Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                 

Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Tarix: 12-09-2025, 07:36 | Çap et

Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, ev 3 A, mənzil 32 ünvanında yaşayan Quliyev Elman Əmiralı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Vaxtilə Müdafiə Nazirliyində çalışdığını bildirən şikayətçi bəzi qanunsuzluqlarla bağlı saytımıza açıqlama verib. Onun məktubunu oxucularımıza təqdim edirik:

“Diqqətinizə çatdırım ki, mən 1990-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında işə qəbul olunmuşam və 30 il orada sürücü işləmişəm.

2012-ci ilin fevral ayında mayor vəzifəsində olan Yəhyayev Eldəniz anbara rəis təyin edildikdən sonra orada rüşvətxorluq və korrupsiya faktları geniş yayıldı. Bu barədə hərbi prokuror Xanlar Vəliyevə şikayət etdiyimə görə, rəhbərlik tərəfindən mənə təzyiqlər edildi. Mən bu təzyiqlərə dözə bilmədiym üçün 2020-ci ilin fevral ayının 6-da iş yerində vena damarlarımı kəsərək, intihara cəhd etmişəm.

Həmin dövrdə artıq ərzaq xidmətinin rəisi olan Eldəniz Yəhyayevin göndərdiyi təhqiqatçı Həsənov Saday, rəis Kərimov Camal və saxta diplomlu hüquq məsləhətçisi Pənahov Azərlə əlbir olaraq, məni Maşdağada yerləşən “dəlixana”ya salmaq istədilər. Lakin orada daimi fəaliyyət göstərən həkim komissiyası məni müayinə etdikdən sonra buna razı olmadı.

Bundan sonra Hüquq İdarəsinin rəisi Əliyev Elçin də onlara qoşuldu və kollektivi üzümə durdurub, məni şərləyərək işdən qovdular.

Eldəniz Yəhyayev Kərimov Camalı rəis təyin edərkən onun yanında mənə demişdi ki, “Camal mənim öz adamımdır, onu bura mən gətirmişəm və hər zaman onun arxasında duracağam. Əgər onun döründə şikayət etsən, artıq işə şəxsən mən özüm qarışacağam və bunun nəticəsi sənin üçün çox pis olacaq”.

Zavodun müəyyən etdiyi normaya əsasən, mənim idarə etdiyim avtomobil 100 km məsafəyə 28 litr yanacaq sərf edir. Lakin hər dəfə Gəncə şəhərinə gedib-qayıtmaq üçün faktiki sərf edilən 200 litr əvəzinə, 500 litr yanacaq silinirdi. Bu barədə Xanlar Vəliyevə etdiyim şikayət araşdırılarkən müəyyən olunmuşdur ki, bütün hərbi texnikaların sərf etdiyi yanacaq müdafiə nazirinin qərarına əsasən silinir və zavodun müəyyən etdiyi norma 21 litr artırılaraq 49 litrə çatdırılmışdır.

Nəzərə alsaq ki, hər bir avtomobilin illik yürüş norması 25 000 kilometr, bir litr yanacağın qiyməti isə bir manatdır, deməli, təkcə bir avtomobilə bir il ərzində artıq yanacaq silinməsi nəticəsində dövlət büdcəsinə 5 250 manat məbləğində zərər vurulur. Həmin məbləğ isə bir qazinin beş il beş ay ərzində aldığı pensiya məbləğinin cəmindən çoxdur.

Hərbi texnikalar isə yalnız maşınlardan ibarət deyildir və buraya tanklar, BTR-lər, BMP-lər və digər ağır döyüş texnikaları da daxildir. Lakin cinayət əlamətləri aydın görünsə də, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək, xüsusilə ağır cinayəti gizlətmişdir.

Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə elektron qaydada və şəxsən yazılı ərizə də təqdim etmişəm. Lakin şikayətim araşdırılmadan, birbaşa Ali Məhkəməyə göndərilmişdir. Halbuki, Ali Məhkəmə onları araşdırmaq kimi bir vəzifə daşımır.

Sonra Ombudsman Səbinə Əliyevaya müraciət etdim. Həmin müraciət isə nazirliyin özünə göndərildi. Nazirlikdən isə mənə verilən cavabda göstərilir ki, “sizin müraciətinizə baxılmışdır. Əsaslı dəlillərin qeyd olunmamasını nəzərə alaraq, yenidən müraciət etməyiniz tövsiyyə olunur”.

Məktubu oxuyanda adama elə gəlir ki, guya, onların heç nədən xəbərləri yoxdur. Halbuki məktubu imzalayan, həmin idarənin - Arxa Cəbhə İdarəsinin rəisi Abdullayev Vüqar və onun birbaşa rəisi general-mayor Yəhyayev Eldəniz Telman oğlu bu vəzifəyə gəlməzdən əvvəl biri digərinin ardınca Mərkəzi Ərzaq Anbarının rəisi olduqları üçün həmin cinayətin birgə iştirakçılarıdırlar.

Konstitusiya günü olduğunu və Gəncə bölməsinin anbarında yer olmadığını bildiyi halda, Yəhyayev 2014-cü ilin noyabr ayının 12-də məni ezamiyyətə göndərdiyi üçün həmin gün maşında gecələməli oldum. Yatmazdan əvvəl yaxınlıqda yerləşən mülki yeməkxanadan şam yeməyindən çıxarkən “Qazel” markalı bir yük avtomobili məni vurub, hadisə yerindən qaçdı. Zərbə nəticəsində döş qəfəsim tamamilə əzilmiş, qabırğalarım 13 yerdən sınmış və ürəyimi də zədələyərək ağ ciyərlərimə batmışdı.

Bölmə rəisi mayor Fuad Mehrəliyev öz şəxsi vəsaiti hesabına həkim nəzarəti altında xüsusi tibbi avadanlıqlarla təchiz edilmiş reanimobillə məni təcili olaraq Bakıya - Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırmışdır. Reanimasiya şöbəsində 8 sutka komada qalmışam və uzun müddət müalicə olunmuşam. Həkimlər bütün səylərini ortaya qoyaraq məni ölməyə qoymadılar. Lakin xəstəxanadan çıxdıqdan sonra Yəhyayev mənə bildirdi ki, sən artıq yararsızsan və daha sürücü işləyə bilməzsən.

Nəhayət, çox çətinliklə mən yenidən öz işimə qayıda bildim. Lakin bölmə rəisi mayor Fuad Mehrəliyev əvvəl vəzifəsindən, sonra isə ərzaq təminatı sahəsindən tamamilə uzaqlaşdırıldı.

2017-ci ildə Yəhyayev Eldənizin göstərişi ilə yaradılmış daxili komissiya normalara yenidən baxdıqdan sonra onun öz doğma əmisi oğlu Elxanın idarə etdiyi avtomoblə bu gün də digər bütün avtomobillərdən artıq yanacaq silinir. Etibarlı mənbələrdən mənə verilən məlumata görə, Yəhyayev orada olanlar haqqında ona vaxtaşırı məlumatlar çatdıran, lakin Qarabağı xəritədə belə göstərə bilməyən Elxana və bir neçə şəxsə saxta “Vətən Müharibəsi Veteranı” vəsiqəsi verdirməsi nəticəsində dövlətə əlavə maddi zərər vurulur.

2025-ci ildə Kərimov Camalı da öz yanına aparıb, Müdafi Nazirliyinin ərzaq xidmətinin rəisi təyin etməklə, Yəhyayev Eldəniz Telman oğlu oranı artıq tamamilə öz əlinə keçirərək, bütün ətrafı yalnız öz adamlarından ibarət şəxsi şirkətinə çevirmişdir və ində artıq öz ürəyi istədiyi kimi hərəkət edir.

Qanunverciliyin tələbinə əsasən, Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq, kibercinayətlər, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda həmin işlər barədə cinayət təqibini DTX həyata keçirməlidir. Lakin həmin normaya riayət olunmur və qeyd olunan sahədə cinayətkarlığa qarşı qətiyyən mübarizə aparılmır. Bunun nəticəsində yaranmış şəraitdən məhz yalnız vəzifəli şəxslər istifadə edərək, dövlət büdcəsini çox rahat şəkildə talan edirlər.

Buradan dövlətimizin başçısı cənab İlham Əliyevə müraciət edərək, qeyd edilən faktlara hüquqi qiymət verilməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə xüsusi göstəriş verməsini xahiş edirəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Bu gün, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Bu gün, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru