"Siz niyə özünüzü əxlaq polisi kimi aparırsınız ki?" - ETİRAZ
Tarix: 25-04-2024, 09:28 | Çap et
 "İctimai TV"də yayımlanan "Alatava" serialı müzakirələrə səbəb olub. Bir sıra mədəniyyət xadimləri serialın məzmunu ilə bağlı narazılıq ifadə edib.
Modern.az xəbər verir ki, serialın ssenari müəlliflərindən olan aktyor Taleh Yüzbəyov tənqidlərə cavab verib.
O bildirib ki, səsləndirilən fikirləri "Alatava" serialı, dolayı yolla isə "İctimai tv"yə qarşı kampaniya adlandırıb.
"Kimsə eyni tənqid statusunu ayrı-ayrı səhifələrdə və profillərdə paylaşdırır, Xalq artistlərindən müsahibə alınıb, tirajlanır və s. Gözünə döndüyüm Xalq artistlərimiz də gözünü yumub, ağzını açıb. Biri deyir, "onların başlarını əzmək lazımdır", biri deyir, "Bu cür seriallara gerizəkalılar baxır", hər ikisi bir ağızdan deyir ki, "Bu tərbiyəsizlikdir!".
And içə bilər, amma sübut eləyə bilmərəm ki, həmin Xalq artistlərimiz serialımızın heç bir bölümünə də efirdə baxmayıb. Çünki baxsalar bilərdilər ki, efirdə heç bir vulqar ifadə, söyüş səslənmir. Serial yalnız Youtube-da olduğu kimi nümayiş olunur. Həm də siz niyə özünüzü əxlaq polisi kimi aparırsınız ki? Siz axı aktyorsunuz. Sənət adamlarısınız. Əgər doğrudan da öz sənət yoldaşıarınıza və cəmiyyətə faydalı olmaq istəyirsinizsə, serialda aktyor oyunundan danışın, bədii həllindən danışın, ssenariyə fikir bildirin. Bu baxımdan ürəyiniz istədiyi qədər tənqid eləyin. Əgər etiraz eləsək, siz dediyiniz kimi tərbiyəsiz olarıq. Onda bəlkə sizə qulaq asıb, sizdən öyrənərik, səhvlərimizi düzəldərik. Amma siz bu yaşda kiminsə oyununun aləti olursunuz. Vallah yaraşdırmıram sizə!
Söyüş söymək isə tərbiyəsizlik deyil. Bir sıra böyük şair və şairələrimizin şeirlərində, yazıçılarımızın əsərlərində, filmlərimizdə də söyüş var. Bir də hər personajın öz danışıq dili olur. Bu serial isə küçə uşaqlarından bəhs eləyir. Bağışlayın ki, onları səhnə danışığı müəllimi kimi danışdırmaq istəmirik. Və onların söyüşlərində biz tərbiyəsizlik görmürük. Lətifəsi bu Xalq artistlərimizdən uzaq, bizə görə tərbiyəsizlik məbəd dediyiniz teatrda gənc aktyor kirayədə qala-qala özünə dövlətdən ikinci evi istəməkdir. Tərbiyəsizlik həmin o əməkdar və xalq artisti adına görə hər cür hoqqdan çıxıb, layiqli başqa aktoyrun haqqına girməkdir. Tərbiyəsizlik dövlətin sənət üçün ayırdığı pulları yeməkdir. Tərbiyəsizlik o artisti olduğun xalqın bu seriala baxan hardasa 1 milyon şəxsinə "gerizəkalı" deməkdir. Tərbiyəsizlik bu sənətdə olub, bu sənətin inkişafı üçün heç nə eləməməkdir.
Bizim də serialda Xalq və Əməkdar artistlər var. Onlar bəzən ödənişsiz, bəzən çox aşağı məbləğə bizə dəstək olublar. Sizcə onlar nəyə və niyə çəkildiklərini bilmirlər?! Biz isə bəzən borca, bəzən öz pulumuza film və serial çəkənlərik. Heç kəsdən də heç nə umub, heç nə tələb eləmirik. Biz öz işimizi görürük. Qiyməti isə tamaşaçılar və zaman verəcək. Sizə isə, əziz Xalq artistlərimiz, Allahdan uzun ömür, can sağlığı arzulayırıq. Bu sənətə ömrünüzü həsr eləmisiniz. Çəkildiyiniz filmlərə, oynadığınız tamaşalara baxıb böyümüşük. Bunlara görə çox sağolun!
Bu oyunu quranlara isə yaxşı heç nə arzulamırıq. Çünki elədikləri şey yaxşı iş deyil. Bakı balaca şəhərdir, axır-əvvəl kim olduqları üzə çıxacaq. Oğurluq və "belə oyun qurmağın" ömrü 40 gündür. Heç olmasa Xalq artistlərimizi bu oyunda alət eləməyin. Açıq mübarizə aparın. Amma çətin sizdə o göz olsun. Bir filmimizdə deyildiyi kimi: "Kişinin də qoluna qandalı gərək kişi taxsın!".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. - "Hakimiyyət dəyişən kimi..."
Bu gün, 08:50 |
|
|
|
| • "Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." - MÜRACİƏT
Bu gün, 08:41 |
|
|
|
| • Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR - BU DA FAKT...
Bu gün, 08:27 |
|
|
|
| • Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:19 |
|
|
|
| • Məqsədləri müştəri məmnuniyyəti deyil ki... - GİLEY
Bu gün, 07:54 |
|
|
|
| • Bakıda piyadalar kütləvi şəkildə cərimələnə bilər... - "Bunu etmək belə çətindir?"
Bu gün, 07:41 |
|
|
|
| • Bakıda evi başına uçurulan vətəndaşın səhhəti pisləşdi - FOTO
Bu gün, 07:37 |
|
|
|
| • ABŞ-ın İrana hücumları davam edir... - TƏFƏRRÜAT
Bu gün, 07:27 |
|
|
|
| • Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır... - REPLİKA
Bu gün, 07:24 |
|
|
|
| • Ruslardan özlərinə layiq yarışma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19 |
|
|
|
| • "Dondurmanı istənilən iş adamı ölkəyə gətirə bilir, ya yox?!" - Natiq Cəfərli
Bu gün, 07:14 |
|
|
|
| • Qadınlar kimə gözəl görünmək istəyir? - AKTUAL
Bu gün, 07:11 |
|
|
|
| • "Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:05 |
|
|
|
| • Naxçıvanda yaşıllığa DÜŞMƏN MÜNASİBƏTİ - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
| • "Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir" - Çinarə Abbasova
Bu gün, 06:48 |
|
|
|
| • Zülfəli İsmayılov özünə QƏZZA YARADIB - həm də şəhərin mərkəzində...
Bu gün, 06:38 |
|
|
|
| • Tanınmış teleaparıcı kitab nəşr etdirdi - FOTO
Bu gün, 06:24 |
|
|
|
| • "Ukrayna Krımı Rusiyadan "təcrid edir" - yarımadada enerji və yanacaq böhranı dərinləşir"
Dünən, 13:42 |
|
|
|
| • Zəngəzur dəhlizinin rəhbəri Ermənistanda Moskvanı sıxışdırır
Dünən, 13:38 |
|
|
|
| • Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər - "Armat Media"
Dünən, 13:35 |
|
|
|
| • DSX-nin hərbçisi vəfat edib - Foto
Dünən, 13:20 |
|
|
|
| • "Ağlaşma verilişlər reytinq verirdi"
Dünən, 13:15 |
|
|
|
| • Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq - TASS
Dünən, 13:13 |
|
|
|
| • Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü - Görünəni odur ki...
Dünən, 12:52 |
|
|
|
| • Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR VERİLİB
Dünən, 12:47 |
|
|
|
| • “Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... - VİDEO
Dünən, 12:44 |
|
|
|
| • Ehtiyat hissələri heç zavodunda tapılmayan ÇİN MAŞINLARI...
Dünən, 12:31 |
|
|
|
| • 115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! -TƏFSİLAT
Dünən, 12:29 |
|
|
|
| • "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" - Vüqar Oruc
Dünən, 12:25 |
|
|
|
| • Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 12:20 |
|
|
|
| • Ermənistanda tufanqabağı sakitlik - İNCƏLƏMƏ
Dünən, 12:18 |
|
|
|
| • İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi - Bakıdan əks ÇAĞIRIŞ
Dünən, 12:14 |
|
|
|
| • Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib – Xanbulan su anbarı üçün də təhlükə yaranıb
Dünən, 12:11 |
|
|
|
| • "Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" - Ayaz Salayev
Dünən, 11:12 |
|
|
|
| • Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? - ARAŞDIRMA
Dünən, 11:06 |
|
|
|
| • II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Dünən, 11:00 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Dünən, 10:53 |
|
|
|
| • Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Dünən, 10:45 |
|
|
|
| • Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Dünən, 10:38 |
|
|
|
| • Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Dünən, 10:33 |
|
|
|
| • Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:28 |
|
|
|
| • Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Dünən, 10:14 |
|
|
|
| • Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Dünən, 10:13 |
|
|
|
| • Bütün arxivləri açacağıq
Dünən, 09:03 |
|
|
|
| • "Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Dünən, 09:00 |
|
|
|
| • "Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Dünən, 08:54 |
|
|
|
| • Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Dünən, 08:49 |
|
|
|
| • BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Dünən, 08:43 |
|
|
|
| • Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Dünən, 08:39 |
|
|
|
| • Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Dünən, 08:32 |
|
|
|
|