Deputatın fikrinə sözardı: .....                     "Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib .....                     “Qardaşımla birgə 16 milyon vermişik” .....                     Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: .....                     Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib .....                     Rektor Afət Seyidzadəyə vəzifə verdi .....                     "İnsanların həyatına qənim kəsilmisiniz?" .....                     Anar Bayramov ona etimad göstərdi .....                     İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib .....                     Deputat sahibkarların problemindən danışdı .....                     Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir .....                     “Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı .....                     Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi .....                     “Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi .....                     Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı .....                     Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava .....                     Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... .....                     Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi .....                     Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi .....                     Simonyana “torba”nı onlar tikibmiş .....                     Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu .....                     Balakəndə qəbiristanlığı sel basdı: .....                     "Rabitəbank"da yeni təyinatlar .....                     "Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." .....                     Təhsil TV-yə yeni direktor təyin edildi .....                     Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... .....                     "Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb .....                     Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? .....                     Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır .....                     “Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” .....                     Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? .....                     Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? .....                     "Bakını sürücülərin başına dar etməyin!" .....                     “Arzum”la Etibar Məmmədovu nə birləşdirir? .....                     ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, .....                     Ağcabədi sakininə saxta attestat verilib .....                     Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu .....                     Sülh sazişi gələn ilə qaldı? .....                     "Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" .....                     Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar .....                 

Bu, Rusiyanın siyasi ismarıcı da ola bilər... - AKTUAL
Tarix: Dünən, 08:14 | Çap et

Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinin yenidən hədəfə alınmasını birmənalı olaraq tam təsadüf kimi qiymətləndirmək, eyni zamanda bu hücumların yalnız Azərbaycana ünvanlanmış siyasi mesaj olduğunu da mövcud faktlarla qəti şəkildə təsdiq etmək çətindir.
Rusiya-Ukrayna müharibəsi gedişində SOCAR-a məxsus obyektlərinin zərər vurulması faktları əvvəllər də baş verdiyi üçün son hücumun təsadüfən edilməsi versiyası tam inandırıcı görünmür. Adətən eyni xarakterli hadisənin bir neçə dəfə oxşar şəkildə təkrarlanması faktı onun təsadüf olması ehtimalını zəiflədir. Bununla belə, siyasi mesaj olduğunu tam sübut edən faktiki material da yox dərəcəsindədir.
Güman etmək olar ki, Ukrayna Rusiyanın yanacaq infrastrukturunu müntəzəm və sistemli şəkildə vurduğu kimi, Rusiya da Ukraynanın yanacaq və enerji infrastrukturunu sıradan çıxarmaq istəyir. Ümumiyyətl, Rusiyanın son avaxtlar Ukraynanın enerji və yanacaq infrastrukturuna zərbələrinin kəskin şəkildə artması, hətta mülki obyektlərin də vurulması müşahidə olunur. Müxtəlif ölkələrə məxsus və ya müxtəlif operatorlar tərəfindən idarə olunan obyektlər də zərər görüb.
Bu baxımdan SOCAR-a məxsus yanacaqdoldurma məntəqələri də Ukraynanın yanacaq və enerji şəbəkəsinin tərkib hissəsi kimi Rusiyanın hücumlarının hədəfinə gəlir. Lakin məqsəd Ukraynanın yanacaq infrastrukturu olsa da, SOCAR-a məxsus obyektlərin seçilməsi Rusiyanın Azərbaycana bu yolla siyasi mesaj verməsi anlamına da gələ bilər. Eyni zamanda bu məsələdə həm hərbi, həm də siyasi motiv mövcud olması fda mümkün sayılmalıdır.
Bu kontekstdə ən inandırıcı görünən mümkün variant budur ki, hücumların birbaşa hərbi məqsədi Ukraynanın yanacaq infrastrukturunu zəiflətmək olsa da, onların Azərbaycan-Rusiya münasibətlərinin onsuz da gərgin olduğu həssas bir vaxtda baş verməsi bu zərbələrə əlavə siyasi məna qazandırır.
Ümumiyyətlə bu son hadisəni Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan gərginliyin yeni keyfiyyət mərhələsi kimi yox, növbəti epizodu kimi qiymətləndirmək daha düzgün olardı. Belə ki, son bir neçə ayda iki ölkə arasında etimadın bir neçə istiqamətdə azalması özünü göstərir. Etimadın azaldığını göstərən amillərə diplomatik ritorikanın sərtləşməsi, qarşılıqlı etiraz notaları və səfirlərin Xarici İşlər Nazirliklərinə çağırılması, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı qarşılıqlı narazılıqlar, xüsusən Rusiyadakı Azərbaycan diasporunun fəallarının sistemli şəkildə həbsləri, Azərbaycanda cinayət törətdiyiinə görə həbs olunan Rusiya vətəndaşlarının dərhal azad edilməsi tələbləri, media məkanında qarşılıqlı tənqidlərin və ittihamların artması, Bakıdakı “Rus evinin fəaliyyətinin bərpasının tələbi və s. aid edilə bilər. Məhz belə bir şəraitdə Ukraynada Azərbaycana məxsus dövlət şirkətinin obyektlərinin növbəti dəfə zərər görməsi hadisəyə sırf hərbi epizod kimi baxılmasını çətinləşdirir.
Güman etmək olar ki, Rusiyanın SOKAR-a məxsus obyektlərə zərbə endirməklə Azərbaycanın Ukraynadakı iqtisadi iştirakının risk daşıdığını göstərmək, ölkəmizin regional siyasətinə təsir etmək və Azərbaycanın xarici siyasətdə manevr imkanlarının məhdudlaşdırmaq, beynəlxalq aləmdə Azərbaycanın qərbyönlü enerji və nəqliyyat layihələrinin tam təhlükəsiz olmadığı barədə təsəvvür yaratmaq istəyir.
Eyni zamanda Rusiya Güney Qafqazda və Qara dəniz hövzəsində əsas güc mərkəzlərindən biri olaraq qaldığını və zəifləmədiyin, regiondakı proseslərə təsir etmək imkanlarını qoruduğunu regional təhlükəsizlik arxitekturasında hələ də əsas aktorlardan biri olduğunu, geosiyasi və geoiqtisadi maraqlarına toxunan məsələlərdə daha sərt, o cümlədən hərbi addımlar atmağa qadir olduğunu nümayiş etdirmək istəyir.
Rusiya həm də hər hansı formada Ukraynaya dəstək verən dövlətlərə bütövlükdə iqtisadi aktivlərin də geosiyasi mübarizənin təsirindən kənarda qalmadığını, müharibə şəraitində xarici investisiyaların yüksək risk altında olduğunu, Ukraynada iqtisadi fəaliyyət göstərən xarici aktorların da təhlükəsizlik problemləri ilə üzləşə biləcəyini göstərmək istəyir.
Rusiya həmçinin daxili auditoriyaya ünvanlanaraq geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün qətiyyət nümayiş etdirməsi obrazını gücləndirmək, hakimiyyətin daha sərt güc tətbiq etmək imkanlarını göstərmək, müharibə şəraitində siyasi legitimliyi möhkəmləndirmək məqsədi daşıya bilər.
Hesab edirəm ki, Azərbaycanın diplomatik etirazı zəruri və hüquqi baxımdan əsaslandırılmış addımdır, Beynəlxalq praktikada etiraz notası yalnız narazılıq ifadə etmək üçün verilmir. Etiraz notası həmçinin konkret məsələyə dair dövlətin rəsmi hüquqi mövqeyini ifadə edir, qarşı tərəfə hadisənin qəbuledilməz olduğunu bildirməklə analoji addımdan çəkindirmək məqsədi daşıyır, gələcək danışıqlar və ya beynəlxalq müstəvidə mümkün hüquqi-siyasi arqumentlər üçün əsas yaradır, qarşıdurmaya yol vermədən narazılığı diplomatik yollarla həll imkanının olduğunu ifadə edir.
Bu baxımdan Azərbaycanın reaksiyası beynəlxalq diplomatik praktika tam uyğundur. Lakin etiraz notasının Rusiyanın gələcək hücumların qarşısını təkbaşına alacağına zəmanət vermək mümkün deyil. Əgər zərbələr Ukraynanın yanacaq, enerji və logistika infrastrukturuna qarşı ümumi kampaniyanın tərkib hissəsidirsə, Azərbaycanın etirazı onların tam dayanmasına ciddi təsir göstərməyə bilər.
Lakin əgər SOKAR-a məxsus obyektlərə hücumlarda Azərbaycana yönəlmiş siyasi mesaj komponenti də varsa, diplomatik etirazın müəyyən çəkindirici təsiri ola bilər. Belə ki, Rusiya Azərbaycana müəyyən formalarda təsir göstərmək imkanını nümayiş etdirsə də münasibətlərin tamamilə pozulmasını istəmir. Belə ki, Azərbaycan Güney Qafqazda Rusiya üçün tamamilə əhəmiyyətsiz aktor deyil, enerji, nəqliyyat, Xəzər regionu və Şimal-Cənub marşrutu kimi sahələrdə qarşılıqlı maraqlar qalmaqdadır. Bu mənada diplomatik jestlər müəyyən korrektələrə səbəb ola bilər.

Müəllif: Qulamhüseyn Əlibəyli - Mənbə: "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatın fikrinə sözardı: - Yerli məhsulları marketə kim buraxmır?
Dünən, 18:05
"Qaradağ Şüşə Zavodu" ASC özəlləşdirilib
Dünən, 17:53
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Dünən, 17:51
Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Dünən, 17:47
Zabil Qəhrəmanovun cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Dünən, 17:44
Rektor Afət Seyidzadəyə vəzifə verdi - FOTO
Dünən, 17:28
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
Dünən, 17:23
Anar Bayramov ona etimad göstərdi - ƏMR
Dünən, 17:18
İran ABŞ-ın hücumlarına cavab olaraq İsraili vuracaqları ilə hədələyib - İSNA
Dünən, 17:12
Deputat sahibkarların problemindən danışdı – İqtisadçı ÇIXIŞ YOLUNU göstərdi
Dünən, 15:45
Moskva və Ankara "S-400"lərin mümkün təkrar satışını müzakirə edir - Peskov
Dünən, 15:33
“Agro Norm”un təsisçisi şirkətdən milyonlarını götürüb ayrıldı
Dünən, 15:09
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
Dünən, 15:07
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi
Dünən, 14:58
Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü açıqlandı
Dünən, 14:54
Bazarda mağazanın qarşısına paltar asmaq üstündə qadınlar arasında dava – QƏRAR
Dünən, 13:12
Sanki kimsə Naxçıvanın boşaldılmasına çalışır... - FAKT BUDUR...
Dünən, 13:08
Avropada və Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi - SİYAHI
Dünən, 12:55
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi - "Press TV"
Dünən, 12:51
Simonyana “torba”nı onlar tikibmiş - Adları açıqlandı
Dünən, 12:47
Qardaşına çıxarılan hökmə görə qadın hakimə qarşı xuliqanlıq etdi, həbs olundu - TƏFƏRRÜAT
Dünən, 12:44
Balakəndə qəbiristanlığı sel basdı: - İcra nümayəndəsi son vəziyyəti AÇIQLADI
Dünən, 12:35
"Rabitəbank"da yeni təyinatlar - BUNDAN SONRA...
Dünən, 12:27
"Məmur məni otağa dəvət etdi, qızlar imkan vermədi ki..." - Ansamblı haqdakı şayiələrə son qoydu
Dünən, 12:24
Təhsil TV-yə yeni direktor təyin edildi - FOTO
Dünən, 12:21
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ... - ÇÜNKİ...
Dünən, 12:19
"Qarabağ" Kamilo Duranın "Seltik"ə keçdiyini açıqlayıb
Dünən, 12:16
Qubanın korrupsiya bazarı: Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır? - İTTİHAM VAR...
Dünən, 12:07
Cərrahiyyə Klinikası 124 min manatlıq tikiş sapları alır - DETALLAR
Dünən, 12:03
“Azərbaycan artıq Cənubi Qafqazın hava məkanının sahibidir” - Poqosyan
Dünən, 11:59
Ərdoğan NATO liderlərinə qala yeməyində nə ikram etdi? - Məşhur aşpaz AÇIQLADI
Dünən, 11:57
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var? - İLGİNC
Dünən, 11:48
"Bakını sürücülərin başına dar etməyin!" - AYNA-ya sərt MESAJ
Dünən, 11:46
“Arzum”la Etibar Məmmədovu nə birləşdirir? – Sensasion detal
Dünən, 11:41
ASCO-nun 2025-ci ildə gəlirlər artsa da, ötən ili 17 milyon manat üzərində zərərlə başa vurub
Dünən, 11:40
Ağcabədi sakininə saxta attestat verilib -"Heç yer qəbul etmir, araşdıran yoxdur"/FOTO
Dünən, 11:34
Bir “laqonda” üstündə başlayan mübahisə 4 illik həbsə səbəb oldu - MƏHKƏMƏ
Dünən, 11:27
Sülh sazişi gələn ilə qaldı? – İrəvandan müəmmalı MÖVQE
Dünən, 11:20
"Sənətkarlar çoxdur, hamı bizdən mükafat gözləyir" - Hacı İsmayılov
Dünən, 11:15
Qardaşlar sevgi münasibətinə görə yeniyetməni bağlayıb döydülər, başını unitaza saldılar - TƏFƏRRÜAT
Dünən, 11:13
ABŞ bombaladı - İran generalı öldü
Dünən, 11:10
Rusiya azərbaycanlıları “günah keçisi” edib - Ekspert deyir ki...
Dünən, 11:07
Seyran Ohanyanın Göyçə sahilindəki əmlakı söküldü – FOTO
Dünən, 11:05
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - ŞƏRH
Dünən, 11:03
İranın Azərbaycandakı bankının mənfəəti 28% azalıb
Dünən, 11:01
NATO-nun Ankara zirvəsi: - real siyasət, nəticə və açıq qalan suallar
Dünən, 10:58
“Nadir Quliyev adına Bakı-Taxıl”ın GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ AZALIB – HESABAT
Dünən, 10:57
5 ildə nazirliyə 386 milyonluq heyvan satan şirkətin nə saytı, nə də sosial mediası var - İcazə verin, şübhələnək...
Dünən, 10:53
50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:49
ABŞ Zəngəzurda "yeni neft" tapıb - GƏLİŞMƏ
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru