AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                 

“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Tarix: 15-09-2025, 11:48 | Çap et

Lent.az-ın müsahibi Azərbaycanın Gürcüstandakı sabiq səfiri, alim, şair Hacan Hacısoydur.

HAŞİYƏ

Əvvəlcə yeni nəsil üçün müsahibimizi daha yaxından tanıdaq:

Hacan Hacısoy 1946-cı ildə Gürcüstanın Qaraçöp mahalında anadan olub. Hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirib. Azərbaycan Neft Sənayesi üzrə maraqlı elmi-tədqiqat işlərinə imza atıb. 1996-2004-cü illərdə Azərbaycan Respublikasının Gürcüstanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb. Hal-hazırda təhsil aldığı ocaqda dərs deyir.

Eyni zamanda ədəbiyyatçı kimi də ölkəmizdə məşhurdur. AYB-nin üzvüdür. Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi var. Bir sözlə müsahibimiz, çox maraqlı şəxsiyyətdir. Neft sənayesi üzrə alim, eyni zamanda diplomat və bunlarla yanaşı şair olmaq çox da rastlaşdığımız hallardan deyil.

- Hazırda hansı fəaliyyətlə məşğulsuz?

- Elmi tədqiqat işləri ilə məşğulam. Azərbaycan Neft və Sənaye Universitetinin nəzdində elmi-tədqiqat institutu var, orada baş elmi işçiyəm.

- 100-dən çox elmi məqaləniz var...

- Bəli. Monoqrafiyalarım var. Bu il çox məhsuldar oldu mənim üçün. Maili qazılmış quyuların istismarı haqqında böyük bir monoqrafiya yazmışam. Son vaxtlar neftçıxarmada qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqi ilə məşğulam.

- Siz həm də bədii fəaliyyətlə məşğulsuz. Necə oldu bədii yaradıcılığa başladız?

- Elmdən əvvəl bədii yaradıcılıqla məşğul olurdum. Ən böyük arzum jurnalist olmaq idi. Tale elə gətirdi ki, alınmadı. Neftçi olmaq şərəfli bir peşədir. Tələbə vaxtı qəzetdə bir neçə şeirim çıxmışdı. Sonra sözün arxasınca getmədim. Neftçıxarma ilə məşğul oldum. İnstitutu bitirəndən 2 il sonra elmi tədqiqata cəlb olundum. Amma bir vaxt söz yenə gəlib məni tapdı. Başladım yenidən yazmağa. 3 şeir kitabım çıxıb - ikisi Azərbaycanda, biri Türkiyədə. Sonra başa düşdüm ki, sözsüz, bədii ədəbiyyatsız yaşaya bilmərəm. Elmi tədqiqatla yanaşı bədii ədəbiyyatı da mütaliə edirdim. 1960-cı ildən sonra çıxan bütün bədii əsərlər kitabxanamda var. İntensiv mütaliə edirdim. Görünür, onun da təsiri oldu.

- Deyirsiz, 1960-dan bəri hamısını oxumusuz. Özəlliklə 60-cı illərdəki yazarlardan kimi bəyənirsiz?

- Sevdiyim yazıçı, şair çoxdur. Birini desəm, o biri qalacaq. Məsələn, İsmayıl Şıxlı. "Dəli Kür" romanı ilə ədəbiyyatı silkələmişdi. İsa Muğanna sevimli yazıçımdır. Anar o vaxtı çox populyar idi. Özəlliklə "Mən, sən, o və telefon" hekayəsi bütün Sovet ölkələrində məşhur idi. Mövlud Süleymanlı da sevdiyim yazıçı idi. Şairlərdən isə ən sevdiyim Bəxtiyar Vahabzadə idi. Onun yaradıcılığını çox sevirəm. Çünki Bəxtiyar Vahabzadə Azərbaycanın həyatını, dilini bilirdi, onun qayğılarını çəkirdi. Bunlardan başqa Nəriman Həsənzadə, Ramiz Rövşən... Çoxdur.

- Ramiz Rövşənlə dostluğunuz da var.

- Bəli. Elə bu yaxınlarda danışmışam. Hazırda ayaqlarında problem var, yeriyə bilmir. Çox maraqlı şairdir.

- Hacan müəllim, 1996-dan 2004-ə qədər Azərbaycanın Gürcüstandakı fövqəladə səfiri olmusuz. Diplomatik fəaliyyət, bədii, elmi yaradıcılıq - bunlar bir-birinə mane olmurdu ki?

- Əksinə, mən şeirlərimin çoxunu 1996-cı ildən sonra yazmışam. Diplomatik fəaliyyət məni daha da ruhlandırdı. Səfir dövlət strukturunda ən məsuliyyətli və vacib missiyadır. Bu, həm də yaradıcılığımı da özümə qaytardı. Bunlar istedadı olan adam üçün problem deyil. İnsan istəyəndə hər şeyə vaxt tapır. Məsələn, oturub şeir yazmağı qarşına məqsəd qoyub yaza bilməzsən. Təb özü gəlməlidir. Hətta yazandan sonra da özünə qəribə gəlir ki, bunu mənmi yazmışam? Şeir özü çağırır adamı.

- Siz 8 il diplomatik fəaliyyətlə məşğul olmusuz. Gürcüstanda kifayət qədər azərbaycanlı yaşayır. Azərbaycan ədəbiyyatı orada nə qədər tanınır, təbliğ edilir?

- Həmin vaxtlar Sovet İmperiyası yeni dağılmışdı, müstəqillik uğrunda mübarizə var idi və Azərbaycanın da tarixində mürəkkəb proseslər gedirdi. Gürcüstanda gedən proseslər azərbaycanlılarda bağlı müəyyən çətin məqamlar yaratmışdı. Bu da oradakı azərbaycanlıların Ermənistandakı kimi köçürülməsi məsələsi ortaya çıxarmışdı. Ulu Öndər Heydər Əliyev məni qəbul edəndə ilk sözü bu oldu ki, birinci missiyan oradakı azərbaycanlılar üçün yaxşı vəziyyət yaratmaqdır. Şükürlər olsun ki, Azərbaycanın, xüsusilə, Heydər Əliyevin dəstəyi ilə özümdə güc tapdım və həmvətənlərimiz yaşayan bütün rayonları gəzib təbliğat apardım ki, dədə-baba yurdundan ayrılmaq olmaz. Mən səfir təyin olunandan bir neçə gün sonra Heydər Əliyev Gürcüstana səfər etdi. Orada Ulu Öndərin bir tarixi çıxışı oldu. Qeyd elədi ki, Gürcüstanda yaşayan azərbaycanlılara diaspora deməyə adamın dili gəlmir, onlar öz vətənlərində yaşayırlar. Bu söz çox böyük dəstək idi.

O ki qaldı ədəbiyyat məsələsinə, orada Azərbaycan dilli məktəblər var. Mən səfir təyin olunanda 168 Azərbaycan dilli məktəb var idi və tariximiz, dilimiz, ədəbiyyatımız təbliğ edilirdi. Orada Azərbaycan Yazıçılar Birliyinin şöbəsi də var.

- Səfir olduğunuz dövr hansı maraqlı hadisələrlə yadda qalıb?

- Gürcüstana gedəndən qısa bir müddət sonra məni bir tədbirə dəvət etdilər. Tbilisi şəhərinin yüksək bir yerində idi. Uşaq şəhərciyi salmışdılar. Bir beynəlxalq təşkilat sahibsiz uşaqlar üçün tikmişdi o şəhəri. "SOS Kinder" idi təşkilatın adı. Dünyanın bir çox yerində var idi belə şəhərciklər. Ermənistanda da açmışdılar. Açılışda iştirak etdim və onların nümayəndəsinə dedim ki, bu missiyanı Azərbaycanda da həyata keçirməyinizi istəyirik. Bu barədə o vaxtkı xarici işlər naziri Həsən Həsənova yazdım. O da məktubumu prezidentə təqdim etdi. Qərarlaşdırdıq ki, bu, Azərbaycanda da olsun. Heydər Əliyev o təşkilatın nümayəndələrini qəbul etdi. Ondan sonra müxalifət başladı yazmağa ki, onlar uşaqlarımızı xristianlaşdıracaqlar-filan. Polemika yaratmaq istəyirdilər. Heydər Əliyev göstəriş verdi ki, yer ayrılsın və şəhərcik tikilsin. Daha sonra o şəhərcik Naxçıvanda, Qubada da salındı. Azərbaycan tarixində Heydər Əliyev qədər böyük rəhbər olmayıb.

- Bildiyim qədərilə Zəlimxan Yaqubla da yaxın münasibətiniz olub...

- Zəlimxan Yaqubu çoxdan tanıyırdım. Lap Sovet dövründən bir şair kimi oxuyurdum onu. O tamam başqa, vergili bir şəxsiyyət idi.

- Necə vergili?

- Onun haqqında şeir və məqalə də yazmışdım. Zəlimxan Yaqubun 3 cəhətini qabartmışam - aşıq sənəti, natiqliyi və şeirləri. Halbuki bütün bunların üçü də Zəlimxanda çox yüksək səviyyədə idi. Mənim yaradıcılığımla tanış olandan sonra dedi ki, nahaq gedib səfir olmusan. Gərək bədii yaradıcılıqla məşğul olaydın. Bir məclisdə ona yazdığım şeiri oxudum. Dedi ki, mənə 200-dən çox şeir yazılıb, ən bəyəndiyimi bu idi. Heyf, tez dünyasını dəyişdi. Çox gözəl məclis aparmağı var idi.

- Bu, yəqin, onun aşıqlığından gəlirdi...

- Bəli. O işsiz olan vaxtı Hüseyn Arif Aşıqlar Birliyinin sədri idi. Gediblər Hüseyn Arifin yanına ki, Zəlimxana bir iş verin. Deyib, bizdə tamadalıq vəzifəsi yoxdur axı.

- Azərbaycandan xaricdə də fəaliyyət göstərmisiz. Niyə Azərbaycan ədəbiyyatı dünyaya çıxmır?

- Bunun müəyyən səbəbləri var. Digər xalqlar, məsələn, gürcülər müəyyən qədər öz ədəbiyyatlarını təqdim edə bilir. Bu sistemi necəsə qurublar və inteqrasiya ediblər. Bizdən Vaqif Səmədoğlunun, Kamal Abdullanın "Nobel" mükafatına namizədliyi verildi. Amma onlara mükafat vermədilər. Burada bir az da siyasi səbəblər var.

- Təkcə "Nobel"i nəzərdə tutmuram. Məsələn, Çingiz Aytmatov, Oljas Süleymanov da "Nobel" almayıb, amma dünyada kifayət qədər tanınır, oxunur.

- Bu, bizim öz passivliyimizdən irəli gəlir. Təbliğatımızı lazımi səviyyədə apara bilmədik. Amma sizə deyim ki, Anar post-sovet ölkələrində tanınan, təbliğ edilən yazıçıdır. Gürcülərdən Nodar Dumbadze var, Anar heç də ondan zəif yazıçı deyil.

- Amma dünya Dumbadzeni tanıyır, Anarı yox.

- Gürcülər təbliğatı yaxşı aparıblar. Bizdə Səməd Vurğun SSRİ-də çox tanınırdı. Amma o dövrdə məhdudiyyət qoyulmuşdu, dünyaya çıxmaq olmurdu. Belə baxanda Türkiyə ədəbiyyatında da Orhan Pamuka verdilər "Nobel"i, amma onda da müəyyən siyasi çalarlar var idi. Burada əsas məsələlərdən biri də dindir. Əkrəm Əylisli də mükafata görə nələrsə etməyə cəhd etdi. Mən nə "Nobel", nə də başqa mükafatların, haradasa tanınmağın tərəfdarıyam. Öz xalqının içində öz xalqının ədəbiyyatını yaratmaq məşhurlaşmaqdan daha yaxşıdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Bu gün, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Bu gün, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Bu gün, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Bu gün, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru