Deputatın fikrinə sözardı: .....                     "Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib .....                     “Qardaşımla birgə 16 milyon vermişik” .....                     Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: .....                     Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib .....                     Rektor Afət Seyidzadəyə vəzifə verdi .....                     "İnsanların həyatına qənim kəsilmisiniz?" .....                     Anar Bayramov ona etimad göstərdi .....                     İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib .....                     Deputat sahibkarların problemindən danışdı .....                     Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir .....                     “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı .....                     Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi .....                     “Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi .....                     Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı .....                     Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava .....                     Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... .....                     Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi .....                     Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi .....                     Simonyana “torba”nı onlar tikibmiş .....                     Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu .....                     Balakəndə qəbiristanlığı sel basdı: .....                     "Rabitəbank"da yeni təyinatlar .....                     "Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." .....                     Təhsil TV-yə yeni direktor təyin edildi .....                     Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... .....                     "Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb .....                     Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? .....                     Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır .....                     “Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” .....                     Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? .....                     Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? .....                     "Bakını sürücülərin başına dar etməyin!" .....                     “Arzum”la Etibar Məmmədovu nə birləşdirir? .....                     ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, .....                     Ağcabədi sakininə saxta attestat verilib .....                     Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu .....                     Sülh sazişi gələn ilə qaldı? .....                     "Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" .....                     Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar .....                 

50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: Dünən, 10:49 | Çap et

Son illər Azərbaycanda müxtəlif sahələrdə yeni cərimələrin tətbiq olunduğu kimi xəbərlərlə rastaşırıq. Yol hərəkəti qaydalarından tutmuş ekoloji tələblərə, sahibkarlıq fəaliyyətindən vergi pozuntularına qədər demək olar ki, hər sahədə inzibati məsuliyyət sərtləşdirilir, hər gün minlərlə vətəndaş müxtəlif inzibati xətalara görə cərimələnir.

"DİA-AZ"  Azpolitika.info-ya istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr fiziki, vəzifəli və hüquqi şəxslər üçün fərqli həddə müəyyən edilir. Qanunvericilikdə həm minimum, həm də maksimum cərimə məbləğləri ayrıca tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 25.2.1 və 25.3-cü maddələrinə əsasən inzibati cərimələr şərti maliyyə vahidi (ŞMV) əsasında hesablanır. 1 ŞMV-nin məbləği 4 manat müəyyən olunub. Bu baxımdan fiziki şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan ən aşağı inzibati cərimə 3 ŞMV, yəni 12 manatdır.
Bununla belə, bəzi inzibati xətalar üçün cərimə məbləği ayrıca sabit rəqəmlə müəyyən edilir. Məsələn, sürət həddinin 10–20 km/saat aşılmasına görə tətbiq olunan cərimə 10 manatdır. Bu da onu göstərir ki, praktikada tətbiq edilən ən aşağı cərimələrdən biri məhz bu məbləğdir.
İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə görə maksimum cərimələr aşağıdakı kimidir:
- fiziki şəxslər üçün – 5 000 manat;
- vəzifəli şəxslər üçün – 10 000 manat;
- hüquqi şəxslər üçün – 50 000 manat.
Bu məbləğlər əsasən ciddi ictimai təhlükə yaradan inzibati xətalara görə tətbiq olunur. Məsələn, Xəzər dənizinin sahilboyu zolağından qanunsuz istifadə, terrorçuluğun maliyyələşdirilməsi və s.
Azərbaycan hökumətinin hər il Milli Məclisə təqdim etdiyi dövlət büdcəsi zərflərində yer alan rəsmi məlumatların təhlili göstərir ki, cərimə və müxtəlif maliyyə sanksiyalarından büdcəyə daxil olan vəsait son 15 ildə kəskin dəyişib.
Məsələn, 2010-cu ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 33,1 milyon manat daxil olmuşdusa, növbəti illərdə bu rəqəm sürətli şəkildə artmağa başlayıb:
- 2011-ci ildə 109,4 milyon manata;
- 2012-ci ildə 164,1 milyon manata;
- 2013-cü ildə isə 271,7 milyon manata çatıb.
2016-cı ildə cərimələrdə büdcəyə 377,2 milyon manat daxil olub. Bundan sonra müəyyən azalma olsa da, 2016-cı ildə tarixin ən yüksək göstəricisi qeydə alınıb. Həmin il dövlət büdcəsinə cərimə və sanksiyalardan 377,2 milyon manat daxil olub. Ümumən deyə bilərik ki, 2010-2016-cı illər cərimə və maliyyə sanksiyalarından dövlət büdcəsinə daxilolmaların sürətlə artdığı dövr olub. Lakin 2017-ci ildən etibarən tamamilə fərqli tendensiya müşahidə edilib. Əgər 2016-cı ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 377,2 milyon manat daxil olmuşdusa, növbəti il bu göstərici 211 milyon manata düşüb. Yəni cəmi bir il ərzində dövlət büdcəsinə köçürülən vəsait 166,2 milyon manat və ya 44 faiz azalıb.
Azalma sonrakı illərdə də davam edib:
- 2016 - 377,2 milyon manat;
- 2017 - 211 milyon manat;
- 2018 - 152,5 milyon manat;
- 2019 - 129,7 milyon manat;
- 2020 - 38,9 milyon manat;
- 2021 - 41,7 milyon manat;
- 2022 - 37,5 milyon manat;
Son 10 ildə cərimələrdən büdcəyə 1 milyard 619 milyon manat vəsait daxil olub
2023-cü ildən etibarən yenidən artım başlayıb. Belə ki, 2023-cü ildə dövlət büdcəsinə 85,9 milyon manat daxil olub. 2024-cü ildə isə bu göstərici artıq 380,1 milyon manata yüksəlib. Bu məbləğə 2025-ci il üzrə 166 milyon 992 min manat təşkil edib. Maliyyə Nazirliyinin 2026-cı il üzrə proqnozuna görə, bu il həmin məbləğ 12 faiz azalacaq və 149,1 milyon manat civarında olacaq.
Ümumlikdə qeyd edək ki, rəsmi statistik göstəricilərə görə, 2016-2025-ci illər ərzində dövlət büdcəsinə cərimə və maliyyə sanksiyalarından ümumilikdə təxminən 1 milyard 619 milyon manat vəsait daxil olub. Orta hesabla son 10 ildə dövlət büdcəsinə hər il 161,9 milyon manat cərimə və maliyyə sanksiyalarından vəsait daxil olub.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya şərhində bildirib ki, cərimələr hesabına nəyəsə nail olmaq mümkün deyil: “Bu yolla iqtisadi problemləri həll etmək mümkün deyil. Yüksək cərimələr biznesin fəaliyyətini çətinləşdirir, sahibkarların xərclərini artırır və nəticədə qiymətlərin bahalaşmasına səbəb olur. Bu isə iqtisadi aktivliyin zəifləməsi ilə nəticələnir”.
“Bu, əslində cərimə iqtisadiyyatı modelidir. Belə model Avropanın bəzi ölkələrində də mövcuddur. Həmin ölkələrdə iqtisadi göstəricilərin zəifləməsinin əsas səbəblərindən biri məhz həddindən artıq tənzimləmə mexanizmlərinin tətbiqidir. Azərbaycanda da artıq aşırı tənzimləmə iqtisadiyyatı boğan əsas amillərdən birinə çevrilib", – deyə iqtisadçı bildirib.
N. Cəfərlinin sözlərinə görə, iqtisadi fəallığın artırılması üçün dövlət tənzimləmələri mərhələli şəkildə liberallaşdırılmalı, biznes üzərindəki inzibati yük azaldılmalıdır. O hesab edir ki, həm vergi yükünün, həm də cərimələrin azaldılması sahibkarlığın inkişafına, investisiya mühitinin yaxşılaşmasına və iqtisadi canlanmaya müsbət təsir göstərə bilər.
Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda inzibati hüquq pozuntularının tənzimlədiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 608 maddə mövcuddur və onların böyük hissəsində pul cəriməsi nəzərdə tutulur. Hazırda bu maddələrin təxminən 500-ə yaxını pul cəriməsi tətbiq edilə bilən inzibati xətaları əhatə edir. Sözügedən cərimələr yol hərəkəti qaydalarının pozulması, ictimai asayişin pozulması, ticarət və xidmət qaydaları, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə tətbiq olunur.
Region ölkələri ilə müqayisədə bizdə cərimələrin sayı olduqca yüksəkdir. Məsələn, Gürcüstanda inzibati qanunvericilikdə təxminən 300 maddə mövcuddur və onların təxminən 250-yə yaxını pul cəriməsini nəzərdə tutur. Ermənistanda isə inzibati xətalarla bağlı qanunvericilikdə təxminən 290 maddə var və onların 220–230-u pul cəriməsi ilə nəticələnə bilər. Türkiyədə isə 200-dən çox inzibati pozuntu üzrə pul cəriməsi tətbiq olunur.
Daha böyük hüquq sisteminə malik dövlətlərdə isə bu rəqəmlər təbii olaraq daha yüksəkdir.
- Məsələn, ABŞ-də federal və ştat qanunlarının çoxluğu səbəbindən 1000-dən çox inzibati cərimə var.
- Almaniyada inzibati hüquq pozuntuları müxtəlif sahə qanunları ilə birlikdə 1000-ə yaxındır.
- Çində müxtəlif dövlət qurumlarının qəbul etdiyi normativ aktlara görə, 900-dən çox inzibati cərimə mövcuddur.
- Fransada isə müxtəlif qanunlar üzrə 700-ə yaxın inzibati cərimə nəzərdə tutulur. Yaponiyada bu rəqəm 600-dən çox, İtaliyada isə təxminən 600-ə yaxındır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın fikrinə sözardı: - Yerli məhsulları marketə kim buraxmır?
Dünən, 18:05
"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib
Dünən, 17:53
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Dünən, 17:51
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Dünən, 17:47
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Dünən, 17:44
Rektor Afət Seyidzadəyə vəzifə verdi - FOTO
Dünən, 17:28
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
Dünən, 17:23
Anar Bayramov ona etimad göstərdi - ƏMR
Dünən, 17:18
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib - İSNA
Dünən, 17:12
Deputat sahibkarların problemindən danışdı – İqtisadçı ÇIXIŞ YOLUNU göstərdi
Dünən, 15:45
Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir - Peskov
Dünən, 15:33
“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
Dünən, 15:09
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
Dünən, 15:07
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi
Dünən, 14:58
Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı
Dünən, 14:54
Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava – QƏRAR
Dünən, 13:12
Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... - FAKT BUDUR...
Dünən, 13:08
Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi - SİYAHI
Dünən, 12:55
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi - "Press TV"
Dünən, 12:51
Simonyana “torba”nı onlar tikibmiş - Adları açıqlandı
Dünən, 12:47
Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu - TƏFƏRRÜAT
Dünən, 12:44
Balakəndə qəbiristanlığı sel basdı: - İcra nümayəndəsi son vəziyyəti AÇIQLADI
Dünən, 12:35
"Rabitəbank"da yeni təyinatlar - BUNDAN SONRA...
Dünən, 12:27
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu
Dünən, 12:24
Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO
Dünən, 12:21
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... - ÇÜNKİ...
Dünən, 12:19
"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb
Dünən, 12:16
Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? - İTTİHAM VAR...
Dünən, 12:07
Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır - DETALLAR
Dünən, 12:03
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” - Poqosyan
Dünən, 11:59
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? - Məşhur aşpaz AÇIQLADI
Dünən, 11:57
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? - İLGİNC
Dünən, 11:48
"Bakını sürücülərin başına dar etməyin!" - AYNA-ya sərt MESAJ
Dünən, 11:46
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal
Dünən, 11:41
ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, ötən ili 17 milyon manat üzərində zərərlə başa vurub
Dünən, 11:40
Ağcabədi sakininə saxta attestat verilib -"Heç yer qəbul etmir, araşdıran yoxdur"/FOTO
Dünən, 11:34
Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu - MƏHKƏMƏ
Dünən, 11:27
Sülh sazişi gələn ilə qaldı? – İrəvandan müəmmalı MÖVQE
Dünən, 11:20
"Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" - Hacı İsmayılov
Dünən, 11:15
Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar - TƏFƏRRÜAT
Dünən, 11:13
ABŞ bombaladı - İran generalı öldü
Dünən, 11:10
Rusiya azərbaycanlıları “günah keçisi” edib - Ekspert deyir ki...
Dünən, 11:07
Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü – FOTO
Dünən, 11:05
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - ŞƏRH
Dünən, 11:03
İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb
Dünən, 11:01
NATO-nun Ankara zirvəsi: - real siyasət, nəticə və açıq qalan suallar
Dünən, 10:58
“Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB – HESABAT
Dünən, 10:57
5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var - İcazə verin, şübhələnək...
Dünən, 10:53
50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:49
ABŞ Zəngəzurda "yeni neft" tapıb - GƏLİŞMƏ
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru