Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi dezinfeksiya və deratizasiya işlərinin görülməsi məqsədilə keçirdiyi tenderə yekun vurub.
32gun.az-ın məlumatına görə, 19 110.24 AZN dəyərində olan satınalma müqaviləsi "San Prof" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə imzalanıb.
Bakı şəhəri, Binəqədi rayonu, Heydər Hüseynov küçəsi, ev 11 A, mənzil 21 ünvanında qeydiyyatda olan və nizamnamə kapitalı 50 AZN təşkil edən şirkətin dövlət büdcəsinə 66 522.69 AZN vergi borcu olduğu halda bu tenderi qazanması diqqət çəkir.Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı vəzifəsi hazırda boşdur və bu səlahiyyətləri müvəqqəti olaraq başçının birinci müavini Emil Abbasov icra edir; aparatın Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri isə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni təyin olunmuş Emin Talıbovdur.
















