"Məlum vətən xainləri dəstəsi boş dayanmır yenə də. Son günlər onlardan biri ilə bağlı yayımlanmış videonun ardından özlərini yenə də təmizə çıxarmağa çalışır bu ünsürlər. Üstəlik, bəzi şəxslər də o məlun parazit sürüsünə züy tutur. Guya bunlar müxalifətçi imiş-filan..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Azər Həsrət qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Biz müxalifətçiliyin nə olduğunu yetərincə yaxşı bilirik. Hakimiyyətə qarşı çıxmağı da günah saymırıq. Əlbəttə, hansısa vətəndaş hakimiyyətdən, yaxud da onun ayrı-ayrı qollarından, təmsilçilərindən narazı ola bilər. Bu narazılığı da istənilən platformada dilə gətirmək hər kəsin haqqıdır.
Amma bizim üçün açıq suallar da qalır ki, onlara aydınlıq gətirilməsini istərdik.
Misal üçün, Avropada kiminsə (məncə daha çox Moskvanın və Tehranın – Qumun) qucağında oturub bir vaxtlar vətəndaşı olduqları Azərbaycana diş qıcayan, kin qusanlar niyə heç vaxt milli məsələlərimizlə bağlı heç bir təşəbbüs irəli sürmürlər?
Misal üçün, Almaniyada yaşadığı halda ömründə bir dəfə də olsun alman dilində, alman cəmiyyətini məlumatlandırmaq üçün Azərbaycan torpaqlarının işğal edilməsi, ermənilərin başımıza gətirdikləri haqqında bu adamlar niyə heç nə danışmır?
Yaxud, Fransada oturub Azərbaycanda “siyasi dəyişiklik” davası edənləri də bir dəfə olsun görmədik ki, milli məsələlərimizlə bağlı fransızca nəsə danışsınlar, yazsınlar, kiminləsə görüşüb məsələ qaldırsınlar!
Bu siyahını uzada da bilərik. ABŞ-də, Belçikada, Hollandiyada oturub da guya Azərbaycan üçün yandığını iddia edənlər də eyni cür davranır.
Yəni bunların milli problemlərimizlə bağlı hər hansı sözü, əməli yoxdur!
Amma gecə-gündüz açıq anti-Azərbaycan təbliğatı aparırlar!
Doğrudanmı bu adamlar belə şərəfsizliyə könüllü razılaşıblar?
Əmin deyiləm. Çox güman ki, Moskva, Tehran kimi mərkəzlər, yaxud da erməni qurumları bunları şantaj yoluyla cəlbetməyə məruz qoyub, indi də köpək kimi dövlətimizin üzərinə hürdürürlər!
Hə, əsl məsələ də budur! Şantaj üçün səbəblər! İş ondadır ki, bu ləyaqətsizlərin şəxsi məsələlərinə baxanda ən alçaq hərəkətlərə bulaşdıqları bəlli olur! Hələ bizim bilmədiyimiz və daha dəhşətli ifşa durumları da var ki, bunları öz millətinə qarşı davranmağa sövq edir!
Deyə bilərsiniz ki, insan halıdır, hamının səhvi ola, başına iş gələ və tora düşə bilər. Mümkündür. Lakin çıxış yolu da mütləq olur axı. Əgər bu adamlar doğrudan da dəhşətli bir şəkildə şantaja məruz qalırlarsa, millətə qarşı çıxacaqlarına özlərini belə gözardı edə bilərlər də!
Hə, bunun üçün də azacıq ləyaqət lazımdır ki, bu da onlarda nəinki yoxdur, heç əvvəldən olmayıb!.."












