“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                 

"35 illik səhnə fəaliyyətimdə ilk dəfə bir layihədə ədalət gördüm" - xalq artisti
Tarix: 6-02-2024, 07:24 | Çap et
"35 illik səhnə fəaliyyətimdə ilk dəfə bir layihədə ədalət gördüm"
Ötən gecə İctimai Televiziyada dünyaca məşhur, 50-dən çox ölkədə yayımlanan beynəlxalq lisenziyalı “Maska” şousunun Azərbaycan versiyasının final buraxılışı tamaşaçılara təqdim olunub.

Finala qalan 4 - "Canavar", "Cırtdan", "Qorilla" və "Alov" maskasının altındakı məşhurların kimliyi tamaşaçıların da səsverməsi ilə müəyyənləşdirilib.

"Alov" maskası altındakı tanınmış müğənni Nadir Rüstəmli, "Qorilla" maskasında Xalq artisti Mir Yusif, "Cırtdan" maskasında müğənni Eldar Qasımov və nəhayət qalib "Canavar" maskasında isə müğənni Dilarə Kazımova olub.

İlk buraxılışı ötən ilin dekabrında yayımlanan "Maska" şouda 12 tanınmış müxtəlif maskalar altında, fərqli ifalarla səhnəyə çıxıb. Bazar günləri tamaşaçıların görüşünə gələn "Maska"da final gününə qədər hər həftə bir məşhurun maskası açılıb.

Müsabiqənin “detektivlər”i Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif və aparıcı Kamilə Babayeva maska altındakı məşhurları ifalarından, dəyişdirdiyi səslərdən, xarici görünüşlərindən, ipuclarından və doğru/yalan faktlardan müəyyənləşdirməyə çalışıblar.

İndiyədək bir çox müsabiqələrin münsifi olan Xalq artisti Faiq Ağayev "Maska" şou barədə fikirlərini "Cebhe.info" ilə bölüşüb.

-Faiq bəy, "Maska" şounun final bölümündən də sonra proqram barədə ümumi təəssüratlarınız maraqlıdır...

- Bu, böyük peşəkarlıqla həyata keçirilən layihədir. İctimai Televiziya gördüyü işlə tam fəxr edə bilər. Çünki bu işin içində olan bir insan kimi görürdüm ki, nə qədər insan çalışır, layihənin qayda-qanunlarına necə riayət olunur, peşəkarlıqla davranılır. Bizim bir buraxılışı çəkmək üçün 6-8 saat vaxtımız gedirdi. Final isə ümumiyyətlə, 13 saat çəkdi. Bütün bu işlərin hədəfi tamaşaçının ləzzəti idi, tamaşaçıya şou zövqü vermək idi.

12 iştirakçının hər biri canla-başla bacarıqlarını göstərirdi, çalışırdı. Bir neçəsinin peşəkar çalışması bizi sözün əsl mənasında təəccübləndirdi. Bu böyüklükdə proyekti "yağ kimi" həyata keçirmək, 10 efirin onunu da rəngarəng, əlvan etmək böyük əzmkarlıq və peşəkarlıq tələb edirdi. Bu işdə inanılmaz xidməti olan Balakişi müəllimə təşəkkür edirəm. Çəkilişə hamıdan tez gəlib, hamıdan gec çıxırdı, inanılmaz xidmətləri oldu.

Bu şou mənim həyatımda çox gözəl təcrübə idi, çox məmnunam ki, gözəl hadisənin iştirakçısı, üzvü oldum.

- "Maska" ötən il Türkiyədə yayımlananda "Görəsən, nə zaman bizdə də bu layihə ekranlarda olacaq?" deyə düşünürdüm. Sizcə, müqayisəsi necə olardı?

-Türkiyədəki "Maska" həm keyfiyyəti, həm ümumi televiziya görüntüsü, həm dedektivlərin işi, həm aparıcı baxımdan Azərbaycan "Maska"sı ilə müqayisə oluna bilməz. Rusiyadakı isə keyfiyyətli təşkil edilmişdi.

-"Canavar" qədər "Cırtdan"ın da qalib olmasını istəyənlər çox idi. Siz necə düşünürsünüz?

-Finalda tamaşaçılar tərəfindən çox ədalətli seçim oldu. 4 maskanın hər biri qalibiyyətə doğru gedirdi. Şəxsən məncə, “Molla Nəsrəddin” və “Güzgü” də finalda olmalı idi. Amma tamaşaçılar belə seçim etdilər. Maskanın çıxarılmasında bizim heç bir iştirakımız yox idi, biz sadəcə xilas edə bilirdik.

- "Canavar"ın çıxışları da hər dəfə daha fərqli olurdu. Çıxışlarından dolayı maska altında bəzən kişi, bəzən qadın məşhur olduğunu düşünürdük...

-Dilarə dişi ilə, dırnağı ilə bu qələbəni tam haqq etdi. "Canavar" hər buraxılışda daha çoxunu göstərirdi, tamaşaçını daha çox heyrətləndirirdi. Hər həftə performansı yüksələn xətlə irəliləyirdi. Qələbəyə layiq çıxış etdi.

-Faiq bəy, bəs sizin favoritləriniz kimlər idi?

-Layihə boyunca 3 maskanın favoritim olduğunu deyirdim-"Molla Nəsrəddin", "Cırtdan", "Canavar".

- Bəs hansı maska sizi təəccübləndirdi?

-Məni heç kəs təəssücəbləndirmədi. Bəziləri var idi ki, onlardan daha rəngarəng çıxışlar gözləyirdim.

-Bəs "Nar"? Çoxları üçün bu maskada Aşıq Samirənin gizlənməsi gözlənilməz idi. Elə şəxsən mənim üçün də...

-2000-ci illərin əvvəllərində Samirə ilə birgə çalışmışam. Onun səsini çox gözəl tanıyıram. Amma Samirə bizi necə çaşdırdısa, biz sona yaxın onun adını çəkməyə başladıq. Bu da çox böyük peşəkar iş idi. Samirəni alqışlayıram.

-Şou sizin üçün daha çox nə ilə yadda qaldı?

- 35 ildir səhnədəyəm, həmkarlarımın arasında müsabiqələrdə ən çox münsif olanlardan biri də mənəm. Heç kəs məndən inciməsin, amma 35 illik səhnə fəaliyyətimdə ilk dəfə idi ki, bir layihədə sonuna qədər ədalət gördüm. Çox ədalətli yarışma idi.

- "Cırtdan" "Gələcəyəm", "Qorilla" "Bərəyə bax", "Xarıbülbül" "Dağlar qızı Reyhan" və digər maskalar bəzi mahnılarımızı fərqli aranjimanla təqdim etdi. Bunu hər zaman edərək retro mahnılarımıza yeni nəfəs vermək olar. Necə düşünürsünüz?

- Bəli. Razıyam. Həqiqətən aranjiman cəhətdən də komanda böyük iş gördü. Musiqi heyəti bizim iştirakçıların mahnı seçimində əsal rolu oynayırdı. Layihənin musiqi rəhbəri Keytarman çox gözəl iş gördü, bizim də xoşumuza gəldi, tamaşaçıların da xoşuna gəldi.

- İpucları təqdim olunan zaman siz detektivlərin bir-birilə söhbəti, tapmağa çalışmağınız, bəzən zarafatyana atışmalarınız da şouya maraq qatırdı...

- Bu layihənin uğurunun böyük bir hissəsi həm də xəfiyyələrin seçimi idi. Balaş müəllim çox gözəl seçimlər etmişdi. 5 müxtəlif fikirli detektiv bir-birini tamamlayırdı. Mənim üçün Kamilə Babayeva, Murad Arif, Nigar Camal, Coşqun Rəhimovla çalışmaq böyük zövq idi.

Ümumilikdə, bu layihədən böyük zövq aldım. Teleməkanda bu cür layihələrin təşkili hər birimizi sevindirir, zövq verir.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru