Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib .....                     Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi .....                     Ermənistan seçkilərində biz qalib gələcəyik .....                     Uşaqpulu müzakirələrini necə kəsək? .....                     Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: .....                     Bakı Metropolitenində yeni .....                     Tacir tənqidlərə cavab verdi: .....                     Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi .....                     "Koçaryanı tarixin zibilliyinə atacaqlar..." .....                     ADRA-nın yeni sədr müavini kimdir? .....                     Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... .....                     Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər .....                     “Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” .....                     Kinematoqrafçılar İttifaqının qurultay nəticələri .....                     "30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var .....                     "Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib .....                     Bakıda şəhid xanımı buna görə öldürülübmüş .....                     “NEO BOKT” 2025-ci ili zərərlə başa vurub .....                     “Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur .....                     Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... .....                     Günay Ağamalıya atasından qalan bu biznes şok etdi .....                     Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi .....                     Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? .....                     Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb .....                     İxracdan ən çox qazanan Azərbaycan şirkətləri .....                     Şikayətlər artır, həll isə yoxdur: .....                     Bakıda toyda DƏHŞƏT: .....                     45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi .....                     “Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi .....                     Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib .....                     “Saxtakarlıqla professor olub” demişdi, cəzalandı .....                     Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu .....                     Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir .....                     İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ .....                     TƏBİB-də kadr dəyişiklikləri davam edir .....                     Nazir regional idarə rəislərinin yerini dəyişdi .....                     Baş həkim öz istəyi ilə işdən çıxarıldı .....                     Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? .....                     AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib .....                     Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib .....                 

İki icra başçısını Fətullah Gülən camaatı ilə hansı əlaqələr birləşdirir? - İlginc iddialar
Tarix: 17-03-2015, 10:53 | Çap et
İki icra başçısını Fətullah Gülən camaatı ilə hansı əlaqələr birləşdirir?
Qəzetimizin 28-31 yanvar, 05-10-12-17-20-24-26 fevral və 03-11 mart 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa və dələduz əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib:

"Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. O cümlədən Türkiyə Milli İstihbarat Təşkilatında işlədiyini iddiya edən və Rövşən Aslanovun İstanbuldakı nümayəndəsi olan Kubar adında qadın Türkiyə vətəndaşı olan Kadir adlı iş adamını da mənim kimi aldadılaraq 500 min dollar pulu mənimsədilər. Özünü isə pulu verdikdən sonra Bakıya dəvət etdilər. Bakıda isə Kadir müəmmalı şəkildə yol qəzasında həlak oldu. Verdiyi 500 min dollar pul isə Rövşən Aslanov və özünü MİT əməkdaşı sayan Kubar tərəfindən mənimsənildi".

Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və Xızı rayon icra başçısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyev özünü polis əməkdaşı kimi təqdim edən şəxlər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. Bu məsələ ilə əlaqədar zərərçəkən Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, qardaş Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğana, Milli Məclisin sədri Oqtay Əsədova və millət vəkillərinə, respublikanın baş prokuroru Zakir Qaralova, Prezident Administrasiyasını şöbə müdiri Fuad Ələsgərova, daxili işlər naziri Ramil Usubova, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general- polkovnik Vaqif Axundova müraciət edərək kömək istəyib. O cümlədən bu məsələ mətbuat vasitəsilə ictimailəşərək geniş rezonansa səbəb olsa da, nə hüquq-mühafizə orqanları, nə də qarşı tərəf münasibət bildirib. Zərərçəkən Əbülfəz Əliyev başına gələn bu hadisədə hüquq-mühafizə orqanlarının hərəkətsizliyini o cümlədən Rövşən Aslanov və onun qohum icra başçıları tutduqları vəzifələrdən aldıqları gücdən istifadə edərək haqqını tapdalamalarını özünə, mətbuata və ictimaiyyətlə yanaşı, təməli əbədi-yaşar Ulu öndər Heydər Əliyev tərəfindən qurulan, hal-hazırda isə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizə və dövlətçilik ənənələrinə qarşı da hörmətsizlik və sayğısızlıq kimi dəyərləndirir.

Zərərçəkən Əbülfəz Əliyev bizimlə söhbətində Rövşən Aslanov və onun dələduzluq əməlləri ilə məşğul olan dəstəsi barəsində şok məlumatlar söylədi. Onun dediyinə görə Rövşən Aslanov, Türkiyədəki şəriki Kubar və Rusiyadakı adamı Rahibin Fətulla Gülən camaatı ilə sıx əlaqələri olub: " Onlar mənə İstanbulda yerləşən "1001 rakib" şirkətinə şəriklik təklif edəndə iki milyon dollarlıq əmlakın və fabrikin siyahısını təqdim etdilər. Və mən İstanbula gedəndə həmin fabriki və mülkləri göstərdilər. Amma şərik kimi sənədləşdirməni uzatdılar. Mən sonradan bildim ki, onlar mənə göstərdikləri mülklərin bir hissəsi, o cümlədən fabrik Fətullah Gülən camaatına yaxın olan Ramazan Kalyonçuya məxsusdur. Xatırladaq ki, Kalyonçular ailəsinə məxsus olan şirkətlər qrupu Türkiyədə ən güclü holdinqlərdən sayılır. Görünür məhz buna görə Rövşən Aslanov inandırmaq üçün mənə onların mülklərinin bir hissəsini göstərib".

- Əbülfəz müəllim, Rövşən Aslanov və onun mütəşəkkil cinayətkar əməllərlə məşğul olan dəstəsinin Fətullah Gülən camaatı ilə əlaqələri barədə nə vaxt məlumat tutdunuz və bu barədə sizə kim məlumat verdi?

- Rövşən Aslanov və Türkiyədəki nümayəndəsi Kubarın aldadaraq şərik adı ilə oyuna qoşduğu Kadir Bakıda müəmmalı şəkildə həlak olandan sonra o İstanbula getdi. Qayıtdıqdan sonra Rövşən Aslanov mənə bildirdi ki, bəs Kadirin ölümündən sonra yaratdıqları şirkətə şərik kimi başqa bir türk iş adamı Ramazan Kalyonçunu dəvət edib. Onlar bu barədə görüş keçirərək ilkin razılığa gəliblər. Rövşən Aslanov mənə bildirdi ki, Ramazan Kalyonçu onlara ya beş yüz min dollar pul verəcək, ya da həmin məbləğ qədərində mülk qoyacaq. Həmin mülkü isə banka qoyub pul götürəcəklər. Mən şərik olacaq Ramazan Kalyonçu barədə daha geniş məlumat verməyi o cümlədən nəyə görə bizə qoşulmaq istədiyinin səbəbini soruşdum. Rövşən Aslanov bildirdi ki, Ramazan Kalyonçu imkanlı biznesmen olduğundan onun bu işdə o qədər də maddi marağı yoxdur. Ancaq kürəkəni orda nəzarətçi kimi oturub işlərin gedişatı ilə maraqlanacaq. Bunların əsas hədəfi Nurçulara aid dini kitabları şirkət vasitəsilə həm Azərbaycanda, həm də Rusiyada yaymaqdır. Rövşən Aslanov bildirdi ki, bu dini kitablar Gəncədə və ətraf rayonlarda onun vaxtilə bir yerdə işlədiyi əlaltıları tərəfindən, Xızıda qardaşı, rayon icra başçısı Xəzər Aslanov, Neftçalada icra başçısı, qaynı və şəriki İsmayıl Vəliyev, Bakıda Binə Ticarət Mərkəzində şirkətin Azərbaycan nümayəndəsi Natiq, Rusiyada isə şirkətin nümayəndəsi Rahib adlı şəxslər tərəfindən yayılacaqdır. Mən isə bu işin qəti əleyhinə oldum və bildirdim ki, nə dini təriqətlə, nə də siyasətlə məşğulam. Məndən pulu yaratdığınız şirkətə sərik olmaq adı ilə almısınız. O yenə məni sakitləşdirərək bildirdi ki, özün də İstanbula gedib Ramazan Kalyonçu ilə görüşüb söhbət edəndən sonra qərar verərsən. Mən də deyilən kimi etdim. İstanbula getdim və orda Kubar, Rahib və mən birgə Ramazan Kalyonçu ilə görüşdük. Görüşdən sonra Ramazan Kalyonçunun şərik olmaq üçün bizə təqdim etdiyi mülklərlə tanış olduq. Bəlli oldu ki, Rövşən Aslanov və onun adamları mənə hələ əvvəlcədən özünküləri kimi təqdim etdikləri mülklər məhz Ramazan Kalyonçuya məxsus olub. Bundan sonra anladım ki, bu adamlar məni aldadır və çirkin əməllərlə məşğuldurlar. Bakıya qayıdaraq Rövşən Aslanova qəti şəkildə bildirdim ki, mən təriqətlə məşğul olan şəxslərlə heç bir əlaqəyə girmək istəmirəm. Buna görə ya verdiyim pulu qaytar, ya da göstərdiyin mülklərə şərik olmaq üçün sənədləşdirmə edək. Amma dediyim kimi o bu söhbətdən sonra məndən yayınmağa başladı. O bildirdi ki, əgər bu adamlarla şərik olmursansa, yaxın günlərdə pulunu düzəldib qaytaracağam.

- Əbülfəz müəllim, bəs pulu hansı yollarla qaytaracağını bildirirdi. Yarım milyon dollar az pul deyil?

- Rövşən Aslanov və onun kirvəsi, o cümlədən şəriki kriminal aləmdə nüfuza sahib Elçin mənimlə söhbətində vəd verdilər ki, Gəncə Şəhər Polis İdarəsinin keçmiş rəisi general-mayor Rasim Musayevlə söhbət ediblər. Guya generalı öz şirkətlərinə şərik olması barədə razı salıblar. Bununla da general-mayor Rasim Musayevdən yarım milyon dollar pul alıb mənim şərik olmaq üçün yatırdığım vəsaiti geri qaytaracaqlar. Hətta mən Gəncədə olarkən onlar 2 dəfə polis idarəsinə gələrək Rasim Musayevlə görüşdülər. Amma sonradan bu işin baş tutub-tutmadığını bilmədim. Mənim pulumu isə qaytarmadılar.

Sonda Əbülfəz Əliyev bizimlə söhbətində yenə təkidlə bildirdi ki, Rövşən Aslanov və himayədarları olan icra başçıları tutduqları vəzifəyə güvənərək dələduz əməllərini davam etdirmələrini bir zabit kimi qəbul edə bilmir və bu onun qüruruna toxunur:" Məhz bu baxımdan mən bu cür səlahiyyət sahibləri ilə mücadilə aparıram. Sona qədər də aparacağam. Çünki bu insanlar xarici kəşfiyyat qurumları və dini təxribatlar törərədən təriqətlərlə qabaqcadan cinayət əlaqəsinə girərək mən də daxil olmaqla vətəndaşlarımıza maddi-mənəvi işgəncələr vermələrini milli maraqlarımız baxımından ciddi təhdid hesab edirəm. Buna görə də apardığım mücadilə nəticə verməsə, son çıxış yolu kimi Novruz bayramı ərəfəsində uzun illər əynimdə daşıdığım hərbi geyimdə Baş Prokurorluğun qarşısında özümü yandırmaq yolu ilə intihar edəcəyəm . Bu cür haqsızlığa, ədalətsizliyə dözüb yaşamaqdansa ölmək daha şərəflidir. Mətbuat nümayəndələrinin və ictimaiyyətin diqqətinə çatdırıram ki, bu aksiyanı həyata keçirməzdən əvvəl onlara bu barədə ətraflı məlumat verəcəyəm". Zərərçəkən Əbülfəz Əliyev bizə onu da bildirdi ki, intihar etmək istəyinin səbəblərindən biri də odur ki, bəlkə bundan sonra hüquq-mühafizə orqanları "intihar həddinə çatdırmaq" maddəsilə bu insanlara qarşı cinayət işinə start versinlər.
\\ GünBakı \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34
Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32
Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23
Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08
Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06
Bakı Metropolitenində yeni VƏZİFƏ TƏYİNATI
Dünən, 17:03
Tacir tənqidlərə cavab verdi: - "Həyətimdə qalstukla gəzməliydim?"
Dünən, 17:02
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi - TƏFƏRRÜAT
Dünən, 17:01
"Koçaryanı tarixin zibilliyinə atacaqlar..." - Keçmiş deputatdan maraqlı ŞƏRH
Dünən, 16:59
ADRA-nın yeni sədr müavini kimdir? - DOSYE
Dünən, 16:56
Rusiyanın kölgəsi altında ERMƏNİ RƏZALƏTİ... DAVAM EDİR...
Dünən, 16:52
Türkiyə-Ermənistan yaxınlaşması regionda güc balansını dəyişə bilər - “Stratfor”
Dünən, 16:50
“Karapetyanın psixoloji problemi var, 300 min azərbaycanlı…” - Xaratyan
Dünən, 16:48
Kinematoqrafçılar İttifaqının qurultay nəticələri LƏĞV EDİLİR?
Dünən, 16:35
"30 illik müəlliməm" deyənlərin imtahana daha çox ehtiyacı var – Ekspertdən tənqid
Dünən, 16:32
"Paysis"in elektron pul təşkilatı lisenziyası ləğv edilib
Dünən, 16:28
Bakıda şəhid xanımı buna görə öldürülübmüş – DETALLAR
Dünən, 16:26
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub
Dünən, 16:22
“Bank Avrasiya”nın səhmdarı yenidən təşkil olunur
Dünən, 16:19
Dövlətin milyonlarını görün, kimə HƏVALƏ EDİRLƏR... - Qanun hərləyən kimdir ki...
Dünən, 16:15
Günay Ağamalıya atasından qalan bu biznes şok etdi - VİDEO
Dünən, 16:01
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv etdi - SƏBƏB
Dünən, 16:00
Dünyanın ən bahalı casus proqramları hansılardır: Bakıda varmı? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistanda Samvel Karapetyana qarşı iş açılıb - “Verelq.am”
Dünən, 15:53
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Dünən, 15:21
Şikayətlər artır, həll isə yoxdur: - İcra hakimiyyətlərində nə baş verir?
Dünən, 15:17
Bakıda toyda DƏHŞƏT: - əmisi qızı ilə oynayıb qardaşını bıçaqladı
Dünən, 15:13
45 minlik maşına görə Bank Respublika məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 15:07
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Dünən, 14:33
Paşinyan Rusiyanın Ermənistan məhsullarına məhdudiyyətlərini tənqid edib
Dünən, 14:31
“Saxtakarlıqla professor olub” demişdi, cəzalandı - TƏFƏRRÜAT
Dünən, 14:30
Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu
Dünən, 13:15
Polkovnikə cinayət işi açıldı: Zərərçəkmiş isə həbsdədir - TƏFƏRRÜAT
Dünən, 13:10
İşdən çıxan Könülün yerinə bu aparıcı GƏTİRİLDİ
Dünən, 13:08
TƏBİB-də kadr dəyişiklikləri davam edir - BU DƏFƏ...
Dünən, 13:06
Nazir regional idarə rəislərinin yerini dəyişdi - BUNDAN SONRA...
Dünən, 13:03
Baş həkim öz istəyi ilə işdən çıxarıldı - ƏMR
Dünən, 13:02
Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
Dünən, 12:59
AZAL kollektivi və mülki aviasiyanın digər nümayəndələri Fəxri xiyabanı ziyarət edib - FOTO
Dünən, 12:57
Qazaxda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri ilə qeyd edilib - FOTO
Dünən, 12:53
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər? - İLGİNC FAKTLAR
Dünən, 12:47
Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək
Dünən, 12:40
Ermənistan Rusiyaya idxalı qadağan edilmiş malları digər ölkələrə yönləndirəcək - Paşinyan
Dünən, 12:37
Kişi keçmiş arvadını övladları ilə birgə icazəsiz gəzintiyə çıxdığına görə döydü
Dünən, 12:28
Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
Dünən, 12:25
Ermənistanda hərbçinin meyiti aşkarlanıb - “Armenpress”
Dünən, 12:22
RUSLARIN SƏFƏRBƏRLİK QORXUSU - Mümkün qərar azərbaycanlılar üçün də təhlükəlidir
Dünən, 12:21
Putini Ermənistandan rədd edəcəyik - Babacanyan
Dünən, 12:18
"CHP-yə qarşı təzyiqlər demokratiyaya zərbədir" - İsa Qəmbər
Dünən, 12:11
Nazirdən QƏRAR - Yeni qadağalar başladı
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru