“Vurduğumuz qolu hamı gördü, amma hakim yox” .....                     Bakı Ankara ilə Təl-Əviv arasında gərginliyin azaldılması üçün hərəkətə keçdi .....                     Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib .....                     Ukraynaya silah daşıyan təyyarənin yanacağını RUSLAR SATIR .....                     "Məhsulun satıcı tərəfindən vaxtında təhvil verilməməsi mənim məsuliyyətim deyil..." .....                     "İnsafınız olsun... bəlkə bu mənim son pulum idi..." .....                     1 çaynik çay... 2 tikə qənd və... 11 MANAT! .....                     Tramp İrlandiyaya gəlir .....                     Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi: OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya... .....                     AzəriQaz işçiləri vətəndaşa ziyan vursalar da... .....                     "Bizə qarşı o qədər yüksək səviyyədə sevgi və rəğbət var" .....                     Rusiya milyarderləri kapitallarını xilas etməyə tələsirlər .....                     Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a .....                     Sakinlər başçıdan kömək istədilər .....                     Təqaüd yaşını müzakirə etməkdənsə... .....                     Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! .....                     SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ .....                     Qoz-fındıq hökumətin indi yadına düşdü? .....                     Sevgi xəstəlikdir? .....                     Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... .....                     Bunlara bir nəzarət edən olsaydı... .....                     Elektron sistemin nə mənası var? .....                     Abunəçiləri rəsmən ələ salırlar... .....                     Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq .....                     Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... .....                     "Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" .....                     100 min manatdan çox vergi borcu yarandı .....                     Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... .....                     Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub .....                     Bakılı general Ermənistan müxalifətini kurasiya edir .....                     Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? .....                     “Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” .....                     Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor .....                     Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı .....                     Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" .....                     Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: .....                     Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb .....                     “IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” .....                     Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? .....                     Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var .....                 

İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Tarix: 10-08-2026, 12:09 | Çap et

Ermənistanın son dövrlərdə xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər Rusiyanın səbrini getdikcə daha çox sınağa çəkir. İrəvanın Moskva ilə ənənəvi əlaqələrdən uzaqlaşaraq Qərblə siyasi və təhlükəsizlik əməkdaşlığını genişləndirməsi Kreml dairələrində ciddi narahatlıq doğurur. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin son açıqlaması isə bu narahatlığın artıq açıq təhdid və xəbərdarlıq ritorikasına çevrildiyini göstərir. Medvedyev Ermənistanın apardığı siyasətin və Qərbin İrəvandakı fəaliyyətinin ölkəni Gürcüstanın aqibəti ilə üz-üzə qoya biləcəyini bildirib.

Bu açıqlama sadəcə Moskvanın növbəti siyasi bəyanatıdır, yoxsa Kreml Ermənistanın Qərbə inteqrasiya kursuna qarşı daha sərt addımların siqnalını verir?

Gürcüstan nümunəsinin xatırladılması isə xüsusilə diqqətçəkəndir. Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın Cənubi Qafqazdakı əsas xəttə çevrildiyi bir vaxtda Ermənistanın da eyni qarşıdurmanın mərkəzinə çəkilməsi region üçün yeni risklər yarada bilər.

İrəvan Moskva ilə münasibətləri nə qədər sürətlə soyuda və bunun qarşılığında hansı siyasi, iqtisadi və təhlükəsizlik nəticələri ilə üzləşə bilər? Medvedyevin mesajı Ermənistan hakimiyyətinə real xəbərdarlıqdır, yoxsa Moskvanın İrəvan üzərində siyasi təzyiq alətlərindən biridir? Gürcüstan ssenarisinin Ermənistanda təkrarlanması realdırmı?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında Dmitri Medvedyevin Ermənistanla bağlı son açıqlamasına növbəti sərt bəyanat kimi yanaşmadığını qeyd edib:

“Burada söhbət təkcə Ermənistanın Qərblə yaxınlaşmasından getmir. Əslində, Moskva ilə İrəvan arasında illər ərzində formalaşmış geosiyasi modelin dağılmasından gedir. Medvedyevin “Gürcüstan ssenarisi” ifadəsini xatırlatması postsovet məkanında sadəcə coğrafi müqayisə deyil. Rusiyanın siyasi leksikonunda bu, Qərbə inteqrasiya cəhdinin qarşılığında mümkün siyasi, iqtisadi və təhlükəsizlik itkilərinə dair xəbərdarlıqdır. Lakin Ermənistanın Gürcüstanın 2008-ci ildə yaşadığı hadisələri eyni formada təkrarlayacağını söyləmək üçün bu gün kifayət qədər əsas yoxdur. Ölkələrin geosiyasi vəziyyəti, təhlükəsizlik arxitekturası və regional münasibətləri fərqlidir. Ona görə də Medvedyevin sözlərini “Ermənistanda mütləq müharibə olacaq” kimi oxumaq siyasi analiz yox, siyasi spekulyasiya olar. Məncə, Medvedyevin mesajının əsas hədəfi də məhz hərbi əməliyyatın elan edilməsi ilə bağlı deyil. Bu, daha çox İrəvana verilən siyasi siqnaldır ki, “Qərbə doğru getdiyiniz yolun Moskva tərəfindən cavabsız qalacağını düşünməyin”.

Onu da unutmaq olmaz ki, İrəvan həqiqətən də Rusiya ilə əvvəlki münasibətlər sistemindən uzaqlaşır, amma hələ tamamilə yeni təhlükəsizlik sistemi də formalaşdıra bilməyib. Bu fərq çox vacibdir. Ermənistan KTMT-də iştirakını faktiki dondurub, Qərblə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirir, Avropa İttifaqı ilə inteqrasiya perspektivini müzakirə edir. 2026-cı ildə Aİ ilə təhlükəsizlik və müdafiə məsləhətləşmələri davam edib, Ermənistanda Aİ-nin ikinci mülki missiyası da fəaliyyətə başlayıb. Lakin bütün bunlar NATO-nun 5-ci maddəsi kimi kollektiv hərbi müdafiə zəmanəti demək deyil. Yəni Ermənistan köhnə təhlükəsizlik sistemindən çıxmağa çalışır, amma yeni təhlükəsizlik sisteminin içində də deyil. Bu da Ermənistan üçün riskdir. Çünki geosiyasətdə ən təhlükəli vəziyyət bəzən seçim etmək yox, iki sistem arasında qalmaqdır. İrəvanın qarşısında isə indi məhz belə bir mənzərə yaranıb. Bir tərəfdə Rusiya var. Ermənistanın Rusiya ilə iqtisadi, enerji və institusional əlaqələri hələ kifayət qədər güclüdür. Ermənistan Avrasiya İqtisadi Birliyinin və Moskva artıq açıq şəkildə bildirir ki, Avropa İttifaqına inteqrasiya ilə Rusiya liderliyindəki iqtisadi birlikdə üzvlüyün uzunmüddətli perspektivdə bir-biri ilə ziddiyyət təşkil etməsi qaçılmazdır. Digər tərəfdə isə Avropa İttifaqı var. Brüssel Ermənistanın suverenliyini, dayanıqlılığını və islahatlarını dəstəkləyir, təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir. Lakin bu dəstək hələ Ermənistan üçün Rusiyanın verdiyi və ya əvvəllər verdiyi təhlükəsizlik mexanizmlərinin tam alternativi deyil. Rusiya Cənubi Qafqazda təsir imkanlarının tədricən azalmasını görür və Ermənistanın Qərbə inteqrasiyasını bu prosesin mühüm hissəsi kimi qiymətləndirir. Buna görə də Moskvanın reaksiyası getdikcə daha açıq və sərt siyasi ritorikaya çevrilir”.

Siyasi təhlilçi onu da diqqətə çatdırıb ki, Medvedyevin bu açıqlaması ilk siyasi mesaj deyil:

“Son aylarda Rusiya rəhbərliyindən Ermənistanın EAEU ilə Aİ arasında seçim etməli olacağına dair mesajlar bir neçə dəfə səslənib. Moskva artıq Ermənistanın Avropa kursunu yalnız siyasi məsələ kimi deyil, iqtisadi və institusional seçim kimi də təqdim edir. Bu isə İrəvan üçün çox ciddi dilemma yaradır. Çünki Ermənistan Rusiyadan uzaqlaşmaq istəyirsə, bunu yalnız siyasi bəyanatlarla edə bilməz. Bunun üçün enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, investisiya və əmək bazarı üzrə alternativlər yaratmalıdır. Əks halda bir asılılıqdan çıxarkən digər asılılığın içinə düşə bilər. Çünki müstəqil xarici siyasət yalnız “Rusiya ilə yox” demək deyil. Bu baxımdan Ermənistanın hazırkı siyasəti daha çox təhlükəsizlik və xarici siyasət imkanlarını diversifikasiya etmək cəhdidir. Ancaq bu proses nə qədər sürətlə aparılarsa, Moskvanın müqaviməti də bir o qədər sərtləşəcək. Gürcüstan nümunəsi məhz bu amillər üzərindən gündəmə gətirilir. Lakin xatırlamaq lazımdır ki, 2008-ci ildən sonra Gürcüstan Qərbin dəstəyindən tamamilə məhrum olmadı. NATO bu gün də Gürcüstanın ərazi bütövlüyünü və onun xarici siyasət kursunu seçmək hüququnu dəstəklədiyini bildirir. Ona görə Medvedyevin “Gürcüstan ssenarisi” tezisini Moskvanın Gürcüstan hadisələrinə verdiyi siyasi interpretasiya və Ermənistan üçün istifadə etdiyi xəbərdarlıq modeli kimi qəbul etmək daha doğru yanaşma olar. Rusiya Ermənistanı bu kursdan döndərmək üçün hansı addımlar ata bilər? Düşünürəm ki, ilk mərhələdə hərbi alət kimi istifadə olunmayacaq. Daha çox iqtisadi təzyiq, ticarət məhdudiyyətləri, enerji məsələləri, EAEU mexanizmləri, siyasi-diplomatik təzyiq və informasiya müstəvisində qarşıdurmanın gücləndirilməsi daha real ssenarilərdir. Rusiyanın özü üçün də Ermənistanla münasibətlərin tamamilə qopması arzuolunan deyil. Çünki bu halda Moskva Cənubi Qafqazda mühüm strateji mövqelərindən birini itirə bilər. Ona görə hesab edirəm ki, Kremlin əsas məqsədi hazırda Ermənistanı dərhal “cəzalandırmaqdan” daha çox, onun Qərbə doğru hərəkətinin sərhədlərini müəyyənləşdirməkdir və İrəvana mesaj daha çox belədir: “Qərbə yaxınlaşa bilərsiniz, amma Rusiyanın geosiyasi maraqlarını nəzərə almadan bu yolu davam etdirə bilməzsiniz”.

Ermənistan isə artıq tək bir güc mərkəzindən asılı olmaq istəmir. Cənubi Qafqaz üçün təhlükə də məhz bu kəsişmə nöqtəsində yaranır. Çünki Ermənistanın Qərbə yaxınlaşması avtomatik olaraq Rusiya ilə müharibə olmasa da, Moskvanın bu prosesi öz regional təsirinin itirilməsi kimi qəbul etməsi qarşıdurma riskini artırır. Təbii ki, bu, müharibə xəbərdarlığı deyil. Lakin ciddi siyasi xəbərdarlıqdır. Gedən proseslər fonunda sual yaranır ki, Ermənistan öz təhlükəsizliyini və iqtisadi dayanıqlığını bir güc mərkəzindən digərinə bağlamadan, həqiqətən müstəqil və çoxşaxəli dövlət siyasəti qura biləcəkmi? Qura bilməsə, Ermənistan iki güc mərkəzinin rəqabət meydanına çevriləcək. İndiki halda Cənubi Qafqazın belə bir qarşıdurmaya ehtiyacı yoxdur”.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Vurduğumuz qolu hamı gördü, amma hakim yox” - HAQLISAN, AMMA...
Bu gün, 04:44
Bakı Ankara ilə Təl-Əviv arasında gərginliyin azaldılması üçün hərəkətə keçdi - "Ynet"
Bu gün, 04:30
Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib
Bu gün, 04:27
Ukraynaya silah daşıyan təyyarənin yanacağını RUSLAR SATIR - BU DA FAKT...
Bu gün, 04:25
"Məhsulun satıcı tərəfindən vaxtında təhvil verilməməsi mənim məsuliyyətim deyil..." - ETİRAZ VAR!
Bu gün, 04:20
"İnsafınız olsun... bəlkə bu mənim son pulum idi..." - GİLEY
Bu gün, 04:14
1 çaynik çay... 2 tikə qənd və... 11 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 04:01
Tramp İrlandiyaya gəlir - “New York Post”
Bu gün, 03:49
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi: OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya... - AY MAŞALLAH...
Bu gün, 03:44
AzəriQaz işçiləri vətəndaşa ziyan vursalar da... - FOTOFAKT
Bu gün, 03:36
"Bizə qarşı o qədər yüksək səviyyədə sevgi və rəğbət var" - Azər Həsrət
Bu gün, 03:25
Rusiya milyarderləri kapitallarını xilas etməyə tələsirlər - GƏLİŞMƏ
Bu gün, 03:08
Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a - NƏ BAŞ VERİR?
Bu gün, 03:05
Sakinlər başçıdan kömək istədilər - BUNA GÖRƏ...
Dünən, 08:38
Təqaüd yaşını müzakirə etməkdənsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:30
Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! - ETİRAZ VAR!
Dünən, 07:42
SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ - RƏSMİ SUSQUNLUQ nə deməkdir?
Dünən, 07:37
Qoz-fındıq hökumətin indi yadına düşdü? - tanınmış hüquq müdafiəçisindən İRONİYA
Dünən, 07:25
Sevgi xəstəlikdir? - Nura Suri
Dünən, 07:19
Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... - CƏZA KƏSİLDİ
Dünən, 07:16
Bunlara bir nəzarət edən olsaydı... - BU NƏDİ BELƏ?
Dünən, 07:12
Elektron sistemin nə mənası var? - GİLEY
Dünən, 07:05
Abunəçiləri rəsmən ələ salırlar... - AXI NİYƏ?..
Dünən, 06:56
Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq - Rusiya XİN
22-08-2026, 18:11
Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... - ANIM
22-08-2026, 18:10
"Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" - Xalq artisti
22-08-2026, 17:56
100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu
22-08-2026, 17:50
Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... – Deputatdan AÇIQLAMA
22-08-2026, 17:46
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
22-08-2026, 17:40
Bakılı general Ermənistan müxalifətini kurasiya edir - Ermənistan KİV
22-08-2026, 17:31
Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? - AKTUAL
22-08-2026, 17:22
“Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” - ONA GÖRƏ DƏ...
22-08-2026, 17:20
Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor - İNCƏLƏMƏ
22-08-2026, 17:18
Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı - FOTO
22-08-2026, 17:13
Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU
22-08-2026, 17:06
Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: - Ermənistan Rusiyadan Qərbə "Belarusun çiynində" qaçır
22-08-2026, 17:02
Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov
22-08-2026, 16:55
“IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” - Tevanyan
22-08-2026, 15:32
Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? - TƏFƏRRÜAT
22-08-2026, 15:30
Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var
22-08-2026, 15:28
Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik – SİFARİŞ
22-08-2026, 15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
22-08-2026, 13:45
“Anklavları Bakıya verməmək müharibə deməkdir” - Ekspert
22-08-2026, 13:37
Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq
22-08-2026, 13:33
Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
22-08-2026, 13:27
Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: - "Elə bilirəm öz balamdır"
22-08-2026, 12:59
"Yol dağılıb, birgünlük ərzaq var" - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı
22-08-2026, 12:57
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
22-08-2026, 12:53
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
22-08-2026, 12:52
“Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” - Səməd Səmədovun xanımından Rozaya
22-08-2026, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru