Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                 

«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Tarix: 21-09-2025, 09:40 | Çap et

Bir ölkənin sağlamlıq ocaqları bəzən yalnız xəstələrin deyil, həm də sistemin temperaturunu ölçən civə dirəyidir. Azərbaycanda sanatoriya sistemi illər boyu insanların güvəndiyi, ağrılarını buraxıb ümidlə geri döndüyü yerlər olub. Ancaq son illərin şikayət məktubları, içdən gələn pıçıltılar, mətbuata sızan qeydlər başqa mənzərə çəkir: “Kurort” QSC-nin tabeliyindəki müəssisələrdə qanunsuzluq, qohumbazlıq, saxtakarlıq və korrupsiya iddiaları dolaşır. Bu iddialar təkcə bir qurumun nüfuzunu deyil, yüzlərlə vətəndaşın sağlamlığını təhdid edən sistemli problemə işarə edir.

“Komanda”nın izi

Şikayətlərə görə, “Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyev Naftalanın özəl otel mühitindən tanış çevrəsini QSC-yə gətirərək yüksək kreslolara yerləşdirib, xidməti avtomobillərlə təmin edib:
- Fariz Hüseynov - İnsan resursları şöbəsinin müdiri (əvvəllər otelçilik və naftalan neftindən hazırlanmış kosmetika satışı ilə məşğul olub);
- Gülgəz Bayramova - Müalicə şöbəsinin müdiri (tibbi təhsili yoxdur, pedaqoji diplomunun saxta olduğu barədə iddialar var);
- Xəyyam Əliyev - baş direktor müavini (əvvəllər özəl oteldə işləyib).

Mənbələr deyir ki, bu üçlük illər öncə Naftalanda işlədikləri özəl oteli bərbad duruma salmaqla tanınıb; həmin “iş prinsipi” - sağlamlığın deyil, gəlirin ardınca düşmək - bu gün də sanatoriyalara köçürülüb. Elə Gülgəz Bayramovanın karyera trayektoriyası barədə səslənən suallar da bu mənzərəni gücləndirir: bir zamanlar qeydiyyatçı olan, işdən azad edilən, Bakıya bir çamadanla gələn Bayramovanın çox qısa vaxtda “Qara Qarayev” metrosu yaxınlığında mənzil sahibi olmasına dair iddialar korrupsiya kölgəsini daha qatı salır.
Fariz Hüseynovun peşə portreti də tibb müəssisəsi üçün uyğunsuz təqdim olunur: kommersiya sferasında formalaşmış təcrübə ilə dövlət büdcəsi hesabına işləyən strateji sahəyə kadr kimi gətirilməsi suallar doğurur. QSC daxilindən səslənən iddialarda onun Qurban adlı işçi ilə də birlikdə korrupsiya əməllərinə yol verdiyi bildirilir; bu iddialar ayrıca araşdırma mövzusu kimi göstərilir. Bütün bu təyinatlar barədə ümumi nəticə eynidir: “Kurort” QSC-də kadr siyasəti peşəkarlığa deyil, şəxsi münasibətlərə, qohumbazlığa, “maxinasiyaya” söykənir.

“Avropa standartları”nın kölgəsi

Deyilənə görə, AHİK sədri Sahib Məmmədov vaxtilə Çingiz Hacıyevi müdafiə edərək “ingilis dilini mükəmməl bilən, Avropa təhsilli menecer” obrazını təqdim edib. Reallıq isə iddialara görə bunun əksini göstərib: Avropa standartı deyilən nə varsa, sanatoriyalara gəlməyib; əvəzində otel biznesindən transfer olunmuş kommersiya qaydaları dövlət sanatoriyalarının mahiyyətini korlayıb. Nəticə - çökmə həddi, sönmüş müalicə missiyası, dağılmış büdcə pulları.

Qohumluq xəritəsi: Zirəddin və Araz

“Abşeron” sanatoriyasının keçmiş direktoru Zirəddin Abbasovun “Kurort” QSC-də baş direktor müşaviri postuna gətirilməsi də mənbələrin söylədiyinə görə peşəkarlıqla yox, ailə əlaqələri ilə izah olunur: “qız verib, qız alıblar” - yəni bir dövlət qurumu sanki ailə təsərrüfatı kimi idarə edilir. İndi hamı bir sualın cavabını gözləyir: ayın əvvəlində fəaliyyəti dayandırılmış “Qaranquş” sanatoriyasının direktoru və yaxın qohum Araz Hacıyev QSC-də hansı yüksək vəzifəyə gətiriləcək?
Baş direktor təyin olunduğu ilk aylarda Çingiz Hacıyevin “mane ola biləcək” əməkdaşları əsassız bəhanələrlə kənarlaşdırdığı bildirilir: kimisi şərlənib, kimisi ərizə yazmağa məcbur edilib. İddiaların ən sərt versiyasına görə, sıradan çıxarılanların əksəriyyəti vaxtilə məhz AHİK sədri Sahib Məmmədovun özü tərəfindən işə gətirilən kadrlardır. Məntiqdən doğan acı ironiya budur: elə bil, Sahib müəllimin seçdikləri “zay”, Çingizin gətirdikləri isə “ideal” sayılır. Mənbələr əlavə edirlər ki, Hacıyev QSC-də Sahib Məmmədovun komandasının qalmasını istəmir - fırıldaqlardan xəbərdar olmasınlar deyə. Başqa sözlə, ehtimal olunur ki, Çingiz Hacıyev oyunu elə qurub ki, “ağsaqqal” Sahib müəllim də kənarda qalsın; yəni, ona da kələk gəlinsin.

Şikayətlərin dili - obyektivliyin güzgüsü

Biz redaksiya olaraq hər zaman obyektivliyə sadiq qalırıq. Məqalələrimizi də yalnız bizə daxil olan şikayətlər, məktublar və müraciətlər əsasında hazırlayırıq. Hansı sanatoriya barədə şikayətlər gəlirsə, yazılarımız da həmin müəssisəyə həsr olunur.
Əksinə, elə sanatoriyalar var ki, indiyədək onlardan bircə şikayət belə redaksiyamıza daxil olmayıb. Bu isə həmin müəssisələrdə işlərin müəyyən normalar çərçivəsində aparıldığını göstərir. Məsələn, «Buzovna» sanatoriyası ilə bağlı mətbuatda heç bir narazılıq qeydə alınmayıb. Bu fakt özü sübut edir ki, orada rəhbərlik öz işini normal şəkildə qurub, sanatoriya da öz funksiyasını yerinə yetirir.
Çox güman ki, “Buzovna” sanatoriyasında fırıldaqların olmamasının səbəbi təkcə rəhbərliyin vicdanlı olması deyil. Sadəcə, Çingiz Hacıyev hələlik ora öz adamlarını yerləşdirə bilməyib. Buna görə də həmin müəssisədə hələlik saxtakarlıq və korrupsiya müşahidə olunmur. Müşahidə olunan yalnız digər sanatoriyalardakı kimi ümumi, yəni menyunun ucuzluğuna görə qidaların keyfiyyəti çox aşağıdır, işçilərin əməkhaqları olduqca zəifdir və s..
Amma “Şıx” sanatoriyası tam fərqli mənzərədir: buradan şikayətlər dalbadal və ardıcıl şəkildə gəlməkdə davam edir. Bu artıq təsadüfi hal deyil, sistemli problem, idarəetmədə boşluq və korrupsiyanın bariz əlamətidir. Deməli, rəhbərlik yerində deyil, müəssisənin fəaliyyətinə isə nə AHİK, nə də «Kurort» QSC lazımi diqqəti göstərmir.

“Şıx” sanatoriyasında hakimiyyət üçbucağı

“Şıx” sanatoriyası haqqında daxil olan şikayətlər ard-arda gəlir. Burada formal direktor Fuad Quliyev olsa da, faktiki idarəetməni, iddialara görə, onun yaxın münasibətdə olduğu Esmira Cabbarova həyata keçirir. Sanatoriyanın əsas qərarları Esmiranın imzası ilə icra olunur; hətta direktor ərazidə hərəkət edərkən, işçilərlə görüşərkən belə onu müşayiət edir. Bu mənzərə hüquqi dildə desək, səlahiyyətin qeyri-rəsmi şəxsə ötürülməsi, idarəetmədə formal rəhbərliyin mövcudluğudur.
Sanatoriyanın daxilində isə “operativ rabitə”nin ayrı sahibi var: Arzu Mehdiyeva. Kim nə dedi, kim kimin haqqında nə danışdı - hamısı sanki bir xətlə toplanıb direktorun qulağına ötürülür. İşçilərin ironiyası yerindədir: “Burada qərarları direktor yox, dedikodu şöbəsinin müdiri verir”. Bütün bunlar gülünc görünə bilər, amma xəttin o başında xəstə var - gülüş faciəyə çevrilir.
Fuad Quliyev bundan əvvəl “Bilgəh” Kardioloji Sanatoriyasının baş həkimi olub. Həmin dövrdə sanatoriyada korrupsiya halları barədə prokurorluq orqanlarına şikayətlər daxil olub və araşdırma aparılıb. Amma nəticə necə oldu? Araşdırmanı ört-basdır edən elə yenə Fuad Quliyev oldu. İndi isə fəxrlə hər yerdə deyir ki, guya “bəraət alıb”. Əslində isə işin mahiyyəti tamam başqadır: şikayətçi haqlı idi və açıq şəkildə bəyan etmişdi ki, Fuad məsuliyyətə cəlb olunmayana qədər ondan əl çəkməyəcək. Deməli, Fuad Quliyevin bu gün öyündüyü “bəraət” heç bir hüquqi qələbə deyil, sadəcə, şikayətin boğulması və korrupsiyanın ört-basdır edilməsinin nəticəsidir. Amma necə deyərlər, “cücəni payızda sayarlar”. Bu gün Fuad Quliyev bəraətindən danışır, özünü haqlı göstərməyə çalışır. Amma gerçək nəticə hələ qarşıdadır: zaman hər şeyi üzə çıxarır, həqiqətin gizlədilməsi mümkün deyil.

“Termal su”nun sirri

Ən ağır iddia: “Şıx” sanatoriyasında pasiyentlər “termal su” adı ilə Bibiheybət neft yataqlarından çıxarılan lay sularına salınır. Mənbələr bu suların tərkibində ağır metallar, radioaktiv maddələr olduğunu deyir. Səhiyyə qurumlarının “müsbət rəy”i, ekologiya strukturlarının susqunluğu ayrıca sual doğurur. İstifadədən sonra həmin suların birbaşa kanalizasiyaya axıdılması isə iddialara görə həm ekoloji, həm də ictimai sağlamlıq üçün riskdir.
Eyni məkanda illərin peşəkarları - həkimlər Şəfəq Hüseynova, Sevinc Abbasova - otaqlarından çıxarılır, hüquqları pozulur; bu tərəfdə isə ixtisas uyğunluğu olmayan həkim mama-ginekoloq Sevda Müslümova direktor müavini təyin olunur və “kabinet savaşı” aparır. Sualın cavabı özü-özünə bəllidir: bu, nə islahatdır, nə idarəçilik.

Putyovka, kassaya gedən yol və sındırılmış etibar

Sanatoriyaya putyovka ilə gələnlər təsadüfi deyil: illərlə maaşından üzvlük haqqı kəsilən zəhmət adamlarıdır. Onların gözlədiyi şey aydındır – tam müalicə. Reallıq isə iddialara görə başqa cürdür: putyovka yemək, qalmaq və bir-iki formal prosedurdan o yana keçmir; xəstə əlavə müalicə istəyəndə “kassaya” yönləndirilir. Kənddən bura son yol pulunu verib gələn, ümidlə qapı döyən adam əlavə pulu haradan tapsın? Bu, sadəcə bürokratik riyakarlıq deyil; bu, insan ləyaqətinin yaralanmasıdır.

Aşınmış əmək münasibətləri

Şikayətlər təkcə müalicə ilə bağlı deyil. Bütün sanatoriyalarda, iddialara görə, işçilərin əmək, istirahət, məzuniyyət hüquqları pozulur; əsassız töhmətlər, məcburi izahatlar, biri-birinə qarşı yazdırılan ifadələr… Əməkhaqqı və bonuslar vaxtında hesablanmır, bonuslar ya ödənilmir, ya da “yolda” “süzülür”; mükafat sistemi isə elə bil ki, heç olmayıb. Bu ilin mart ayında “Şıx” sanatoriyasındakı kütləvi etiraz bu sistemsizliyin canlı xatirəsidir.
Üstəlik, işçilərə aidiyyəti olmayan ağır fiziki işlərin tapşırılması faciələrə gətirib çıxarıb: “Abşeron”da baş mühafizəçi Rövşənin ağır zədəsi, “Bilgəh”də direktor müavini İlkinin damdan yıxılıb aylarla xəstəxanada qalması - bunlar laqeydliyin “protokol”a sığmayan nəticələridir. Sağlamlıq müəssisəsində belə səhlənkarlıq, adı nə olursa olsun, hüquqi qiymətini tələb edən hadisədir.

“Smart” şou

Çingiz Hacıyevin “islahat” portfeli rəqəmsal təmtəraqla təqdim olunur: elektron sənəd dövriyyəsi, rəqəmsallaşdırılmış qəbul, “smart” proqramlar. Şikayətlər isə deyir ki, sistemlər işləmir, fayda vermir; üstəlik, yüksək məbləğlər xərclənib, nəticə sıfırdır. Daha təhlükəlisi - həmin platformalar üzərindən yeni manipulyasiya kanalları yarandığı iddiasıdır. Sanatoriyalarda qeydiyyatın Gülgəz Bayramovaya tapşırılması və proseslərin “idarə edilməsi” haqqında deyilənlər bu mənzərəni tamamlayır. Yekun sual isə budur: bu “islahatlar” niyə xəstənin halını yox, “büdcə xəttini” yüngülləşdirir?

Təmirin sirri: çoxlu obyekt, az nəticə

Ortaya çıxan mənzərə göstərir ki, Çingiz Hacıyev eyni vaxtda bir neçə sanatoriyada - “Abşeron”, “Bilgə”, “Naftalan”, “Günəşli” - təmir işlərinə start verib. Paralel tenderlər, ikinci dərəcəli şirkətlərlə gizli sövdələşmələr, şişirdilmiş qiymətlər, saxta müqavilələr barədə danışılır. Təmirin keyfiyyəti bərbad, hesablar qaranlıq, rəqəmlər isə fantastik dərəcədə böyükdür.
Üç-dörd gün əvvəl AHİK sədri Sahib Məmmədov şəxsən Naftalana gedərək “Naftalan” sanatoriyasındakı vəziyyəti gözləri ilə görüb. Mənbələr bildirir ki, o, oradakı mənzərə qarşısında sərt reaksiya verib, hətta Çingiz Hacıyevi yerindəcə kəskin tənqid edib. Bu səhnə özü çox şeyi göstərir: əgər “islahat” adlandırılanların arxasında real nəticə yoxdursa, deməli, burada başqa məqsədlər dayanır.
Ən diqqətçəkən məqam isə budur ki, Çingiz Hacıyevin “Naftalan” sanatoriyasında həyata keçirdiyi fırıldaqlardan yalnız ictimaiyyət deyil, həm də yerli icra hakimiyyəti orqanları və hüquq-mühafizə qurumları xəbərdardır. Onların susqunluğu isə əlavə suallar doğurur: niyə bu qədər açıq-aşkar qanunsuzluğa göz yumulur?

“İcarə iqtisadiyyatı”: kassaya gedən daha bir yol

Sanatoriya ərazilərində restoran, kafe, çayxana, dayanacaq, hətta çimərliklər müxtəlif fiziki və hüquqi şəxslərə icarəyə verilib. Hər ay külli miqdarda vəsait toplanır. Lakin bu pulların hara və necə xərcləndiyi barədə şəffaf hesabat yoxdur. Nümunə kimi “Bilgəh” kardioloji sanatoriyasının dayanacağı: təkcə yay mövsümündə on minlərlə manatın toplandığı deyilir, amma izahat, bölüşdürmə, məqsəd - qaranlıq.
Bu qaranlıqda bir əlavə kölgə var: “Bilgəh”in direktoru - tanınmış kardioloq və Çingiz Hacıyevin yaxın qohumu - hələ də başa düşmür, deyirlər, niyə qohumunun sözünə aldanıb peşəkar fəaliyyətini kənara qoyub sanatoriyada oturmalıdır. Onun yeri xəstə yanında, əməliyyat otağında, klinikadadır. Sanatoriya isə qohumbazlıq və idarəçilik oyunlarının girdabına düşüb.

Həmkarlar İttifaqı: susqunluğun sərhədi

Kağız üzərində Həmkarlar İttifaqının borcu aydındır: işçinin haqqını qorumaq. Reallıqda isə, iddialara görə, nəinki digər yerlərdə, hətta öz tabeliyində olan sanatoriyalarda belə işçiləri müdafiə edə bilmir. İnsanlar ya ərizə yazıb gedir, ya məhkəmə qapılarında aylarla sürünür. Üzvlükdən kütləvi çıxış istəkləri güc toplayır: etimad sarsılıb. Bu, həmkarlar hərəkatı üçün görünməmiş siqnaldır və siqnalın ünvanı aydındır - rəhbərlikdə qohumbazlıq, korrupsiya və laqeydlik.

Sonda - bir müraciət

Hörmətli Sahib müəllim,

Siz illər boyu dövlətin məsul postlarında çalışmısınız. Nazir müavini olduğunuz illərdə belə adınıza ləkə salan, nüfuzunuzu zədələyən yazılar olmayıb. Cəmiyyət Sizi həmişə etimadla xatırlayıb. Bu gün isə, iddialara görə, məhz Sizin təyin etdiyiniz Çingiz Hacıyevin fəaliyyəti həmin etimada kölgə salır.
Sizin təyinatınız bir vaxtlar zəhmətkeşlərdə ümid oyatmışdı: sanatoriyalara putyovka almaq asanlaşacaq, palatalar düzələcək, qida və müalicə keyfiyyəti artacaq, işçinin haqqı qorunacaq. Reallıq isə bu ümidləri doğrultmayıb. Sanatoriyalar uçurumun kənarında, kollektivlər narazı, pasiyentlərin sağlamlığı risk altındadır. Bu təkcə bir məmurun məsuliyyətsizliyi deyil - Sizin illərlə qazandığınız nüfuza yönələn xarici zərbədir.
Vaxt keçir. Vaxt keçdikcə sistemdə iz buraxan hər qüsur daha ağır nəticə doğurur. Odur ki, hörmətli Sahib müəllim, şəxsi mövqeyinizi qətiyyətlə ortaya qoymağın vaxtıdır. “Kurort” QSC-də və sanatoriyalarda iddia olunan fırıldaq və korrupsiya hallarına son qoyulması, şəffaflığın bərpası, kadr siyasətinin peşəkarlıq əsasında qurulması həm sanatoriyaların, həm də Sizin illərlə formalaşmış şəxsi nüfuzunuzun qorunması üçün həyati məna kəsb edir.
Bu məqalə, ictimaiyyətin Sizdən gözlədiyi cavabın ünvanıdır. Cavab isə, ən azı, sağlamlığını sanatoriyalara etibar edən bir xalqın haqqıdır.

Sanatoriya sözçüsü.

P.S. Redaksiya Səhiyyə Nazirliyi, AHİK, “Kurort» QSC və digər dövlət orqanları, müəssisə və təşkilatlara, həmçinin məqalədə adları hallanan şəxslərin məsələyə münasibətlərinə yer ayırmağa hazırdır.

Tehsilmedia.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru