MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                 

"Heç kəsə sataşmaq olmaz ki, sən keçmişdə peraşki satan, restoranda ofisiant olmusan"
Tarix: 2-06-2021, 09:21 | Çap et
"Heç kəsə sataşmaq olmaz ki, sən keçmişdə peraşki satan, restoranda ofisiant olmusan"
Müğənni Akif İslamzadə Moderator.az-ın suallarını cavablandırıb.

- Akif bəy, öncə sizi salamlayıram. Necəsiz?

- Şükür Allaha, pis deyiləm. Sadəcə olaraq bir az peyvənd olunmuşam, halım yoxdur. Ayaqlarım ağrıyır, deyirlər ki, belə olmalıdır.

- Könüllü şəkildə peyvənd etdirdiz?

- Bəli, könüllü peyvənd olundum. Bu birincisidir, ikincisini də etdirəcəm. Peyvənd olunmaq hər kəsin öz şəxsi istəyi, seçimidir. Deyərsən ki, etdirmə sonra ziyan olar, deyərlər ki, sən dedin mən də etdirmədim. Yaxud da əksinə.

- Özünüzü koronovirusdan necə qoruyursunuz?

- Camaat necə mən də elə. Maska taxdım, canlı təması azaltdım.

- Bir neçə gün öncə ananız, dəyərli sənətkarımız Sara Qədimovanın doğum günü idi. Ruhu şad olsun!

- May ayının 12-də dünyasını dəyişdiyi gündür, gedib ziyarət etmişdim. May ayının 31-də isə doğum günü idi. Hər il bayram və özəl günlərdə Sara xanımın məzarını ziyarət edirəm.

- Maraqlıdır, Sara xanım doğum günlərini necə qeyd edirdi?

- Doğum günlərini hər zaman evdə yaxın ailə üzvləri, sənət yoldaşları ilə birgə qeyd edərdi. Şövkət xanım, Xan əmini hər zaman evimizdə görmüşəm.

- Həqiqətən də sizin estrada sənətimizdə xüsusi yeriniz var. Uşaqdan-böyüyə hamı tərəfindən böyük hörmətlə qarşılanırsız. Yəqin ki, bu hörməti qazanmaq, qoruyub saxlamaq asan deyil.

- Əlbəttə ki, asan deyil. Birinci növbədə insan gərək özü-özünə hörmət etsin, başqasında səhv axtarmasın, rişxənd etməsin. İnsanın səhvi olar, nəyisə düz etməz, bunu ona deməyin də yolu var. Heç kəsə sataşmaq olmaz ki, sənin keçmişin belə olub, peraşki satan olmusan, restoranda ofisiant olmusan. Ev yıxmaq, ədəbsizlik, əxlaqsızlıq qəbul olunmazdır, amma yük daşımaq, fəhləlik etmək, çörək pulu qazanmaq, peraşki satmaq ayıb deyil. Kiminin axırı, kiminin əvvəli.

- Sizin sənətə gəldiyiniz ilk illərlə bu günü müqayisə etsək çox böyük fərqin olduğunu görmüş olarıq. Dediyiniz bu hallarla o vaxtlar sizdə üzləşmisiz?

- Əlbəttə, bu cür tənqidlər hər zaman olub, olacaq da. Şəhər sakinlərinin sayı 5 dəfə artıb, demək ki, hər şey artıb. Təhsil sistemimiz pis gündədir. Qərb təhsil sistemidir, ruslara keçib, ruslardan da bizə. Bu təhsil sistemi kökündən dəyişilməlidir, biz sonuncu Qarabağ savaşında müharibəni yox, döyüşü qazandıq. Müharibə hələ qabaqdadır.

- Yəqin ki, son günlər ermənilərin törətdiyi təxribatlardan da xəbərdarsız.

- Yenə də deyirəm, müharibəni qazanmaq üçün təhsil sistemi dəyişilməlidir. Bu günlərdə biri qabağımı kəsdirib dedi ki, biz həqiqətənmi qorxaq millətik? Dedim ki, yox qorxaq deyil, yaltaq millətik. Tankın üstünə ayağı yalın gedən insanları görmüşəm. Yadımızdan çıxarmayaq ki, əsr yarımdan artıq bir dövrdə biz müstəmləkə altında olmuşuq. Hələ o müstəmləkə zəncirini axıra qədər qıra bilməmişik.

- Hansı illərin həsrətini çəkirsiz?

- Öncə onu deyim ki, mən nostalji hisssləri sevmirəm. Elə adam deyiləm ki, deyim ki, ətəyimdə namaz qılmaq olar. Mənim bəndə qarşısında günahım yoxdur, amma səhv hərəkətim olub.

- Hansı hərəkətdir?

- Bu bəndə ilə Allah arasında olan bir haldır.

- Sənət yoldaşlarınızdan kimlərlə əlaqələriniz var?

- Eyyub Yaqubov, İlqar Muradov, Faytonçu Nazim, Rüstəm və bir çoxu ilə telefon vasitəsilə əlaqə saxlayıram.

- Gənclərə, bu yolda addımlayan sənətçilərə tövsiyyəniz nə ola bilər?

- Özlərini axtarıb tapmaq üçün bir şeyi dərk etməlidirlər ki, siz fərdsiniz. Öyrətmək, öyrənmək mütləqdir. Biz özümüz bizdən əvvəl yetişən sənətkarlara baxıb öyrənmişik. Çalışmışıq ki, onların təsiri altına düşməyək. Sənətçilər var ki, təsir altına düşürlər, sonra çıxa bilmirlər. Hər kəs öz yolunu axtarıb tapmalıdır. Bunun üçün Allah sənə şüur verib.

- Nədənsə sizi işğaldan azad edilmiş torpaqlarda görmədik. Dəvət gəlmişdi, getmədiz yoxsa?

“- Xeyr, sözün düzü təklif gəlməyib. Bu sualı o torpaqlara sənətçilərin gedişini təmin edən təşkilatçılara ünvanlayın. O münsiflər heyətində Akif İslamzadədən məqamına, dərəcəsinə görə yüksək adam varsa onda o başqa məsələdir. Birini üzə çıxarıb göstərsinlər. 35 ildir mən oxumuram. Amma oxuduqlarım da qızıl arxivdədir. İnanmırlarsa gedib arxivlərə baxsınlar ki, Akif İslamzadəyə qədər o nüanslar, intonasiyalar olub, ya yox? Azərbaycan incəsənətində hamının haqqı pozulub, amma musiqiçilər qədər olmayıb. Onların əsas qazancı toylar, banketlərdir, amma indi o yoxdur. Musiqiçilər qızıl barmaqları ilə sənətlə məşğul olmaq yerinə başqa iş görürlər. Mənim qızıl fondda səs yazılarım var, çıxış etmişəm, bir qəpik pul da almamışam.

“- İslam da efirlərdən qonorar istəmişdi, amma ona qarşı da münasibət birmənalı olmadı.

“- Televiziya işçiləri, sədr başda olmaqla maaş alırsa efirə gələn müğənni də qonorar almalıdır. Biz efirə, radioya gedirik, amma pul almırıq. Bir sənəd çıxarsınlar ortalığa ki, nə vaxtsa mənə bir qəpik veriblər. Olmayıb belə bir hal.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru