1 çaynik çay... 2 tikə qənd və... 11 MANAT! .....                     Tramp İrlandiyaya gəlir .....                     Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi: OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya... .....                     AzəriQaz işçiləri vətəndaşa ziyan vursalar da... .....                     "Bizə qarşı o qədər yüksək səviyyədə sevgi və rəğbət var" .....                     Rusiya milyarderləri kapitallarını xilas etməyə tələsirlər .....                     Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a .....                     Sakinlər başçıdan kömək istədilər .....                     Təqaüd yaşını müzakirə etməkdənsə... .....                     Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! .....                     SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ .....                     Qoz-fındıq hökumətin indi yadına düşdü? .....                     Sevgi xəstəlikdir? .....                     Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... .....                     Bunlara bir nəzarət edən olsaydı... .....                     Elektron sistemin nə mənası var? .....                     Abunəçiləri rəsmən ələ salırlar... .....                     Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq .....                     Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... .....                     "Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" .....                     100 min manatdan çox vergi borcu yarandı .....                     Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... .....                     Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub .....                     Bakılı general Ermənistan müxalifətini kurasiya edir .....                     Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? .....                     “Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” .....                     Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor .....                     Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı .....                     Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" .....                     Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: .....                     Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb .....                     “IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” .....                     Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? .....                     Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var .....                     Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik .....                     Generalın adı “Aqro Park” qalmaqalında .....                     “Anklavları Bakıya verməmək müharibə deməkdir” .....                     Naxçıvanla bağlı Bakıdan verilən qərar .....                     Azərbaycan neftinin qiyməti 97 dolları ötdü .....                     Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: .....                 

Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 03:05 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hökumətin 2026–2031-ci illər üçün yeni proqramında “Qarabağ hərəkatı” məntiqi yoxdur. O, bunu Nazirlər Kabinetinin iclasında hökumətin proqramını təqdim edərkən deyib.

Paşinyanın sözlərinə görə, demək olar, Ermənistanın orta və yaşlı nəslinə mənsub bütün siyasi xadimlər, eləcə də gənc nəslin bir çox nümayəndələri, o cümlədən hakimiyyət təmsilçiləri “Qarabağ hərəkatı” ideologiyası ilə bağlı olublar.

O qeyd edib ki, son illərdə hökumət uzun müddət qapalı qalan tarixi səhifələrə yenidən nəzər salmağa çalışır. Baş nazirin sözlərinə görə, bu, sülhə və “real Ermənistan” konsepsiyasına əsaslanan yeni gündəliyin formalaşmasına gətirib çıxarıb.

Paşinyan vurğulayıb ki, bu istiqamətdə Ermənistan cəmiyyətindən də müvafiq tələb gəlib.

Onun sözlərinə görə, sülh gündəliyi şəraitində hökumət böhran idarəçiliyindən adi idarəetməyə keçmək, insan hüquqlarının müdafiəsinə, iqtisadi diplomatiyaya, süni intellektin inkişafına və səhiyyəyə daha çox diqqət yetirmək niyyətindədir.

Dəyişikliklər çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Xarici Ticarət Nazirliyi olaraq dəyişdirilməsi planlaşdırılır.

Proqramın yekun hissəsində bildirilir ki, dövlət ideologiyasında baş verən dəyişikliklərin miqyası nəzərə alınmaqla, Ermənistan Üçüncü Respublikadan Dördüncü Respublikaya keçə bilər.

Məqsəd yaxşıdır və Azərbaycan bunları yalnız alqışlaya bilər. Lakin görəsən, Paşinyan ölkə parlamentində Moskvayönümlü müxalifətin olduğu bir şəraitdə buna nail ola biləcəkmi? Yeri gəlmişkən, Ermənistanda populyar medianın yarısından çoxu hələ də bu insanların əlindədir və onlar ictimai rəyə də təsir göstərirlər. Ermənistanın keçmiş təfəkkürünün dəyişməsi üçün Paşinyan və onun həmfikirləri nə etməlidirlər?

Pressklub.az-ın suallarını müstəqil analitik Rəşad Rzaquliyev cavablandırıb.

Onun fikrincə, bir həqiqəti unutmamalıyıq: erməni dövlət xadimlərinin ictimai bəyanatlarına qətiyyən inanmaq olmaz. “Sözlərə deyil, Ermənistan hakimiyyətinin real addımlarına diqqət yetirmək lazımdır.

Məsələ Ermənistanın 1988-ci ildən formalaşan ərazi iddialarına əsaslanan dövlət ideologiyasından birdəfəlik imtina etdiyini yüksək səslə bəyan etməsində deyil. Əsas məsələ Paşinyan hökumətinin bu etirafı cəmiyyətdə yeni və davamlı milli kimliyin formalaşmasına çevirə bilib-bilməyəcəyidir. Yoxsa bu, sadəcə bir seçki dövrü üçün nəzərdə tutulan siyasi gediş olaraq qalacaq.

Əslində, Nikol Paşinyan qarşıdan gələn Avrasiya geosiyasi qarşıdurmaları ərəfəsində indiki Ermənistanı ölkəsi üçün daha təhlükəsiz və əlverişli istiqamətə yönəltməyə çalışır. Lakin onun öz ölkəsində hakimiyyəti qoruyub saxlaya biləcəyi, yoxsa bilməyəcəyi hələ də açıq sualdır.

İdeoloji və təşkilati baxımdan “Qarabağ” hərəkatından çıxmış Rusiyayönümlü müxalifət Ermənistanda hələ də güclüdür. Onlar təkcə parlament tribunalarına deyil, həm də ictimai rəyin formalaşmasına təsir edən media resurslarına, ciddi maliyyə imkanlarına və keçmiş metropoliyanın – Kremlin idarəetmə mərkəzi ilə əlaqələrə malikdirlər. Erməni dünya diasporu – “spürk” də “tarixi vətənini” öz maraqlarına uyğun istiqamətləndirmək uğrunda mübarizəsini davam etdirir”, – ekspert bildirib.

Onun fikrincə, Ermənistanda hakimiyyət uğrunda mübarizə, böyük ehtimalla, “qeyri-ənənəvi” üsullarla daha da sərtləşəcək, cəmiyyətdəki parçalanma isə sürətlə dərinləşəcək.

İndi isə erməni cəmiyyəti haqqında qısaca bir neçə söz… Birincisi, XX əsrdə və XXI əsrin əvvəllərində bir neçə nəsil erməninin kimliyinin formalaşmasına əsas verən əsas erməni mifini dəyişmək bir seçki dövrünün deyil, ən yaxşı halda, bir neçə onilliyin işidir. Hakimiyyətin demokratik yolla dəyişdirilməsi prosesi hətta tam sakit və problemsiz şəraitdə belə parlamentdəki siyasi qüvvələrin nisbətindən asılı olacaq. Bunun da öz nəticələri var.

İkincisi, Paşinyan və onun komandası “real Ermənistan” konsepsiyasını irəli sürsələr də, qonşularla sülhün real faydalarını öz xalqına hələ göstərə bilməyiblər. Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinin imzalanması, sərhədlərin və nəqliyyat yollarının açılması, ticarət dövriyyəsinin artması və digər imkanlar Ermənistanda hələlik konkret nəticələrə çevrilməyib, yalnız yüksək səslənən media şüarları səviyyəsində qalır. Erməni “Qarabağ hərəkatı” ideologiyası yalnız Paşinyanın yeni siyasi kursunun hər bir sıravi seçici üçün iqtisadi baxımdan real fayda verdiyi zaman məğlub edilə bilər.

Üçüncüsü, yeni ideologiyanı opponentlərə qarşı inzibati təzyiq və sərt tədbirlər yolu ilə qəbul etdirmək cəhdi Ermənistanda 2018-ci ildən formalaşan parlament siyasi sistemi və siyasi mədəniyyətlə ziddiyyət təşkil edir. Bu isə gözlənilməz sosial gərginliklərə və ciddi qarşıdurmalara yol aça bilər.

Bütün bunlar xüsusi nikbinlik üçün əsas vermir. Ermənistanda gedən prosesləri diqqətlə və ayıq-sayıq izləmək lazımdır”, – Rzaquliyev yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1 çaynik çay... 2 tikə qənd və... 11 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 04:01
Tramp İrlandiyaya gəlir - “New York Post”
Bu gün, 03:49
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi: OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya... - AY MAŞALLAH...
Bu gün, 03:44
AzəriQaz işçiləri vətəndaşa ziyan vursalar da... - FOTOFAKT
Bu gün, 03:36
"Bizə qarşı o qədər yüksək səviyyədə sevgi və rəğbət var" - Azər Həsrət
Bu gün, 03:25
Rusiya milyarderləri kapitallarını xilas etməyə tələsirlər - GƏLİŞMƏ
Bu gün, 03:08
Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a - NƏ BAŞ VERİR?
Bu gün, 03:05
Sakinlər başçıdan kömək istədilər - BUNA GÖRƏ...
Dünən, 08:38
Təqaüd yaşını müzakirə etməkdənsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:30
Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! - ETİRAZ VAR!
Dünən, 07:42
SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ - RƏSMİ SUSQUNLUQ nə deməkdir?
Dünən, 07:37
Qoz-fındıq hökumətin indi yadına düşdü? - tanınmış hüquq müdafiəçisindən İRONİYA
Dünən, 07:25
Sevgi xəstəlikdir? - Nura Suri
Dünən, 07:19
Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... - CƏZA KƏSİLDİ
Dünən, 07:16
Bunlara bir nəzarət edən olsaydı... - BU NƏDİ BELƏ?
Dünən, 07:12
Elektron sistemin nə mənası var? - GİLEY
Dünən, 07:05
Abunəçiləri rəsmən ələ salırlar... - AXI NİYƏ?..
Dünən, 06:56
Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq - Rusiya XİN
22-08-2026, 18:11
Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... - ANIM
22-08-2026, 18:10
"Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" - Xalq artisti
22-08-2026, 17:56
100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu
22-08-2026, 17:50
Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... – Deputatdan AÇIQLAMA
22-08-2026, 17:46
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
22-08-2026, 17:40
Bakılı general Ermənistan müxalifətini kurasiya edir - Ermənistan KİV
22-08-2026, 17:31
Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? - AKTUAL
22-08-2026, 17:22
“Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” - ONA GÖRƏ DƏ...
22-08-2026, 17:20
Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor - İNCƏLƏMƏ
22-08-2026, 17:18
Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı - FOTO
22-08-2026, 17:13
Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU
22-08-2026, 17:06
Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: - Ermənistan Rusiyadan Qərbə "Belarusun çiynində" qaçır
22-08-2026, 17:02
Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov
22-08-2026, 16:55
“IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” - Tevanyan
22-08-2026, 15:32
Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? - TƏFƏRRÜAT
22-08-2026, 15:30
Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var
22-08-2026, 15:28
Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik – SİFARİŞ
22-08-2026, 15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
22-08-2026, 13:45
“Anklavları Bakıya verməmək müharibə deməkdir” - Ekspert
22-08-2026, 13:37
Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq
22-08-2026, 13:33
Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
22-08-2026, 13:27
Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: - "Elə bilirəm öz balamdır"
22-08-2026, 12:59
"Yol dağılıb, birgünlük ərzaq var" - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı
22-08-2026, 12:57
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
22-08-2026, 12:53
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
22-08-2026, 12:52
“Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” - Səməd Səmədovun xanımından Rozaya
22-08-2026, 12:50
Qarajda meyiti aşkarlanan Qiyas futbolçu imiş - TƏFƏRRÜAT
22-08-2026, 12:46
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
22-08-2026, 12:27
Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
22-08-2026, 12:14
Vardanyanın arvadı Bakıya gələ biləcəkmi? - AKTUAL
22-08-2026, 12:03
Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır
22-08-2026, 11:58
İrəvanda Rusiya skandalı - Paşinyan “xain”ə qəzəbləndi, 5 gün əvvəl…
22-08-2026, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru