Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                 

Müğənnilərin toy qiymətlərində hansı dəyişiklik gözlənilir? - AKTUAL
Tarix: 28-06-2021, 09:11 | Çap et
Müğənnilərin toy qiymətlərində hansı dəyişiklik gözlənilir?
Toy çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəyi günü gözləyirdilər. Bu günün həsrətində olanlar təkcə nişanlı cütlüklər deyil, həm də toy musiqiçiləridir.

Nəhayət, 1 ildən çox davam edən qadağa iyul ayının 1-də sona yetəcək. Bəzi KİV-lərdə müğənnilərin toy qiymətlərinin artırılması ilə bağlı xəbərlər yayılıb. Sputnik Azərbaycan bunun doğru olub-olmadığını öyrənmək üçün şou əhli arasında sorğu aparıb.

Mövzu ilə bağlı danışan, şou-biznesdə "Əjdaha" ləqəbi ilə tanınan müğənni Nadir Qafarzadə bildirir ki, toy qiymətlərində nə endirim, nə də artım olacaq: “Əslində Rusiyaya gəlməyimin əsas səbəbi toy deyildi. Bakıda olanda bir neçə toy üçün təklif almışdım. Orta qiymətə getmişəm. Oğlum burada fəaliyyət göstərir. Uşaq vaxtından oxuyurdu, indi isə professional şəkildə fəaliyyət göstərir. Oğlumla birlikdə layihələr edirik. Onu tək qoymamaq üçün gəldim.

Çox şadam ki, artıq Bakıda da toylar başlayır. Təkliflər alıram. Qiymətlərə gəldikdə isə heç bir dəyişiklik olmayacaq. Əvvəlki qiymətlər olacaq. Mən Bakıya da gedib-gələcəyəm. Nə qədər ki, canımda can var, tələbatlıyam, oxuyacağam. Çünki bu bir il ərzində çox əziyyət çəkdik".
Populyar müğənni Damlanın meneceri Şəhriyar Abışov qiymət artımın olmadığını söyləyib: "Heç bir qiymət artımı gözlənilmir. Damla xanım əvvəl hansı qiymətə gedirdisə, indi də o qiymətə gedəcək. Artıq sifarişlər gəlib, ümid edirik ki, pandemiyanın bizə vurduğu zərəri az da olsa kompensasiya edə biləcək".

"Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı başlayanda könüllü olaraq cəbhəyə yollanmış müğənni Vüqar Muradov isə həmkarlarından fərqli olaraq, daha səxavətli davranıb. Belə ki, müğənni qiymətlərdə endirib edib: "Əvvəl ev yiyəsi 300-500 nəfəri dəvət edirdisə, indi 150 nəfərdən artıq adamı dəvət edə bilmir. Qonaqların toy üçün verdiyi nəmərin hesabına toy xərclərini də, müğənninin xərcini də ödəyə bilirdi.

İnsanları da başa düşmək lazımdır ki, insanlar əvvəlki qədər toydan pul götürə bilməyəcəklər. Bunu nəzərə alaraq ümumi qiymətdən 1000-1500 manat aşağı salmışam. 100-150 nəfərlik məclis hara, 300-500 nəfərlik məclis hara. Digər həmkarlarım qaldırırlar, qaldırsınlar. Kimdir onları yüksək qiymətə toya aparan? Yalnız varlı insanlar apara bilərlər. Amma əhalinin böyük bir hissəsi pandemiyadan çox böyük zərər görüb. Əsas odur ki, toy olsun".
Müğənni Kərim Abbasovun meneceri Rusif Hüseynov bildirir ki, müğənni toy qiymətini artırmayacaq, amma: "Kərim hazırda Moskvadadır. Pandemiyadan öncə də, pandemiya vaxtı da Moskvada keçirilən toy şənliklərinə dəvət alıb. Sözsüz ki, buranın qiymətləri ilə oranın qiymətlərində fərq çox böyükdür. K.Abbasov iyuldan etibarən başlayacaq toy mərasimlərində qiymətlərdə endirim etməyəcək. Həmin qiymətlər qalacaq. Amma Moskvada olduğu müddətdə çağırılarsa, o zaman qiymətdə artım ola bilər. Bu sənətə yeni başlayanlar münasib qiymətə gedirlər. Amma Kərim və onun musiqi komandası illərin sənətçiləridir. Həmin musiqiçilər ən məşhur müğənnilərlə çalışıblar. Müğənni onları da düşünmək məcburiyyətindədir. Hələ bunun yol xərcləri də var. Bu səbəbdən qiymətdə endirim gözlənilmir".

Rəqqasə Fatimə Fətəliyeva toylarla bərabər, xına mərasimlərinə də gedir. O, qiymətlərdə nəzərəçarpacaq dərəcədə dəyişikliyin olmadığını söyləyib: "Artıq il yarımdır ki, biz bu qərarı gözləyirdik. Allah hər zaman xalqımıza gözəl günlər nəsib etsin. Bizim millətimizə toy-düyün yaraşır. Qiymətlərdə elə də böyük dəyişiklik yoxdur. Bildiyiniz kimi, mənim xına studiyam var. Qiymətlər sifarişə görə dəyişir. Dekorlara görə, xına mərasimində iştirak edən insanın sayına uyğun qiymət tənzimlənir. Elə insanlar var ki, dekorda istifadə olunan gülləri təbii istəyirlər. O zaman qiymət daha baha olacaq".

Toy qadağasını götürdülər
Xatırladaq ki, dünyanı cənginə almış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah ötən ilin martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirib. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi daxil idi. Bu yaxınlarda - iyunun 22-də "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Şənliklər necə keçiriləcək
Dəyişikliyə əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.

Mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir. Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti 26 iyun tarixindən etibarən Mərkəz tərəfindən aktivləşdiriləcək.

Cərimələr
Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru