"Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir" - Tolik
Tarix: 24-04-2024, 17:00 | Çap et
 Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı çıxışı müzakirələrə səbəb olub. Belə ki, Mirəliyev efirdə İbadoğlu barədə “Prezidentimiz sağolsun, Qubad İbadoğlunu əfv edib, minnətdarlıq edirəm” sözlərini deyib. Verilişin aparıcısı Tarix Əliyev (Tolik) isə “siyasi məsələlərə girişməyək” deyərək müğənninin çıxışına müdaxilə edib. Müxalifyönlü şəxslər bu səbəbdən sosial şəbəkələrdə Toliki tənqid atəşinə tutublar...
Tolik Pravda.az-a haqqında səsləndirilən fikirlərlə bağlı açıqlama verib.
“Efirdə Əli Mirəliyevə bildirdim ki, Qubad İbadoğlunun ev dustaqlığına buraxılması əfv deyil. Verilişdə cənab Prezidentin adını hansısa “siyasi məhbus”la hallandırmaq nə qədər düzgündür? Qərarı Ali Məhkəmə verəcək. Cənab Prezidentimiz sağ olsun ki, məhkəmələrə belə sərbəstlik verib, sonda məhkəmələr qərar verir. Əli Mirəliyevə bildirdim ki, bu, musiqili verilişidir, siyasi yox. Lazım olsaydı, Əli Mirəliyevin Qubad İbadoğlu barədə dedikləri kəsilərdi, efirə verilməzdi. Efirə gedibsə, deməli, müxalifət bilsin ki, biz tam demokratik ölkədə yaşayırıq. Bilirsiniz ki, bütün kanallarda canlı verilişlər efirə gecikmə ilə gedir. Lazım olsaydı, o bəyin adı da, mənim sözlərim də çıxarılardı. Burada heç bir qəbahət yoxdur. Heç kimi tənqid etməmişəm. Qubad İbadoğlu alim ola bilər, amma bu gün ziyalılar dövlətimizin, dövlətçiliyimizin yanında olmaqdansa... Bu boyda uğurlarımızı qəbul etməməyi, pərdə arxasında xarici ölkə havadarlarının verdikləri hansısa tapşırıqla ölkəmizin uğurlarını kölgəyə salmağı heç kimə yaraşdırmıram. Kim olduğu fərq etmir. Mən Azərbaycan Respublikasının vətəndaşıyam, 45 yaşım var. Hər zaman düşünmüşəm ki, bu dövlət hamımızındır. Bu dövlət yalnız məmurların, imkanlıların yox, bütün Azərbaycan xalqının dövlətidir. Necə ki 44 günlük müharibədə ən ucqar kəndimizdən olan ən kasıb şəhidimizlərimizin belə evlərini gördük, onlar bizim ölkəmizi qorudular. Bu gün bütün dünya Azərbaycanın uğurlarından danışır. Dörd kəndimiz də azad olundu. Sərhədlərimizin delimitasiyası aparılır. Hər şey yaxşı gedir, amma nədənsə müxalifət yenə də nəsə axtarır. Dedilər ki, Xankəndi olmasa, Qarabağ olmayacaq, Xankəndi də alındı, Qarabağ da. Dedilər ki, rus sülhməramlıları torpaqlarımızdan çıxmayacaq, sülhmərmalılar da çıxdı. Dedilər ki, 4 kənd Qazaxa qayıtmasa, olmaz. Bu da oldu. Bu dövlət bundan artıq bunlar üçün nə etməlidir ki? Ay balam, Sevinc Osmanqızı çıxıb təşəkkür etdi ey. Çünki görünən dağa nə bələdçi? 45 yaşım var, siyasətdən anlayışı olan insanam. Ola bilər ki, siyasət oxumamışam, amma Almaniyada yaşaya-yaşaya Cavad Derəxtinin vaxtında Dünya Azərbaycanlıları Konqresində tədbirlərdə olmuşam. Diasporun da tədbirlərində iştirak etmişəm. Mən efirdə bildirdim ki, Əli müəllim, çox sağ olun, amma verilişimizin adı üstündədir, “Toylar kralı”. Belə verilişdə siyasətdən danışmaq nə qədər düzgündür? Mən toyxanadan, yalnız bölgələrimizdən olan istedadlı müğənnilər haqqında danışırdım. Niyə orda siyasətə qarışım ki? Qarışsaydım, deyəcəkdilər ki, Tolikə baxın, “trolluq” edir, musiqili verilişdə də siyasətdən danışır. Pis söz dedim? Dedim ki, o kişi tutulmalıdır? Yox. Ay başınıza dönüm, bunlar hər şeydən yapışırlar. Müxalifət Əli Mirəliyevi niyə qəhrəman elan edir ki? Bayaq Əli Mirəliyev verilişimizdə qonaq idi, soruşdum. Dedi ki, heç mən Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmirdim, elə bilirdim ki, alimdir. Heç Əli müəllim onun nə işlə məşğul olduğunu bilmir. Zəng edin, özündən soruşun, deyəcək ki, o kişi alimdir. Onun haqqında başqa heç nə bilmir ki, o, radikal müxalifətçidir, ya nədir”, - o qeyd edib .


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36 |
|
|
|
| • Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30 |
|
|
|
| • AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17 |
|
|
|
| • Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06 |
|
|
|
| • Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04 |
|
|
|
| • "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52 |
|
|
|
| • VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21 |
|
|
|
| • Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15 |
|
|
|
| • Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06 |
|
|
|
| • Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01 |
|
|
|
| • 4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58 |
|
|
|
| • Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56 |
|
|
|
| • AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52 |
|
|
|
| • Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48 |
|
|
|
| • Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45 |
|
|
|
| • Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43 |
|
|
|
| • “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41 |
|
|
|
| • Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39 |
|
|
|
| • "N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36 |
|
|
|
| • Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28 |
|
|
|
| • Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24 |
|
|
|
| • Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34 |
|
|
|
| • Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32 |
|
|
|
| • Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23 |
|
|
|
| • Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08 |
|
|
|
| • Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06 |
|
|
|
| • Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03 |
|
|
|
| • Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02 |
|
|
|
| • Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59 |
|
|
|
| • ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56 |
|
|
|
| • Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52 |
|
|
|
| • Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50 |
|
|
|
| • “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48 |
|
|
|
| • Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35 |
|
|
|
| • "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32 |
|
|
|
| • "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28 |
|
|
|
| • Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26 |
|
|
|
| • “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19 |
|
|
|
| • Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15 |
|
|
|
| • Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01 |
|
|
|
| • Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00 |
|
|
|
| • Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57 |
|
|
|
| • Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53 |
|
|
|
| • İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21 |
|
|
|
| • Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17 |
|
|
|
| • Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13 |
|
|
|
| • 45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07 |
|
|
|
|