İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                 

Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ - “Fulbright”lı nazir “BİRİNCİ” olmaq istəyir?
Tarix: 29-12-2025, 16:59 | Çap et

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi, dünyanın ən tanınmış təhsil–mübadilə proqramlarından biri olan “Fulbright” təqaüdü dünyadan mühabisəli təqaüdlərdən sayılır. Bu təqaüdü alan siyasətçilərin “təhlükəli” olması ilə bağlı iddialar, əsasən, ABŞ-nin yumşaq güc strategiyası kontekstində izah olunur.

“Fulbright” rəsmi olaraq akademik və mədəni mübadilə proqramı kimi təqdim edilsə də, tənqidçilər bunu ABŞ-nin müxtəlif ölkələrdə gələcək elita və qərarvericilərə uzunmüddətli təsir aləti kimi dəyərləndirirlər. Bu yanaşmaya görə, proqramın hədəfi yalnız təhsil vermək deyil, həm də müəyyən siyasi-düşüncə çərçivəsini, liberal-demokratik dəyərləri, Qərbyönümlü xarici siyasət baxışını və ABŞ-yə rəğbəti gücləndirməkdir.

Bu iddiaların mərkəzində belə bir məntiq dayanır: “Fulbright” və bənzəri proqramlarla ABŞ-da təhsil alanlar həm intellektual, həm dünyagörüşü, həm də şəbəkə baxımından Qərb sisteminə inteqrasiya olunurlar. Sonradan həmin şəxslər öz ölkələrində nazir, deputat və ya hansısa tanınmış şəxs kimi önə çıxanda ölkə daxilində qərarların formalaşmasına artıq bu baxış bucağından təsir göstərirlər. Tənqidçilər deyir ki, bu insanlar milli maraqlarla Qərbin, xüsusilə də ABŞ-nin maraqları toqquşanda çox vaxt “kompromis” adı altında Qərbin lehinə daha yumşaq, daha güzəştə meyilli mövqe tuturlar. Bəzi post-sovet və Şərqi Avropa ölkələrində, həmçinin Latın Amerikası və Yaxın Şərqdə “Fulbright”, Soros, “Chevening” və oxşar proqramların keçmiş məzunlarının sonradan islahatçı, liberal və ya Qərbyönümlü siyasi düşərgələrdə cəmləşməsi də bu arqumentə nümunə kimi göstərilir.

Tənqidçilər “Fulbright”çı siyasətçiləri “milliləşmiş kadr” yox, “qloballaşmış kadr” kimi təsvir edirlər. Onların fikrincə, bu insanlar qərar verəndə daxili ictimai təzyiqdən çox, beynəlxalq imic, Qərb institutlarının rəyi və xarici partnyorların mövqeyi haqqında düşünürlər. Bu da milli suverenlik, strateji istiqamət, geopolitik balans kimi məsələlərdə ölkəni daha asan şəkildə xarici təsirə açıq hala gətirir.

Burada ABŞ xeyrinə casusluqdan daha çox, təsir agenti olmaları ehtimalı daha yerinə düşər. Yəni bu insanlar özləri, bəlkə də, heç vaxt birbaşa əməkdaşlıq etmir, lakin ABŞ dövlət strukturları üçün həmin ölkə cəmiyyəti, siyasi klanlar, elita içi münasibətlər, zəif nöqtələr və potensial tərəfdaşlar haqqında çox dəyərli, həm də “filtrdən keçmiş”, etibarlı informasiya mənbəyinə çevrilirlər. Bir sözlə, kimsə şüurlu şəkildə işləməsə belə, ideoloji və sosial baxımdan artıq o sistemin bir parçası olur.

Azərbaycanın hakim elitasında “Fulbright” Xarici Tələbə Proqramının məzunu elm və təhsil naziri Emin Əmrullayevdir.

Bunu Əmrullayev tərcümeyi-halında göstərməsə də, təhsil naziri təyin olunduğu gün ABŞ səfirliyi öz rəsmi səhifəsindən açıqlamışdı.

Türkiyə Prezidentinin guya Əmrullayevə “prezident oldun?” deməsi mesajının cəmiyyətə ötürülməsi, nazirin son aylardakı lazımlı-lazımsız aktivliyi, bütün təbəqələrə xitab etmək istəyi, sosial mediada müstəqil kadr imicinin yaradılması bəzi şübhələrə yol açır. Emin Əmrullayev hara oynayır? Yoxsa ona “Azərbaycanın Saakaşvilisi” olma yolunda addımla mesajı verilib? Cənab Əmrullayevin addımları isə Saakaşvilidən çox, 2004-2005-ci illərin iqtisadi inkişaf naziri Fərhad Əliyevi xatırladır. O dövrü xatırlayanlar Fərhad Əliyevin mediada özünü necə apardığını bilirlər. Müxalif jurnalistlərlə belə nazirlikdə görüşlər keçirib bütün qüvvələrə “göy muncuq” dağıdırdı. Eləcə də Emin Əmrullayevin də fəaliyyəti o dövrdə yaşananları xatırladır.

Nəzərə alsaq ki, Əmrullayevlə bağlı ilkin təəssürat özündən əvvəlki nazirlərin əmanətçisi idisə, bu gün universitetləri belə sələflərindən fərqli olaraq özünə tabe etmiş, akademiyanı belə özü ilə hesablaşmağa məcbur edən, təhsil sektorunda “yumşaq güc” ilə hakimi-mütləq olan bir nazir var qarşımızda. Yəni qarşımızda 2020-ci ilin Emin Əmrullayevi yoxdur.

O gün qarşımızda bir bürokrat var idisə, bu gün publikaya oynayan bir siyasi füqurla qarşı-qarşıyayıq. Hakimiyyətin digər gücləri ilə arasını yaxşı tutan, hətta iqtidarda olmayan güc mərkəzlərini də özündən razı salan bir Emin Əmrullayevlə üz-üzəyik.

Belə ki, hər il Ramiz Mehdiyevin oğluna məxsus “Şərq-Qərb” mətbəəsinə bir neçə milyon qazandıran Emin Əmrullayev bu il də o jesti etməyi unutmayıb.

Rəsmi məlumata görə, 7–9-cu siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı ilə bağlı tenderin qalibi “Şərq‑Qərb” ASC seçilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilən bu müqavilənin dəyəri 2 milyon 535 min 277 manat təşkil edir. Ötən il isə eyni kateqoriya üzrə şirkətə öncə 3.835.112 AZN, daha sonra 427 min 240,24 manat məbləğində sifariş verildiyi qeyd olunur.

Rəsmi reyestr məlumatlarına görə, “Şərq‑Qərb” ASC-nin səhmlərinin 96 faizi Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri, İstiqlaliyyat küçəsi, ev 9, mənzil 31 göstərilir. Həmin ünvanda Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də qeydiyyatdadır. Bu fakt şirkətin benefisiar sahibliyi ilə ölkənin uzun illər ən güclü siyasi fiqurlarından biri sayılan Ramiz Mehdiyev arasında dolaylı əlaqə ehtimalını gücləndirir.

Əmrullayev təkcə Mehdiyevə jest etməyib. Onun jesti ilə sevinənlər arasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da var. Ona məxsus olduğu iddia olunan “İndigo” mətbəəsi də bu il nə az nə çox, tam 767.738 AZN məbləğində olan tenderi qazanıb.

Qısacası, Emin Əmrullayev təkcə sosial mediada boy göstərmir, sabiqlərlə də arasını yaxşı tutmağa çalışır. Baş nazirlik iddiasındadır, yoxsa ən birinci olmaq niyyətindədir? Bu aktivliyin pərdəarxasında nə var? Nəzərə alsaq ki, nazirin keçmişində FETÖ-dən Sorosa qədər yox yoxdur, bu barədə düşünməyə dəyər…

Camal Cavanşir - yenicag.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İdarə rəisi işdən azad edildi - FOTO
Bu gün, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Bu gün, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Bu gün, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Bu gün, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Bu gün, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Bu gün, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Bu gün, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Bu gün, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Bu gün, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Bu gün, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru