Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                     Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi .....                     Nikol Paşinyandan yeni təyinat .....                     Simonyan "rusları qəbul edə bilərik" dedi .....                     Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? .....                     Gəncədə ürək əməliyyatı olunan qadın öldü .....                     Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb .....                     Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi .....                     “Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” .....                     Ermənilərlə... .....                     ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... .....                     Bura təhsil ocağıdır, YOXSA BAZAR? .....                     Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı .....                     Buğda bahalaşdı: .....                     Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb .....                     "Qarabağ"a... .....                     Fransadan növbəti anti-Azərbaycan addım .....                     "20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" .....                     Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb .....                     “Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər .....                     Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB .....                     Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? .....                     Jurnalist TƏBİB şefinə müraciət etdi .....                     Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik .....                     “Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır .....                     Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür .....                     Təhsil haqqını artıran universitetlər: .....                     Ermənistan MN-də “cadugər ovu” .....                     Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi .....                     ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını .....                     Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı .....                     Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə .....                 

"Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur" - GİLEY
Tarix: 25-06-2025, 07:13 | Çap et

Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 20/2a-da yaşayan Qəzənfər Malik oğlu Paşayev Mia.az-a müraciət edib.

O, saytımızda vaxtilə yayımlanan iki şikayətiilə bağlı öz fikirlərini bölüşüb.

Onun növbəti müraciətini olduğu kimi təqdim edirik:

"Hörmətli Redaksiya,

Xatırlayırsınızsa, bir neçə vaxt öncə Xarici işlər nazirliyi barədə şikayətimlə bağlı bir neçə məqalə dərc etmişdiniz.

Qeyd edim ki, proses yekunlaşdı.

Proseslə bağlı yekun fikirlərimi əks etdirən məqalə yazdım. Saytınızda dərc etsəniz çox məmnun olaram.

Gənclər niyə kütləvi şəkildə ölkəni tərk edir?

Bu gün Azərbaycanın ən ağrılı və bir o qədər də cavabsız suallarından biri budur: Niyə bu qədər gənc ölkəni tərk edir? Sadəcə iş və maaş deyil məsələ. Gəncləri ölkədən qovan əsas səbəb ədalətsizlikdir, tanınmamaqdır, dəyər verilməməkdir.

Mən, Qəzənfər Malik oğlu Paşayev, ixtisasca hüquqşünasam. Bu günə qədər İtaliya, Yunanıstan, Malta, Türkiyə kimi müxtəlif ölkələrdə və Azərbaycanda hüquq sahəsində çalışmışam. İngilis və italyan dillərində sərbəst danışıram.

2014-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilimi artırmaq və ölkə üçün daha faydalı kadr olmaq məqsədilə Azərbaycanı müvəqqəti tərk edib dünyanın ən qədim universiteti olan Bologna Universitetində təhsilimi davam etdirdim. Orada italyanca hüquq təhsili aldım. Təhsilimdən sonra bir neçə il İtaliyada və Türkiyədə bir neçə şirkətdə hüquqşünas kimi işlədim. Beynəlxalq təcrübə topladım, amma bütün bu illər ərzində bir arzum vardı — bütün bilik və təcrübəmi bir gün Vətənimdə tətbiq etmək.

Bu səbəbdən Azərbaycana qayıtdım. Hüquqşünas kimi çalışdım, dövlət qurumlarında, məhkəmələrdə təmsilçilik etdim. İtaliya və Azərbaycan hüquq sistemləri arasında müqayisələr aparır, daim təhlillərlə işimi daha da təkmilləşdirirdim.

2020-ci ildə 44 günlük Vətən müharibəsi başladığı zaman vətənpərvərlik hissləri məndə də ən yüksək həddə çatdı. İtaliyada olan bəzi mətbu orqanların və şəhər bələdiyyələrinin Azərbaycan əleyhinə yaydığı yanlış məlumatlara qarşı məktublar yazır, onlara münaqişə ilə bağlı beynəlxalq hüquqa əsaslanan izahlar göndərirdim. Bəzən bu məktublar nəticə də verirdi. Və bu zaman başa düşdüm ki, mən ölkəmi diplomatik sahədə də təmsil edə biləcək qədər hazırlıqlıyam və bu işdən zövq alıram.

Xarici dil biliklərim, beynəlxalq hüquqi təcrübəm, Qarabağ müharibəsinin ağrılarını yaşamış bir ailənin övladı olmağım və içimdəki vətən sevgisi məni bu sahəyə yönləndirmişdi. Mən də bu məqsədlə 2021-ci ildə Xarici İşlər Nazirliyinin elan etdiyi diplomatik xidmətə qəbul imtahanlarında iştirak etdim.

Həmin il ölkə Prezidenti cənab İlham Əliyev yeni təyin olunmuş Xarici İşlər Naziri Ceyhun Bayramovu qəbul edərkən demişdi:

"Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir."

Bu çıxış mənim üçün ilhamverici oldu. Və çox qısa müddət sonra keçirilən imtahanların test, yazılı və şifahi mərhələlərinin hamısını uğurla keçdim. Mənə yazılı və şifahi şəkildə bildirildi ki, uğur qazanan namizədlər siyahısına daxil edilmişəm və yaxın zamanlarda diplomatik vəzifəyə təyin olunacam. Bütün ölkə saytlarında xəbər yayıldı: Xarici İşlər Nazirliyində 69 nəfər diplomatik xidmətə qəbul olunub, onlara uğurlar arzu edirik!

Mən də o siyahıdaydım. Lakin bir müddət sonra uğur qazanmış namizədlərin bəziləri ehtiyat siyahıdan çıxarılaraq vəzifəyə təyin edildi. Mən və digər təxminən 40-a yaxın namizəd isə hələ də ehtiyat siyahıda gözləyirdik. Halbuki mənim nəticələrim bir çox təyin olunmuş şəxslərdən daha yüksək idi.

Buna baxmayaraq, yenə də etiraz etmədim. İnandım ki, sistem gec də olsa, haqqı yerinə qoyacaq.

Bu gözləmə dövründə mənə Yunanıstandan iş təklifi gəldi. Nazirliyə bu barədə məlumat verdim. Mənə dedilər ki, qarşıdakı 5-6 ay ərzində sizi də çağıracağıq. Mən də dil biliklərimi və beynəlxalq təcrübəmi daha da artırmaq üçün Yunanıstana yollandım. Amma 1 il 6 ay ərzində məni və mənim kimi bir neçə yüksək nəticə göstərmiş namizədi çağırmadılar.

Nəhayət, 18 ay sonra Nazirlikdən mənə zəng gəldi. Ümidlə ölkəyə döndüm. Düşündüm ki, nəhayət, əziyyətim bəhrəsini verib. Lakin Nazirliyin Kadrlar İdarəsinin rəisi Raman Məmmədov mənə dedi ki, bütün yüksək göstəricilərimə baxmayaraq, guya barəmdə diplomatik vəzifəyə təyinatıma mane olan hallar aşkar olunub.

Ən absurd məqam isə odur ki, həmin "maneələrin" nədən ibarət olduğunu soruşduqda, belə cavab aldım: “Bu barədə məlumat vermək mənim vəzifəm deyil.”

Mən hüquqşünasam. Hüquqlarımı qorumaq üçün məhkəməyə üz tutdum. Amma birinci instansiya məhkəməsi Nazirlik nümayəndəsinin cəmi iki cümləsi əsasında mənim əleyhimə qərar çıxardı. Apellyasiya məhkəməsində isə bir dəfə dedilər ki, guya bilərəkdən təhrif olunmuş məlumat vermişəm, sonra isə dedilər məxfi sənəd var. O sənəd mənim barəmdədirsə, niyə mənə təqdim edilmir? Halbuki qanunla bu tələb olunur.

Mənim ailəmdə heç kimin məhkumluğu yoxdur, siyasi fəaliyyəti yoxdur. Nazirliyin müsabiqə zamanı təqdim etdiyi rəsmi ekspert rəyi isə göstərir ki, mən diplomatik xidmət üçün lazım olan bütün keyfiyyətlərə malik bir namizədəm.

Bəs necə oldu ki, 1 il 6 ay sonra qəfildən “maneələr” tapıldı? Nə mən, nə də mənim kimi digər yüksək nəticə göstərmiş namizədlər təyin olunmadı, amma azərbaycanca belə sərbəst danışa bilməyən şəxslər diplomatik vəzifəyə gətirildi.

Bu, sadəcə mənim deyil, yüzlərlə gəncin ruhunu sındıran reallıqdır.

Ən sarsıdıcı məqam isə budur: Hüquqşünas olsam da, öz hüquqlarımı müdafiə etmək gücündə ola bilmədim. Qayıtdım ki, ölkəmə xidmət edim, amma qarşıma qapalı qapılar çıxdı.

Və özümə verdiyim sual bu oldu: Qalmaqla, mübarizə aparmaqla nəyə nail olacağam? Cavab: Heç nəyə.

Ona görə də bir neçə ay əvvəl ölkəni tərk etdim. Karyeramı xaricdə davam etdirmək qərarı verdim. Çünki bu sistem daxilində susaraq yaşamaq, bacarıqlarımı boğmaq istəmədim.

Mən tək deyiləm. Mənim kimi yüzlərlə savadlı, vicdanlı, potensiallı gənc bu ölkədən küskün şəkildə gedir. Sadəcə diplomatiya deyil, təhsil, tibb, hüquq, elm — bütün sahələrdə bacarıqlı gənclər itirilməkdədir.

Və əgər bu yanaşma dəyişməzsə, bir neçə il sonra nəticələrini çox acı şəkildə görəcəyik. Əgər viza məhdudiyyətləri olmasa, bəlkə də savadlı bir nəfər belə Azərbaycanda qalmaz.

Bu hekayə təkcə mənim həyat yolum deyil. Bu, bir gəncin yox, bütöv bir nəsilin mübarizəsinin xronikasıdır. Gənclər ölkəni tərk edir, çünki onları bu ölkədə layiq olduqları yerə qoymurlar. Onlar susmur, sadəcə dinlənilmədikləri üçün gedirlər. Gedərkən heç bir körpünü yandırmaq istəmirlər, amma arxalarında onları yandıran sistem qalır.

Əgər biz bu ölkədə savadı yox, tanışı, peşəkarlığı yox, itaəti, vəfası yox, vəsaiti üstün tutmağa davam etsək, qarşıda bizi böyük bir intellektual boşluq gözləyir. O boşluğu heç bir təbliğat, heç bir "uğur hesabatı" doldura bilməyəcək.

Əgər bu gün sistem haqlı olanı tanımırsa, sabah artıq tanımağa namizəd bir nəsil də qalmayacaq.

Bu gün bacarıqlı gənclərin ölkədən getməsinə sadəcə təəssüflənmək yox, çarə axtarmaq lazımdır. Əks halda, sualımız belə olacaq: "Bu ölkədə niyə artıq qalmaq istəmirəm?"

Hörmətlə,

Qəzənfər Malik oğlu Paşayev".

MİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Bu gün, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Bu gün, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Bu gün, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Bu gün, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Bu gün, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Bu gün, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Bu gün, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Bu gün, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Bu gün, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Bu gün, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Bu gün, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Bu gün, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Bu gün, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Bu gün, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Bu gün, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Bu gün, 11:56
Bura təhsil ocağıdır, YOXSA BAZAR? - İLGİNC İDDİALAR
Bu gün, 11:46
Rusiyada həbs edilən avtoritetin sensasion səs yazısı - 5 MİLYON VERMƏLİSƏN!
Bu gün, 11:33
Buğda bahalaşdı: - Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA
Bu gün, 11:18
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
Bu gün, 11:11
"Qarabağ"a... CAN QURBAN!
Bu gün, 11:10
Fransadan növbəti anti-Azərbaycan addım - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:02
"20 il pensiya verib... indi deyir, sağlamsan, sağlamamsa, işlə təmin elə!" - MÜRACİƏT
Bu gün, 10:47
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 10:36
“Yaşıl keçid” üçün karbon vergisi: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər - ARAŞDIRMA
Bu gün, 10:30
Niyazi Bayramov Gəncəyə QƏNİM KƏSİLİB - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:33
Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı - ƏMR
Bu gün, 09:28
Ermənistan Azərbaycandan elektrik enerjisi ala bilərmi? - AÇIQLAMA
Bu gün, 09:19
Jurnalist TƏBİB şefinə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 09:13
Azərbaycanla əlaqələri yeni səviyyəyə qaldıra bilərik – Pezeşkian belə deyir...
Bu gün, 09:07
“Best Energy Group“ MMC-nin tenderləri yoxlanılır - Sahib Süleymanov çətin durumda
Bu gün, 09:05
Kəndlərin boşalmasının qarşısını almaq qeyri-mümkündür - İqtisadçıdan XƏBƏRDARLIQ
Bu gün, 09:03
Təhsil haqqını artıran universitetlər:
Bu gün, 09:01
Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır
Bu gün, 08:58
Dövlət Agentliyi "Diri baba" türbəsinin bərpasını 10 manatlıq mənzil şirkətinə həvalə etdi — 427 minlik tender
Bu gün, 08:55
ABŞ İranla müharibə zamanı geri çağırdığı diplomatlarını Yaxın Şərqə qaytarmağa başlayıb
Bu gün, 08:50
Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
Bu gün, 08:49
Xəzərdə “15 mil” məsələsi Tehranı ayağa qaldırdı: Zəngəzur dəhlizinə təhlükə - NƏ BAŞ VERİR?
Bu gün, 08:46
Rusiya reaktiv mühərrikli dronlarla hücum edir - İqnat
Bu gün, 08:44
Azərbaycanda un bahalaşa bilər – XƏBƏRDARLIQ
Bu gün, 08:42
Bakı metrosunu partladan şəxsi kim azad etdirdi? – Maxaçevin Qarabağ DOSYESİ
Bu gün, 08:40
Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... - Görünəni odur ki...
Bu gün, 08:36
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
Bu gün, 08:34
Oğlu Dilqəm Əsgərovu həbs etdirmək istəyir - TƏFƏRRÜAT
Bu gün, 08:32
"5 iş günü artıq bitdi, nəticə yoxdur" - "Kapital Bank" çiləsi davam edir...
Bu gün, 08:19
FETÖ Azərbaycan futboluna "əl" qoyur! - İTTİHAM VAR...
Bu gün, 08:12
Kremlin hədəfinə çevrilən İrəvan üçün BAKI NƏFƏSLİYİ... - İNCƏLƏMƏ
Bu gün, 07:56
İranda müxalif fikirlilər üçün YENİ CƏZA - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru