"Nə mən, nə də Elçin anamın son dəqiqəsinə çata bilmədik, bizi görmədən dünyadan köçdü"
Tarix: 28-06-2021, 08:46 | Çap et
 "Barat xanım mənim həm anam idi, həm bacım, də rəfiqəm. Mən doğulanda anamın 17 yaşı olub. Evin ilk övladı olduğuma görə anamın gözü mənim üstümdə idi. Bacım Rövşanəni, qardaşım Elçini mən saxlamışam. Elçinə həm analıq etmişəm, həm də bacılıq. Amma anam Elçini daha çox istəyirdi, onu elə qoruyurdu ki. Elə mən də, bacım da"
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, aktrisa Barat Şəkinskayanın qızı AzTV-nin ilk qadın televiziya rejissoru Solmaz Həmzəyeva deyib. Bu gün doğum günü olan aktrisa ad günlərini xüsusi qeyd etməyi sevmədiyini deyir. "Gündə 2 dəfə teatra gedirdi, səhər saat 10-da, axşam saat 7-də. Saat 10-da məşq edirdi, 7-də isə tamaşa oynayırdı. Doğum günlərini qeyd etməyə vaxtı belə yox idi, həm də xüsusi hazırlaşmırdı bu günə. O vaxt həm də axı dəbdə deyildi doğum gününü dəbdəbəli şəkildə qeyd etmək. Gözəl yeməklər hazırlayırdı, mətbəxi sevirdi. Boş vaxtı çox az olurdu, amma buna baxmayaraq bizə hər zaman vaxt ayırırdı. Rejissorlar anama xarici görünüşünə görə daha çox əcnəbi rollar verirdilər. Barat xanım Şekspir aktrisası idi, səhnədə Cülyetta, Dezdomona kimi obrazlar yaratmışdı. Amma buna baxmayaraq Azərbaycan qadınlarını da oynayırdı. Məni özü ilə teatra aparırdı, demək olar ki, bütün tamaşalarına baxmışam. Hətta anamla birgə bir neçə tamaşada bacısı rolunda çıxış da etmişəm" deyə aktrisanın qızı deyib. Solmaz Həmzəyeva anasının 3 dəfə ailəli olmasından da söz açıb.
"Anam Gəncədə olarkən Gəncə Qadınlar Klubunun rejissoru Mir İbrahim Həmzəyev ona səhnədə aşiq olur və ailə həyatı qururlar. Bu izdivacdan mən dünyaya gəlmişəm. Lakin bu ailə həyatının ömrü iki il çəkir. Müəyyən səbəblər üzündən anam atamdan ayrılır. Mən atamı görməmişəm, çünki körpə uşaq olmuşam. Anam ikinci dəfə Şəmsi Bədəlbəyli ilə ailə həyatı qurur, bu evlilikdən isə bacım Rövşanə Bədəlbəyli dünyaya gəlir. Anamın 3-cü evliliyi isə rejissor Mehdi Məmmədovla olub, qardaşım Elçin Məmmədov bu izdivacdan dünyaya gəlib. Elçin hamınıza "Dədə Qorqud" filmində Qaraca Çoban, "Yeddi oğul istərəm" filmində isə Mirpaşa rolları ilə tanışdır. Anam heç vaxt nə Şəmsi, nə də Mehdi müəllimlə ucadan danışmazdı, heç vaxt onların dava-dalaşlarına şahidlik etməmişəm, əksinə, evdə hər zaman mehribançılıq görmüşəm"deyə Solmaz Həmzəyeva deyib. Solmaz xanım deyir ki, anası son gününə qədər bir gözlə yaşayıb.
"Anam foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım gəlim. Paşa Qəlbinur sağ olsun onu müalicə edirdi, anam üçün əlindən gələni etdi. Son gününə qədər çox yaxşı münasibətləri var idi Paşa Qəlbinurla" deyə Solmaz Həmzəyeva bildirib. Solmaz Həmzəyeva anasının son gününü belə xatırlayır.
"Mən rəfiqəm, diktor Şərqiyyə Hüseynovagildə idim, Roza Tağıyeva da bizimlə idi. Süfrəyə yeni oturmuşdum, gördüm ki, qızım Afətdən zəng gəldi. Ürəyimə dammışdı ki, nəsə olub. Mənə dedi ki, ana, tez evə gəl, nənə yaxşı deyil. Anamın yanında baxıcı qadın qalırdı. Ona deyib ki, deyəsən ölürəm, zəng elə Elçin gəlsin. Elçinə zəng ediblər, o da təcili yardım maşınının arxasınca getdiyinə görə gecikib. İkimiz də gecikmişdik, nə mən, nə də Elçin onun son dəqiqəsinə çata bilməmişdik. Anam bizi görmədən bu dünyadan köçdü. Hazırda mənim yaşım 90-nı keçib, amma yenə də onun sözünə, məsləhətinə, nəfəsinə ehtiyacım var. Ana hər yaşda anadır, mən özüm də anayam, amma yenə də anamı istəyirəm" deyə Solmaz Həmzəyeva deyib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48 |
|
|
|
|