Tramp İrlandiyaya gəlir .....                     Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi: OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya... .....                     AzəriQaz işçiləri vətəndaşa ziyan vursalar da... .....                     "Bizə qarşı o qədər yüksək səviyyədə sevgi və rəğbət var" .....                     Rusiya milyarderləri kapitallarını xilas etməyə tələsirlər .....                     Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a .....                     Sakinlər başçıdan kömək istədilər .....                     Təqaüd yaşını müzakirə etməkdənsə... .....                     Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! .....                     SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ .....                     Qoz-fındıq hökumətin indi yadına düşdü? .....                     Sevgi xəstəlikdir? .....                     Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... .....                     Bunlara bir nəzarət edən olsaydı... .....                     Elektron sistemin nə mənası var? .....                     Abunəçiləri rəsmən ələ salırlar... .....                     Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq .....                     Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... .....                     "Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" .....                     100 min manatdan çox vergi borcu yarandı .....                     Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... .....                     Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub .....                     Bakılı general Ermənistan müxalifətini kurasiya edir .....                     Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? .....                     “Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” .....                     Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor .....                     Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı .....                     Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" .....                     Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: .....                     Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb .....                     “IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” .....                     Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? .....                     Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var .....                     Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik .....                     Generalın adı “Aqro Park” qalmaqalında .....                     “Anklavları Bakıya verməmək müharibə deməkdir” .....                     Naxçıvanla bağlı Bakıdan verilən qərar .....                     Azərbaycan neftinin qiyməti 97 dolları ötdü .....                     Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: .....                     "Yol dağılıb, birgünlük ərzaq var" .....                 

Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: - Ermənistan Rusiyadan Qərbə "Belarusun çiynində" qaçır
Tarix: 22-08-2026, 17:02 | Çap et

Ermənistanın Rusiya və Kremlin patronajlığı altında olan tərəfdaşlıq strukturları ilə münasibətlərində yaranmış gərginlik artıq yalnız siyasi qarşıdurma mərhələsindən kənara çıxmağa başlayıb. Belə ki, rəsmi İrəvanın xarici siyasət kursunda daha dərin dəyişikliklərin baş verdiyi artıq inkaredilməz reallıqdır. Baş nazir Nikol Paşinyanın son açıqlamaları onu göstərir ki, Ermənistanın Avropa Birliyinə yaxınlaşması həm ölkədaxili siyasi qərarların, həm də Rusiyanin əsas müttəfiqlərindən gələn təhdid mesajlarının təsiri altında daha da sürətlənib.

Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın Qərbə yönəlməsini şərh edərkən, Avrasiya İqtisadi İttifaqındakı bəzi tərəfdaşların qərəzli açıqlamalarının bu prosesə ciddi təkan verdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın “heç kimə lazım olmadığı” və “heç yerdə gözlənilmədiyi” barədə verilən mesajlar İrəvanda mənfi deyil, əksinə, müsbət qarşılanıb. Və Paşinyan hakimiyyəti alternativ istiqamətlər üzrə daha fəal çalışmağa başlayıb.

Onu da qeyd etmək lazımdır ki, erməni baş nazirin dedikləri ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenkonun vaxtilə Ermənistanın geopolitik və iqtisadi perspektivləri ilə bağlı səsləndirdiyi “Ermənistan kimə lazımdır ki...” məzmunlu fikirləri yenidən gündəmə gətirib. Baş nazir Nikol Paşinyanın bu eyhamı ondan xəbər verir ki, rəsmi İrəvan Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ritorikasını Rusiyanın patronajlığı altında olan siyasi-iqtisadi məkan üçün Ermənistanın əvvəlki qədər vacib olmadığına dair mesaj kimi qəbul edib.

Yəni, baş nazir Nikol Paşinyan Rusiya və onun müttəfiqlərinin Ermənistana münasibətdə sərt mövqeyinin rəsmi İrəvanda əks reaksiya doğurduğuna eyham vurur. Paşinyan hakimiyyəti Qərbə inteqrasiya prosesini yalnız geopolitik seçim kimi deyil, həm də Ermənistan üçün yeni iqtisadi və təhlükəsizlik alternativləri yaratmaq cəhdi kimi təqdim edir. Və bu prosesin ən önəmli istiqamətlərindən biri isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə gərgin münasibətləridir.

Maraqlıdır ki, Ermənistan bu təşkilatın fəaliyyətində iştirakını faktiki olaraq, dondursa da, hüquqi baxımdan, hələ də KTMT üzvü olaraq qalır. Təşkilatın baş katibi Taalatbek Masadıkovun rəsmi İrəvanın gələcək iştirakına dair məsələyə “ağlabatan müddətdə” aydınlıq gətirilməsinin vacibliyini bildirib. Və bu, məhz mövcud qeyri-müəyyənliyin artıq təşkilat üçün də ciddi problemə çevrildiyini göstərir.

Digər tərəfdən, rəsmi İrəvanın KTMT-dən faktiki olaraq, uzaqlaşması ilə Avropa Birliyi və ABŞ-la əməkdaşlığın genişləndirilməsi eyni prosesin müxtəlif istiqamətləri kimi görünür. Belə ki, Ermənistan bir tərəfdən, Rusiya ilə bağlı ənənəvi təhlükəsizlik mexanizmlərindən məsafə saxlayır. Və digər tərəfdən isə Qərb strukturları ilə iqtisadi, enerji və nəqliyyat əlaqələrini gücləndirməyə çalışır.

Təbii ki, Ermənistan və ABŞ arasında müzakirə olunan TRIPP layihəsi də rəsmi İrəvanın bu strategiyasının önəmli faktorlarından biri hesab olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri Ari Laytstoun ilə görüşündə layihənin həyata keçirilməsi, regional bağlantıların inkişafı, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi kimi önəmli məsələlər müzakirə edilib. Və bu, Ermənistanın beynəlxalq nəqliyyat infrastrukturlarına inteqrasiya məsələləri ilə bağlı rəsmi İrəvanın yeni geoiqtisadi xəttinin əsas konturlarını ortaya qoyur.

Belə ki, TRIPP layihəsinin Ermənistan üçün əhəmiyyəti yalnız nəqliyyat imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. Bu təşəbbüs reallaşacağı təqdirdə, Ermənistanın regiondakı nəqliyyat-kommunikasiya sistemlərinə daha sıx bağlanmasına və Qərb tərəfindən dəstəklənən yeni logistika arxitekturasında rolunun artmasına münbit şərait yarada bilər. Və bu isə ölkənin Rusiya mərkəzli nəqliyyat və iqtisadi sistemindən asılılığının azaldılması baxımından, rəsmi İrəvan üçün strateji əhəmiyyət daşıyır.

Üstəlik, bu məsələdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də xüsusi əhəmiyyət daşıyır. Ona görə də, ABŞ-Ermənistan müzakirələrində sülh gündəliyinin və regional bağlantıların paralel şəkildə nəzərdən keçirilməsi qətiyyən təsadüfi deyil. Çünki Cənubi Qafqazda davamlı sülh və açıq kommunikasiyalar yaranmadan Ermənistanın Qərblə genişmiqyaslı iqtisadi və nəqliyyat inteqrasiyası tam potensialını reallaşdıra bilməz.

Bütün bunlar onu göstərir ki, rəsmi İrəvanın xarici siyasət kursunda baş verən dəyişiklik yalnız “Rusiya və Qərb arasında seçim” məsələsi deyil. Yəni, rəsmi İrəvan buna paralel olaraq, Ermənistanın yeni iqtisadi, nəqliyyat və təhlükəsizlik dayaqlarını formalaşdırmağa çalışır. Ancaq bu xarici siyasət kursunun əsas problemi ondan ibarətdir ki, rəsmi İrəvanın Rusiya ilə mövcud əlaqələrini sürətlə zəiflətməsi Kremlin siyasi-iqtisadi reaksiyasını da sərtləşdirir.

Digər tərəfdən, Avropa Birliyi və ABŞ-la yaxınlaşma Ermənistan üçün yeni imkanlar açmaqla yanaşı, olduqca ciddi təhlükəsizlik riskləri də yaradır. Belə ki, rəsmi İrəvanın Qərbə inteqrasiyası nə qədər sürətlənirsə, Rusiya ilə münasibətlərdə strateji qarşıdurma ehtimalı da bir o qədər artır. Ona görə də, indi Paşinyan hakimiyyətinin qarşısında duran əsas məsələ yalnız yeni tərəfdaşlar tapmaq deyil. Çünki hazırda köhnə tərəfdaşlarla münasibətlərin kəskin şəkildə pozulmasının mümkün nəticələrini də idarə etmək lazımdır.

Bu baxımdan, baş nazir Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə verdiyi məna isə bu prosesin psixoloji və siyasi tərəfini xüsusilə qabardır. Görünür, rəsmi İrəvan Rusiyanın müttəfiqlərindən gələn “Ermənistan bizə lazım deyil” məzmunlu mesajları artıq yalnız təzyiq kimi qəbul etmir. Yəni, Paşinyan hakimiyyəti bundan Ermənistan üçün alternativ geopolitik istiqamətləri sürətləndirmək üçün bəhanə-arqument kimi də istifadə etməyə çalışır.

Göründüyü kimi, Cənubi Qafqazda artıq tamamilə yeni geopolitik reallıqlar formalaşır. Ermənistan bir tərəfdən KTMT-dən uzaqlaşır, digər tərəfdən isə ABŞ və Avropa Birliyi ilə iqtisadi və nəqliyyat əlaqələrini dərinləşdirir. Buna paralel olaraq, Azərbaycanla sülh və regional kommunikasiyaların açılması ilə bağlı məsələləri də daha ön plana çıxarır. Və bu proses uğurla davam edərsə, Ermənistanın xarici siyasət kursunda son onilliklərin ən ciddi geopolitik transformasiyası baş verə bilər.

Ancaq onu da nəzərə almaq lazımdır ki, bu "geopolitik dönüş"ün son nəticəsi hələ tam müəyyənləşməyib. Belə ki, rəsmi İrəvanın qarşısında indi ikiqat sınaq mərhələsi dayanır. Yəni, rəsmi İrəvan Qərblə yaxınlaşmadan əldə ediləcək iqtisadi və siyasi dividendləri maksimum həddə çatdırmaq barədə düşünməyə məcburdur. Eyni zamanda, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərin tam qarşıdurmaya çevrilməsinin qarşısını almağın yolunu da tapmalıdır. Və bu baxımdan, Ermənistanın növbəti addımları məhz belə bir balansın hansı səviyyədə qoruna biləcəyini göstərəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İrlandiyaya gəlir - “New York Post”
Bu gün, 03:49
Ceyhun Bayramovun ailəsinin biznes xəritəsi: OMNİ-dən SABAH-s, LANDAU-dan Şuşaya... - AY MAŞALLAH...
Bu gün, 03:44
AzəriQaz işçiləri vətəndaşa ziyan vursalar da... - FOTOFAKT
Bu gün, 03:36
"Bizə qarşı o qədər yüksək səviyyədə sevgi və rəğbət var" - Azər Həsrət
Bu gün, 03:25
Rusiya milyarderləri kapitallarını xilas etməyə tələsirlər - GƏLİŞMƏ
Bu gün, 03:08
Paşinyanın Ermənistanı dəyişmək planı: “Qarabağ” ideologiyasından “real Ermənistan”a - NƏ BAŞ VERİR?
Bu gün, 03:05
Sakinlər başçıdan kömək istədilər - BUNA GÖRƏ...
Dünən, 08:38
Təqaüd yaşını müzakirə etməkdənsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:30
Naxçıvanda şəhid ailələrinə qayğı... YENƏ ARXA PLANDA! - ETİRAZ VAR!
Dünən, 07:42
SOCAR-da fəhlənin MÜƏMMALI ÖLÜMÜ - RƏSMİ SUSQUNLUQ nə deməkdir?
Dünən, 07:37
Qoz-fındıq hökumətin indi yadına düşdü? - tanınmış hüquq müdafiəçisindən İRONİYA
Dünən, 07:25
Sevgi xəstəlikdir? - Nura Suri
Dünən, 07:19
Rusiyada savaşa qarşı çıxan tək siyasi partiya... - CƏZA KƏSİLDİ
Dünən, 07:16
Bunlara bir nəzarət edən olsaydı... - BU NƏDİ BELƏ?
Dünən, 07:12
Elektron sistemin nə mənası var? - GİLEY
Dünən, 07:05
Abunəçiləri rəsmən ələ salırlar... - AXI NİYƏ?..
Dünən, 06:56
Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq - Rusiya XİN
22-08-2026, 18:11
Düşmənlə mübarizədə onun qələmi çox iş görmüşdü... - ANIM
22-08-2026, 18:10
"Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm" - Xalq artisti
22-08-2026, 17:56
100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu
22-08-2026, 17:50
Rusiyada yaşayan azərbaycanlılar Ukrayna müharibəsinə məcbur edilərsə... – Deputatdan AÇIQLAMA
22-08-2026, 17:46
Dənizdə boğulduğu deyilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
22-08-2026, 17:40
Bakılı general Ermənistan müxalifətini kurasiya edir - Ermənistan KİV
22-08-2026, 17:31
Yerli, yoxsa xaricdən gətirilən əti alırıq? - AKTUAL
22-08-2026, 17:22
“Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür” - ONA GÖRƏ DƏ...
22-08-2026, 17:20
Ermənistan və Ukrayna: Cənubi Qafqazın dəyişən memarlığında yeni vektor - İNCƏLƏMƏ
22-08-2026, 17:18
Ötən il təyin olunmuşdu, bir il sonra işdən çıxarıldı - FOTO
22-08-2026, 17:13
Heç bir vətəndaşlığı olmayan "qanuni oğru" HƏBS OLUNDU
22-08-2026, 17:06
Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir: - Ermənistan Rusiyadan Qərbə "Belarusun çiynində" qaçır
22-08-2026, 17:02
Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov
22-08-2026, 16:55
“IV Ermənistan Respublikası=Qərbi Azərbaycan” - Tevanyan
22-08-2026, 15:32
Ermənistan sülhə yox, müharibəyə hazırlaşır? - TƏFƏRRÜAT
22-08-2026, 15:30
Azərbaycanda bu şirkətin 7 milyon manat vergi borcu var
22-08-2026, 15:28
Dövlət qurumundan “Azərmaş Park”a 750 minlik – SİFARİŞ
22-08-2026, 15:21
Generalın adı “Aqro Park” qalmaqalında - Təsərrüfatların suyu kəsilib
22-08-2026, 13:45
“Anklavları Bakıya verməmək müharibə deməkdir” - Ekspert
22-08-2026, 13:37
Naxçıvanla bağlı Bakıdan verilən qərar – Mühüm dəyişikliklər olacaq
22-08-2026, 13:33
Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
22-08-2026, 13:27
Şahnaz Haşımova Aybəniz Haşımovadan danışdı: - "Elə bilirəm öz balamdır"
22-08-2026, 12:59
"Yol dağılıb, birgünlük ərzaq var" - Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı
22-08-2026, 12:57
“Teatrda fəhləlik də etmişəm, sürücü də olmuşam, amma təqaüd veriləndə biz yaddan çıxdıq” - GİLEY
22-08-2026, 12:53
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
22-08-2026, 12:52
“Gözü götürmür, imkanları olsaydı ayağından elə dartardılar ki...” - Səməd Səmədovun xanımından Rozaya
22-08-2026, 12:50
Qarajda meyiti aşkarlanan Qiyas futbolçu imiş - TƏFƏRRÜAT
22-08-2026, 12:46
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
22-08-2026, 12:27
Qağaməli Seyfullayev idarəsində 44 milyonluq YEYİNTİ ŞÜBHƏSİ... - İDDİA
22-08-2026, 12:14
Vardanyanın arvadı Bakıya gələ biləcəkmi? - AKTUAL
22-08-2026, 12:03
Zəngəzur dəhlizinə məsul şəxs məzuniyyətə çıxır
22-08-2026, 11:58
İrəvanda Rusiya skandalı - Paşinyan “xain”ə qəzəbləndi, 5 gün əvvəl…
22-08-2026, 11:55
Kanadada yaşayan azərbaycanlı loteriyada 1 milyon uddu - FOTO
22-08-2026, 11:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru