NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                     Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı .....                     ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib .....                     AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                 

“Çox incimişəm, əməyimə lazımı qiymət verilmədi, ona görə də...” - Məşhur sənətkar İLLƏR SONRA
Tarix: 23-06-2025, 16:37 | Çap et

Əməkdar artist, ötən illərin ən məşhur müğənnilərindən olan Səbinə İlyasova Moderator.az-ın suallarını cavablandırıb.
-Səbinə xanım, siz həqiqətən də çox sevdiyimiz, hörmət bəslədiyimiz bir sənətkarsız. Rəşid Behbudov kimi bir dahinin yetirməsi olmaq, onun əlindən su içmək hər kəsə nəsib olmur.. Amma nəsib olanların da əksər hallarda qədri, qiyməti bilinmir...
-Bəli, sizinlə tamamilə razıyam! Çox əfsuslar olsun ki, gecə-gündüz sevdiyin işlə məşğul olaraq, əmək sərf etdiyin, bəzən işin çoxluğundan ailənə diqqət ayıra bilməyərək özünə və ailənə ziyan vuraraq can qoyduğun sənətinə dəyər, qiymət verilmir. Bu zaman sənətkarlar çox məyus olurlar. Mən çox incimişəm! Elə müğənnilər var ki, onlar teatrlarda, dövlət qurumlarında, konsertlərdə iştirak etmədən, təcrübələri çox az ola-ola bilmirəm necə olur ki, fəxri adlar ala bilirlər?! Bu əməyi böyük olan sənətçilərə qarşı çox böyük ədalətsizlikdir! Mənim sənətdəki tərcümeyi-halım zəngindir. Rəşid Behbudov məktəbi görmüş bir sənətkaram! Xarici ölkələrin böyük səhnələrində Azərbaycan musiqi mədəniyyətini uzun illər təbliğ etmişəm. Rəşid Behbudov dünyasını dəyişəndən sonra isə Azərbaycan Dövlət Muğam Teatrında baş solist kimi fəaliyyətimi davam etdirmişəm. Gülarə Əliyevanın dəvəti ilə uzun illər “Dan ulduzu” instrumental ansamblında çalışmışam. Səs yazılarım AZTV-nin radio və televiziyasının arxivlərində, “Qızıl Fond”-da qorunub saxlanılır. Mən istəyirəm ki, aidiyyatı qurumlar əməyimə lazımı qiyməti, dəyəri versinlər. Nəhayət “xalq artisti” fəxri adına layiq görülmək istəyirəm. Bununla da musiqi mədəniyyətimizə daha çox töhfələr vermiş olaram.
-Səbinə xanım, öz musiqi dövrünüzü bugünki dövrlə müqayisə etmək mümkündür?
-Xeyr! O dövr bu dövrlə müqayisəyə belə gəlməz! Çünki mən sənəti seçib gələndə bu sahədə tamam başqa abu-hava var idi. O dövrdə efirlərdə yalnız istedadlı və böyük sənətkarları görürdük. Məsələn, Şövkət Ələkbərova, Rübabə Muradova, Zeynəb Xanlarova, Elmira Rəhimova, Sara Qədimova, Yaqub Məmmədov, Əlibaba Məmmədov, İslam Rzayev, Arif Babayev, Əbülfət Əliyev, Qulu Əsgərov və s. Bu sənətkarların səsləri və ifaları bir-birinə bənzəmirdi. Hər biri ayrı-ayrılıqda bənzərsiz idilər. Amma bugünki gün hamının səsi, ifaları bir-birinə bənzəyir, ayırmaq mümkün deyil ki, oxuyan kimdir? Görünüşlərini isə demək istəmirəm.. Bir sözlə şablondurlar. İş orasındadır ki, onlar hər gün çox asanlıqla efirlərdə görünürlər. Bir az da irəli gedib tamaşaçı zövqünü korlayırlar. Bilirsiniz ki, efirlər ödənişlidir. Səsin var, yoxdur, fərq etməz! Pulunu ver, çıx tamaşaçıların zövqünü korla! Bir çoxunun da musiqi savadı yoxdur. Elə bir dövrə gəlib çıxmışıq ki, kim istəyirsə oxuya bilər. Oxuyur da. Müğənnilik sənəti çox ucuzlaşıb! Bu da məni və bir çox tamaşaçıları məyus edir.
-O sənətkar xoşbəxtdir ki, yaddan çıxmır, unudulmur. Mənə görə Səbinə İlyasova nəinki görkəmi, hətta adı və soyadı ilə də yaddaşlarda, dillərdə əzbərdir...
-Mən bir neçə illərdir ki, efirlərdən imtina etmişdim. Düşünürdüm ki, insanlar artıq məni unudub. Amma sən demə yanılmışam. Görürdüm ki, sosial şəbəkələrdə tanımadığım insanlar mənim ifalarımı paylaşır. Onların mənim haqda yazdığı rəyləri oxuduqca qəhər məni boğurdu, göz yaşlarıma qərq olurdum. Bu illər boyu məni gözəl xalqım yaşatdı. Onlar mənim səhnəyə qayıtmağımı dönə-dönə xahiş edirdilər. Məni dəstəkləyən insanlara öz təşəkkürümü bildirirəm. Məhz onların sevgisinə görə 15 il fasilədən sonra yenidən bu il səhnəyə qayıtdım. Pərəstişkarlarımın sözünü yerə salmadım. Artıq 4 aydır ki, “Xalqın səsi” və “Toylar kraliçası” layihələrində münsif kimi iştirak edirəm. Bir çox telekanallar məni verilişlərə dəvət edirlər. Efir vasitəsilə bütün telekanallara söz verdim ki, sentyabr ayından yeni ifalarımla tamaşaçı qarşısına çıxacam. Sözümün üstündə dayanıb yeni-yeni mahnılarımla pərəstişkarlarımı sevindirəcəm.
-Xalqın içində çox olursuz.. Daha çox sizdən nələr soruşurlar?
-Əlbəttə ki, bayaq dediyim kimi efirlərə qayıtmağımı xahiş edirdilər. Görün mən necə xoşbəxt insanam? Müğənni var ki, 3 ay efirə çıxmır, yada düşmür. Amma 15 il efirə çıxmayasan və səni bu qədər insan axtara! Təsəvvür edirsiniz bu necə hissdir? Mən onlara bir daha təşəkkür edirəm ki, məni unutmadılar, əksinə yaşatdılar.
-Sənətə "əlvida" yox, "hələlik" demişdiniz.. Amma bu hələlik bir az bizə və sizi sevənlərə "həmişəlik" kimi gəldi.. Səbəb nə idi?
-Mən qərar verəndə ki, artıq bu sənəti tərk edirəm, “hələlik” deməmişdim, düşünürdüm ki, artıq birdəfəlik gedirəm. Çünki çox incikli idim. Səbəbi isə mənə qarşı olan diqqətsizlik idi. Amma inanıram ki, 46 illik zəngin sənət fəaliyyətim nəzərə alınacaq və nəhayət “xalq artisti” fəxri adına layiq görüləcəm. Çünki biz ədalətli dövlətdə yaşayırıq və dövlət də hər kəsin əziyyətinə qiymət verir. Dövlətim tərəfindən bu arzuma çatacağıma əminəm!
-Səbinə xanım, Rəşid Behbudovla bağlı olan tədbirlərdə nədənsə sizi görmürük, amma o teatrın solisti olanlar iştirak edir. Onunla birbaşa ünsiyyəti olan siz niyə həmin tədbirlərdə görünmürsünüz?
-Bu suala görə sizə dərin təşəkkürümü bildirirəm. Çünki bu mövzu mənim yaralı yerimdir. Tədbirləri təşkil edən təşkilatçılar ki, var onların həmin dahi sənətkarlar haqda heç bir anlayışı yoxdur. Onlar sadəcə tədbiri keçirmək xatirinə tədbir keçirirlər. Amma heç maraqlanmırlar ki, bu dahi sənətkar kimlərlə çalışıb? Rəşid Behbudovu heç həyatda görməyən, onun sənət məktəbi haqda heç bir məlumatı olmayan müğənnilər onun haqda nə danışa bilərlər? Mənim Rəşid Behbudov haqda çox xatirələrim var. Təəssüflər olsun ki, bunları tamaşaçılara çatdıra bilmirəm. Çünki onunla bağlı tədbirlərə dəvət almıram. Dəvət alanlar isə ora gəlib heç bir şey danışa bilməyənlərdir. Eləcə də “Dan ulduzu” ansamblının rəhbəri Gülarə xanım haqda.. Onun haqda danışmağa elə bir müğənnilər efirlərə dəvət olunur ki, hansı ki, onlar heç bu ansamblın solisti olmayıblar. Gülarə xanımla mən bacı münasibətində olmuşam. 10 ildən artıq bu ansamblda solist çalışmışam. Bütün səs yazılarım “Qızıl Fond”-da qorunub saxlanılır. Bu sənətkarlar haqda lazımı məlumatları tamaşaçılara çatdırmaq üçün onlarla birbaşa ünsiyyətdə olan insanları efirlərə, tədbirlərə çağırmaq lazımdır.
-Sənətin bu qədər ucuzlaşmasına kimlər və nələr bais oldu?
-Bu suala dolayısı yolla öncəki suallarınızda da cavab vermişəm. O vaxt istedadlı müğənnilər efirə buraxılırdı. Dövlət Televiziyasının direktoru, rəhmətlik Elşad Quliyev musiqi savadı, diplomu olmayan müğənniləri efirə buraxmırdı. Ona görə də qayda-qanun var idi. Bugünki kimi efirlərdə çıxıb ağzına gələni danışan, şəxsi həyatları ilə biyabırçılıqlar edən müğənniciklər ortaya çıxmırdı. Buna icazə verilmirdi. Bu gün efirdə kim ağzına nə gəldi danışır. Məni və tamaşaçıları dəhşət bürüyür! Tək müğənnilər deyil, bir çox aparıcılar da var ki, dünyagörüşləri, savadları sıfırdır. Elə bil ki, küçədə oturub kiminləsə qeybət edirlər. Bu efirdir! Necə efirdə belə şeylər danışmaq olar? Həmin verilişlərə çıxan müğənnilər də elə o səviyyədədir! Mən inanıram ki, nə vaxtsa bu biyabırçılıqlara son qoyulacaq. İnşallah ki, haqq-ədalət öz yerini tapacaq və tamaşaçılar da efirlərdə istedadlı və tərbiyəli müğənnilər görəcəklər! Amma bütün bunlarla yanaşı təqdirəlayiq layihələr, ifaçılar da var. Artıq bir neçə ildir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Muğam müsabiqəsi keçirilir. Bu möhtəşəm layihə böyük tamaşaçı kütləsi toplayıb. Tamaşaçılar səbirsizliklə efir qarşısında oturub layihəni gözləyirlər. Bu müsabiqənin nəticəsidir ki, çox istedadlı muğam ifaçıları xalqımız tərəfindən tanınıb və sevilirlər. Bu işdə bizim xalq artistlərimiz-Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov və s. sənətkarların əməyi böyükdür. Sağ olsunlar muğam, təsnif və xalq mahnılarını unudulmağa qoymurlar, onları yaşadırlar. Yeni-yeni istedadlar üzə çıxır, istedadsızlar isə nisbətən kölgədə qalırlar. Bu layihəyə görə əlbəttə ki, öz adımdan və bütün musiqisevərlər, muğamsevərlər adından çox dəyərli və əziz, Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyevaya öz təşəkkürlərimi bildirirəm.
-Səbinə xanım, çox sakit təbiətli bir insansınız. Bu xasiyyətiniz başınıza hansısa bəlalar gətirib?
-Bürcüm tərəzidir. Həmişə ədalət tərəfdarıyam. Ədalətsizliklər görəndə bu məni həyatda elə məyus edib, üzür ki.. Deməzdim ki, başıma bəlalar gəlib, amma xoşagəlməz hallarla arabir qarşılaşıram. Amma insanlar müxtəlif xarakterlidir, dünyaya müxtəlif baxışlarla baxırlar. Çalışıram ki, bəzi qeyri-adekvat adamları yola verim. Amma çox istəyirəm ki, həyatda normal anlayışlı, adekvat insanlarla qarşılaşım. Əfsuslar olsun ki, bir çox şeylər bizdən asılı deyil. Nə etmək olar? Hər bir insanın dilində onunla danışmağı da bacarmaq lazımdır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
29-08-2026, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
29-08-2026, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
29-08-2026, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
29-08-2026, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
29-08-2026, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
29-08-2026, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
29-08-2026, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
29-08-2026, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
29-08-2026, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
29-08-2026, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru