Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                 

"musiqi təhsilimi davam etdirmədim, el şənliklərinə getdim"
Tarix: 23-12-2020, 08:09 | Çap et
"musiqi təhsilimi davam etdirmədim, el şənliklərinə getdim"
Vətən müharibəsi dövründə və sonra səviyyəli vətənpərvərlik mahnıları, marşlar ortaya çıxmadı. Yenə Cavanşir Quliyevin “Əsgər marşı”na müraciət etməli olduq. Son illər bəstələnən və ifa olunan patriotik mahnılar da təkrar-təkrar səsləndi, lakin bunların böyük əksəriyyəti təəssüf ki, çox bayağıdır və toplumda hər hansı mübarizlik əhvalı, əsgərlərdə döyüş ruhu yaratmaqdan uzaqdır.

Gənc qarmon (akkordeon) ifaçısı Ramin Hüseynov bu sahədə mövcud olan boşluğu doldurmağa çalışıb. O, 2-ci Qarabağ savaşına həsr olunmuş instrumental musiqi bəstələyib. ”44 GÜN” adlı kompozisiyanın həm musiqisi, həm aranjmanı R.Hüseynovun özünə məxsusdur. Hazırlanan klipə Ali Baş Komandanın xalq arasında məşhur olan çıxışları və qəhrəmanlarımızın göstərdiyi şücaətlər də əlavə olunub.

Ramin Hüseynovla söhbətimiz bu mövzudadır.

- Ramin bəy, əvvəlcə özünüz haqqında məlumat verin
- 1986-cı ildə Şirvan şəhərində doğulmuşam. Gözümü açandan evdə qarmon görmüşəm. Atam inşaatçı mühəndis olub, amma qarmona böyük həvəsi var. Hətta bir neçə il qarmondan tədris də aparıb, amma musiqiyə ikinci sahə kimi baxıb. İlk dəfə 9 yaşımda qarmonda ifa etməyə başlamışam. Atam bu həvəsi məndə gördü və Azərbaycan musiqilərini öyrətməyə başladı. Bununla yanaşı, bir çox xalq rəqslərini də öyrədirdi. Məni 11 yaşımda musiqi məktəbinə qoydular. Şirvan şəhər 1 nömrəli Musiqi Məktəbinə getdim. Hətta məni ilk vaxtdan 3-cü sinifə götürmək istədilər, amma atam razı olmadı. 2000-ci ildə musiqi məktəbini bitirdim, amma musiqi təhsilimi davam etdirmədim. El şənliklərinə getdim. On ilik fasilədən sonra, 2010-cu ildə Bakıya gəldim və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Rəqs Ansamblına musiqiçi kimi cəlb olundum. Hazırda orada işləyirəm. 2010-cu ildə “Space” televiziyasında instrumental musiqiçilərin yarışmasının birincisi oldum. Daha sonra Rusiyanın xalq artisti, tanınmış xareoqraf Dikalu Muzakayev Dövlət Rəqs Ansamblına rəhbər təyin olundu. O, məndən xahiş etdi ki, “Qaytağı” yazım. Yazdım və ona rəqs quruluşu verdim, dünyanın bir neçə ölkəsində səhnələrdə təqdim olundu.

- Öz bəstələdiyiniz musiqilərdə daha çox nədən ilham alırsınız?
- Musiqi yazmaq uşaqlıqdan içimdən gəlirdi. Uşaqlıqda musiqi yazanda cızma-qara edirdim, tam hazırlaya Yəni birini yazmağa başlayanda ikincisini yazmaq qərarına gəlirdim, birinci yarımçıq qalırdı. Yeni musiqi yazmaq həvəsinə düşürdüm, əvvəlki yarımçıq qalırdı. 2016-cı ildə qərara gəldim ki, ali musiqi təhsili alım. Azərbaycan Milli Konservatoriyasına daxil oldum. Hazırda 4-cü kurs tələbəsiyəm.

- Qarmon ifaçılığı sırf nəyin üzərində qurulmalıdır? İstedad, yoxsa zəhmət?
- Mənim fikrimcə, musiqiçiyə həm istedad, həm də zəhmət lazımdır. Amma bunlarla yanaşı, zövq də lazımdır. Bizim pianoçumuz, əməkdar artist Salman Qənbərovun belə bir sözü var: “Musiqidə belə bir şey var ki, sənin elmin o xəttdən digər tərəfə səni keçməyə qoymur. Yəni sən o xəttə qədərsən. Bu yerdə sənin zövqün köməyə gəlir”. Fikrimcə, musiqiçidə zövq olmadısa, o, mütləq yarımçıq olacaq. Zövq böyük amildir.

- Qarmondan başqa digər musiqi alətlərinə marağınız olubmu?
- Başqa musiqi alətlərinə də həvəs göstərirdim. Atam mənə sintizator da almışdı. Mən qarmonu seçdim. Amma qarmonda elə detallar var ki, insanı məhdudlaşdırır. Yəni piano aləti qarmona bir qədər də təkan verir. Ona görə də evdə sintizator alətinin olmasını da istəmişdim.

- “44 GÜN” adlı kompozisiya necə ərsəyə gəldi? Bir az bu kompozisiyanın necə ortaya çıxmasından danışın.
- “44 GÜN” adlı kompozisiyanın yaranması çox maraqlı olub. Mən aranjmana başlamaq istədim. Uşaqlıqdan buna həvəsim olub. Ondan əvvəl də aranjman edirdim. Amma bu dəfə bütün alətlərdə özüm ifa etmək istədim. Həmin kompozisiyada bas-gitara, baraban, ritm seksiyanı da özüm ifa etdim. Bunun üçün texniki tərəfləri öyrənməli idim, bunu dostumdan xahiş etdim. O, mənə texniki tərəfləri öyrədə-öyrədə dedim ki, bir səs yerləşdir, mən aranjman etmək istəsəm, necə edim? O, səsi yerləşdirdi, mən də özüm üçün klavişdə bir bas-gitara ifa etdim. Daha sonra harmoniya verdim. Səhər studiyaya gələndə isə ardı üçün bədahətən melodiya gəldi, studiyaya gələndə onu daha da genişləndirdim. Hətta dostum dedi ki, bu, əməlli-başlı kompozisiya olur. Bu dönəmdə də müharibə başlamışdı. Hiss edirdim ki, xalqımızda döyüş əhval-ruhiyyəsi var idi və mənə də bədahətən ancaq həmin ruhda musiqi gəlirdi. Qərara gəldim ki, yavaş-yavaş onu bitirim. Özüm də hiss edirdim ki, burada qələbə əhval-ruhiyyəsi var, cəbhədə vuruşan qəhrəmanlarımızın şücaəti hiss olunur. Ona görə də, kompozisiyaya ciddi yanaşmağa başladım. Sonda da adını məhz “44 GÜN” qoymaq qərarına gəldim. Daha sonra düşündüm ki, biz bunu mütləq klip şəklində tamaşaçılara təqdim etməliyik. Ali Baş Komandanın səsləndirdiyi cümlələri də özüm bir-bir seçib, klipə əlavə etdim. Montajına qədər bütün ideya mənə məxsusdur. A-dan Z-yə qədər öz əməyimdir.

- Belə bir dönəmdə bu cür kompozisiyalara ehtiyac var. Bu tip əsərlərin yaranması üçün nələrə diqqət yetirilməlidir?
- Məncə, bu dönəmdə hər bir musiqiçinin borcudur ki, ümumi işə hər hansı bir töhfə versin. Son vaxtlar belə bir deyimlə qarşılaşdıq: hərə öz sahəsində bir əsgərdir. Biz də musiqiçi olduğumuza görə öz sahəmizdə vətənə, dövlətə gərəkli biri olmalıyıq. Bu cür musiqilər vətən üçün lazımdır.

- Gələcəklə bağlı hansı planlarınız var? Bu tip musiqilərin davamı olacaqmı?
- Gələcək planlarım çoxdur. Yeni musiqilər yazmışam. Musiqiləri yazanda xalq artisti, tanınmış qarmon ifaçısı Ənvər Sadıqovla məsləhətləşirəm. Nə yazıramsa, göndərirəm ona və məsləhət alıram. O, mənə çox mənəvi dəstək olur. Bir daha sizin sayt vasitəsilə də ona dərin minnətdarlığımı bildirirəm. Dövlətimiz, xalqımız sənətkarımızın dəyərini bilir. Şükürlər olsun ki, biz zəfər çaldıq. Heç vaxt şəhidlərimizi unutmamalıyıq, bu zəfəri onlara borcluyuq. Yeni kompozisiyamı yaza doğru təqdim edəcəm.
//presklub.az//











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru