Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                 

Məhkəmə-hüquq sistemində İman Nağıyev kabusu - Prezidentin Fərmanı icra olunacaqsa, ilk növbədə onun qurduğu sistem dağıdılmalıdır
Tarix: 21-05-2021, 09:33 | Çap et
Məhkəmə-hüquq sistemində İman Nağıyev kabusu
Azərbaycanda məhkəmə-hüquq sistemi ölkədə son illər aparılan islahatlardan tamamilə kənarda qalıb. Bütün məhkəmə instansiyalarda vətəndaşların hüquqları kobud şəkildə pozulur, özbaşınalıq, dərəbəylik misilsiz həddə çatıb, ədalət mühakiməsinin yerini hakimlərə verilən rüşvətin həcmi tutub. Ölkə mediasında əks olunan şikayətlərin böyük əksəriyyəti məhz bu sistemin bərbad fəaliyyəti ilə bağlıdır. QHT-lərin hesabatlarında, aparılan sorğularda cəmiyyətdə ən böyük narazılıq mənbəyinin məhkəmə-hüquq sistemi olduğu məlum olur.

2019-cu il aprelin 3-də Prezident İlham Əliyev bu sahədə dözülməz vəziyyətin aradan qaldırılması, islahatların aparılması ilə bağlı Fərman imzalayıb. Fərmanın birinci bəndində göstərilir: Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər…

Təəssüf ki, bu Fərmanın verilməsindən 2 ildən çox vaxt ötsə də onun icrası ilə bağlı ancaq texniki xarakterli məsələlər həllini tapıb. Ədalət mühakiməsi əvvəlkim kimi yoxdur, bu sahəni cənginə almış korrupsiya və rüşvətxorluğun miqyası isə əksinə, artıb.

Bir neçə gün əvvəl Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində birinci və ikinci instansiya məhkəmələrində fəaliyyət göstərən bəzi hakimlərin yeri dəyişdirilməsi ilə bağlı müzakirələr aparılıb. Milli Məclisdən mətbuata sızan məlumata görə, aşağıdakı yerdəyişmələrin olacağı gözlənilir.

Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov Bakı Apelyasiya Məhkəməsinə;

Gəncə Apelyasiya Məhkəməsinin hakimi Nuru Quliyev Şəki Apelyasiya Məhkəməsinə;

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri Tofiq Paşayev Sumqayıt Apelyasiya Məhkəməsinə;

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri Vəli Abdullayev Şirvan Apelyasiya Məhkəməsinə;

Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rəşad Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə;

Şəki Apelyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov Gəncə Apelyasiya Məhkəməsinə;

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Nazim Mövsümov Ali Məhkəməyə;

Bakı İnzibati Məhkəməsinin hakimi İlkin Rəcəbov Ali Məhkəməyə təyin olunacaq.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev də sədrlikdən gedəcək və Ali Məhkəməyə hakim təyin ediləcək. 1957-ci il təvəllüdlü sədr 2000 – 2007-ci illərdə bu instansiyada hakim olub.
2005 -ci ildən bu günə qədər Hakimlərin Seçki Komitəsinə sədrlik edir. 2007 -ci ildən isə Bakı Apelyasiya Məhkəməsinin sədridir.

Xatırladaq ki, “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır. İman Nağıyev hazırda 64 yaşını tamamlayıb.

Görünür, o hakimlik müddətinin Apellyasiya instansiyasında başa vurmaq istəmir, daha iki il bu postda qalmaq üçün Ali Məhkənin üzvü olmağı üstün tutub.

Məhkəmə sistemindəki rüsvayçı hallardan bəhs edərkən İman Nağıyevin personasının üzərində təsadüfən dayanmadıq. Çünki, indki hakim korpsunun əksər hissəsi 2005-ci ildən üzü bəri onun seçib məhkəmə sisteminə təyin etdiyi şəxslərdir. O, Hakimlərin Seçki Komitəsinin 16 illik sədri kimi bu məsələdə müstəsna rola malikdir.
Qeyd edək ki, Hakimlərin Seçki Komitəsi “Məhkəmə-Hüquq Şurası haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılır və vakant hakim vəzifələrini tutmaq istəyən hakim olmayan şəxslərin sənədlərini qəbul edir, bu şəxslərlə hakim peşəsinə yiyələnmək məqsədi ilə tədris kurslarına qəbul edilmək üçün şəffaf surətdə yazılı və şifahi imtahanlar təşkil edir, hakim vəzifəsinə namizədləri tədris müəssisəsində ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların hakim olmağa peşə yararlılığını müəyyən edir.

Bəs, İman Nağıyev kimləri seçib, irəli çəkib, onlar necə işləyirlər, bu barədə geniş araşdırma aparmağa ehtiyac yoxdur. Bütün hakimlər, onların arxasında duran şəxslər və məhkəmə sistemindəki dəhşətli qanunsuzluqlar göz qabağındadır.

Bu günə qədər İman Nağıyev bir dəfə olsun arxasız, ömrünün bir hissəsini məhkəmə sistemində keçirən şəxslərin hakimlik arzusunu reallaşdırmağa imkan verməyib. Onun üstünlük verdiyi namizədlər yüksək çinli məmurların, hakim kolleqalarının, varlı biznes adamlarının övladları olub.

Bu hakimlərin cəmiyyət qarşısında “xidmətləri” bəllidir, bu səbəbdən 500-dən artıq hakim barəsində intizam icraatına başlanıb.

Bu təsəvvür olunmaz dərəcədə dəhşətli haldır. Nəzərə alsaq ki, hakimlər heç də hər xırda əmələ görə cəza almırlar, gərək, Məhkəmə Hüquq Şurasına, ölkə rəhbərliyə onlar barəsində çoxsaylı şikayətlər getsin, hakimlərin törətdikləri qanunsuzluqlar ictimailəşsin, ictimai qəzəb doğursun və s…

İman Nağıyevin “yetirmələri” Azərbaycan dövlətinin imicini də yerə vurmaqda mahirdirlər. Bu gün Avropa hüquq məkanından Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət ünvanlanan iki ölkədən biri Azərbaycandır. Hər il yüzlərlə şikayət gedir, dövlət bu korrupsioner, ədalət mühakiməsindən, hüquqdan bixəbər “hakimlər” ucbatından milyonlarla avro cərimə ödəməyə məcbur edilir. Nəticədə Azərbaycanda aparılan islahatlara kölgə düşür, dövlətin imici ləklənir, ölkəmiz beynəlxalq hesabatlarda dünyada qanunun aliliyinin olmadığı banan respublikaları ilə bir sıraya qoyulur. Bu da Azərbaycanı xarici sərmayələrdən, genişlənən əməkdaşlıq imkanlarından məhrum edir.

İman Nağıyev 14 il ərzində sədrlik etdiyi Apellyasiya Məhkəməsi çoxsaylı qanunsuzluq, ədalətsiz məhkəmə qərarları ilə medianın gündəmində olub. Məlumdur ki, bu instansiyada hakimlərin heç bir müstəqillyi yoxdur, bütün işlərəin hansı hakimlərin icraatına verilməsindən tutmuş, çıxarılan bütün qərarlar sədrin razılığı ilə qəbul edilir.

Maraqlıdır, daha yüksək məhkəmə instansiyasına təyinat aldığı deyilən İman Nağıyevin karyerasında bu qədər “zəngin” məlumatlara nədən diqqət edilməyib? Onun Hakimlərin Seçki Komitəsinə sədrliyi əbəbdidirmi? Təəssüf ki, bu sualların cavabı yoxdur.

Beləliklə, Məhkəmə Hüquq Sistemində İslahatlara Dair Prezidentin Fərmanının icrasının 2 ildən çoxdur ləngiməsinin əsasə səbəbləri məlumdur. Əgər, bu vacib sənəd icra olunacaqsa, ilk növbədə bu sahədə İman Nağıyevin özü ilə bərabər qurduğu bütün sistemin izləri təmizlənməlidir.

Pərviz Həşimli
Gununsesi.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru