Putin erməni kəndlilərini sıxmaqda davam edir... .....                     Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... .....                     AzəriQaz-dan yeni TALAMA ÜSULU .....                     Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur .....                     Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? .....                     "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." .....                     VƏTƏN VƏ DAŞ... .....                     Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ .....                     Suraxanını "zəbt edən" Əliyev qardaşları .....                     Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" .....                     4 gün sonra: Ermənistanda müharibə olacaq... .....                     Daha bir şübhəli şirkət... .....                     AYNA-nın “rəsmxət dərsi” .....                     Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq .....                     Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? .....                     Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... .....                     “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” .....                     Köhnə “müttəfiqlərin” yeni hədələri .....                     "N-Turan" MMC-də böyük vergi şoku .....                     Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir .....                     Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb .....                     ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib .....                     Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                 

Ziya Məmmədov dövlət büdcəsini şəxsi vəsaitinə necə çevirir... - TALAN VAR...
Tarix: 7-08-2015, 10:12 | Çap et
Ziya Məmmədov dövlət büdcəsini şəxsi vəsaitinə necə çevirir...
Bakıda, eləcə də ölkənin digər regionlarında təmirə ehtiyacı olan yollar barədə dəfələrlə ətraflı məlumat vermiş, bununla bağlı geniş reportajlar hazırlamışıq. Lakin buna baxmayaraq, hələ də paytaxtın bir neçə küçə və prospekti, həmçinin magistral yollar bərbad vəziyyətdədir.

Belə ki, Nəqliyyat Nazirliyinin müvafiq qurumları, əsasən də "Azəryolservis" ASC tərəfindən qismən də olsa yamanan yollar qısa müddətdən sonra həm piyadaların, həm də avtomobillərin hərəkəti üçün yararsız hala düşür, dağılır. Bunun məsuliyyəti isə nəqliyyat naziri Ziya Məmmədovla yanaşı, "Azəryolservis" ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədovun üzərinə düşür. Çünki məhz onlar ölkədə yolların çəkilməsi prosesini həyata keçirirlər. Lakin görünən odur ki, bu proses zamanı dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə ayrılan külli miqdarda vəsait əbəs yerə xərclənir, yəni batır. Mövzu ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, ölkənin ümumi istifadədə olan yol infrastrukturunda təmir və yenidənqurma işləri aparılsa da, aidiyyəti qurumların diqqətindən kənarda qalan magistral yolların sayı kifayət qədərdir. Ən qəribəsi odur ki, diqqətdən kənarda qalan yolların bir çoxu respublika əhəmiyyətli magistraldır. Məhz bu, onu deməyə əsas verir ki, bu gün Azərbaycan yolları komadadır. Bu sözü əbəs yerə demədik. Diqqət yetirsəniz görərsiniz ki, hazırda paytaxtın əksər küçə və prospektlərində avtomobil yolları ya yenidən qurulur, ya da həmin yollarda cari və əsaslı təmir işləri aparılır. Bu isə öz növbəsində, uzun müddətli tıxacların yaranmasına, insanların əsəb gərginliyi keçirməsinə səbəb olur. Elə bu səbəbdən də Bakıda yaşayan, avtomobili olan və ya olmayan hər kəsin bir ortaq problemi var ki, bu da tıxacdır. Maraqlı fakt ondan ibarətdir ki, paytaxtın əsas küçə və prospektlərində tıxaclar yalnız mərkəzdə və pik saatlada deyil, şəhərin istənilən yerində, istənilən saatlarda müşahidə olunur. Odur ki, tıxac problemi insanları vəziyyətdən çıxmaq üçün yeni üsullara əl atmağa vadar edir. Məsələn, kimisi şəxsi nəqliyyat vasitəsindən az istifadə etməyə, kimisi də metrodan istifadəyə üstünlük verir. Amma təbii ki, bu problemin həlli deyil. Tıxacların yaranma səbəblərini araşdırdıqda məlum olur ki, bu işdə də Nəqliyyat Nazirliyi ilə yanaşı, "Azəryolservis" ASC-nin üzərinə böyük məsuliyyət düşür. Çünki Ziya Məmmədov və Saleh Məmmədov vəzifələrini lazımi səviyyədə icra etmədiklərindən hər salınan yeni yol qısa müddətdən sonra yararsız hala düşür və nəticədə həmin yol yenidən təmirə bağlanır. Bakıda yolun təmirə bağlanması isə saatlarla çəkən tıxacın yaranması ilə nəticələnir. Halbuki yollar bağlanarkən dislokasiya qorunmalı, alternativ yollar öncədən hesablanmalı və bu barədə vətəndaşlara ətraflı məlumat verilməlidir. Əslində müvafiq qanunvericilikdə bu, öz əksini tapıb. Məsələn, ötən ilin sonlarında Nazirlər Kabineti "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları"nı təsdiq edib. Həmin qaydalarda qeyd olunur ki, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj (SMS) vasitəsilə istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən təmin ediləcək. Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların tərkibini Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən aşağıdakı hallar təşkil edir: yenidən qurulma və təmir; dövlət tədbirlər keçirilərkən və qəzalar baş verərkən. Gördüyünüz kimi, qanunvericiliyə görə, Nəqliyyat Nazirliyi bağlı yollarla bağlı vətəndaşları dərhal məlumatlandırmalıdır. Lakin hələ də bu tələbə əməl olunmur. Elə buna görə də insanlar qızmar yay aylarında saatlarla tıxacda qalmağa məcbur olurlar. Bu isə Ziya Məmmədovun piyada və sürücüləri infarkt həddinə çatdırması anlamına gəlir. Bəlkə səhv deyirik?..

Bu arada, ekspertlər də qeyd edirlər ki, əlaqəsiz olaraq dövlət qurumlarının yolları qazması və təmir-tikinti işləri aparması tıxacın yaranmasına səbəb olur. Ən böyük problem də elə budur. Çünki həm dövlət vəsaiti talanır, həm də insanların əsəb sistemi pozulur. Sözügedən problemin həlli üçün mütləq yollar genişləndirilməlidir. Nəqliyyat yolları bağlanarkən sürücülərin normal hərəkəti üçün alternativ yollar açmaq lazımdır. Nəqliyyat Nazirliyi isə bunu etmir. Ziya Məmmədov sadəcə yolları bağlatdırır və bununla da işini bitmiş hesab edir. Yolların yararsız vəziyyətə düşməsinə gəlincə, mütəxəssislərin fikrincə, paytaxtın mərkəzi küçələrində yollar ona görə tez-tez yararsız vəziyyətə düşür ki, həmin yollarda asfalt-beton örtüyü keyfiyyətsiz salınır. Bundan başqa, hər hansı küçədə və ya prospektdə avtomobil yolu salınarkən və ya təmir edilərkən aidiyyətı qurumlarla məsləhətləşmələr aparılmır. Yəni Nəqliyyat Nazirliyi, eləcə də "Azəryolservis" avtomobil yolu salınmazdan əvvəl kommunikasiya xətlərinin çəkilməsi üçün müvafiq orqanlarla birlikdə işləməlidir. Ziya Məmmədov və Saleh Məmmədov isə bu cür önəmli məsələyə laqeyd yanaşdıqları üçün sonda ziyan yenə də sadə vətəndaşlara dəyir. Təxminən, bu mövqedən çıxış edən ekspertlər hesab edirlər ki, Bakının, eləcə də ölkənin digər şəhər və rayonlarının avtomobil yollarının keyfiyyətsiz olması yolların standartlara uyğun, keyfiyyətli şəkildə çəkilməməsi, yolların salınması zamanı texniki qaydalara düzgün əməl olunmaması ilə bağlıdır.

Bundan başqa, əksər mütəxəssislər bu qənaətdədirlər ki, yolların çəkilişinə əsasən payız və qış aylarında başlanılması büdcədən ayrılmış vəsaitləri tez-tələsik ilin sonuna kimi işlətmək naminə edilir. Qeyd edək ki, bu həm də yolun keyfiyyətsiz çəkilişinə səbəb olur. Çünki payız və qış aylarında yol nəm və soyuq olur, asfalt yaxşı bərkimir. Araşdırmalar da göstərir ki, əsas problem asfaltın qruntun üzərinə soyuq tökülməsi ilə bağlıdır. Keyfiyyətli yol əldə etmək üçün asfalt yola 120-130 dərəcə altında tökülməli və həmin temperatur altında preslənməlidir. Bunun üçün isə asfalt zavoddan 160 dərəcə altında çıxmalıdır. Bu, yolun gələcəkdə həm yüksək yüklənməyə, həm də yüksək şaxtalara dözümünü təmin edir. Hazırda bəzi ölkələrdə 180 dərəcə altında tökülən asfalt texnologiyası tətbiq edilir ki, bunun şaxtaya və ağırlığa dözümü daha artıqdır. Belə yol 10 dərəcə şaxtaya dözür və istismar müddəti 30 ilə qədərdir. Bizdə isə bahalı olduğundan bu texnologiyadan yollarda tətbiq edilmir. Hələ bu, harasıdır. Bakıda şəhərdaxili yollar çəkilərkən ucuz asfaltdan istifadə olunması hallarına da rast gəlmək mümkündür. Ekspertlər iddia edirlər ki, bu cür asfaltda parafinin səviyyəsi yüksək olur. Sovet illərində tərkibində parafin yüksək olan bitum asfalt üçün yararsız sayılırdı və Bakının Balaxanı kəndinin yaxınlığında çalaya tökülürdü. Çünki təbii bitumu parafindən təmizləmək xüsusi texnologiya tələb edən bir prosesdir və bitumun qiymətini artırır. SSRİ-də belə texnologiya yox idi və asfalt parafinsiz bitumdan hazırlanırdı. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra məsələyə fikir verən olmadı və Balaxanı yaxınlığındakı çökəklikdən tullantı bitum daşınaraq asfalt düzəldildi. Nəticədə, bu ucuz asfaltla çəkilən yollar şaxtaya, qızmar günəşə dözmür və qısa müddətdə dağılır.

Bir qədər öncə də qeyd etdiyimiz kimi, artıq Bakının mərkəzi küçələrində hərəkətin təmirlə bağlı dayandırılması adi hala çevrilib. Avtomobillərin intensiv hərəkət etdiyi yolların bağlanması isə müəyyən problemlər yaradır, narazılıqlara səbəb olur. Maraqlıdır ki, paytaxtın mərkəzində yerləşən yollara hər il asfalt döşəndiyi halda, şəhərkənarı yollar, xüsusilə də qəsəbə yolları bərbat vəziyyətdədir. Bu yolların çala-çuxur olmasına baxmayaraq, onların nə vaxt təmir olunacağı məlum deyil. Bu barədə danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, yolların tez-tez təkrar təmiri dövlətin pulunu sağa-sola səpələməkdir: "Bu sərvət xalqındır və düzgün xərcləyə bilmirsinizsə, başqa işlə məşğul olun. Sovet dövründə dövlət əmlakını külli miqdarda mənimsəyənləri məhkəmənin qərarı ilə güllələyirdilər. Bunu real olaraq bərpa etmək lazımdır. Mənimsəmək deyəndə söhbət təkcə pulu saxta sənədlərlə özünküləşdirməkdən getmir. Dövlət büdcəsinin pulu səmərəli xərclənməlidir. Yol tikinti materiallarının öz standartı var, onlara riayət etmək lazımdır. Məsələn, yol çəkilərkən ən çox işlədilən asfalt-beton qarışığı yüksək keyfiyyətdə olmalıdır. Dünyadakı müasir texnologiyalardan istifadə edilməklə hazırlanmalıdır ki, nəzərdə tutulmuş müddətdə dözsün. Onu tətbiq etməyin də standartı var. İşin standartı isə mürəkkəb deyil. Yəni özündən nə isə kəşf etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, işin hansı qaydada görülməsini bilmək lazımdır. Əgər yolun dözümlülüyü standartlara uyğun olarsa, niyə dağılsın ki? Kimsə yolu dağıtmır. Yol maşın təkərləri altında dağılır. Bu necə yoldur? Demək ki, yol hazırlanarkən bütün standartlar nəzərə alınmır və ona görə də tez sıradan çıxır. Yol elədir ki, bir hissəsində nə isə problem olursa, təbəqə-təbəqə dağılma gedir. Ona görə də yolu çəkməyə məsul şəxslər və ya şirkətlər məsuliyyət daşımalı, keyfiyətsiz işə görə cavab verməlidirlər". Ekspertin sözlərinə görə, yolun təmirində şəhərin mərkəzi və kənar hissəsi arasında fərq qoyulmamalıdır: "Yolların hamısı normal vəziyyətdə olmalıdır və bunun üçün yaxşı vəsait də ayrılır. Vəsaitlər müxtəlif istiqamətdə ayrılır. Əsaslı tikintidirsə, dövlət büdcəsindən ayrıca maddələrlə pul ayrılır. Azərbaycanda avtomobil yolları üçün büdcənin tərkibində ayrıca fond da var. Hər il onun tərkibində 200 milyon manata yaxın vəsait toplanır. Həmin o pullar cari təmir üçündür. Məsələn, yolun hansısa hissəsində problem yaranıbsa, aradan qaldırılmalıdır. Pullardan səmərəli istifadə olunsa, şəhərdaxili və şəhər kənarında olan yollar normal vəziyyətdə saxlanıla bilər. Şəhərin hər bir yerində yol normal olmalıdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36
Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30
AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17
Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06
Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04
"Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52
VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21
Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15
Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06
Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01
4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58
Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56
AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52
Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48
Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45
Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43
“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41
Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39
"N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36
Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28
Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26
ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru