FETÖ-nun Bakıdakı EMİSSARI: adı kimi sadiqdir... - İTTİHAM VAR...
Tarix: 29-07-2025, 10:33 | Çap et

Hüquqi dövlətdə sosial siyasətin tətbiq olunduğu başlıca prioritet sahələrdən biri də məşğulluğun səmərəli və düzgün təmini istiqamətidir. Bildiyimiz kimi, hazırda Şimal qonşumuzla yaranan gərginliyin fonunda hamını düşündürən məsələlərdən biri və bəlkə də birincisi Rusiya Federasiyasından kütləvi şəkildə deportasiya oluna biləcək soydaşlarımızın Azərbaycana mümkün axını və onların vətəndə məşğulluqlarının təmin edilməsidir. Bəs bu gözlənilən problemin tam da olmasa, qismən həllinə nail olmaq üçün sahənin rəhbərliyində görəvləndirilmiş vəzifəli şəxslərin dövlətə sədaqətinə nə dərəcədə güvənmək olar?
Bu günlərdə gundemxeber.az informasiya portalının redaksiyasına daxil olan məlumatların çoxsaylı oxucularımızın marağına səbəb olacağını nəzərə alıb araşdırmalara başladıq.
Öncə qeyd edək ki, haqqında söz açacağımız Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışan Sadiq Cabir oğlu Əliyev 1984-cü ildə anadan olub.
2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb. Məsələnin maraqlı halı ondan ibarətdir ki, Sadiq Əliyevin hansı və neçə mömrəli orta məktəbi bitirməsi haqda heç bir məlumat yoxdur.
Beləliklə, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Xatırlatmağa dəyər ki, Sadiq Cabir oğlu Əliyev Fətullah Gülənə bağlı olan "Çağ Öğretim işletmeleri Mingeçevir özel türk Lisesi"ni 2001-ci ildə bitirib. Elə buna görə də Universitetdən öncə hansı orta məktəbi bitirməsi haqda heç bir yerdə məlumata rast gələ bilmədik. O, bu liseyin 5 illik şagirdi olub və 2001-ci ildə də qurtarıb. Hər kəs yaxşı bilirdi ki, bu təhsil ocağı FETÖ-çulara bağlı olub və Mingəçevir şəhərində lisey kimi fəaliyyət göstərib.
29 may 2024-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Apardığımız araşdırmalardan əldə etdiyimiz məlumatlardan aydın olur ki, bu adam rəhbərlik etdiyi Agentlikdə bacarıqlı kadrların işlərini itirmələrinə səbəbkar olur və böyük korrupsiya “çetesi” yaradır.
Gəlin Sadiq Əliyevin əməlləri ilə tanış olaq: Sadiq Əliyevin bacardığı ən gözəl fəaliyyət, işçilərin dediyinə görə, əvvəlki sədr Mustafa Abbasbəylinin qurub-yaratdıqlarını dağıtmaqdan ibarətdir. Onu da yada salaq ki, Mustafa Abbasbəyli hal-hazırda Mədəniyyət Nazirliyində Aparat rəhbəridir. Eyni uğurlarını çalışdığı sahədə davam etdirir. Sadiq Əliyev isə dağıdıcılıq, dövlətə və Prezidentə bağlı şəxsiyyətlərə qarşı şəxsi qərəzçiliklə məşğuldur. Bütün bu fəaliyyətlərini pərdələmək üçün Nəzarət Şurasının sədri Elşad Məmmədovun oğlunu işə almaqla, ona nəzarət edənlərin də nəzarətsizliyinə nail olub. Onu da bildirək ki, Bakı Regional Məşğulluq Xidmətinin sədri Habil Alıyevin əslən Elşad Məmmədovun həmyerlisi (Gədəbəyli) olması göstərir ki, yerliçilik də Sadiq Əliyevin idarəçiliyində xüsusi əhəmiyyət daşıyır. Bu barədə də, heç kimin fərqində olmadığı bəzi faktlara gələcək sayılarımızda toxunacağıq. Təsəvvür edin ki, dövlətin xidmət mexanizmlərini necə şəxsi mənafeyi uğrunda fəaliyyətə istiqamətləndirir. Bir tərəfdən uydurma səbəblərlə işçiləri işdən çıxarır, digər tərəfdən isə İctimai Şura sədrinin oğlunu işə götürməklə, baş verən haqsızlıqlara səs çıxarmamağın "tədbirini" həyata keçirir. Son zamanlarda məhkəməyə müraciət edənlərin sayı ona görə də artmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etdiyi xidmətlər olsa da, Sadiq Əliyevin ağılasığmaz və dövlət quruluşunu öz şəxsi istəkləri kontekstində idarə etməsi dövlət başçımızın da siyasətinə vurulan zərbədir. Bütün Dövlət Qurumlarının şəffaflaşdırılması prosesi getdiyi halda, Sadiq Əliyevin nəzarət mexanizmlərini susdurmaq üçün atdığı addım dövlətçilik ənənələrinə ziddir.
Görün, Sadiq Əliyev hansı metodla qurumların fəaliyyətini istismar edir?!... İşçilərini müxtəlif özəl və dövlət müəssisələrinə göndərir. Onlara təklif edirlər ki, siz işçilərinizin müqavilələrini yeniləyərkən göstərin ki, bu işçilər Məşğulluq Xidmətinin vasitəsilə işə alınıb. Nəticə etibarilə heç bir fəaliyyət göstərmədən, “hazırın naziri”, Məşğulluq Xidmətinin iş yerləri də bu şəkildə "artmış" olur. Bu barədə əlimizdəki materialları daha sonrakı saylarımızda dərc edəcəyik.
İşçiləri işə alarkən mövsümi iş adı altında müqavilə imzalatdırır, onları işdən çıxararkən isə “müqavilənin müddəti bitdi” deyilərək, özünə hüquqi zəmin yaratdığını düşünür. İllərlə Məşğulluq Agentliyinin işçiləri olan vətəndaşların bu şəkildə xəyalları alt-üst edilir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi qayğıya və ailə qurmalarına əngəl yaradılır.
Əgər işlər mövsümidirsə, o zaman Sadiq Əliyevin sədr təyin edildiyi gündən günümüzədək neçə işçi çıxardığını və əvəzində neçə işçi aldığını da ayrıca diqqətinizə çatdıracağıq. Bizi maraqlandıran işin hüquqi və məntiqi tərəfidir. Əgər Vəli işdən çıxırsa, Əli də onun yerinə işə alınırsa, bu iş mövsümi iş ola bilməz. Mövsümi olmayan işə isə müddətli əmək müqaviləsi imzalatmaq həm qanuna meydan oxumaq, həm də məntiqsizlikdir.
Sadiq Əiliyev öz əsas və birbaşa vəzifələrini isə unudub – bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsində bərabər imkanların təmin edə bilmir, vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünü yetərincə müdafiə etmir, əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst ifadə etməsinə şərait yaratmır, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinə köməklik göstərən xüsusi tədbirləri görmür, məşğulluq sahəsində fəaliyyəti iqtisadi və sosial siyasətin digər istiqamətləri ilə əlaqələndirə bilmir, dövlətin məşğulluq siyasətinə dəstək verməyə həvəsli olan işəgötürənləri həvəsləndirmir və s.
Ardı var...
GundemXeber.Az
P.S. Aprel döyüşləri və 2-ci Qarabağ müharibəsi iştirakçısı olan şəxsin pozulmuş hüquqlarını bərpa etmək üçün Dövlət Məşğulluq Agentliyinin rəhbər heyətinə işdən qanunsuz və əsassız olaraq çıxarıldığına və işə qəbulla bağlı etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, uzun müddətdir öz həllini tapmaması məyusluq doğurur. Agentlikdə pozulmuş hüquqlarını bərpa edə bilməyən Qazimiz məcburiyyətdən ölkə başçısı cənab İlham Əliyevə müraciət edib.
Həmin müraciəti növbəti günlərdə çoxsaylı oxucularımızın diqqətinə çatdırmağa çalışacağıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əlilliyi təsdiqlənməyən vətəndaş BÜROKRATİYA LABİRİNTİNDƏ... - "Mən nə edim? Çox pisəm..."
Bu gün, 11:19 |
|
|
|
| • Cənubi Qafqazda dəyişiklik və ya qonşunu anlamaq onunla razılaşmaq demək deyil - NƏ BAŞ VERİR?
Bu gün, 11:08 |
|
|
|
| • Azərbaycanda 5 şirkət ləğv olunur
Bu gün, 11:06 |
|
|
|
| • Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb
Bu gün, 11:04 |
|
|
|
| • Avropada mənzillərin ən baha və ən ucuz olduğu şəhərlər açıqlanıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
| • Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
Bu gün, 11:02 |
|
|
|
| • ADSEA Bərgüşadçay su anbarında ikinci mərhələ üzrə tikinti işlərinə 130 milyon xərc planlaşdırıb
Bu gün, 11:00 |
|
|
|
| • Kreml niyə İrəvandan çox Bakıya göz bərəldir?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:57 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib - DETALLAR
Bu gün, 10:53 |
|
|
|
| • Naxçıvanda SU KORRUPSİYASI - NARAZILIQ VAR...
Bu gün, 10:47 |
|
|
|
| • Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
| • Bakıda yayın son konserti keçirilib - FOTO
Bu gün, 10:37 |
|
|
|
| • Erməni lobbisi ABŞ-dan qovulur, bu ölkəyə köçür - GƏLİŞMƏ
Bu gün, 10:29 |
|
|
|
| • Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
Bu gün, 10:13 |
|
|
|
| • Kreml Qafqaz uğrunda savaşı uduzdu? – Bu kəşfiyyat Rusiyanın Ermənistandakı təsirinin sıfıra endiyini açıqladı...
Bu gün, 08:20 |
|
|
|
| • Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj edən şəxslə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 08:18 |
|
|
|
| • Rusiya onların "ovuna" çıxa bilər - Xəbərdarlıq
Bu gün, 08:14 |
|
|
|
| • Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
Bu gün, 08:13 |
|
|
|
| • Maduronun ölkəsi AĞ GÜNƏ ÇIXIR... - AKTUAL
Bu gün, 08:04 |
|
|
|
| • "Onlar məcbur qalıb nəğd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər" - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:58 |
|
|
|
| • Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:53 |
|
|
|
| • Sifarişi ləğv edib, qiyməti qaldırdılar... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:41 |
|
|
|
| • "Açıq şəkildə məhsuldan imtina etdiyimi bildirdim, AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 07:33 |
|
|
|
| • Güclü dövlətin ZƏİF VƏTƏNDAŞI... - AXI NECƏ...
Bu gün, 07:27 |
|
|
|
| • ABŞ İrana qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək - “Reuters”
Bu gün, 07:15 |
|
|
|
| • “Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
Bu gün, 07:07 |
|
|
|
| • İki Azərbaycan vətəndaşından Almaniyada ŞOK CİNAYƏT - Görün, nə ediblər...
Bu gün, 07:02 |
|
|
|
| • “Alkagesta” və Lumen: Şirkət qlobal təhqiqat yazılarını və axtarış izlərini necə “TƏMİZLƏMƏYƏ”çalışır? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
| • Vergi idarəsinin rəisi QOÇULUQ EDİR - TƏFƏRRÜAT
Bu gün, 06:37 |
|
|
|
| • Xəstəxana qarşısında parklanma tələsi - AYNA -nın "nişan oyunu"
Bu gün, 06:32 |
|
|
|
| • Ələkbər Yasamallının ailəsində xeyir iş... - TOY olacaq
Bu gün, 06:27 |
|
|
|
| • Həlledici raund: Paşinyanla Putinin görüşündə nə olacaq? - GƏLİŞMƏ
Bu gün, 06:24 |
|
|
|
| • Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
Bu gün, 06:20 |
|
|
|
| • NATO Arktikanı Rusiyaya qarşı yeni cəbhəyə çevirmək istəyir - Lavrov belə deyir...
Bu gün, 06:17 |
|
|
|
| • Pensiyalar gələn il kəskin artacaq: məbləğ açıqlandı – Böyük MÜJDƏ
Bu gün, 06:14 |
|
|
|
| • ABŞ İrana qarşı blokadanın bərpasından sonra 83 gəminin marşrutunu dəyişib - CENTCOM
Bu gün, 06:12 |
|
|
|
| • AKİ-də korrupsiya yoxlaması: Çoxlu qanun pozuntusu tapılıb - AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
| • Çirklənmiş neftin təmizlənməsi SOCAR-a 161 miloyn manata başa gəlib - TƏFƏRRÜAT
Dünən, 12:55 |
|
|
|
| • Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib - KİV
Dünən, 12:49 |
|
|
|
| • “Neft Daşları”nda dövlətin malına KİM TAMAH SALIR?.. - BU NƏDİ BELƏ?
Dünən, 12:48 |
|
|
|
| • Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 12:26 |
|
|
|
| • "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Dünən, 12:24 |
|
|
|
| • “Qarabağ”dan daha bir transfer - FOTO
Dünən, 12:21 |
|
|
|
| • FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Dünən, 12:19 |
|
|
|
| • Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Dünən, 11:41 |
|
|
|
| • Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Dünən, 11:39 |
|
|
|
| • Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Dünən, 11:37 |
|
|
|
| • Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Dünən, 09:49 |
|
|
|
| • Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Dünən, 09:47 |
|
|
|
| • Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Dünən, 09:45 |
|
|
|
|