Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                     WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur .....                     Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva .....                     “Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                 

Şəhid mövzusu şou əhli üçün deyil - TELEKANALLARA ETİRAZ
Tarix: 14-12-2020, 09:59 | Çap et
Şəhid mövzusu şou əhli üçün deyil
Bəzi telekanallarda vaxtilə şou verilişlərə aparıcılıq etmiş şəxslər indi şəhid ailələri və qazilərlə bağlı verilişlərə müəlliflik edirlər. Bu isə insanlar tərəfindən ciddi narazılıqla qarşılanır.

Bəs, tanınmış jurnalistlər məsələyə necə baxır?

Şou əhli öz ənənəvi işi ilə məşğul olsun, Şəhid mövzusu onlarlıq deyil

Tanınmış telejurnalist Qulu Məhərrəmli İkinci Qarabağ savaşını işıqlandıran televiziya, radio, saytlar və qəzetləri çox diqqətli olmağa çağırıb:

“Şəhidlər mövzusu ayrıca həssalıq tələb edir. Bəzi televiziya kanallarında insan görürür ki, şou əhli, şou ilə bağlı olan insanlar hər şeydə bir tamaşa, yalançı dramatizm axtaran ekran adamları bu mövzuya toxunurlar. Hesab edirəm ki, şou əhlinin ümumiyyətlə şəhidlər mövzusuna toxunması qadağan olunmalıdır. Onlar bir başqa xətt tuta bilərlər. Yəni onlara yaxın olan mövzularda nəsə bir şey edə bilərlər.

Kimsəyə yaradıcılıq qadağası qoymaq istəmirəm. Lakin elə sərhəd var ki, onu şou əhli keçə bilməz. Bu da şəhidlər mövzusudur. Şəhidlər mövzusunun işıqlandırılmasını bizim televiziya rəhbərləri, struktur rəhbərləri, media qurumlarıın rəhbərləri bacarıqlı, istedadlı, həssas, qabiliyyətli jurnalistlərə tapşırmalıdır. Çünki bunun üçün düşünülmüş ədəbi mətn olmalıdır. Hadisələrdən biri-birinə bağlı olan hekayələr düzəldilməlidir. Bunu, düşünülmüş, emosiyanal və insan şüuruna təsir edən ağıllı bir şəkildə etmək lazımdır. Bu, şou əhlinin bacardığı bir iş deyil. Bu səbəbdən də şəhidlər mövzusunu biz müqəddəs hesab etməliyik və ona həddindən artlq həssas yanaşmalıyıq.

Bu, televiziyaların əsas borcudur. Mən bəzi televiziyalara baxıram, gözümə yaxşı süjetlər dəyir. Ondan da yaxşı etmək lazımdır. Bizim şəhidlər, qazilər, vətən müharibəsinin qəhrəmanları qarşısında edə biləcəyimiz bir iş var. O da vətən uğrunda döyüşün müqqədəsliyini, vətən uğrunda həlak olan insanların ömrünün davamını təsirli və ağıll, başqalarına nümunə olacaq bir tərzdə hekayələrdə verə bilmək. Ona görə də bu məsələni şou əhlinin öhtəsinə buraxa bilmərik. Bu bizim mətbuatımız və jurnalistikamız üçün ən həssas və ciddi mövulardan biridir. Bununla şou əhli məşğul olamlı deyil. Tamaşaçı şüurunda bəlli obrazları formalaşmış şou əhli öz ənənəvi işi ilə məşğul olsun... Şəhid mövzusu onlarlıq deyil”.

Hər şeyə şou gözü ilə baxırlar, belə ucalıqları ucuzlaşdırmaq olmaz

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, Şəhid polkovnik Raquf Orucovun xanımı Sevinc Alızadə isə düşünür ki, Şəhid ailələri hazırda həssas dönəmdə, böyük ailə itkisinin və şəxsi facilərinin içərisindədirlər:

“Şəhidlər ailəlri Azərbaycan üçün qürur, fəxarət mənbəyidir. Medianın, telekanalların onlara yanaşmasında hər cəhətdən sayğı və ehtirama diqqətlə əməl olunmalıdır. Şou veriliş aparıcılarının verilişlərinə şəhid ailələri dəvət olunursa, mütləq qaydalara əməl etməlidirlər. Cəmiyyətdə şou sahəsində oturuşmuş jurnalistlər birdən-birə şəhid mövzularına müraciət etmələri ən yumşaq şəkildə desək dəstək qazanmır, əksinə etiraz doğurur.

Bütün televiziya kanallarının rəhbərlərindən xahişimiz odur ki, şəhid ailəsinə bu mənada mütləq diqqət yetirsinlər.Verilişin adını, formatını dəyişə bilərlər. Həmin verilişin aparıcısı başqa istiqamətdə daha öncə veriliş aparıbsa, onun hörmətli qonaqları çalıb-oynayanlarımız olubsa, onun gəlib şəhid ailəsinin dərdi ilə birlikdə o acını yaşaması inandırıcı deyil.

Şəhid ailəsi həmin verilişə hörmət xətrinə gələ bilər, lakin televiziya rəhbərliyi mütləq o səpkidə yeni verilişlər yaratmalıdır. Əvvələr tamamilə başqa istiqamətlərdə mövzular açıb, geniş-geniş danışanlar şəhid ailəsindən, qazidən, Vətən mövzusunda danışın özlərini reklam etmələri normal bir hal deyil. Düzgün yanaşmırlar, yanaşmalarında səhv var. Reytinq xətrinə ağlatmağı belə həssas mövzuda sərgiləməsinlər. Ona görə də yanaşmalar dəyişməlidir. O ailələr göstərilən o münasibətə layiq deyillər. Mənim özüm şəhid ailəsiyəm. Bu acını illərdir ki, yaşayıram. Bu gün səhər-səhər Sumqayıt şəhəri Şəhidlər Xiyabanından gəldim. Orada yeni şəhid olmuş baş leytenant Elvinin məzarı üzərində onun anasının, övladının fəryadını eşitdim. O fəryadın qarşısında risk edib, o anaya təskinlik verməyə hünər tapmadım özümdə. Susdum, özümü o qədər aciz hiss etdim ki...

O ki qaldı şou aparıcısı, onlar hər şeyə şou gözü ilə baxırlar. Belə olmalı deyil. Belə ucalıqları bu şəkildə ucuzlaşdırmaq olmaz”.

Onların bəziləri milli-mənəvi dəyərlərdən, tarixi-siyasi biliklərdən, peşə və həyat təcrübəsindən uzaqdırlar

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Vəfa Aslan isə bu gün bütün media orqanlarının ürəyinin Vətən müharibəsi və onun nəticələri ilə döyündüyünü vurğulayıb.

O, qeyd edib ki, müharibə dönəmində internetə qoyulan məhdudiyyətlərə görə, auditoriya ən çox məlumat bazasına malik sosial mediadan uzaqlaşdı, yerli və xarici, əsasən də Türkiyə televiziya kanallarına üz tutdu:

“Qısa müddət ərzində yerli teleməkanda yayımlanan sosial çarxları, musiqi nömrələrini, vətənpərvərlik ruhundan olan bəzi proqramları, xüsusən də xəbər verilişlərini, onların aparıcılarının aktivliyini təqdirəlayiq hesab etmək olardı. Ancaq bu sahədə neqativ tərəflər də çox idi. Cəbhə bölgəsinə göndərilən bəzi jurnalistlərin qeyri-peşəkarlığı, müharibə cinayətinin törədildiyi bölgələrdən canlı yayımların olmaması, dəqiq məlumatların verilməməsi bunlara misal ola bilər.

Hazırda təqdim edilən proqramların çoxunun kontenti şəhid ailələri və müharibə qaziləri ilə müsahiblər, onlar haqqında reportajlar və süjetlərdən ibarətdir. Ancaq çox təəssüf ki, bu proqramlara da tənqidsiz yanaşmamaq mümkün deyil. Həmin proqramların bəziləri şou xarakteri daşıyır və aparıcılarının acısı isti, kədəri ağır olan həmin ailələrə yanaşmaları, verdikləri suallar qeyri-səmimi, məzmunsuz görünür və hazırlıqsızlıq xarakteri daşıyır. Bəli, aparıcı bir qədər soyuqqanlı olmalıdır, amma empatiya hissindən uzaq olmamalıdır. Bu ondan irəli gəlir ki, televiziya kanallarının çoxunda görkəmi gözəl olan kreativ, özgüvənli gənclərin cəlb olunması tendensiyası var. Ancaq onların bəziləri milli-mənəvi dəyərlərdən, tarixi-siyasi biliklərdən, peşə və həyat təcrübəsindən uzaqdırlar. Ona görə də belə mənzərələr ortaya çıxır. Eyni zamanda müharibə mövzulu proqramlara aidiyyatı olmayan, sadəcə cəmiyyətdə tanınan insanlar, ekspertlər, müğənnilər dəvət olunur və onların monoloqları tamaşaçılara sırınır. Tamaşaçıya səmimi, içdən gələn, təbii hisslərlə zəngin kontent gərəkdir. Düşünürəm ki, televiziya rəhbərləri bu barədə ciddi düşünməlidirlər. Peşəkar, hadisələrə düzgün yanaşma tərzinə malik vətənsevər mütəxəssislərin təcrübəsindən, həmçinin beynəlxalq təcrübədə faydalanmağa dəyər”.

Şəhid ailələri ilə bağlı verilişləri şou düşüncəsi ilə idarə etmək olmaz

Modern.az Media Grupun rəhbəri Elşad Eyvazlı qeyd edib ki, müzakirəyə çıxarılan bu mövzunun ciddi olduğu özünü açıq şəkildə büruzə verir:

“Bəzən həmin aparıcılar şou verilişlərində sənətçilərə, yaxud bu kimi insanlara hansı sualları verirdilərsə, hansı şəkildə özlərini aparırdılarsa, eyni şəkildə də şəhid ailələrinə, qazilərə yanaşırlar. Bu, açıq şəkildə hiss olunur. Belə hallar birmənalı olaraq yolverilməzdir. Hesab edirəm ki, bununla bağlı televiziya rəhbərləri ciddi addımlar atmalıdırlar.

Buradan televiziya rəhbərlərinə müraciət edirəm. Şəhid ailələri ilə bağlı verilişləri bu şəkildə, şou düşüncəsi ilə idarə etmək, belə həssas mövzunu şouya çevirmək qətiyyən olmaz”.

E. Eyvazlı söyləyib ki, Modern.az olaraq bununla bağlı monitorinqə başlanacaq:

“Hər bir telekanalda bu məsələ ilə bağlı monitorinqin nəticəsini ortaya qoyacağıq. Bu monitorinqə teletənqidçilər cəlb olunacaq”.
//Modern.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru