Rus bazası Ermənistandan gedəcək, amma... .....                     İki ay əvvəl işdən çıxarılmışdı .....                     Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu .....                     100 dollarlıq neft dolların taleyini həll edəcək: .....                     Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal .....                     ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb .....                     “AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı .....                     Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... .....                     Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB .....                     Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş .....                     Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı .....                     Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI .....                     Paşinyandan kritik təyinat .....                     Ermənistan Azərbaycana nə ixrac edə bilər? .....                     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı .....                     TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? .....                     “Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” .....                     Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu .....                     Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi .....                     Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi .....                     “Həyat bir kinodur, ən maraqlı yerində bitir” .....                     “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” .....                     Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi .....                     Bu agentlikdə yeni departamentlər yaradıldı .....                     Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri .....                     Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb .....                     Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR .....                     75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı .....                     “Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar” .....                     Alen Simonyan Azərbaycana gələcək .....                     Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək .....                     Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik .....                     “BOA Agency” dividend verəcək .....                     “Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı .....                     Ermənistan vətəndaşı həbs edildi .....                     Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? .....                     YAP-ın altı ay gecikən qurultayı .....                     Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu .....                     Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... .....                     Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi .....                 

Naxçıvan MR DİN-in işgəncəçi polisləri “cəzalandırma” metodu – Quzu qurda tapşırılacaq
Tarix: 23-04-2022, 09:58 | Çap et
Naxçıvan MR DİN-in işgəncəçi polisləri “cəzalandırma” metodu
Xəbər verdiyimiz kimi, Naxçıvan Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi polkovnik-leytenantı Şəmsi Mirzəliyev, həmçinin bölmənin Elçin və Şahmar adlı əməliyyatçıları tərəfindən işgəncələrə məruz qalan Ordubad rayon Gilançay kənd sakini İmran Nağıyev bir neçə gün öncə geri qayıdıb. DİA.AZ xəbər verir ki, Ovqat.com-un Naxçıvan MR DİN-dəki mənbələrdən əldə etdiyi məlumata görə, İmran Nağıyev geri qayıtdıqdan sonra Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılov tərəfindən qəbul edilib.

Görüş zamanı İ.Nağıyev ona verilmiş işgəncələr barədə nazir Rəşad İsmayılovu məlumatlandırıb və nazirdən həmin polis əməkdaşlarının cəzalandırılmasını tələb edib. Nazir İ.Nağıyevin bu tələbinin yerinə yetiriləcəyinə söz verib.

Qeyd edək ki, Naxçıvandakı polis zülmündən Ermənistan dağlarına çəkilən İmran kişi MR DİN yetkililəri ilə əlaqəyə keçərək, ona işgəncə verən polis əməkdaşlarının cəzalandırılması və özünün toxunulmazlığı şərtilə geri qayıtmışdı. Naxçıvan MR DİN-in kulislərində gedən söhbətlərə görə, rəhbərliyin İmran kişiyə verdiyi sözün elə “Naxçıvanvari” tərzdə yerinə yetirilməsi planlaşdırılır. Belə ki, nazir Rəşad İsmayılovun cəza tədbirində 1-ci Polis Bölməsinin rəisi Şəmsi Mirzəliyevin cəzalandırılması ümumiyyətlə nəzərdə tutulmayıb. Ağır işgəncələrlə İmran kişini cəlai-vətən edən digər polis əməkdaşların isə yaxın günlərdə ya Ordubad RPŞ-yə, ya da Şərur RPİ-yə təyin olunacaqları gözlənilir. Halbuki, Elçin və Şahmar adlı polis əməkdaşları çox böyük intizam pozuntusuna yol vermişdilər və onların polis orqanlarında saxlanılması Muxtar Respublika DİN-in işgəncə metodlarından əl çəkmə istəmədiyindən xəbər verir.

Naxçıvan MR DİN-in işgəncəçi polisləri “cəzalandırma” metodu
İmran Nağıyev at üstündə

Digər tərəfdən, həmin əməkdaşların Ordubad Rayon Polis İdarəsinə transfer olunması quzunu qurda tapşırmaqdan başqa bir şey deyil. Nədən ki, polis işgəncəsinə məruz qalan İmran kişi Ordubadın Gilançay kəndindəndir və bu təyinatdan sonra faktiki onun taleyi işgəncəçi polislərdən asılı olacaq.

İnformasiya mənbəyimiz sözügedən polis əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi məsələsinin uzanmasının səbəbini isə onların hansı vəzifəyə təyin ediləcəklərinə dair dəqiq qərar verilməməsi ilə əlaqələndirib. Bildirildiyinə görə, Naxçıvan rəhbərliyi əslində Muxtar Respublika DİN-in “yazılmamış qanunlarını” icra etdiyi üçün onları cəzalandırmaq istəmir. Sadəcə hadisənin ictimailəşməsi və paytaxtın Muxtar Respublika rəhbərliyini danlaması (ki, Naxçıvanın “yanacağı” danlaqdır) “xanlıq” üsul-idarəsini öz “yazılmamış qaydaları”nın xilafına addım atmağa məcbur edib. Amma həmin polislərin İmran kişidən qisas almaq üçün Ordubada təyinatının media orqanlarında necə reaksiya doğuracağı və paytaxtın yenidən öz danlaq silahını işə salıb-salmayacağı aydın deyil. Odur ki, MR DİN bu təyinata cəza görüntüsü vermək niyyətindədir. Bunun üçün planlaşdırılan ilk addım kimi işgəncəçi polislərin vəzifə yetkilərini əməliyyatçılıqdan sahə inspektorluğuna endirmək nəzərdə tutulub. Digər bir addım isə hadisənin yaddan çıxmasını gözləmək, polisləri Ordubada təyin edilməsi ola bilər. Bu da baş tutmasa, onların Şərur rayonuna sahə inspektoru vəzifəsinə təyin olunacaqları gözlənilir.

MR DİN-dəki mənbələrdən aldığımız digər məlumata görə, polis orqanlarında yenidən Azərbaycan Polis Akademiyasının məzunlarının sıxışdırılma prosesinə start verilib. Məqsəd onların “könüllü” şəkildə işdən çıxmasını təmin etməkdir. Mənbəmiz bu siyasətin məqsədini yaxınlarda tədris ilinin bitməsi ilə əlaqələndirib: “Məlum olduğu kimi, Naxçıvan Polis Məktəbi hər il 30 məzun verir. Olduqca aşağı balla bu məktəbə girən abituriyentlər məzun olduqdan sonra işlə təmin edilməlidirlər. Naxçıvan hakimiyyəti isə bu problemi Azərbaycan Polis Akademiyasını bitirən polislərin onlarla əvəz olunması ilə həll edir. Beləcə, həm paytaxtın “agenti” kimi baxdıqları savadlı kadrlardan xilas olurlar, həm də bütün qanunsuz əmrləri yerinə yetirən yerli kadrlarla öz rejimlərini möhkəmləndirirlər”.

Doğrudan da Naxçıvan DİN-də maraqlı hadisələr cərəyan edir. Əgər Naxçıvan Polis Məktəbinin məzunlarına iş yeri yaratmaq lazımdırsa, niyə ciddi intizam pozuntusuna yol verən əməkdaşlar yox, savadlı kadrlar işdən uzaqlaşdırılır? Yəqin ki, bu sual paytaxt Bakını da düşündürəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus bazası Ermənistandan gedəcək, amma... - Abramyan
Bu gün, 17:52
İki ay əvvəl işdən çıxarılmışdı – Yeni yüksək vəzifəyə gətirildi
Bu gün, 17:50
Türkiyə üç dəfə Ermənistana hücum etmək istədi, Rusiya mane oldu - Şarmazanov SƏRSƏMLƏYİR
Bu gün, 17:30
100 dollarlıq neft dolların taleyini həll edəcək: -1,5 manata qədər ucuzlaşma?
Bu gün, 17:28
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal - DİQQƏT
Bu gün, 17:26
ABŞ ordusunun hücumları nəticəsində İran Dəniz Qüvvələrinin 6 hərbçisi öldürülüb - FOTO
Bu gün, 17:23
“AzerGold”da iki nəfərə vəzifə verildi, bir nəfər işdən çıxdı - ADLAR
Bu gün, 17:18
Vardanyan Kiriyenkodan helikopter gözləyirdi, amma... - Baş tutmayan qaçış
Bu gün, 17:16
Bank of Baku-da rəhbər vəzifəyə TƏYİNAT OLUB - ƏMR
Bu gün, 17:14
Türkiyədə gəmi qəzasında saxlanılan azərbaycanlı antiterror əməliyyatı iştirakçısı imiş – Atası nələri danışdı?
Bu gün, 17:10
Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı – 5 milyon manata
Bu gün, 17:01
Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə ALDANDI - TƏFƏRRÜAT
Bu gün, 16:58
Paşinyandan kritik təyinat – İrəvanın məhkəmə iddiaları nə olacaq?
Bu gün, 16:53
Ermənistan Azərbaycana nə ixrac edə bilər? - Ekspertlər proqnozları açıqladı
Bu gün, 16:47
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı —məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Bu gün, 16:46
TƏBİB maaşları artırır, bəs Səhiyyə Nazirliyi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:24
“Atam əməliyyata öz ayaqları ilə getdi, indi yeriyə bilmir” - NARAZILIQ VAR...
Bu gün, 16:22
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
Bu gün, 16:19
Rusiya ordusu bir gündə 4 kəndi işğal etdi - KİV
Bu gün, 16:18
Kövsər Dadaşovaya bu akademiyada yüksək vəzifə verildi
Bu gün, 15:58
“Həyat bir kinodur, ən maraqlı yerində bitir” - ANIM
Bu gün, 15:56
“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib” - Paşinyan AÇIQLADI
Bu gün, 15:40
Sədrin köməkçisi idi, şöbə müdiri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:35
Bu agentlikdə yeni departamentlər yaradıldı - Təyinatlar oldu
Bu gün, 15:33
Dövlət Neft Fondunun səhm investisiyalarından gəliri 11 mlrd. dollara yaxınlaşıb
Bu gün, 15:30
Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb
Bu gün, 15:28
Ronaldo ayaqlarını, Carey səsini SIĞORTALAYIR - Azərbaycanda bədən üzvlərini sığortalayan varmı?
Bu gün, 13:09
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atan şəxslərlə bağlı QƏRAR
Bu gün, 13:06
“Qarabağ məsələsini xaricdə qaldırırıq, amma bizə ciddi baxmırlar”
Bu gün, 13:03
Alen Simonyan Azərbaycana gələcək
Bu gün, 13:00
Məşğulluq Agentliyi İlqar Əmirova ofisin icarəsi üçün 42 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:59
Rusiya bazası bizim üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəyik - Paşinyan
Bu gün, 12:56
“BOA Agency” dividend verəcək – səhmdarları iclasa çağırdı
Bu gün, 12:54
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı - “AzerGold”da işə başladı
Bu gün, 12:50
Ermənistan vətəndaşı həbs edildi - Rusiyaya işləyirmiş
Bu gün, 12:44
Su Meliorasiya Xidmətinin tenderində maraqlı tarix: Qalib elandan iki gün əvvəl işə başlayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 12:29
YAP-ın altı ay gecikən qurultayı - payız SON tarix...
Bu gün, 12:24
Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına hökm oxundu - Həbs olundu
Bu gün, 12:22
Erməni məhsulları Azərbaycan bazarına daxil olarsa... — İqtisadçı mümkün nəticələri açıqladı
Bu gün, 12:20
Şəmkirdə Türkmənistan vətəndaşını bıçaqlayan şəxsə cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 12:18
Tiflisə biletləri tur firmalar satır? – Vətəndaşlar narazıdır
Bu gün, 12:09
Tanınmış yazıçıdan sərt QINAQ: - “Burun, dodaq oxşar, sanki eyni sexdən çıxıblar”
Bu gün, 12:07
Ramiz Mehdiyevlə Köçəryanı NƏ BAĞLAYIR?
Bu gün, 12:03
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bu gün, 11:58
Azərbaycanda BOKT-un sahibi oğlunu özünə şərik etdi – Yeni payçı gəlib
Bu gün, 11:53
Azərbaycanda eyni sahədə çalışan daha 11 ŞİRKƏT LƏĞV EDİLDİ - SİYAHI
Bu gün, 11:51
“Din qoruyuculuğu adı ilə vəhşiliyə yol vermək olmaz” - deputat
Bu gün, 11:46
Torpaq uğrunda canını qıyana BİR QARIŞ TORPAĞI DA QIYMIRLAR... - GİLEY
Bu gün, 11:39
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Bu gün, 11:31
Bəraət alan gömrükçüyə 5 min manat təzminat kəsildi - Amma işinə qaytarılmadı
Bu gün, 11:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru