Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları .....                     Kreml Qafqaz uğrunda savaşı uduzdu? .....                     Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR .....                     Rusiya onların "ovuna" çıxa bilər .....                     Gecə saatlarında Bakıda biabırçı mənzərə: .....                     Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... .....                     "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" .....                     Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... .....                     Sifarişi ləğv edib, qiyməti qaldırdılar... .....                     "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." .....                     Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... .....                     ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək .....                     “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ .....                     İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT .....                     “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? .....                     Vergi idarəsinin rəisi QOÇULUQ EDİR .....                     Xəstəxana qarşısında parklanma tələsi .....                     Ələkbər Yasamallının ailəsində xeyir iş... .....                     Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? .....                     Qarabağla bağlı sensasion sənəd üzə çıxdı .....                     NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir .....                     Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı .....                     ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib .....                     AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb .....                     Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib .....                     Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib .....                     “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. .....                     Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                 

“Atamın hələ də Muğam Mərkəzində büstü, yaşadığı binada barelyefi yoxdur, müraciət etsək də...” - MALƏSƏF...
Tarix: 28-05-2025, 09:52 | Çap et

“Atam 2015-ci ildə dünyasını dəyişdi. Onun ürəyində bir nisgil var idi. O da vətən həsrəti idi. Atam olduqca ciddi insan idi, amma Qarabağ adı çəkiləndə gözyaşlarını saxlaya bilmirdi. O Qarabağ torpaqlarının işğal altında olmasını, Xocalı soyqrımını və bütün bu faciələri yanğı ilə öz çalğısında əks etdirirdi. Hətta bəzən hönkürtü çəkib ağlayırdı da. İnsanların o faciəsini öz ağrısı kimi qəbul edib yaşayırdı. Həssas bir insan idi. Bu onun çalğısından da bəlli idi. Hətta bir dəfə bu yanğılı ifaları ilə bağlı mən ona sual da verdim. Dedi ki, belə yanğılı ifamın əsas səbəblərindən biri Qarabağ dərdidir. Nə qədər ki, bu dərd var, mənim ifalarım həmişə belə olacaq. Atam kaşki sağ olaydı və biz ona deyərdik ki, ata, artıq torpaqlarımız azaddır, sən orada rahat yat. Bizim şəhidlərimizin qanı, qazilərimizin canı bahasına, Ali Baş Komandanımızın göstərdiyi şücayət sayəsində torpaqlarımız işğaldan azad olundu. İnanıram ki, atam indi bunu görür və onun ruhu çox şaddır”
Bunu Moderator.az-a açıqlamasında görkəmli sənətkar, xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva deyib. O daha sonra bildirib ki, ermənilər atasına sənətdə çox mane olublar:
“Atam sənətə gələndən sonra kamança alətinin çalğı üslubunu tamamilə dəyişdi. Ermənilərin hər zaman çaldığı o kamanın üslubunu dəyişərək öz üslubuna saldı. Artıq onların çalğısı Habil kaman çalğısının yanında bir heçə çevrildi. Ermənilər onun kamançasına müdaxilə etməyə, ona sənətdə mane olmağa, incitməyə çox çalışdılar, amma buna nail ola bilmədilər. Çünki mənim atamın ürəyi ifa edirdi. Onun çalğısı, ifası kamançanı çalan ermənilərdən çox-çox fərqli idi. Erməni ifaçıları kaman çalır, kaman ifa edirdilər, amma mənim atamın ürəyi ifa edirdi. Sanki kaman ağlayırdı.. Onu ağladan da Habilin kamanı oldu. Ermənilər atamı məyus etməyə çox çalışdılar, amma ona gücləri çatmadı. Yenə də mənim atam qalib oldu. Biz musiqimizdə də onlara qalib gəldik” deyə sənətkarın qızı bildirib.
Vəfa xanım deyir ki, atası övladlarına qarşı çox tələbkar olub və daim məsləhətlər verib:
“Biz ailədə 3 bacı, bir qardaşıq. Üçümüz də həkimik, Rəvan hüquqşünasdır. Atam istəyirdi ki, xalqa layiq övladlar olaq. O deyirdi ki, mən həkim olsaydım o sahədə də yüksək səviyyədə olardım. Bizə məsləhət verib deyirdi ki, əgər bir sahəyə yiyələnirsinizsə, onun ən yaxşısı olmalısız. Xalqa, vətənə sadiq olmağı hər dəfə dönə-dönə tapşırırdı. O sevmirdi ki, insan yalana, başqa fırıldaq işlərə əl atsın, işindən kənar məsələlərə qoşulsun. Düzgünlüyü, dürüstlüyü, halallığı bizə atamız aşılayıb. Çünki bizim evimizə hər zaman halal pul girib. Mənim atam övladlarını zəhmətinin halal pulu ilə yetişdirmişdi, bizə də onu tövsiyyə edirdi. Hər birimiz də öz sahəmizdə bu şəkildə işləyirik. Bizi tanıyanlar da bilir ki, öz sahəmiz üzrə heç bir kənar hərəkətimiz, addımımız ola bilməz. Biz düzgün şəkildə vətənimizə, xalqımıza xidmət göstəririk” deyə o bildirib.
Vəfa xanım atasının pedaqoji fəaliyyətlə məşğul olmamağının səbəblərindən də danışıb:
“Atam tələbə yetişdirməsə də özünüz görürsünüz ki, bütün kamança ifaçıları onun yolu ilə çalır. Mənim atamın tələbə yetişdirməməyinin, pedaqoji fəaliyyətlə məşğul olmamağının yalnız bir səbəbi var. O bir az səbrsiz adam idi. Ustad müəllimdə bir az səbr olmalıdır. Bir də o deyirdi ki, mən segahı bu gün bir cür ifa edirəm, sabah onu başqa cür ifa edirəm. Mən tələbəyə bu gün bir cür, sabah başqa cür öyrədə bilmərəm. Bu improvizasiya daxildən gələn bir bacarıq idi. Atam musiqiyə yeniliklər gətirirdi deyə ona görə tələbə hazırlaya bilmirdi” deyə o bildirib.
Vəfa Əliyeva bildirib ki, atasının əsas kamançası onun nəvəsindədir:
“Atamın bir neçə kamançası olub. Əsas ifa etdiyi kamança oğlum Bəhruzdadır. Çünki Bəhruz bir hobbi kimi skripkada ifa edir. Atam bilirdi ki, Bəhruz onun kamançalarından birini istəyir. Elə öz kamançasını atam rəhmətə gedəndən sonra anam Bəhruzə bağışladı. Bir kamançası da var ki, qızıl, sədəf, brilliant qaşlarla bəzədilib. O da hazırda atamın ev muzeyindədir. Əsas ifa etdiyi kamançası Bəhruzdadır. Bəhruz da onu göz bəbəyi, canı kimi qoruyur” deyə sənətkarın övladı bildirib.
Vəfa xanım onu narahat edən bəzi məsələlərdən də danışıb:
“Atamın büstü hələ də Beynəlxalq Muğam Mərkəzində foyedə qoyulmayıb. Bu məni həqiqətən də narahat edir. Tək məni deyil, onun dörd övladının dördünü də narahat edir. Orada bütün muğam ifaçılarının, musiqiçilərin büstü qoyulub, amma atamınkından başqa. Azərbaycan muğam sənətində mənim atamın çox böyük zəhməti olub, çox işlər görüb. Kamança alətini dünyada tanıdıb. Bunu Azərbaycan rəhbərliyi də bilir və hər zaman onu qiymətləndirib. Bu gün büstün olmaması məni çox narahat edir. Məni çox qorxudur. Düşünürəm ki, mənim atam artıq yaddanmı çıxdı? Ulu Öndər Heydər Əliyev, cənab prezidentimiz İlham Əliyev, Birinci Vitse Prezidentimiz Mehriban xanım Əliyeva atama sağlığında bütün ordenləri, mükafatları, fərdi təqaüdləri və fəxri adları vermişdilər. Amma düşünürəm ki, mən birdən dara düşsəm, bir problemim olsa görəsən bu gün nəzərə alarlarmı bu Habil Əliyevin övladıdır? Ona bu işdə güzəşt olunsun və s. Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Sadəcə olaraq bu laqeyd münasibət məni hərdənbir qorxudur. Məni ən çox düşündürən və narahat edən bu sualdır. Bütün bu problemlər zamanında rəhmətlik anamı da narahat edirdi. Niyə də etməsin? Atamın yaşadığı binada bir barelyefi yoxdur. Elə bir yerdə adına küçə verilib ki, heç tanınmır. Biz heç bilmirik ki, ora haradır? Yenə də sağ olsunlar veriblər. Mən çox istərdim ki, mərkəzi küçələrdən birinə atamın adı verilsin. Amma Muğam Mərkəzində atamın büstünün qoyulması onun haqqıdır. 2015-ci ildə bu insan rəhmətə gedib. Onun üstündən 10 il keçir. Anam zamanında Mədəniyyət Nazirliyinə, Muğam Mərkəzinə müraciət etsə də, hər kəs “bizlik deyil” deyib boyun qaçırdı. Çox istərdik bunun səbəbini bilək. Hər kəs problemi bir-birinin üstünə atır. Atam kimi böyük sənətkarları yaddan çıxartmaq olmaz. Gələcək nəslin onları tanıması vacibdir” deyə Vəfa Əliyeva bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13
Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20
Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18
Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13
Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04
"Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58
Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53
Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41
"Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33
Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27
ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07
İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02
“Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37
Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32
Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27
Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24
Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20
NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17
Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14
ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12
AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00
Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49
“Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Dünən, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Dünən, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Dünən, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Dünən, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Dünən, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Dünən, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Dünən, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Dünən, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Dünən, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Dünən, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Dünən, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Dünən, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru