“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                     Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı .....                     Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs .....                     Turizm şirkətinin rəhbəri Polşada həbs edildi .....                     Vüqar Qurbanovun qohumu işdən çıxarıldı .....                     “Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ .....                     Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? .....                     “Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” .....                     Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub .....                     Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... .....                     “Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır .....                     "Azərbaycan mövcud olmayıb" .....                     "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." .....                     Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır .....                     Yasamalda başçını gör... DÜNYANI DAĞIT... .....                     Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... .....                     “Ermənistan da Azərbaycana məhsul satacaq” .....                     Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… .....                     Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı .....                 

Gəncənin icra başçısının qəbuluna yazılıb, AMMA... - onu qəbul eləyən olmayıb...
Tarix: 29-05-2024, 09:08 | Çap et
Gəncənin icra başçısının qəbuluna yazılıb, AMMA...
Gəncə sakini Cənnət Həsənova Meydan TV-yə deyir ki, illərdir sağlamlığında ciddi problemlər var, müxtəlif xəstəliklərdən əziyyət çəkir. Buna baxmayaraq, işləmək məcburiyyətindədir. Çünki nə pensiya ala bilir, nə də ona maddi yardım edəcək kimsə var.

59 yaşlı Cənnət Həsənova Gəncədəki yataqxanalardan birində nimdaş otaqda tək yaşayır.

Danışır ki, otaqdakı rütubət, şəraitsizlik onsuz da ağır olan səhhətinə daha da pis təsir göstərir:

“Kanalizasiya yox, su yox, divarlar uçub tökülür… Rütubətli, şəraitsiz, qaranlıq bir otaqdır. Heç xəstəliklərimi müalicə eləməyə imkan yoxdur, şəraitimi necə düzəldim. Beləcə, özüm də burada çürüyürəm. Başımda boynumun arxasında 5 millimetr ölçüdə ocaqlar var. Sol qoluma maye yığılıb. Ürəyimdə ciddi problemlər var. Böyrəyim büzüşür. Xəstliklərimi saymaqla bitmir. Normal müalicə də ala bilmirəm”.

Cənnət Həsənova Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir, xadimədir, yolların təmizliyi ilə məşğul olur.

Əsasən, gecələr işlədiyini deyən Cənnət Həsənovanın sözlərinə görə, maaşı az olsa da, acından ölməmək üçün buna məcburdur:

“Yolları süpürürəm. Adətən, gecə saat 1-dən səhərə yaxın 4-5-ə qədər işləyirik. O vaxtlar küçədə maşın da, adam da az olur. Maaşım 320 manatdır. Bu, birtəhər dolanmağa zorla çatan puldur. Amma dolanışıqdan kəsib, bəzi dərmanlarımı alıram. Amma bu, tam müalicə deyil axı… Xəstəliklər mənə işləməyə də imkan vermir. Bəzən işləyəndə başım fırlanır, huşumu itirib yıxılıram. Sol tərəfim az qala, işləmir, hiss eləmirəm, bir də baxıram ki, yıxılmışam”.

Cənnət Həsənovanı şikayətləndiyi əsas məsələ isə bir çox xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, ona əlillik təyin olunmamasıdır.

O iddia edir ki, bir neçə il öncə müayinələrdən keçsə də, onun nəticələrilə bağlı sənədlərdən başqası üçün istifadə olunub və həmin şəxsə əlillik təyin olunub, pensiya alır:

“Həmin adamın kim olduğunu da bilirəm. O vaxt başım hərləndi, yıxıldım. Həkim məni MRT müayinəsinə göndərdi. Gəncədəki Beynəlxalq Xəstəxanada müayinədən keçdim. Başımda və boynumda ocaqlar aşkarlandı. Bakıya – Mirqasımov adına Respublika Xəstəxanasına göndərdilər. Sonra Gəncəyə – Abbas Səhhət adına Xəstəxanaya göndərdilər. Başıma oyun gətirdilər. Mənim diaqnozumdan başqasının xeyrinə istifadə elədilər. 3 ay 15 günlük bülletenim də cəmi 20 gün yazıldı…”.

17 il əmək stajı olduğunu deyən Cənnət Həsənova gileylənir ki, sağlamlığı işləməyə imkan verməyəndə bülletenə də çıxa bilmir, çünki ona icazə vermirlər:

“Deyirlər ki, “işləyə bilmirsənsə, çıx”. Mən də işdən çıxım, bəs nə yeyim?”

O əlavə edib ki, bir neçə dəfə Gəncənin icra başçısının qəbuluna yazılıb, lakin onu qəbul eləyən olmayıb.

Cənnət Həsənova dövlət başçısı və onun xanımından kömək istəyir. Deyir ki, xəstəlik sənədlərinin ciddi araşdırılmasına ehtiyac var:

“Xahiş edirəm ki, Mehriban xanım xəstəlik sənədlərimin ciddi araşdırılmasında mənə kömək eləsin. Mən bu vəziyyətdə zülm çəkə-çəkə yaşayıram. Üstəlik, məni hədələyirlər ki, şikayətlərimi dayandırmasam, nəticəsi daha ağır olacaq”.

Gəncə Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu qurumda bütün vətəndaşların müraciətinə, problemlərinə həssas yanaşılır:

“Kimliyindən asılı olmayaraq, icra hakimiyyətinə müraciət edən hər bir vətəndaşa həssas münasibət var. Mümkün deyil ki, kimsə Gəncə Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət eləsin, ona əhəmiyyət verilməsin”.

Gəncədə yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasından da bildirilib ki, Cənnət Həsənovanın diaqnozunun başqasının tibbi sənədlərində istifadə olunması və nəticədə həmin şəxsə əlillik təyin olunması haqda iddialar həqiqətəuyğun deyil.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Paşinyandan Kərki ilə bağlı xüsusi tapşırıq... - “Oyun çıxarmayın…”
Bu gün, 10:52
“Aqrarkredit” Bakıda 8 əmlakını satışa çıxarır – qiymətlər açıqlandı
Bu gün, 10:49
"Azərbaycan mövcud olmayıb" - Axmaq iddiaya sənədin özü tərəfindən təkzib
Bu gün, 10:48
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
Bu gün, 10:44
Səhiyyə Nazirliyi 96 min manata “Hyundai” alır - TENDER
Bu gün, 10:40
Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
Bu gün, 10:24
Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
Bu gün, 10:20
“Ermənistan da Azərbaycana məhsul satacaq” - AÇIQLAMA
Bu gün, 10:14
Xəritədə mühüm dəyişiklik: Azərbaycanın 3 şəhərinin adı… – FOTO
Bu gün, 10:10
Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
Bu gün, 08:57
Keçmiş bələdiyyə sədri kassasiya şikayəti verdi - DETALLAR
Bu gün, 08:54
Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:50
Sülh artıq kağız üzərindən praktik mərhələyə keçir - GƏLİŞMƏ
Bu gün, 08:39
5 aydır bağlı qalan yolun bəxti açılmır: İndi də yaponlar tədqiq edir - AXI NİYƏ?..
Bu gün, 08:37
Deputatın professor olan qudası ittihamları qəbul etmir - TƏFƏRRÜAT
Bu gün, 08:34
Bağlanan "Bakı Sement Təmir" Kollektiv Müəssisəsinin 34 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 08:31
Moskvanın yenə Qarabağ “sancısı tutdu” – Bakıdan TƏPKİ
Bu gün, 08:28
Dünya bazarlarında neftin qiyməti 91 dolları ötüb
Bu gün, 08:25
Müharibə veteranına verilən söz yerinə yetirilməyib... - GİLEY
Bu gün, 08:14
"Azərbaycansayağı makkartizm küləyi əsirdi, mülayimindən..." - REPLİKA
Bu gün, 08:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru