“Radio və televiziya əməkdaşları üslublarla orfoepik normaları qarışdırırlar”
Tarix: 2-07-2021, 08:14 | Çap et
 Azərbaycan dili ilə bağlı qaydalara hər toxunuş dil daşıyıcılarının müzakirəsinə səbəb olur. Belə ki, kimi dəyişiklik və düzəlişləri əsassız, yersiz adlandırır, kimi də bunları təbii hal kimi qəbul edir, qaydalara əməl etməyin əsas olduğunu ifadə edir.
Nazirlər Kabinetinin 18 iyun 2021-ci il tarixli “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında qərarı da müzakirə olunmaqda davam edir. Qərarda nələrsə kiməsə görə əsaslı dəyişiklik, kiməsə görə isə artıq oturuşmuş qaydalara müdaxilə, dilin saflığının korlanmasıdır. Elə isə qaydalara mütəxəssis pəncərəsindən baxmağı qərara aldıq.
Natiqlik sənəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlunun AYNA-ya şərhinə görə, hansı üslubda danışmağımızdan asılı olmayaraq, orfoepik normalara əməl etməyimiz şərtdir: “Azərbaycan dilinin orfoepik normaları hər zaman mövcud olub. Bizim ədəbi dilimiz iki hissədən ibarətdir: orfoepiya, orfoqrafiya. Orfoepiya özündə düzgün tələffüzü, orfoqrafiya isə düzgün yazılış qaydalarını ehtiva edir. Dil qayda-qanunlarla idarə olunur. İctimai yerlərdə ləhcə ilə danışmaq bəzən xoş qarşılanmır. Hansı bölgədə böyüməsindən asılı olmayaraq, hər kəs ədəbi dili bilməlidir”.
“Bəzən televiziya və radio əməkdaşları üslublarla orfoepik normaları qarışdırırlar. Bütün üslublar (bədii, rəsmi, elmi, publisistik, məişət üslubu) orfoepik qaydalara tabe olur. Hansı üslubda danışmağımızdan asılı olmayaraq, biz orfoepik qaydalara əməl etməliyik. Ayrıca “televiziya və ya radio dili” adlı üslub yoxdur. Bu media qurumları bəzən publisistik üslubdan kənara çıxa bilir. Misal üçün, əgər Prezidentin sərəncamı səsləndirilirsə, bu, rəsmi üslubda yazılmış mətndir. Bununla belə, yenə də sözlər “kitab dili” ilə deyil, tələffüz dili – yəni, orfoepiyaya uyğun səsləndirilməlidir”, - deyə mütəxəssis bildirib.
Həmsöhbətimiz qeyd edib ki, yeni orfoepiya lüğətindəki qaydalar çox əvvəldən də mövcud olub, amma yeniliklər də az deyil: “Ola bilsin, abreviaturalarla bağlı bəzi məqamlar kiməsə yad gələ bilər. Ona görə buna toxunmağımız yerinə düşər. Abreviatura deyiləndə hansısa qurumun, təşkilatın adının baş hərflərindən ibarət qısaltmalar nəzərdə tutulur. Bizim hər zaman ABŞ kimi tələffüz etdiyimiz abreviatura əslində - qaydalara görə, A-Be-Şe kimi tələffüz olunmalıdır. Qısaltmada birinci hərf sait və ondan sonra gələn bütün hərflər samit olarsa, hərflər əlifbadakı adlarına uyğun tələffüz olunur”.
“Bundan başqa, əgər sait hərf ixtisarın ortasında və yaxud da sonunda gələrsə, ondan əvvəl və ya sonra gələn samit hərflər yazı qaydasına uyğun tələffüz olunur. Məsələn, Yeni Azərbaycan Partiyası Ye-A-Pe kimi yox, YAP kimi tələffüz olunur. Əgər qısaltmaların tərkibində hecaların sayı ikidən artıqdırsa, o zaman heca tələffüzü ilə deyiləcək. Bilirik ki, sözlərdəki hecaların sayı orada iştirak edən saitlərin sayına bərabərdir. Məsələn, NA-TO, A-ME-A, KA-MAZ”, - deyə C.Nəzəroğlu vurğulayıb.
Onun sözlərinə görə, orfoepiya qaydalarında başqa məsələlər də öz əksini tapıb: “Qeyd edim ki, bunlar əvvəldən də mövcud idi. Məsələn, “dır, dir, dur, dür” tələffüzdə R-siz deyilir. Məsələn, sevinclidir –sevinclidi, gözəldir – gözəldi. “Lar-lər” şəkilçisi nadir hallarda olduğu kimi tələffüz edilir. Bir çox hallarda ya “dar-dər”, ya “nar-nər”, ya da “rar-rər” olur. Məsələn: qızlar - qızdar, oğlanlar - oğlannar, xəbərlər - xəbərrər kimi tələffüz edilir. “Dan-dən” şəkilçisi də bir çox hallarda “nan-nən” olur. Məsələn, səndən - sənnən, bundan – bunnan”.
Müsahibimiz onu da diqqətə çatdırıb ki, bu qaydalar bütün üslublar üçün keçərlidir: “Məişət üslubunda danışarkən özləri də bilmədən çoxu orfoepik qaydalara əməl edir. Amma ictimaiyyət arasında sırf orfoepik qaydaları bilmədiklərinə görə “kitab dili” ilə danışırlar. Bu isə nitqi çox quru edir. Radioda, televiziyada fəaliyyət göstərən həmkarlar, müsahibə verən şəxslər, iclaslarda, tədbirlərdə natiq kimi danışan şəxslər nəzərə alsınlar ki, sözləri yazıldığı kimi tələffüz etdikdə çıxış süni alınır. Orfoepik qaydaları öyrənmək və əməl etmək lazımdır. Bu zaman nitqimiz daha sadə, axıcı və təbii olacaq”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44 |
|
|
|
| • Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22 |
|
|
|
| • Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18 |
|
|
|
| • Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14 |
|
|
|
| • Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25 |
|
|
|
| • Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09 |
|
|
|
| • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06 |
|
|
|
|