotusansa toya getmə. Udmalısan deyilən sözləri. Yol boyu uzaq rayondan gələndə Ramiz Rövşənin şeirlərini deyirəm. Meditasiya edirəm. Özümə gəlirəm, olanları beynimdən silirəm ki, onlar yoxdu. Ora uşaqlara görə gedirəm.

- Cəbhə bölgəsində üç əsgər şəhid oldu yaxında. Həmin gün də sizin verilişdə çal-çağır vardı. Buna görə sosial mediada çox qınandınız.

- Veriliş yarım saat idi ki, başlamışdı. Canlı yayımda idim. Mənə bu xəbəri dedilər. (Müdafiə nazirliyi xəbəri günorta saatlarında yaymışdı-red.) Canlı yayımda müğənnilərdən xahiş elədim ki, lirik notlarda mahnı oxuyun. Yarıda saxladım onu. Ondan sonra çal-çağır olmadı. Facebooka bilirsiz niyə girmirəm? Qan-xətadı. Avqustda bir hadisə olmuşdu. Mən Qubadlıdanam axı. Ayın 31-i Qubadlının işğalı gün verdilər verilişi. Ağadadaşın ad günü idi. Əvvəldən çəkilib. Verdilər şənbə günü. Mən də Əkbərin əvəzinə aparırdım. Axı, mənim nə günahım var bu efirə o zaman verilib. Haqqımda hər şey yazılmışdı, hər şeyə dözmək olar. Amma biri yazmışdı ki, qeyrətsizdir, çox əsəbiləşdim. Əsli Füzulidən idi, Qazaxda hərbi qulluqdaydı. Fərəcov idi soyadı, adını unutmuşam. Ünvanını tapdım. Sumqayıtda yaşayır. Evlərinə getdim. Atası açdı. Dedim, məni tanıyırısız? Təəccübləndi. Dedim, oğlunuz lazımdır. Dedi, Qazaxda əsgərlikdədir. Sıxdım özümü ki, demək bu hərbi qulluqçudur, belə reaksiyası təbiidir. Telefonunu alıb zəng elədim ki, atanla üzbəüz dayanmışam. Mən qeyrətsiz deyiləm. Səni də ona görə bağışlayıram ki vətənimizi qoruyursan. Səhəri Facebookda da üzr istədi. Mən də Füzulidə ermənilərlə sərhəddə qulluq eləmişəm.
- Siz sənətşünaslıq fakültəsini bitirmisiz. Belə verilişi aparanda özünüzü sənətə xəyanət etmiş sayırsız?

- Edirəm, amma barışdım.

- Müsahibələrinizdən birində demisiz ki, “Sevimli şou”nu təklif edəndə tərəddüd eləmisiz. Nəylə bağlı idi tərəddüdünüz?

- Verilişin alınıb-alınmamağı ilə bağlı. Çünki başqa formatlı proqramdan birdən-birə çevriliş edib şou aparmalı oldum.

- Ara sıra verilişinizə göz atıram. Orda müğənnilərin özünü şit apardığı situasiyalar olur. Bəzən hiss olunur ki, bundan sıxılırsız...

- Üzr istəyirəm, adamın əti tökülür. Aparıcı kimi nəyə əsəbiləşirəm? Müğənnilərin çoxunu, daxili aləmini, həyatını bilirəm, əxlaqdan dərs deyir. Həmişə deyirəm ki, ölsəm şəkərdən öləcəm.

- Bir də onları tərifləyəndə sanki boğazdan yuxarı tərifləyirsiniz.

- Verilişdi də. Nəsimi olmaq istəmirəm.

- Nəsimi Nəbizadə?

- Yox (gülür), dərisi soyulan Nəsimi. Babək də olmaq istəmirəm.

- Daha nə demək istərdiz, verilişdəki publikanıza yox. Sizi qınayan insanlara?

- Qoy, mənim üzümə desinlər. Bu vaxta kimi üzümə gəlib deməyiblər. Diogen sevdiyim filosofdur. Əslində eyni xarakterdə olmuşuq. Çünki o da mənim kimi axmaq camaatla barışıb. Diogendən sitat gətirmək istəyirəm. Ona bir gün deyirlər ki, səni bazarda tərifləyirdilər. Dilxor olur ki, gör, nə gündəyəm ki, məni bazarda tərifləyirdilər. Sabahı gün deyirlər ki, mötəbər ziyalı məclisində tənqid edirlər. Sevinir ki, deməli mənim irəliləyişim var ki, ziyalılar tənqid edir. Qoy məni ziyalılar tənqid eləsin.

- Tənqidə münasibətiniz necədir?

- Əladır. Amma təhqir olmasın.

- Ailədə münasibət necədir verilişinizə?

- Atam və anam dəstəkləyir. Gəlirəm evə verilişdən sonra, həyat yoldaşıma deyirəm ki, filan şeyə baxdın. Deyir ki, seriala baxırdım. Sevmir. Verilişimə epizodik baxır ki, necə görünürəm.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." - REPLİKA
Bu gün, 07:27
Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir - DAHA BİR ETİRAZ...
Bu gün, 07:04
SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
Bu gün, 06:53
İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... - BU FAKTDIR!
Bu gün, 06:42
Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... - AKTUAL
Bu gün, 06:38
Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
Bu gün, 06:33
Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Dünən, 17:54
Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Dünən, 17:52
Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Dünən, 17:37
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Dünən, 17:25
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Dünən, 17:13
“VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Dünən, 17:05
Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Dünən, 17:04
“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:57
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 16:52
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Dünən, 16:50
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Dünən, 16:44
Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Dünən, 16:41
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Dünən, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Dünən, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Dünən, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Dünən, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Dünən, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Dünən, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Dünən, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Dünən, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Dünən, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Dünən, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Dünən, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Dünən, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Dünən, 15:37
AZPROMO sığortaçı seçib
Dünən, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Dünən, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Dünən, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Dünən, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Dünən, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Dünən, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Dünən, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Dünən, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Dünən, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Dünən, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Dünən, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Dünən, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru