MİLYONLARIN SEVİMLİSİ... .....                     Yaylaq Festivalında biabırçı mənzərə .....                     Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! .....                     Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                 

Daha üç televiziya kanalı bağlandı: tamaşaçıları yerli TV-lərə necə qaytaraq? - AKTUAL
Tarix: 2-06-2021, 08:27 | Çap et
Daha üç televiziya kanalı bağlandı: tamaşaçıları yerli TV-lərə necə qaytaraq?
Bu gündən etibarən Azərbaycanda üç televiziya və bir radio kanalının fəaliyyəti dayandırılıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında bununla bağlı qərar qəbul edilib.

Belə ki, “Lider TV” və “Radio-Azərbaycan” MMC-nin fəaliyyəti məhkəmənin qanuni qüvvəyə minən qətnaməsi ilə əlaqədar olaraq müflis olması, “Kaspi Global” MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyi, “Mingəçevir Televiziya və Radio Şirkəti”nin (Mingəçevir TV) və “Alternativ Tele-Radio” MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyi nəzərə alınaraq belə bir qərar verilib.

Xatırladaq ki, bu gün Azərbaycanda ümumrespublika yayımçısı olaraq 10, regional televiziya yayımçısı olaraq 12 televiziya fəaliyyət göstərir. 3 televiziya kanalı isə peyk yayımçısı olaraq efirdədir. Lakin aparılan sorğular ölkə vətəndaşlarının daha çox xarici telekanallara üstünlük verdiyini ortaya çıxarır. Yerli izləyicilər əsasən türk və rus televiziyalarına tamaşa edirlər.

Bəs, görəsən yerli televiziyaların fəaliyyətinə xüsusi maraq yaratmaq üçün hansı addımlar atılmalıdır? Nələr baş verməlidir ki, Azərbaycan tamaşaçıları xarici TV-ləri deyil, yerli kanalları izləsinlər?

AYNA məsələyə ekspertlərin şərhini öyrənib.

Qulu Məhərrəmli: “Tamaşaçılar yerli televiziyalardan üz çeviriblər”

Tanınmış teleaparıcı, professor Qulu Məhərrəmli deyib ki, bu gün Azərbaycanda yerli telekanalların maliyyələşməsi şəffaf deyil: “Onların maliyyə qaynaqları hansılardır, bunu necə həyata keçirirlər? Bu məsələyə dair nəinki ictimaiyyətdə, bu sahə ilə yaxından maraqlanan şəxslərdə belə, məlumat yoxdur. Milli Televiziya və Radio Şurası araşdırma aparmışdı və məlum olmuşdu ki, Azərbaycanda radioların illik gəliri 5 milyon ABŞ dolları civarındadır. Açığı, bu, mənim üçün gözlənilməz oldu. Bu cür araşdırmaların davam etdirilməsinə ehtiyac var. Telekanalların da maliyyə qaynaqları cəmiyyətə açıq elan edilməlidir”.

“Bütün hallarda bu sahədə maliyyələşmə mexanizmləri hələ də qaranlıqdır. Məhz elə bu səbəbdən də birmənalı fikir söyləmək çətindir. Bütün hallarda keçmişə yox, gələcəyə baxmaq lazımdır. Bu sahədə görəcəyimiz işlər isə kifayət qədərdir”, - deyə mütəxəssis bildirib.

Onun fikrincə, spesifik kanalların yaradılması vacibdir: “Düzdür, Azərbaycanda spesifik telekanallar mövcuddur. Misal üçün, mədəniyyət, idman, uşaq kanalları var və onlar ixtisaslaşmış şəkildə fəaliyyət göstərir. Lakin əhalinin maarifləndirmə səviyyəsini yüksəltmək üçün tədris və təhsillə bağlı kanalın da yaradılması zəruridir. Bu gün əksər televiziyalar cəmiyyətin ehtiyaclarını nəzərə almadan fəaliyyət göstərir. Məhz elə bu səbəbdən də cəmiyyət daha çox xarici telekanallara və sosial mediaya üstünlük verir”.

“Hazırda yerli telekanallarda təbliğat informasiyadan daha çoxdur. Yerli tamaşaçılar Azərbaycan televiziyalarından üz çevirib. Bunu doğuran səbəblər üzərində işləmək və yerli izləyicilərin yenidən yerli efir məkanına qayıtmasını təmin etmək üzərində işləmək lazımdır”, - deyə Məhərrəmli vurğulayıb.

Professor əlavə edib ki, 44 günlük Vətən müharibəsi zamanı tamaşaçılar arasında Azərbaycan televiziyalarına ciddi maraq yarandı: “Cəmiyyət onlara lazım olan əsas informasiyaları məhz yerli televiziyalardan əldə edə biləcəyi gerçəyini anladı. Bu mötəbərliyi indi qoruyub saxlamaq, inkişaf etdirmək, cəmiyyətə çox ciddi mesajlar vermək, ciddi problemləri açıq şəkildə müzakirə etmək, televiziyaların təbliğat yükünü azaltmaq çox önəmlidir. Eyni zamanda araşdırma aparmaq olar ki, tamaşaçılar xarici kanallarda daha çox hansı verilişlərə baxırlar. Həmin verilişlərin oxşarını necə yaratmaq olar? Bütün bu məsələlər kompleks şəkildə həyata keçirilməlidir”.

Ceyhun Əli: “Televiziya sahəsində inkişaf qaçılmazdır”

Teleaparıcı Ceyhun Əli isə tamaşacМ§ıların yerli telekanalları seyr etməməsi ilə bağlı fikirlərlə tam razı deyil: “Müasir dÖvrdə televiziyada dəyişikliklər zərurətə çevrilib. IМ‡stənilən dÖvrdə tamaşaçı, auditoriya keyfiyyətli teleproqram gÖzləyib. DÖvr sosial medianı daha zəruri etdiyi üçün telekanallar yayım şəbəkəsini daha da genişləndirərək sosial media vasitəsilə də informasiya ötürməyə başlayıb. Keyfiyyətli televiziya proqramı və layihəsinin arxasında ilk növbədə peşəkar mütəxəssis komandası dayanır. Əgər televiziya layihəsi peşəkar təqdimata əsaslanırsa, öz tamaşaçı auditoriyasını formalaşdıracaq”.

Müsahibimiz fikrini onunla əsaslandırır ki, bu gün tamaşaçının tələbi daha yüksəkdir və o, bunda haqlıdır: “Digər məqam telekanalların tələbə cavab vermək və zövqləri qane etmək üçün nə dərəcədə inkişaf etməsindədir. İnkişaf isə qaçılmazdır. Əgər 20-ci əsrdə telekanallar proqramlar hazırlayıb, tamaşaçı auditoriyası qazanırdısa, bu gün artıq süni zəka vasitəsilə tamaşaçının hansı proqrama baxmaq istəyəcəyini müəyyənləşdirmək mümkündür. Bu isə telekanalların gələcəkdə hansı istiqamətdə inkişaf etməli olduğu sualını yaradır. Artıq, mobil telefonlar televizoru əvəz edib. Amma tamaşaçının keyfiyyətli televiziya proqramına baxmaq istəyi nəinki dəyişməyib, əksinə artıb”.

“Bu gün ən çox ünvanlanan suallar sosial medianın inkişafı ilə bağlıdır. Telekanallar proqram istehsalı sistemində hansı dəyişikləri etməlidir? Açıq sual budur. Lakin peşəkar proqram və kontent ehtiyacı aktual qalacaq. Telekanalların tamaşaçı itirməsinin əsas səbəbi keyfiyyətli televiziya proqramlarının təqdim olunmamasındadır”, - teleaparıcı bildirib.

O, İTV nümunəsindən də missal gətirib: “Bu gün IМ‡ctimai Televiziyanın klassik teleyayım format ilə yanaşı sosial media platformasında da yayımı aparılır. May ayı ərzində İTV-nin sosial mediada - “Youtube” üzərindən baxış sayı 20 milyondan artıq olub. Bu isə o deməkdir ki, peşəkar televiziya məhsulu hazırlamaqla yanaşı yayım kanallarını düzgün idarə və tətbiq etmək lazımdır”.

“Müasir dÖvr “Long Life Learning” (Bütün Ömrün boyu Öyrənməlisən – red.) modelinin tətbiqini tələb edir. Bu gün elm və texnologiya o qədər sürətlə inkişaf edir ki, zamana çatmaq üçün telekanalların özü də dəyişməlidir. Kadr potensialının gücləndirilməsi ilə yanaşı müasir texnoloji yeniliklərin tətbiqinə qədər bütün mərhələlər önəmlidir. “Yerli teleknallara baxılmır” fikri ilə müəyyən mənada razı deyiləm. Hər telekanalın və proqramın öz tamaşaçısı var. Problemə imkan kimi yanaşdıqda isə telekanalların hansı formada inkişaf etməli olduğuna sual tapmaq mümkündür. Hələ ümid var”, - deyə C.Əli fikrini yekunlaşdırıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38
Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34
Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru