Vergi idarəsinin rəisi QOÇULUQ EDİR .....                     Xəstəxana qarşısında parklanma tələsi .....                     Ələkbər Yasamallının ailəsində xeyir iş... .....                     Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? .....                     Qarabağla bağlı sensasion sənəd üzə çıxdı .....                     NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                     Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı .....                     ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib .....                     AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                 

"Gələn təklifləri təkidlə rədd etmişəm"
Tarix: 19-06-2025, 10:07 | Çap et

Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Rasim Balayev “Real FM”ə müsahibə verib. Bu barədə danışan aktyor bütün dünya ulduzlarının reklamlarda rol aldığını bildirib.

“Deyir, Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir. Reklamdır da bu. Neçə ildir çəkilmirəm. Kamera üçün darıxmışam, reklama çəkilirəm. Kino çəkilmir, ortada normal iş yoxdur. Bədbəxt aparıcı var, deyir ki, Rasim Balayev yoxdur, ölüb. Kino var ki, orada çəkiləm? Ssenari, yaxşı rejissor olmasa, alınmaz. Bu, kollektiv sənətdir. Onsuz da mən də, sən də öləcəyik, ay bədbəxt! Düşük-düşük çıxıb danışmağa görə bu gündəyik”.

Sosial şəbəkələrdə və media müstəvisində iki fərqli mövqe formalaşıb: bir tərəf sənətkarın reklamda görünməsini sənətə hörmətsizlik sayır, digər tərəf isə sənətçinin buna məcbur qaldığını və təqdir olunmalı olduğunu bildirir.

Dünyada necədir?

Qardaş Türkiyədən tutmuş Hollivuda qədər bir çox ölkələrdə tanınmış aktyorların reklam çarxlarında iştirakı kifayət qədər yayılmış praktikadır. Məsələn, Al Paçino, Robert De Niro, Morqan Friman kimi dünya şöhrətli aktyorlar qəhvə, avtomobil, saat, bank, hətta dərman reklamlarında çəkiliblər. Türkiyədə Haluk Bilginer, Kenan İmirzalıoğlu, Kıvanç Tatlıtuğ kimi sənət adamları tez-tez böyük reklam kampaniyalarının siması olurlar.

Bəs niyə Azərbaycanda bu məsələ birmənalı qarşılanmır?

Məsələ ondadır ki, Azərbaycan cəmiyyətində Xalq artisti adına xüsusi bir yük, simvolik status yüklənir. Rasim Balayev kimi sənət adamları bir çoxlarının gözündə yalnız monumental bədii obrazlarda görünməli, yüksək ideya daşıyan əsərlərlə assosiasiya olunmalıdır. Onun “Nəsimi” obrazı ilə yadda qalmış aktyor kimi kolbasa reklamında çəkilməsi bu simvolik auraya zidd qəbul edilir.

Amma bu mövqeyin özü də suallar doğurur: kino sənayesi durğun vəziyyətdədirsə, aktyor illərlə işsiz qalırsa, sadəcə, “simvol” olaraq yaşamaq mümkünmü? Digər tanınmış sənətçilər, aktyorlar müəyyən məbləğ qarşılığında reklama çəkilərdilərmi? Onlar Rasim Balayevi haqlı sayırmı?

Xalq artisti, tanınmış aktyor-rejissor Şeyx Əbdül Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Şeyx Əbdül kolbasa reklamına çəkildiyi üçün həmkarını sərt şəkildə qınayıb: “Rasim Balayev kinonun hesabına çatdığı mərhələdən heç olmasa utanardı. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir, kinonun rəhbərlərindən biridir, lazım gələndə ölkə rəhbəri ilə görüşə o gedir. Bəs niyə bu kino üçün heç nə etmir? Axırda "Nəsimi"dən sonra gedib kolbasa reklamına çəkilir. Görün, indi kinomuz hansı səviyyəyə çatıb. Mən də onun davasını çəkirəm ki, gəlin milli kinomuzu ayağa qaldıraq. Şəxsən mənim “Şah İsmayıl Xətai”, “Ağaməhəmməd Şah Qacar” və daha neçə-neçə ssenarim ortada qalıb. “Qapı bağlı” olduğu üçün gedirlər kolbasa reklamına çəkilirlər. Belə getsə, kolbasa reklamına çəkilməyə şükür edəcəklər - onları bundan da pis reklamlar gözləyəcək.

Sənətkarların reklama çəkilməsinə gəlincə, reklamların da səviyyəlisi, səviyyəsizi olur. Əlbəttə ki, Türkiyədə də məşhur sənətkarlar reklamlarda çəkilirlər. Amma baxın, onlar özlərinə layiq olan reklamlarda çəkilirlər.

Mənə də reklama çəkilmək üçün təkliflər olub. Məsələn, bu günlərdə iki belə təklif almışdım - biri paltar, biri isə yemək reklamı idi. Dedim: gedin yeməyi satın, geyimi də ekranlara çılpaq çıxan qadınlara geyindirin. Bəli, mənim ehtiyacım çoxdur. Amma əgər normal ideologiyamıza, milli-mənəvi dəyərlərimizə uyğun reklam olarsa, çəkilərəm. Bu gün bütün dünya reklam üzərində qurulub. Amma baxır kim, nə və hansı şəraitdə, hansı mövzuda reklama çəkilir".

Əməkdar incəsənət xadimi, məşhur aktyor və rejissor Elxan Cəfərov isə deyib ki, bu məsələ çox şəxsi və spesifik məsələdir: “Burada aksiom yoxdur. Demək olmaz ki, bunu etmək olar və yaxud etmək olmaz. Təbii ki, dünyada belə təcrübələr var. Elə aktyorlarımız var ki, seriala çəkilir, eləsi də var ki, çəkilmir. Bədii filmdə çəkilən aktyorlarımız serialda da, reklamda da görünür. Bu, yaradıcı insanların sosial dayanıqlı bir mövqedə olmamalarından irəli gələn məsələlərdir. İndi, təbii ki, kimsə 5 manat artıq qazanmaq istəyirsə, burada qəbahətli heç nə yoxdur.

Əlbəttə, Rasim Balayevin kolbasa reklamına çəkilməsi şəxsən mənim üçün, bir tamaşaçı kimi, bir qədər dartınaraq qəbul etdiyim hal oldu. Bizim çoxsaylı sənətkarlarımız var ki, bəzən onları avtobusda, metroda görəndə insan bir anlıq tərəddüd edir. Düşünürsən ki, mənim qəhrəmanım mənim üçün əlçatmazdır, bir xülyadır - niyə adi insan kimi metroya, avtobusa minməlidir?", - rejissor deyib.

“Bəs sizə reklama çəkilmək üçün təkliflər gəlibmi?” - sualına isə Elxan Cəfərov belə cavab verib: “Çox gənc yaşımda, yaxın bir dostun və tanışın xahişi ilə bir mobil operatorun reklamına çəkilmişdim. Amma ondan sonra çəkilməmişəm. Gələn təklifləri isə təkidlə rədd etmişəm və bildirmişəm ki, bir daha bu cür təkliflər olunmasın.

Şəxsən mən istəməzdim o cür reklamlarda çəkilim. İstəyərdim ki, insanların düşüncəsində yaradıcı insanlara qarşı olan o mifik münasibəti qoruyub saxlayım".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Dünən, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
29-08-2026, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
29-08-2026, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
29-08-2026, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
29-08-2026, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
29-08-2026, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
29-08-2026, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
29-08-2026, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
29-08-2026, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
29-08-2026, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
29-08-2026, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
29-08-2026, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
29-08-2026, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
29-08-2026, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
29-08-2026, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru