Sülh üçün SON GÜN... .....                     Müsavat Partiyası CNN-ə belə reaksiya verdi .....                     Zay məhsul satırlar, hələ üstəlik... .....                     Ermənistan AB-yə qoşulsa nələri itirəcək? .....                     Mustəriyə ancaq stress yaşatmağı bilirlər .....                     Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... .....                     Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? .....                     Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? .....                     Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir .....                     “Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır .....                     "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... .....                     "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma .....                     İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb .....                     Ermənistanda sükut günü başlayıb .....                     ABŞ İranın radar qurğularına zərbələr endirib .....                     Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                     Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır .....                     Kəmaləddin Heydərov öz şirkətini qalib etdi .....                     Azərbaycanda fermerlərlə bağlı yeni tələblər .....                     Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub .....                     Hər kişi məclisinə getməyən NİGAR: .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından .....                     Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: .....                     Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                 

Aktrisa görənləri DƏHŞƏTƏ GƏTİRDİ: - “Qışqırırdılar ki, ölməyib, sağdır”
Tarix: 3-03-2017, 08:36 | Çap et
Aktrisa görənləri DƏHŞƏTƏ GƏTİRDİ:
Əvvəl əmisi, mərhum rejissor Hüseynağa Atakişiyev kimi rejissor olmaq arzusu ilə alışıb-yansa da, tale onu başqa səmtə yönəldib. Rejissorlar onu atkrisa kimi qəbul edib. Teatrda bir-birinin ardınca maraqlı səhnə əsərlərində yer alan gənc aktrisanı daha çox seriallar məşhurlaşdırıb. Gənc Tamaşaçılar Teatrının aktrisasını deyirəm, türk rejissorun kəşf etdiyi Asya Atakişiyevanı…

Onun Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Asya gənc olsan da bir çox serialların baş qəhrəmanısan. İlk dəfə səni hansı rejissor kəşf etdi ki, əli belə düşərli oldu?

– “Qayınana”serialı üçün kastinq keçirilirdi. Mən də istədim ki, bəxtimi sınayım. Tamaşadan çıxmışdım, çox yorğun idim, istəyirdim ki, kastinq tez başa çatsın. Bir kənarda sakit oturduğumu görən türkiyəli rejissor mənə dedi ki, sualın varmı? Mən də bir kəlmə soruşdum ki, qrim, saç, geyim sizdən olacaq? Dedilər ki, bəli. Elə həmin günün səhəri mənə ssenarini göndərdilər. Həmin bir kəlmə söz mənə yol açdı.Yoxsa ki, əksər aktyorlar kimi kastinqlərdə əziyyət çəkməli olmadım.

– Səndə nə xoşlarına gəlmişdi ki?

– Mən bunun səbəbini çəkiliş zamanı anladım. İlk çəkiliş günü rolumun gözəl alınması üçün bir qədər şirinlik eləmək istədim. Rejissor mənə dedi ki, lazım deyil, sən onsuz da şirinsən, əlavə şirinlik etməyinə ehtiyac yoxdur. Belə başa düşdüm ki, xasiyyətimdəki şirinlik rejissorun diqqətini cəlb eləmişdi.

– Səncə uğurun açarı nədədir-mükəmməl ssenaridə, rejissor işində, yoxsa elə öz oyununda?

– Məncə hamısı vəhdət təşkil etməlidir. Hamının öz payı var bu uğurda. Durum deyim ki, yalnız aktrisanın oyunu uğurun təminatçısıdır, yalan demiş olaram. Bu bir komanda işidir və bir nəfər axsasa, hamı geriləyəcək. Hər kəs zəhmət çəkməlidir.

– “Qayınana” ilə başladın və digər seriallarla davam etdin. Səncə, hansı rolunla daha çox sevildin?

– “Həyat sən nə qəribəsən” serialındakı Həyat obrazı ilə. Çünki hara gedirdimsə, məni “Həyat” deyib cağırırdılar.

– Yəqin ki, tamaşaçıların sosial şəbəkədə sənə öz fikirlərini yazır. Daha çox iradlar olur, yoxsa xoş sözlər?

– İradlar da olur, xoş sözlər də.

– Xoş sözlər bəllidir, iradlardan danış görək, nə yazırdılar?

– Bəziləri yazırdı ki, bu qız niy əbütün günü qaşlarını çatır, ağlayır, ağlayanda kifir olur və s. Adam ağlayanda kifir görünər də, gözəl olmaz ki. Bəziləri də yazırdılar ki, sənə gülmək yaraşır, çalış gül. Mən serialda guya ölmüşdüm axı. İnsanlar da elə bilirdilər ki, həqiqətən də ölmüşəm. Hətta məni yolda görəndə dəhşətə gəlirdilər, qışqırırdılar ki, ölməyib, sağdır. Çoxları serialın real olduğuna inanır. Bəzən mənə yazırdılar ki, Ağca səni aldadır, ona inanma. Serialdakı Ağcanın həqiqətən də məni aldatdığını düşünürdülər. Demək ki, rolumun öhdəsindən məharətlə gəlmişəm.

– Asyanın bir aktrisa kimi kompleksləri varmı?

– Etiraf edim ki, həyatda çox utancağam. Hətta azacıq tərif eşidən kimi yanaqlarım qızarır. Amma səhnəyə çıxan kimi utancaqlığım yoxa çıxır. Məncə, bu, səhnəyə dəlicəsinə vurğunluqdan irəli gəlir.

– Bu yaxınlarda çalışdığın Gənc Tamaşaçılar Teatrında yeni və fərqli bir quruluşda “Leyli və Məcnun” tamaşası təqdim olundu. Sən də baş rolda çıxış elədin. Leyli obrazı sənə görə çətin olmadı ki?

– Əvvəlcə mənə çətin gəldi, amma sonradan bütün potensialımı o tamaşada qoya bildim. Açığını deyim ki, uşaqlıqdan Cülyetta obrazında çıxış etmək istəmişəm. Amma Leylini oynayandan sonra fiikrləşdim ki, Leyli Cülyettadan daha yaxşıymış.

– Həyatda Leyli olmadan Leylini oynamaq mümkündürmü?

– 50-50-yə. Hətta mən deyərdim ki, 80-in 20-yə… Obrazı hiss etmək üçün həyatda Leyli olmaq lazımdır.

– Amma deyirlər indi Leyli-Məcnun sevgisi yoxdur.

– Şəxsi həyatımla bağlı danışmaq istəmirəm. Ona görə də bu sualı cavablandırmayacam.

– Əslində, sualın cavabını verdin. Dedin ki, Leyli olmaq üçün 80 faiz həyatda Leyli olmaq lazımdır ki, rolu hiss edə biləsən. Məncə, sən səhnədə kifayət qədər aşiq olan bir Leyli idin. Xobbindən danışaq bəlkə, eşitdiyimə görə afişalardan ibarət maraqlı kolleksiyan var…

– Afişa yox, lap çoxdan həm oynadığım, həm də baxdığım bütün tamaşaların proqramlarını yığıram. Onların içində elə tamaşalar var ki, bəlkə də çoxlarının həmin tamaşanın varlığından heç xəbəri belə yoxdur. Xoşuma gəlir, hərdən oturub o proqramlara baxıram.

– Nə vaxtsa, onların aqibəti necə olacaq?

– Heç düşünməmişəm. Amma indi mənə maraqlı gəlir. Hətta elə proqramlar var ki, pul verib almışam.

– Sənin sənətə gəlişində əmin, rəhmətlik rejissor Hüseynağa Atakişiyevin nə dərəcədə rolu olub?

– Mənə sənətin sirlərini əmim öyrədib, elə mən də uşaqlıqdan onun kimi rejissor olmaq arzusunda olmuşam. Amma iş elə gətirdi ki teatrda məni aktrisa kimi işə götürdülər. Nə gizlədim, aktrisa olmaq istəmirdim.

– Bəs sonralar, fikrin dəyişdi, yoxsa yenə də könülsüz oynayırsan?

– Peşman deyiləm, çünki baxıb görürəm ki, rejissor sənəti daha çətindir.

– Türk seriallarını izləyirsən?

– İzləyirəm və bəyəndiyim türk aktrisaları da var.

– Kimlərdir?

– Bərgüzar Korel çox xoşuma gəlir.

– Türk həmkarlarının bizim aktrisalardan nəyi artıqdır səncə?

– Onların texniki imkanları daha mükəmməldir. Bizim aktyorlar onlardan heç də geri qalmırlar.

– Qonorar sarıdan da?

– Təbii ki, onların qazandıqları pulların heç olmasa bir faizini bizim aktyorlara versələr, görün nələr edərlər.

– Yeri gəlmişkən, qonorar səni qane edir?

– Mən filmə, serial çəkiləndə birinci pulu düşünmürəm. Əsas olan ssenaridir, rol xoşuma gəlməlidir.

– Niyə ki, pul da önəmlidir. Səhnə adamı gözəl görünmək üçün ən azı geyimlərinə pul xərcləməlidir axı…

– Bəlkə də inanmazsınız, amma mən geyimə pul xərcləməyi sevmirəm. Əlimə pul düşən kimi ölkədən çıxıram. Səyahəti çox sevirəm. Gedirəm, gəzirəm, beynim açılır. İldə heç olmasa, iki dəfə səyahət edirəm.

– Bəlkə deyəsən qarderobda ən bahalı paltarının qiyməti nə qədərdir?

– Geyimdə mənim üçün qiymət önəmli deyil; əsas rahatlıqdır. Deyim ki, ağ maykaları çox xoşlayıram. Ayda bir-iki dəfə mütləq özümə ağ rəngdə maykalar alıram. Cins şalvar, maykalar, rahat ayaqqabı mənə yay boyu bəs edir. Amma efir, tədbirlər, çəkilişlər olur deyə, məcbur qalıb arada başqa geyimlər də alıram.

– Adətən, balacaboylu xanımlar dikdaban ayaqqabıdan daha çox istifadə edir…

– Yox. Mən rahatlığı çoxsevirəm.

– Boyun nə qədərdir ki?

– 160. Hərdən küçədə gedəndə deyirlər bu ki, arıq, balaca qızdır… Çox adam məni uşağa bənzədir.

– Nəsə çox sakit götünüşün var, maraqlıdır hansı halda, üzün dönür?

– Nəsə xoşuma gəlməyəndə əsəbiləşirəm. Hətta kobud da cavab verə bilərəm. Sakitəm, hər şeyi yola verirəm, amma ayağımı kimsə tapdalayanda dönüb, sanca bilərəm. O da gərək nə qədər güclü tapdalasın ki, reaksiya verim. Çünkü səbrli insanam.

– Bürcün nədir?

– Dolça. Deyib-gülən və pozitiv insanam, amma əhvalım olmayanda çalışıram heç kimin gözünə görünməyim, çünki istəmirəm başqalarının da kefinə soğan doğrayım. Həmin vaxt evdə tək olmağa üstünlük verirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülh üçün SON GÜN... - GƏLİŞMƏ
Bu gün, 07:37
Müsavat Partiyası CNN-ə belə reaksiya verdi - AÇIQLAMA
Bu gün, 07:34
Zay məhsul satırlar, hələ üstəlik... - AXI NİYƏ?..
Bu gün, 07:23
Ermənistan AB-yə qoşulsa nələri itirəcək? - Rusiya açıqladı
Bu gün, 07:11
Mustəriyə ancaq stress yaşatmağı bilirlər - GİLEY
Bu gün, 07:10
Şəhid anasının SOSİAL MÜDAFİƏSİ budursa... - ETİRAZ VAR!
Bu gün, 06:54
Körpələr Evində BÖYÜKLƏRİN İŞTAHASI... - İTTİHAM VAR...
Bu gün, 06:37
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Bu gün, 06:30
AGENTLİK SƏDRİ, QUDALARI VƏ ÇEVRƏSİ: Onlar niyə təltif olunmadı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28
Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti? - İNCƏLƏMƏ
Bu gün, 06:19
Ermənistandan demokratik prosedurlara əməl etməsi gözlənilir - Rusiya XİN
Bu gün, 06:18
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru